Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz'li xanımların sevimli şeiri - Lola Maya (37)
Qadınlar.Biz'li xanımların sevimli şeiri - Lola Maya (37)
Göndərən: ___Jasmin___
Şərhlər: 20
Baxılıb: 298
Səs ver:
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 
Bu günkü qonagım Lola Maya nikli userimizdir
 
Salam gözəl xanımlarımız.Artıq ikinci dəfədir bu lahiyəyə dəvət alıram və sevə-sevə qatılıram.Çox sevdiyim şairlərimizdən olan Səməd Vurğunun HƏYAT FƏLSƏFƏSİ şeirini sizinlə bölüşəcəm.Təşəkkür edirəm dəvətiniz üçün Glamira xanım.

Quşlar qatar-qatar ellərdən keçər, 
Bəşər nəsil-nəsil dünyadan köçər; 
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın - 
Düyümlü bir sirri var asimanın! 

Çarxını qurduqça dövranın əli 
Bəzən ağlar olur, bəzən gülməli… 
İnsanın ən böyük eşqi, əməli 
Bəzən aslan kimi çırpınır darda, 
Bəzən də qərq olur fırtınalarda… 

Dəyişir səmtini daima sular, 
Dəyişir fikirlər, dönür duyğular. 
Kainat tutmayır bir yerdə qərar: 
- Çarpır sinəsini qayalıqlara- 
O gah qışa çıxır, gah da bahara! 

Dünya binasını qurandan bəri 
Səadət adlanan o gözəl pəri 
Gəl! - deyə səsləmiş qərinələri; 
Yazıqlar olsun ki, hələ insanlıq 
Gəlib qovuşmamış ona bir anlıq. 

Ey dünya gözəli, qaçma bəşərdən! 
İnsandır ayıran xeyiri bəşərdən! 
Gəl onun eşqini ücüz tutma sən, - 
Qəlbi var, hissi var hər məhəbbətin, 
Qaralmaz ulduzu əbədiyyatın!… 

Ölüm bir iblisdir, həyat bir mələk! 
Varlığı izləyir heçlik kölgə tək… 
İşıq qaranlıqla pəncələşərək 
Yaşatmaq istəyir cahanda bizi, 
Günəş salamlayır iradəmizi! 

Yamanlıq, yaxşılıq durmuş üz-üzə, 
Dilsiz əsrlərdən mirasdır bizə. 
Əsir bahar yeli qəlblərimizə, 
Lakin arxasınca kəfən geyir qış, 
Təbiət varlığa belə qarğamış. 

Bir bayram sözü var, bir də ki, matəm, 
Nəşə bir aləmdir, qüssə bir aləm. 
Həyat öz atını sürür dəmadəm; 
Odlar içində də hər bir mənzərə 
Yenə qanad verir düşüncələrə! 

Yenə də insanın xəyal şəhpəri 
Gəzir fəzaları, göy dənizləri. 
Sən ey səadətin gözəl pak əməlini, 
Uzat yer üzünə hünər əlini! 

Zamandır, bəşərin imdadına gəl! 
Xəstə bir gözəldir hünərsiz əməl… 
Hünər söylədiyim o qüdrətli əl 
Bütün kainata qoy qanad gərsin, 
Bəşər karvanına o yol göstərsin. 

Hünər qanad versin torpağa, daşa, 
Dənizlər çatılıb gəlsin baş-başa… 
Azadlıq ordusu varsın birbaşa, 
Hər zəfər dastanı yadigar olsun, 
Ölüm təslim olsun, həyat var olsun! 

Dünyaya bir şöhrət yaranmışıq biz, 
Günəş çökməmişdir qaranlığa diz. 
Qoy ölsün yamanlıq, o xain iblis!… 
Yaxşılıq çağırsın hər qəlbin neyi, 
Qurtaraq zəncirdən Prometeyi… 

Fəlakət qocalmış…qartdır o köpək. 
Onun sümükləri tez çürüyəcək… 
Səadət - gənclikdir, adı - gələcək! 
Onun gözlərində həyat eşqi var- 
Var olsun gələcək! Var olsun bahar!


Şərhlər: 20
Baxılıb: 298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aybə
Gözəl şeirdir
6 aprel 2016 01:49
# 20
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
vipbetul
qeseng seirdir
5 aprel 2016 00:08
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Angel
yaxwidi beyendim
4 aprel 2016 21:20
# 18
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Fi-Ra
Fəlakət qocalmış…qartdır o köpək. 
Onun sümükləri tez çürüyəcək… 
Səadət - gənclikdir, adı - gələcək! 
Onun gözlərində həyat eşqi var- .
Var olsun gələcək! Var olsun bahar!
Səməd Vurğunun şeirləri hamısı mənalı və gözəldir. Bu şeirdə həmçinin. Bu nəndini o birilərə nisbətən daha çox bəyəndim.
4 aprel 2016 20:13
# 17
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
qonaqa
cox gozle seirdei beyendim mende
4 aprel 2016 19:02
# 16
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Canavar sevgisi
Gozel weirdi beyendim
4 aprel 2016 18:46
# 15
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Miss_Oxatan
Coxdan oxumuwdum bu weri,felsefi duwuncelere soykenen ifadeler coxdur.
4 aprel 2016 16:35
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Qeweng weirdi.
4 aprel 2016 15:25
# 13
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
zezema
Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
cox sevirem Semed Vurgunun sherlerini
4 aprel 2016 15:22
# 12
Bir hissimi itirmishem - TEECCUBLENMEK
lale.veliyeva19
Səməd Vurğunun şeirlərini çox maraqla oxuyuram çox istedadlı şairimizdi Allah rəhmət eləsin böyük şairimizə
P.S.şeir seçimini çox bəyəndim 02
4 aprel 2016 14:59
# 11
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

YARIM QALMIS XEYALLAR
Semed Vurgun yaradaciligini cox beyenirem. Eserlerinide severek oxuyuram. Hetta usaqlara bele ilk Azerbaycan seirini ezberledirem usaqliqdan cox sevdiyim seirdir. Gozel secimdir Loluckam. Deyer verildiyini gorunce gozel sairlerimizin seirlerine cox cox sevinirem.

Genc neslin maraqlanmagina daha coc sevinirem.
4 aprel 2016 14:46
# 10
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Asya
Semed Vurgunun weirleri cox gozeldii..her bir sozunde mena varrr..gozel weirdii,seciminizi coxx beyendim.cox menali weirdi.tewekkurler
4 aprel 2016 13:39
# 9
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 aprel 2016 13:04
# 8
Leylas
Semed Vurgunun sevdiyim sairdi.. Seir gozeldi...
4 aprel 2016 12:56
# 7
ulduz
Semed vurgunun seirleri cox gozel olur
4 aprel 2016 12:38
# 6
Ela
Cox sevdıyım serlerden bırıdır secımınıze gore tewekkur
4 aprel 2016 11:58
# 5
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Roza
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın -
Düyümlü bir sirri var asimanın!


Çox gözəl şeirdi. Təşəkkür edirəm canim mənim şeirə görə.
4 aprel 2016 11:22
# 4
....
Marta
Oxumusam bu seiri bir defe. Tesekkur gozel seir zovqunuz var.
4 aprel 2016 11:19
# 3
Немного терпения, и у тебя все получится..
BARBI
Cox sevdiyim seirdir. Semed vurgunun seirlerinin vurgunutam
4 aprel 2016 09:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! - deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq...

Gözəl şeirdir müəllifin digər yaradıcılıq nümunələri kimi...
4 aprel 2016 09:17
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz