Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən və O - Admin ilə maraqlı müsahibəm
Mən və O - Admin ilə maraqlı müsahibəm
Göndərən: Antikvar
Şərhlər: 43
Baxılıb: 884
Səs ver:
1.Salam saytımızın ciddi ,bəzəndə yumor hissli Admini suallarımı cavablandırmamışdan öncə özünüzü birdə təqdim edin , onsuz sizi tanımayan yoxdu adətdəndi ilk sözə başladığımız zaman qarşı tərəfin kimliyini öyrənmək)Buyurun söz sizindi indi.
- Salama salam) Təqdimata ehtiyac yoxdu deyirsiz, həm də təqdimat istiyirsiz?) Qərarsızlıq ən pis vərdişlərdəndi nəzərə alın)
Məmmədov Vüsal, proqramçı, 28 yaşdan gün alıram deyəsən)) Ünvana gərək yoxdu))

2.Şəxsi həyatınızdan sual vermək istəməzdim ,bütün bunları kənara qoyub əsasən düşüncənizi ,fikirlərinizi önəmsədiyimiz üçün cəmiyyətdən ətrafdan olacaq suallarım.
Sizcə hər anda, saniyədə,dəqiqədə xoşbəxtlikdən,həyatdan narazı olanlar bunu özlüyündə etirafı azmış kimi birdə qələmə almaları hətta netlərdə belə etiraf etmələri..sizcə buna səbəb nədi,insanlar niyə xoşbəxtliyi həyatın gözəlliyini başqa yerlərdə axtarmaqdadır?Cəmiyyətdə olan insanların (bəziləri)bu pessimistliyə vadar edən hansı amillərdir?
- Zənnimcə həyatdan narazı olanlar həyatdan deyil özlərindən narazı olsalar o zaman həyatlarından narazı olmazlar. Hamı hər şeyi atır zamanın, həyatın üstünə) Heç kim demək olar üzərinə yük götürmək istəmir. Netdə yazmağa gəlincə isə özünə qapanıb xəstəlik tapacağına anonimliyi qorumaqla bu mənfi fikirləri yazmaqla özündən xaric etməsi məncə daha məqsədə uyğundu.
İnsanları pessimistliyə vadar edən birinci qorxudu, ikinci isə əldə edə bilməmək...

3.Son günün qlobal sözlərindən deyərdim"Xəyanət",kimiləri dost xəyatindən danışır,kimiləri isə ailədə olan xəyanətdən,bilirəm subaysız amma dünya görünüşünüzə əsaslanaraq sizə bu sualı vermək istərdim,kişi niyə qadınına xəyanət edir?Sizcə buna səbəbkar qadınıdırmı?Daha sonra son zamanlar qadınlar da bu xəyanət mövzusunda ərlərindən geri qalmır(bəlkədə kişiləri belə ötüb keçiblər))Qadın xəyanətinin səbəbi olmaz deyirlər ,sizdə bu fikir ilə razısız?
- Bu barədə uzun-uzadı fikirləşmək mənasızdı mənə görə. Kişi xəyanət edirsə demək alçaqlığı özünə şərəf bilir, qadın xəyanət edirsə pozğunluğu özünə namus bilir. Hər 2 tərəfdə "canı cəhənnəmə" :)) Siz heç xarab meyvənin yenidən ilk günki kimi təzə olduğunu görmüsüz?) O cür insanlar da xarab canlılardı. Düzələn deyillər)

4.Kənddən gəlib bir neçə ay yaşayıb sonra yaşadığı böyüdüyü yeri bəyənməyən insanlarımız var bu günki gündə ,buda azmış kimi birdə məxsərəyə qoymaqları var bir misal yadıma gəldi(bişmiş toyuğun gülməyi gələr onların görünüşlərinə)siz necə düşünürsüz belə insanların ağılları geridəmi qalıb ya inkşafmı edib?)Bilirsiz niyə inkşaf edib sualını verdim?Onlar özlərinə inkşaf etmişik deyirlər)
- Keçmişində ayıbı olmayan keçmişini pisləmir heç bir zaman. Əgər pisləyirsə demək "gözəl" xatirələri var orda... O xatirələrdən qaçır... Özünü azad hiss etməyə çalışır.

5.Sonuncu dəfə vətənimdə olanda bir qadınla maraqlı bir söhbətim oldu,bu sual məni çox düşündürdü cavab vermək istəmədiyimi desəmdə məcburən cavab almaq istədilər,bu verdiyim sualda sizində fikrinizi bilmək istərdim.
Dediklərinə görə bir yanan yer olur, ora qardaşın,yoldaşın və övladın düşür sənədə bir haqq verirlər ora düşən sevdiklərindən birini çıxartmaları üçün mən birini seçdim amma cavabımın düzgün olmadığını dedilər,mənə maraqlıdı (Allah eləməsin)siz seçim qarşısında qalsaydız hansı seçərdiz?
- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.

6.Necə düşünürsüz səbrli insansız?Səbirlisizsə burdan səbirsiz olan insanlara hansı məsləhətləri verərdiz?
- Əgər işimə gəlirsə səbrimə doyum yok türklər demiş) Yox əgər işimə gəlmirsə o zaman səbrimi boşuna sərf etmirəm. Səbrsiz davrana bilirəm (necə deyərlər akışına bıraxıram).

7."Sevgi"indiki gənclərin başına bəla olan hiss))Bəzilərini gözü yaşlı qoyur,çox az faizini isə xoşbəxt sonluqla gözəl həyat yaşamasına səbəbkar olur.Ağladan tərəf ən çox oğlanlarımızdı,bir əks cins nümayəndəsi olaraq siz hansı tərəfdə olmaq istərdiz?Siz sevgi hissini necə açıqlaya bilərsiz gənclərimizə və bununla bərabər bir neçə məsləhət verə bilərsinizmi?
- Bu yaşıma kimi mənim başa düşdüyüm sevgini heç kimdə nə görməmişəm, nə eşitməmişəm. İnsanların düşündüyü sevgi isə mənə görə sadəcə bir hiss-dən o yana deyil) Ağlatmağa gəlincə ilk başlarda olan şeylərə deyil nəticəyə odaklanmaq daha məqsədəuyğundu. Onsuz da oğlan ağlatdığı qızı alırsa, ailə qurandan sonra qız onu elə ağladır haa))))) Ya da əksinə))

8.Bir aralar səfh eləmirəmsə keçən illəri idi,satirik şeirləri bölüşürdüz saytımızda ,bundan məlumuydu sevirsiz bu tərz şeirlər,əyər bir bəndini bölüşmənizi istəsəm hansı satirik şeiri yazarsız?Müəllifinidə qeyd edərsiz hansısa user bəyənibdə sonradan sizin sahənizdə oxuya bilsinlər deyə)
- Saytda var o şeir linki verim)
http://qadinlar.biz/heyat-terzi/sheir/40424-bizim-qiz-satirik-seir.html

9)Bilirəm siyasətlə bağlı sualları elədə sevmirsiz,amma yenədə çox açıq şəkildə yoxda, üstü qapalı bir sual verəcəm)İyirmi ildən çoxdu torpaqlarımız alınacaq deyə millətə səslənirlər,yəni bir gün bu boşu-boşuna səslənən bu sözlər reallaşacaq?Alınmamaqda səbəbkar və səbəb kimlər və nədi desəm necə cavablayarsız?
- Hüquqi şəxs olduğuma görə bu sual məndən yan keçər) Soruşmadız sayın)

10)"Hüqüqlarımız qorunmalıdır",bu söz bizim xalq üçündə keçərlidirmi?O hüqüqlar niyə pullu insanlar üçün var ,kasıb insanlardan uzaqdır?
- Böyük məsələlərdə siz deyəndi, ancaq çox da böyük olmayan məsələlərdə əgər kasıb hüquqlarını həqiqətən dolğun bilirsə, o zaman haqqını ala bilir. Sadə misal verim özümdən. Hamı yol polislərdən giley edir də ay belədilər elədilər. Məni bugünə kimi bir neçə dəfə polis saxlayıb, amma 1 dəfə də olsun cərimə yaza bilən olmayıb)) Amma mən də digər 90% sürücülər kimi olsam hər dəfəsində xamlıyıb mənə də cərimə yazardılar.

11)Saytımızda son zamanlar hicab geyimində xəbərlər çox yayımlanır düzü həmən xəbərlərə baxdığımda üzülürəm, müsəlmanlığa aid olan bir tək bu geyimidə"Hicab modasına"çeviriblər,siz necə düşünürsüz əsl hicab budumu,ayaqları görsənəcək şalvar,bədənini sıxacaq köynək,boynu çöldə qoyacaq baş bağlama budurmu hicab?
- Saytda hicab yox örtüklü geyimlər bölməsi var. Örtüklü geyim isə hicab demək deyil. Hicabdan danışmağa başlasam aylarla danışaram. Axırda hamı ya deyəcəklər VC dəli olub ağlı zaylayıb)) Ya da gedib özlərinə nifrət edəcəklər ki, biz nə anladıq bu illər ərzində.
Bilirsiz niyə belə deyirəm?) Çünki heç bir kitabda, yaxud hansısa alimin dilindən hicabla bağlı tam informasiya eşitməmişəm. Nə də eşidənini görməmişəm. Hər ölkənin adamları özlərinə sərf edəcək şeyləri deyirlər. 
Qısaca bircə kəlmə ilə onu deyim ki, Hicab tək geyim deyil.

12)Qadınların xəyal gücü nədir?İnanıram bu sualın cavabı çox uzun və maraqlı olacaq)
- Cavab uzun olmayacaq təəssüf ki) Çünki bu yaşıma kimi xəyal qurmamışam və xəyallar aləmində yaşamamışam. Qadınlar isə niyə xəyal qurar onu heç anlamış deyiləm)) Reallığı qəbul edib, reallıqla barışıb, reallığı yaşamaq varkən xəyallarda nə işləri var?!)

13)Belə dramatik,yorucu suallardan sonra biraz əhvalınızı açacaq maraqlı sualım olacaq.İlk öncə maraqlıdı tapmacaları məktəb vaxtları necə sevirdinizmi cavabını tapmaqda çətinlik çəkirdiz ya asand olardı?)
Bazarda tapılmaz,
Tərəzidə çəkilməz.
Baldan şirindi,
Amma yeyilməz))
Cavabı?:

Yarpağı var ağac deyil.
Tikilir ,paltar deyil
Danışır adam deyil
Cavabı?:

- Buların cavabına google əmidə baxsam siz inanassız, mən özümü aldatmış olacam)) Amma tapmacanın T-sinə belə hazz etməm)) Amma cavab atım da bəlkə tutdu)) Birinci yəqin övlad olar (amma övladı tərəziyə çıxarmaq olur axı)))) İkinci də kitab olacaq. İlk 2 sətrinə baxmasam "Danışır adam deyil" sətrinə baxsam kitabdı)

14)Mammadov V.C dedikdə həyata,çevrədəkilərə,baxışı necədi?Sizi siz edən nədir gücünüzmü,bacarığınızmı,yoxsa həyatda qazandıqlarınız uğurlarmı?
- Çevrəmdə ailəmdən başqa 2-3 adam var. Onlardan ətrafa baxmıram maraqlı deyillər nədənsə) Həyata baxışım isə normal insanlardan 99% tamam fərqli olduğundan və onların həyata baxış formaları ilə mənim baxış formam ziddiyyət təşkil etdiyindən subayam)))))
Məni mən edən məncə güc, bacarıq və s. bu kimi şeylər deyil. Məni mən edən bircə fərqliliyimdi))) Digər şeylər çünki çox adamda var. Amma o şeylərə sahib olub da məni kimi ağlı gidik olan yoxdu)))

15)Mənim üçün dəyərli olan bir insanın sözü yadıma düşdü,"Pul görməyən insanın əlinə pul düşsə nə davranışını bilir nədə istifadə etməyini"bəzi anlarda məndə razılaşıram bu fikir ilə.Sizcədə bu deyilən söz doğrudu?
- Bu sözü 2 cür adam işlədir. Bir pulu əzəlindən bugünə kimi olmayan, bir də ciddən pulu görüb həyat tərzini dəyişib sevincərək olanlar)
Bu sözlə isə tamamən razı deyiləm. Çünki 13-14 yaşıma qədər pul görməmişəm) Pulu isə kimsə mənə göstərməyib (yəni müftə əlimə pul gəlməyib). Özüm ağlımı işlədib pulu əldə etmişəm. Zərrədə olsun davranışımda və s. dəyişiklik olmayıb. 13-14-də nə idimsə, indidə eləyəm.

16)Artıq müsahibənin sonuna yaxınlaşırıq ,ümid edirəm bəyənərsiz sualları çalışdığım qədər sualları düşünüb sizin öhtənizə vermişəm)Hansı useri bəyənirsiz suallarını vermədim ,cavabını mənlə bərabır digər userlerde bilirlər.Bir saytın Admini olaraq nə arzunuz və sözünüz varsa buyurub bildirə bilərsiz,bununla bərabər özünüzdən yaşca balaca xanımlara məsləhətiniz də varsa onuda qeyd edin kim istəsə qulağında sırğa edib lazım olan vaxtlar istifadə edər ,kim istəsə etməz əsas odur siz böyüklüyünüzdən qalmayın:)
- Xəyal qurmadığım kimi arzu da tutmuram)) Sadəcə məqsədlər qoyuram qarşıma və o məqsədlərə çatmağa çalışıram. Bəzən olur çata bilirəm, bəzən çata bilmirəm. Məqsədlərimi isə reallaşmadıqca kimsəylə bölüşmürəm (təbiətim deyil). 
Saytla bağlı və saytdakı xanımlarla bağlı isə onu deyə bilərəm ki, 8-10 istifadəçinin saytda olması zənnimcə uğurlarımız siyahısına düşə biləcək istifadəçilərdi. Həm aktivlikləri, həm özünü apara bilmələri, həm hörmətləri... Qalan istifadəçilər isə hələ tam püxtələşməyiblər mənə görə. Yaşı az olanlar isə həmişə demişəm əsas dərslərinə üstünlük vermək əvəzinə sayta üstünlük verib, bununla "ay görürsüz mən saytı necə sevirəm" imajı yaratmağa çalışırsa, əmin olsun ki, əks imajı yaradır. 
İstifadəçilərin sayı çoxalıb deyə dəqiq yadımda deyil üzrlü hesab edəsiz gərək) Amma burda bir istifadəçi bir dəfə mənə yazdı ki, mən sayta 1 il girəmməsəm nikimi siləssiz? Mən də yazdım ömürlük gedilirsə silinir. Yox əgər qayıdırsa, silinmir. Yazdı yox arada girəcəm, amma şərh falan yazmayacam çox. İnstituta hazırlaşım, daxil olum sonra gələcəm.
Bilmirəm indi həmin user sayta daxil olur ya yox amma mənə fb ünvanına yazmışdı ki, tələbə oldum))) Bu daha gözəl imajdı məncə. Nəinki aktiv user imajı.
İndi bəzi userlər deyəcək bu necə admindi)) Userləri saytdan soyudur)) Artistlik etmək mənə görə deyil. Dolğun addım nədirsə o addım atılanda mənə zövq verir. Əks addım sadəcə vaxtımı alır, sinirimi pozur)

Dastan yazdırdız özəl günümdə mənə)))) Nəyisə əskik yaxud qaranlıq yazmışamsa sual verilə bilər. Deyilənə görə biraz qəliz insanam (danışıq və yazı tərzinə görə elə deyir çoxusu). Məndən bu qədər...


Şərhlər: 43
Baxılıb: 884
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Sizi tanimaq maraqli idi tsk
24 mart 2016 23:18
# 43
Catwoman666
Yalniz agilli, savadli, dunya goruslu insandan bele cavablar gozlemek olardi ki, admin de bu cavablarla ne qeder derrakeli bir insan oldugunu bir daha subut etdi!
Sadece bir suala fikrimi bildirmek isteyirem. Daha dogrusu sualin cavabina)) xeyallarla bagli bir sual.
Admin bey, zaten insanlar realda yasaya bilmedikleri sheylerin xeyalini qurarlar. Elde edemediklerinin arzusunu ederler. Her kes xeyal qurar, her kesin arzulari var. Meselen, men arzu etdiyim sheylerin xeyalini quraram. Xeyalini qurduqlarimi ise reallasdirmaga calisaram.
Sadece insan tebiet ferqlidir. Bezileri tamamile xeyalperest, ozunu real dunyadan nerdeyse tecrid eden, bezileri ise sizin kimi tamamile realistdir)) (Men hem xeyalperest, hem de realistem) xeyal qurmaq gozel bir sheydir, amma realliqlari qebul etmek ve bunlarla da barismaq lazimdir))
Musahibeni cox beyendiyim serhimde yazdigim ilk cumleden bellidir yeqin ki)
Heyatinizda ugurlar!

...666...
24 mart 2016 15:43
# 42
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fi-Ra
- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.
Cavablar içərisində mənə ən çox təsir esən bu cavab oldu. Türklər demiş rəsmən koydu cavab mənə. Fərqli suallar və fərqli cavablar idi.
23 mart 2016 17:05
# 41
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 mart 2016 12:34
# 40
Denizimm
Her zamanki kimi adminimizin fikirleri qeyri-adidi
23 mart 2016 12:28
# 39

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Leylas
Suallar da cvblar dab cox fergliydi.. Cox fergli birisiz.. Size gozellikler ))
23 mart 2016 11:52
# 38
Roza
Kaşki suallarda, cavablarda uzun olsaydi)) sevə-sevə oxudum,çox maraqliydi.

Kaşki o sevilən userlərin arasinda məndə olsaydim;))
23 mart 2016 08:48
# 37
....
ülü16
Təşəkkürlər. Çox maraqlı alınıb. Admin bəy 27-28 yaşına baxmayaraq dünya görüşü çoxdu. Dedikləri bir çoxu mənim xasiyyətimədə aiddir.
23 mart 2016 06:49
# 36
roksi1995
suallar super idi bayildim suallara hemxinin cavablarda ilk defe idi hansisa musahibeni maraqla yorulmadan bir setrini bele kecirmeden oxudum
23 mart 2016 06:27
# 35
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Narın Yağış
Müsahibəni başdan ayağa oxumaq indi qismət oldu) maraqlı alınıb.Düşündürücü suallar və gözəl cavablar.Layihədə maraqlı layihədir eynilikdən fərqli :) Uğurlar.
23 mart 2016 01:22
# 34
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Sucan
cox uzun olduguna gore kisa oxudum maraqli geldi
23 mart 2016 01:13
# 33
14MsM
Maraqla oxudum ancaq hicabla tek informasiya QURANDI ..DUZDU BUGUN HERWEY ADILEWIB DAHA DOGRUSU ADILEWDIRIBLER HERBAW BAGLAYAN HICABLI OLUB AMA YUZ OYUNDAN CIXIRLAR (BEZILERI)BU BIZE FATMEYI ZEHRA EMANETIDI COX MESULIYYETLIDI VE MENCE BIzde emanete xeyanet etme,eliyik .nese bu movzudan danwsaq bitmez bitmez
22 mart 2016 22:48
# 32
sizin 1205
Maraqli idi.tşkkkk
22 mart 2016 22:04
# 31
L
senay))
Cox gozel ve maraqli cavablar idi antikvar baci cox gozel suallarda vermisen adminimize ugurlar her zaman ugur sizinle olsun
22 mart 2016 17:51
# 30
coooooooxxx xosbextem
kiraz mevsimci kiz
suallarin ferqliliyi bir basqa hormetli admin beyin cavablari bir basqa
22 mart 2016 17:29
# 29
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
qonaqa
cox gozle ve maraqli musahibe oolub
22 mart 2016 16:34
# 28
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
savior angel
cox gozel menali maraqli musahibe alinib.Admin bey cavablariniz heqiqeten ureyimce oldu.Sozun duzunu daniwmaqdan xowum gelir.Her bir sual duwunulub cavablandirilmiwdi.Qizlarinda dediyi kimi size de ele bu cur cavablar yarawardi 21
22 mart 2016 15:29
# 27
I choose to be happy
Hiray17
cox maraqli musahibe olub
22 mart 2016 14:22
# 26
girl_pinkglassesf
Canavar sevgisi
Maraqli idi oxudum hamisini gem suallar hem de cavablar ela
22 mart 2016 14:14
# 25
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
lale.veliyeva19
çox maraqlı suallar veribsiz ANTİKVAR xanım mən sayta təzə girəndə admiminimizdən xoşum gəlməmişdi çunki sərt cavabları vardı amma sonra tanıdıqca başa düşdüm ki elə insan deyil əksinə çox zarafatcıldı:))Ad gününüzü bir daha təbrik edirəm
22 mart 2016 14:09
# 24
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Tomris Müslümova
Adınız,soyadınız,bürcünüz,iliniz-kimi suallardan təngə gəldiyimiz bir anda hızır kimi yetişən fərqli suallarla rastlaşmağım açığı məni bəxtiyar etdi.Bu suallara cavab vermək üçün gələk zaman ayırasan çünki düşümdürücü və normal cavab tələb edən suallardır.Yola verilməsi mümkünsüz) Təzə gələndə adminin zəhmi gözümü qorxutmuşdu) Hətta çox kobud insan təəssüratı bağışlamışdı.Amma get-gedə burdakıları tanıyanda barmağımı dişlədim ki,bəzən "bəzilərinə" elə bu cür olmaq lazımdır.Yoxsa saytda at oynadarlar..Sualların cavablarını dəqiqliklə oxudum.Layihəni və onun ilk müsahibinin cavablarını çox bəyəndim.Uğurlar,istər iş həyatınızda,istər saytda.
22 mart 2016 13:51
# 23
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Antikvar xanımdan ancaq belə suallar ola bilərdi. Adminimizdəndə sözsüz ki, belə cavablar olardı 07 Çox bəyəndim.
22 mart 2016 13:08
# 22
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
my_angel
Cavabları maraqla oxudum və dərk etdim. Əksəriyyəti Maarifləndirici cavablar oldu mənim üçün.. Dərslər daha önəmlidir çox doğru, vaxtım olanda sayt üçün xəbər göndərirəm,amma dərsi daha üstün tuturam. İnşaAllah gələcəkdə tələbə adı ilə saytda aktivliyimi yüksəldib,bərpa edəcəm
22 mart 2016 12:49
# 21
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
heyatim_menim
Maraqli suallar ve cavablar olub.amma 12-ci suallar hardasa razilasmiram.niye insan birinci xeyal qurur sonra hemin xeyallarin arxasican gedir.bir meselede var ki,xeyallari qurarken gercekleride qebul edir xaninlar.mesel ucun ozumen misal gosterim cox zaman tehsille bagli xeyallar qururam ve bu sadeece xeyal olaraq qalmayacaq isaALLAH gercey olmasi ucun calisacam.burdanda bele netice cixir ki xeyallardan da dogulan meqsedlerde var.duzdu herenin bir dusunce terzi var.sadece bu menim fikrimdir.bir daha tebrikler.
22 mart 2016 12:37
# 20
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Asya
Maraqli musahibe oldu.adminin cavablari coxx maraqli oldu,ozu demiw artistlik elemiyib her weye oldugu kimi semimi cvb verib)) burda tezeyem hec 1ay deyil.hec kesi yaxwi tanimiram helem,ama cox beyenirem ,saytin qizlarinin mehribanciligini ,maraqli xeberler paylawilir her wey haqqinda.tewekkurler
22 mart 2016 12:24
# 19
Miss_Angel
maraqli musahibe olub
22 mart 2016 12:13
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
_damla_
12)Qadınların xəyal gücü nədir?İnanıram bu sualın cavabı çox uzun və maraqlı olacaq)
- Cavab uzun olmayacaq təəssüf ki) Çünki bu yaşıma kimi xəyal qurmamışam və xəyallar aləmində yaşamamışam. Qadınlar isə niyə xəyal qurar onu heç anlamış deyiləm)) Reallığı qəbul edib, reallıqla barışıb, reallığı yaşamaq varkən xəyallarda nə işləri var?!)


Hər fikrinizi olduğu kimi bu fikrinizdə bəyəndim 07
Heç vaxt xəyallar dünyasında yaşamamışam.Reallıq varkən,məncə xəyallara inanmaq boş bir zaman ayrıcıdır
22 mart 2016 11:55
# 17
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
SENSİZ
Maraqli sual cavab olub.Cox dolqun cavablar verib .Aqil yawda deyil bawdadi.
22 mart 2016 11:47
# 16
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Fialka
Maraqlı alınıb müsahibə davamlı olması isə daha maraqlı amma baxır kim nə cür cavablandırcaq)) Qaldı ki, bu müsahihəbəyə verilən suallar şablon cümlələrdən uzaq olduğu üçün maraqlı olub suallara uyğunda cavablar düzdü bir neçə dəfə müsahibə etmisiz amma bu fərqli idi nə də olsa səmimi olub olmamaq hiss olunur bu cavablarda səmimi göründü) ayrıca heçdə qəliz və ya başqa cür alınmıyıb olanı demisiz)) anlayanda anlar))
Uğurlar həm müəllifə həmdə iştirak edən xanımlara.
22 mart 2016 11:44
# 15
Antikvar
Təflikimi qəbul edən Adminə təşəkkürümü bildirirəm,bu sualları verdiyim zaman bilirdim belə dolğun cavablar alacağımı.Şəxsi həyatıyla bağlı suallar vermək istəmədim,çünki bizlərə lazım olan Adminin fikirləridi nəinki şəxsi həyatı.
İlk sualın cavabına gəldikdə,yazdım axı adətdəndi soruşmaq))Sadəcə zarafata yazılmış cavabdı deyə düşünürəm:)
Tapmacaların cavabına gəldikdə
1-yuxu
2-kitab
İstədim qeyd edim google əmidən baxmayın )),sonra fikirləşdim özünü aldatmaz Adminimiz:)

Belə müsahibələrim çox olacaq ancaq özüm seçim edib userlere ismarıc göndərəcəm,şəxsi həyatı çıxmaqla userlerimizin fikirlərini,bildiklərini bizlərlər bölüşüb (bilən qadınlarımız təkrarlamış olacaq ,bilməyənlər isə öyrənmiş)maraqlı suallar ilə müsahibəm sizinlədi,ümid edirəm hər dəfə xəbərə daxil olub özünüz üçün nələrisə götürüb faydalanasız.Müsahibəni Bəyənən xanımlarada təşəkkürümü bildirirəm)
22 mart 2016 11:11
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz