Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz-li xanımların elçilik günü - arzum-aysum (6)
Qadınlar.Biz-li xanımların elçilik günü - arzum-aysum (6)
Göndərən: qonaqa
Şərhlər: 36
Baxılıb: 664
Səs ver:
Salam saytımızın şirin şəkər qızları. 03 Sizlər üçün yep yeni bir layihə hazırlamaq fikrinə gəldim girl_in_love Layihəm qızların həyatının ən həyacanlı günü olan elçilik günüdür layihəmin qonağı isə arzum-aysum nikidir  11 11
həə, sevimli bacılarım, bu bahar ətirli, Novruz təravətli gözəl gündə hər birinizi xoş gördük. Bu görüşə vəsilə olduğu üçün qonaqa bacıma xüsusi təşəkkür edirəm.

Deyirəm burda virtual da olsa, bir birimizə o qədər yaxın olmuşuqki, doğum günündən tutmuş ən özəl günlərimizə qədər bilirik. Bilmədiklərimizi də, qızlar sağ olsun, maraqlı layihələri vasitəsilə öyrənirik. Artıq 2 ildən çoxdur ki, saytda qeydiyyatdan keçmişəm və demək olar ki, bu günə qədər yayımlanan bütün layihələrdə iştirak etmişəm. Buna görə də artıq çoxunuz bidənəmin xalam oğlu olduğunu, bizim dillərə dastan sevgi hekayəmizi bilirsiniz. Onu da bilirsiniz ki, biz qovuşmaq üçün nə qədər çox əzablar çəkmişik, nə qədər göz yaşları axıtmışıq. Başladığımız yol, birgə addımlamağa qərar verdiyimiz yol çox enişli-yoxuşlu oldu, çox maneələr aşmaq məcburiyyətində qaldıq. Amma sonunda biz, bizim saf sevgimiz qalib gəldi. Hər şeyə və hər kəsə rəğmən sevgimiz qələbə çaldı. Bilirəm mətləbə keçənə qədər yazım uzun oldu, amma içimdən gələnləri yazmaq istədim. Uzun uzadı bu girişimin ardından qayıdıram lap əvvələ,hər kəsə qarşı tək qalan sevgimizə görə mübarizəyə başladığımız o günə.
Soyuq və qarlı fevral günü idi. Artıq beş ay idi ki, biz bir yerdə idik. Sevirdik və xoşbəxt idik... Önümüzə çıxacaq maneələrdən xəbərsiz... Bir gün atamın əmisi qızı bizə zəng edib bir qohumumuzun bizə elçi gəlmək istədiyini dedi. Mən o zamanlar böyük bir tibb idarəsində kadrlar müfəttişi işləyirdim. Bunlar da neçə dəfə işə düzəlmək adı ilə gəlibMənə baxıblar, nəsə elçi gəlmək qərarına gəliblər. Anam bu məsələni mənə deyəndə dünya başıma yıxıldı. Həm atamın qohumu, həm də çox imkanlı yer. Yüz faiz bilirəm ki, gəlsələr atam verəcək. Oğlanın əmisi adın deməyəcəm o vaxt nazirlərdən biri idi, özü gömrükdə işləyirdi. Həm də mədəni, tərbiyəli ailə. Kim qızını belə yerə vermək istəməz ki. Mənim bidənəm də şofer oğlu, oxumayıb, özü də rayonda qalırlar. Yəni anlayacağınız işimiz çoxxx çətindi. Tez bidənəmə zəng eliyib məsələ nə yerdədir dedim. Üstündən heç iki saat keçməmişdi baxdım xalam gəldi. Bidənəm yazıq zəng eliyib ki, bəs qıza sabah elçi gələcək durma gəl. Atam evdə yox idi, xalam nə qədər gözlədi gördü hələ gəlmir anama hər şeyi danışıb getdi. Atam gec gəldi evə, anam məsələni açıb danışanda atam əvvəlcə dinmədi. Bircə kəlimə dedi ki, nə qədər olmasa xalasıdı, yəqin qıza yaxşı baxar. Amma hələ birinci elçidən xəbəri yoxdur. Anama demişdim ki, onlara yox de, de ki, qız istəmir heç gəlməsinlər. Anam atamla danışıb gəldi otağa, dedi ki, o biri elçi məsələsini atandan gizləyə bilmərik. Öz qohumlarıdı, sabah bir gün kimdənsə eşidəcək, onda di gəl. Nə qədər yalvardım anam məni eşitmədi. Açıb hər şeyi atama danışdı. Bu məsələ evdə bir müddət belə qaldı. Amma mən əmim qızı ilə bu biri elçilərə söz göndərmişdim ki, gəlməsinlər, mənim öz istədiyim var.
Bi xeyli vaxtdan sonra, indiki kimi yadımdadır, aprelin ikisi idi. Xalam yoldaşı ilə gəldi bizə. Söz açdılar, atam Nuh dedi peyğəmbər demədi, olmaz vəssalam.Xalamgil dilxor çıxıb getdilər. Bidənəm də fikirdən dəli olub daha. Bir iki gün keçəndən sonra, böyük dayımı da götürüb yenə gəldilər. Dayım söhbəti açmaq istəyirdi ki, atam söhbəti bağlayıb, bir də bu məsələ ilə bağlı gəlməmələrini dedi. İnanın həmin an ürəyim dayanacaq sandım. Bütün dünyam alt üst oldu. Xəyallarım, arzularım darmadağın oldu.
Hamı bidənəmin üstünə düşüb, ayrılın deyib. Bir daha bura gəlməyəcəklərini, ancaq atam razı olarsa nişan gətirəcəklərini deyib. Bidənəm Aləmi dağıdırmış, əsəbdən ağlayırmış. Hamı indi bunu deyib bidənəmi ələ salır. Amma mən bu cür sevildiyimə görə çox xoşbəxt idim. Bidənəm qaçaq dedi, razı olmadım. Atamı yerə vurub heç hara gedə bilməzdim. Nə qədər sevsəm də, xəyalım ağ gəlinliklə çıxmaq idi atamın evindən. O məni çırağın başına fırladacaq, xeyir dua verəcək. Bunlar olmadan mən necə xoşbəxt ola bilərdim. Bidənəm qaçmaq söhbətini hər açdıqca mən fırladırdım. Bir az da dözüb səbr edək deyirdim. 8 ay Göz yaşlarımız axsa da, hər günümüz əzab və həsrət içində keçsə də dözdük, sevgimiz üçün, bu günümüz üçün... Sonda çəkdiyimiz əzablar böyük bir xoşbəxtlik olaraq özümüzə geri qayıtdı. Atamı bibim yola gətirdi, daha elçilik olmadı, nişan oldu və nişan üzüklərimiz böyüklərimin xeyir duası ilə bizi ömür boyu xoşbəxt etmək üçün barmaqlarımıza taxıldı.
Əzizlərim, bilirəm çox uzun oldu, amma nə qədər qısaldıram alınmır ümid edirəm ki, heç olmasa maraqla oxuduz.


Şərhlər: 36
Baxılıb: 664
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ülü16
Xoşbəxt ol bacım... Elə öz atamdan götürək, kiçik gəlini qardaşıma almağ istəmirdi. Amma indi bizə gələndə elə qucaqlayır ki, 23 ... nə olursa olsun, atanın-ananın ürəyi həmişə yanır öz balasına. ALLAH onları bizə çox görməsin
27 aprel 2016 00:34
# 36
Mrs.Pianist
Bezmeden,sona qeder oxuduqum, bitmesini istemediyim butun hekayeler nedense Turkan bacima aid olur)) heqiqeten ezabli olub((( amma cooxx wukur ki sonunda xosbextsiz.Allah qorusun!
25 aprel 2016 16:11
# 35
Acısı çox olan qizların guluşu gozel olur.!
LETAFET
maraqli lahiyedi oxudum ALLAH ayirmasin
11 mart 2016 01:22
# 34
¤DƏCƏL ŞEYTAN¤
Çox maraqlı həyat hekayəniz var.hər zaman xoşbəxt olasınız.AMİN :HEART:
10 mart 2016 22:50
# 33
ayka95
oxumaq cox marqli oldi ,o ezab eziyete baxmayaraq Allahim sizi qovusdurub.Allah iki gul balalarivi birde bidenevi sene ,senide onlara cox gormesin insaAllah. Xowbext olun

oxumaq cox marqli oldi ,o ezab eziyete baxmayaraq Allahim sizi qovusdurub.Allah iki gul balalarivi birde bidenevi sene ,senide onlara cox gormesin insaAllah. Xowbext olun
10 mart 2016 22:08
# 32
Denizimm
Eziyyet cekilmeden xowbextlik olmaz baci ALLAH bir omur boyu xowbext etsin sizi butun gozel gunler sizin olsun
10 mart 2016 21:43
# 31

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
arzum-aysum
Sitat: ulduz
Mənə maraqlıdı indi atanla yoldaşını arası necədi. Əminəm yaxsi yola gedirlər həmişə elə olur

Canim menim, bizim nişan günü atam dayimgile gözü dola dola bir söz demişdi. "menim oğlum yoxdu, o mene oğul olacaq" ele de oldu, düzdü atamın bir az cetin ve əsəbi xarakteri var, amma bidenem sağ olsun, her zaman atamgilin ne işi olur özləri deməmiş köməklərine gedir, əlindən gelen qədər her cetin işlərinə el atir, bir defe de olsa bezdim demir. atam da onu oz bəlasından ayırmır jec vaxt. bu da meni cox xosbext edir
10 mart 2016 21:43
# 30
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Aksana77
En böyük xowbextliklerden birine sahibsen teki her zaman xowbext olasiz İnwallah.
10 mart 2016 21:27
# 29
Antikvar
Türkanımın sevgi dolu sözlərini birdənəsinə olan sevgisini hər dəfə oxusamda heç bezmirəm əksinə həmişə üzümdə xoş anıları oxuduqda gülüş ,keşməkeşli yollarınızı oxuduqda isə kədərlənirəm.Amma çox şükür o qədər əziyyətli yollarınızın sonu gözəl bitib.Çox xoşbəxt olmağını arzu edirəm sevginiz daima zaman keçdikcə artsın.İki gözəl gəlnimidə Allah saxlasın valdeynlərinə layiqli övlad olsunlar inşaılah.123
10 mart 2016 19:47
# 28
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ulduz
Canim menim insallah ömur boyu xoşbəxt olarsan. Mənə maraqlıdı indi atanla yoldaşını arası necədi. Əminəm yaxsi yola gedirlər həmişə elə olur
10 mart 2016 19:10
# 27
Canavar sevgisi
Sizin sevgi hekayeniz cox maraqlidi. Her defe bu barede nese layihe olanda sizin yazdigivizi yorulmadan oxuyuram Allah hemiwe xowbext ve mehriban elesin
10 mart 2016 18:50
# 26
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
rəmsə
İnşaallah ömür boyu bir-birinizi belə sevərsiz,mehriban olarsız.Allah o 2 gül balanı qorusun,onlara qardaş payı versinmelek
10 mart 2016 17:54
# 25
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
arzum-aysum
Sitat: Vuska87
mene cox maraqlidi.rayonda yawamaq size cetin gelmedi?

yox canim menim, əksinə men subay olan vaxarimdan rayon heyatini cox sevmişəm, təbiəti, gul çiçəyi, yaşıllığı sevdiyim üçün. burda şəraitimiz cox şükür şəhərdekinden geri qalmir, hamam tualet evin icinde, isti soyuq su. yeni burda sevdiyimle yaşamaq meni coxxxx xoşbəxt edir

Sitat: Tomris Müslümova
Sizi çox yaxşı başa düşürəm .Təki bizimdə sonumuz sizin kimi xoşbəxt sonsuzluqla nəticələnsin.

Canim menim, olacaq inşallah. Allah boyukdu, her şeyi görür ve bilir, inşallah bir gün sizi de qovuşdurub cox xosbext edəcək. men buna inanıram. teki siz de inanin ve sevginiz uğrunda mübarizədən el çəkməyin. onunla həqiqətən də xoşbəxt olacağına əminsənse bu yolu sonuna qədər get, bax görəcəksən sonda sevginiz qalib gələcək
10 mart 2016 17:38
# 24
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
evli.mutlu.cocuklu
Haha maraqli ididualarin qebul edildi
10 mart 2016 17:31
# 23
arzum-aysum
ay qizlarr, her birinizin gözəl arzularini oxumaq cox xoş oldu mənə. biz bir birimizi həqiqətən də çox sevmişik ve toyumuzdan indiye keçən bu beş il ərzində sevgimizden hec ne eskilmeyib, əksinə daha da bağlayıb bizi bir birimize. her birinize bu cur təmiz sevgi arzu edirəm, üzünüzü guldurecek, sizi xoşbəxt edəcək. amma hec kese sevdiyi ile qovuşmaq üçün bizim çəkdiyimiz əzabları çəkməyi arzu etmirəm. dilərəm sizi xoşbəxtliyə aparan sevgi yolunuz hamar ve temiz olar. amin
10 mart 2016 17:31
# 22
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Miss_Angel
can dualarin qebul olundu qismet oldunuz bir birinize ALLAH seveneri AYIRMASIN duaamin
10 mart 2016 17:05
# 21
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
kiraz mevsimci kiz
turkan bacim ALLAH her zaman sizi bele xosbext etsin o saf sevginin neticesidir o iki gul balaniz
10 mart 2016 16:52
# 20
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Fi-Ra
Heç də uzun deyildi. Maraqla oxudum bir-bir. Çox gözəl ama bir o qədər də çətin keçən sevgi yolunuz olub. Nəysə ki, Allah qovuşdurub sizi. Həmişə belə xoşbəxt olasız. Bir-birinizə olan sevginiz bitib-tükənməsin İnşallah. Allah o şirin, iki gül balanızı saxlasın Amin
10 mart 2016 15:29
# 19
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
maraqli kecib her zaman xosbext olmanizi dileyirem
10 mart 2016 14:27
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
heyatim_menim
Turkan baci birazda cox yazardiz cunki sizin sevgi hekayenizi cox beyenirem. o qeder icden yazmisiniz ki yazdiqlarinizin davam etmesini cox isderdim.insaALLAH diger layihelerde biraz yox daha da cox yazrasiz. heqiqetende eziyyetle qurulan aileler de sevgi hec vaxt dukenmir.eksine sevgi daha da boyuyur.ALLAH sevginizi bir omur boyu deyilde omur boyu davam etdirsin insaALLAH.ALLAH iki gozel qizlarini qorusun insaALLAH.XOSBEXT OLUN DAIMA
10 mart 2016 13:54
# 17
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
adsiz-a
Maragla oxudum,Allah xosbext elesin sizi,Allah o gözel şirin şeker qizdarini qorusun
10 mart 2016 13:53
# 16
Leylas
Yazdiginizi ele oxudumki bitdiyine inanmadim ))).. Birazda cox yazsaydiz yene de hevesle oxuyardim... Xosbextliyiniz daimi olsun.. Insallah omrunuzun axirina kimi sevib sevilesiz... Allah balaskanizi saxlasin...
10 mart 2016 13:33
# 15
krisa
Ay canim heqiqi cox eziyyet cekmisiniz.Hec de uzun-uzadi olmadi.Hec bitmeyini istemirdim.Cünki hadiseleri o qeder gözel bize catdirmisiniz ki,oxuduqca adam oxumaq isteyir.Allaha sükür ki,bir-birinize qovusmusunuz ve o saf,gözel sevginizin behresi iki gül balalariniz var.Daima xosbext olun.
10 mart 2016 12:56
# 14
Ekizlerin mamasi
Maraqli oldu oxumaq.cetinlikle qurulan ailede eger sevgi varsa insan her sey dozur sevdiyin sevgisine gore.sizi cox yaxsi basa dusuram. Cunki bizde cetinlikle qovusmusuq.insallah hemise bele sevib sevilersiz
10 mart 2016 12:54
# 13
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Turkan Abbasova
Cox maraqla oxudum mende. Hekayelere benzeyir. Insallah hemise bele xosbext olarsiz. Sag eliniz butun sevenler in basina
10 mart 2016 12:37
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 mart 2016 12:26
# 11
Tomris Müslümova
Uzun olmadı.Əksinə birazda çox oxumaq istərdim.Çox bəyənirəm sizin sevgi tarixinizi.Çünki əzab nədir,çətinlik nədir,göz yaşı nədir,sevdiyin tərəfindən göndərilən elçiyə yox deyib göndərmək nədir çox yaxşı başa düşürəm.Məndə mənə elçi gələn oğlana zəng edib özüm demişdim ki,mənim istədiyim var.Oda anamın qohumu idi.Multimilyoner.Evdən dirənmişdilər,and içmişdilər ki,sən öz dediyinə getmiyəssən.Qoymuyacağıq.Biz deyənə gedəssən.Məndə qardaşımın telefonunnan nömrəni götürüb özüm yığdım ona...Sizi çox yaxşı başa düşürəm ona görədə.Təki bizimdə sonumuz sizin kimi xoşbəxt sonsuzluqla nəticələnsin.Allah o iki mələyinizi qorusun.Eyni zamanda sevginizidə.Amin!
10 mart 2016 12:12
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
zezema
cox maraqla oxudum! ne yaxshi ki, her shey bele gozel bitib! Allah xoshbext etsin sizi butun omrunuz boyu!
10 mart 2016 11:55
# 9
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Marta
Allah hec zaman ayirmasin..cetinlikleriniz olub amabsevgin gercek ve guclu olduqda her seyin ustesinden gelmek olar eynile sizin kimi))
10 mart 2016 10:57
# 8
Немного терпения, и у тебя все получится..
tatyana
Uzun yazsanda oxuyunca uzun gelmir,maraqla oxudum,her zaman xosbext olasan
10 mart 2016 10:31
# 7
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz