Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - zezema (31)
Mənim toy günüm - zezema (31)
Göndərən: arzum-aysum
Şərhlər: 25
Baxılıb: 829
Səs ver:
 toy ...Mənim Toy Günüm.. toy  layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın zezema-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq
 
Mənim toy günüm - zezema (31) 
 
Əvvəlcə hər kəsi salamlayıram. Boşanan və artıq həyatını bitmiş, özünü tənha hiss edən xanımlara bir stimul olmaq üçün öz ikinci evliliyim haqqında yazmaq istəyirəm.

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
çox qəribə tanışlığımız olub. Bir il idi ki, boşanmışdım. Işləyirdim. Qızıma da evimdə dayə baxırdı. Bir gün anam zəng vurudu ki, get makler gələcək evi (mənimlə qonşu digər evimizi) göstər. Mən də pol yuyurdum. çıxdım pis gündə)) Makler də iri, kök, hündür bir kişi idi. Yanındakı adama heç fikir vermədim. Ancaq səsini eşidirdim. Dedi ev tikdirirəm 2 ay qalacağam. Razılaşdıq getdilər. 
üstündən xeyli vaxt keçdi, bir dəfə blokda rastlaşdıq, reski yanan lampa var idi blokda, işıq yanan kimi bir birimizi gördük – mən qışqırdım, o da qorxdu))) 
Qiş oldu, qar yağdı, buz tutudu Bakını. Işə gedirdim. Düşdüm həyətə gördüm taksi yox, avtobus işləmir. Bir də gördüm bir xarici bahalı maşın saxladı qarşımda. Gördüm içində həmin adam. Dedi : axtarmayın, belə buzda maşın yoxdu. Mən sizin kirayəyəm tanımırsız? Dedim yox hardan tanıyım. ( kirə pulunu mağazaya qoyurdu deyə uzunu tanımırdım) Mindim maşına. Apardı məni səssiz-səmirsiz düz iş yerimə. Məəttəl qaldım ki, bu mənim iş yerimi hardan tanıyır. Izləyirmiş məni sonra bildim. 
Aylar keçdi. Yay oldu. Yenə səhər işə gedirdim. Gördüm, ahhaaa yenə saxladı düz yanımda. Salam! Salam! Dedi, gəlin aparım mən də o tərəfə gedirəm. Dedim çox sağ olun, daha qar yağmayıb özüm gedirəm! Elə hirslə sürdü getdi yanımdan Vızzz elədi))))) 
Neçə gün keçdi, qonşum gəldi, padruqam, dedi daha bezmişəm, al buna cavab ver, əl çəkmir məndən. Kimə? Sənin kirayənə!)) Aldım nömrəsini, dedim, ver özüm danışaram. (o yalnız mamamın və xalamın nömrəsini bilirdi) Axşam danışdıq. Və yapışdıq bir-birimizə. )) Mənə görə bizdə kirayə qaldığını dedi. Mənimlə qonşu olmağın dərdindən. 7 il əvvəl boşandığınə və 1 qızı olduğunu bildim. Yaxşı işi evi filan… bildim ki, mən ona nəyəsə görə lazım deyiləm.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Görüşdük işdən sonra axşam. Belə də dedi : Mənim Başqa şeylərə ehtiyacım yoxdur, gəzmək filan mənlik deyil!!! Mən səninlə evlənmək istəyirəm. Sən mənimlə evlənməyə razısan? Dedim, yox. Mən bir də qələt eliyərəm. Bir müddət görüşdük. Hər gün dalaşırdıq o deyirdi elçi mən deyirdim yox. Axırı qaçdım getdim rayona – ata evimə, dedim axtarma məni, qorxurdum. Elə mən ora çatan, xalam zəng elədi ki, (xalama demişdim), ay qız sevgilin elçiliyə gəlir zəng edib ki, evi göstər mənə. Həəə… axşam gəlib xalamı xalamın ərini götürüb gəliblər bizə! Mamam da bildi. Dedi, səni tanıyıram, uşaq deyilsən, amma valideynlərin gəlsin! Gəldilər düz 3 dəfə elçiliyə! Elçilikdə oturmağa yer yox idi 8 bacı qardaş, bir ton adamla gəlirdi hər dəfə!

3. Neçə müddət nişanlı qaldınız?
Bir ay nşhanlı qaldıq. 

4. Toy hazırlıqları necə irəlilədi?
 çox şeyə ikimiz birlikdə hazırlaşdıq. əlbəttə annemlərin hazırlıqları başqa idi))) 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Bir ayda hər şeyi həll etdik. Məncə zamanımız hər şeyə çatdı.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Toyda geyinəcəyim paltarı. Onun kostyumunu ikimiz bir yerdə aldıq. Hətta xonçaları və səbətləri də ikimiz aldıq. Gəzirdik, seçirdik! çox yaxşı idi))

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox kursa filan getmədik, mənim Şrekim rəqs edə bilmir! özüm ona sora öyrətdim 8 il rəqslə məşğul olmuşam)) 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Hər ikimizin ikinci evliliyi olduğuna görə Toyumuz (böyük banket) bizim həyətdə oldu. Hər bir şərait olduğundan da əlavə, istədim ki, hər kəs görsün ki, bu qapıda toydu. Sabah heç kim deməsin ki, aaa bu qız nə vaxt getdi kimə getdi. Zaqs da orda oldu. O da mənimlə razılaşdı. 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Fotoqraf var idi. Amma bilmirəm hardan tutub gətirmişdilər onu))) 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox eləməmişdik. Qaça-qaçda yada düşməyib!! 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Artıq ikinci evlilik idi deyə gəlinlik istəmədim. Amma yoldaşımın valideyinləri istəyirdilər ki mən gəlinlik geyinim. Mənsə razi olmadım. Nar çiçəyi rəngdə qəşəng uzun libas aldım. Al da yaraşır şal da yaraşır )))) 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Həəəə… az getdik düz getdik – çox yerə getdik! Axırı ki tapdım! 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Nişanlı olanda hər geyimimə bir mızdan, qulpdan tapırdı. Bəlkə 30-40 dənə paltar primerka elədim. Axırı xoşuna gəldi. Elə mənimdə xoşuma gəldi. 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
əvvəlcədən bilirdim saçım sadə topuz olacaq. 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Saçım istədiyim kimi oldu. Makiyajı isə həmişəki kimi özüm elədim. Xoşum gəlmir salonda olunan makiyajdan, yaraşmır mənə. 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox özü aldı. Toy paltarını alanda özünə də kostyum özü aldı. 

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
 Həəə))) onu elə gözləyirdim ki)) 21.04.2012

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Birincisi o oldu ki, salonda pulumu oğurladı əli qurumuşun biri. Iki qat xərcə düşdüm)) 
Ikincisi də o oldu ki, qardaşımın köynəyi ütüsüz qalmışdı, qardaşım evə gələndə oğlan evi qapıda idi, dedi, ay bacı, mənim köynəyim niyə ütüsüzdü! Tez ütünü qoşdum dedim ver köynəyi, dedi, axı gəliblər həyətdədilər! Dedim heç nə olmaz gözləyər!! ))) Tez ütülədim, geyindi! 
üçüncüsü də o oldu ki, həmin oğru demə qonaqların arasında imiş, bir neçə qonağın sumkası mənim ayağımın altında gizlədilmişhdi toyda))))) 

19. Toy günü unutduğunuz bir şey oldumu?
Heç nə unutmamışhdım, hər şeyim üstümdə idi! 

20. Toyunuzun ən gözəl anı nə idi?
Yoldaşım gəlib mənə gülləri verəndə, üzüyü taxanda, zaqsımız kəsiləndə çox həyəcanlanırdım. Elə bil birinci dəfə idi onu görürdüm! 

21. İlk rəqs parçanız hansı idi?
O rəqs eləməyi xoşlamır! Mən rəqs edirdim, onu da dartıb aparırdım özümlə)) Elə yalandan yellənirdi)))))) 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Romantik deməzdim, amma belə bir şey olmuşdu. Artıq axşam idi. Dağılışmaq vaxtı idi! Nənəm, rəhmətlik, dedi, ay bala, adamın çoxdu, qonaqlarını apar, səhər biri gün gəlib apararsan qızı)) Dedi : Nənə, drujba-drujboy, slujba-slujboy – Biz elə bu gün gedək! ))) 

23. Bir tərslik yaşandımı toy günü?
Yox tərslik olmadı. Sadəcə ikimiz də istəyirdik ki, qızım olsun toyda. Sonra fikirləşdik ki, qızım balacadı 3 yaşı var, birdən başa düşməz! Qorxar. Amma tanıyırdı qızım onu artıq. Indi deyir, Paxıllar bəs mən? Mən niyə yoxam toyda?)) 

24.Ən çox nə vaxt həyəcanlandınız?
həm həyəcanlandım, həm pis oldum, mamam ağladı o mənə üzüyü taxanda. Bimədim sevinim ya… 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yox əlavə sürpriz filan yox idi. Sürpriz mənə yox ona olmuşdu – gələndə təkəri partlamiışdı yolda))) yarım saat gecikmişdilər! 

26. Bal ayınızı harada keçirdiniz?
 Bal ayımızı öz evimizdə keçirdik! Işinə görə heç yerə gedə bilmədik. Hər axşam işdən sonar ora-bura gedirdik. Səhərlər bulvarı dəli kimi qaçırdıq o başa bu başa. Mən hamilə oldum ikinci ay, qızımı da gətirdik, bir aylıq anamın yanında idi. Ikinci ay olduq çocuklu)) Ammaaaa bal ayımız hələ də davam edir! 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Artıq 4 ildir evliyik. 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Qadinlar.biz-in nişanlı, evliliyə hazırlaşan xanımlarına sevib-sevilməyi arzu edirəm! Xüsusən də, boşanmış xanımlarına ikinci evlilikdən qorxmamalarını tövsiyə edirəm. Sadəcə düzgün insanı ayırd edə bilsinlər! Biz artıq pisi görmüşük. Yaxşını da tez başa düşə bilərik! Hər zaman özünüzə, və öz xoşbəxtliyinizə inanın! Hər şey öz əlinizdədir! Xoşbəxt olun! Amin!
 
Mənim toy günüm - zezema (31)
 
Ay canım, dilərəm çox amma çox xoşbəxt olarsan... arzuladığın və xəyal etdiyin hər şeyi Tanrım sevdiyin və balalarınla yaşamağı nəsib etsin... amin...


Şərhlər: 25
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
her kese cox boyuk teshekkurumu bildirirem, qizlar! Allah her birinizi daim sevib sevilen, xoshbext xanimlardan etsin, Inshallah!
9 mart 2016 21:28
# 25
Bir hissimi itirmishem - TEECCUBLENMEK
NURANE
ALLAH xosbext etsin sizi
7 mart 2016 20:46
# 24
zalimin zulmu varsa seveninde Allahi var
1205
Allah bir omur xoşbext elesin
7 mart 2016 14:45
# 23
evli.mutlu.cocuklu
Qeweng maraqli yazmisiz allah sizi daim xosbext etsin canim
7 mart 2016 01:59
# 22
Antikvar
Səhər oxumuşdum,amma şərh yazmağa imkan yarada bilmədim)Bir xəbərə şərh yazdığınızda ordan məlumatım olmuşdu ikinci evliliyinizin olmağı,sizə dəyər verib sahiblənibsə nə gözəl sizə,hər insana qismət olmur ikinci evliliyi belə xoş keçməyi,ola bilsin birinci evliliyinizdən olan şəxs sizin həyatınıza qarışmayıb boşandıqdan sonra,nədə olsa bizim millətin bəzi kişiləri boşannandan sonrada qadının üzərində haqqı olduğunu düşünür.(Çox mənasız anlayış deyərdiml
Allah xoşbəxt eləsin inşallah sevginiz gündən günə daha da artsın.Övladlarınızı allah saxlasın.
6 mart 2016 21:46
# 21
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
SENSİZ
Ilk defedirki sixilmadan oxudum inwallah dahada xowbext olarsiniz
6 mart 2016 20:38
# 20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
İnci
Insallah xosbext olarsan burıncı baharını yasaya bılmesende 2cı baharımı doya doya yasa allah balalarınızı xosbext etsın sızı onların ustunden yoldasınıda senın ustunden eksık etmesın
6 mart 2016 19:59
# 19
Her gulusun arxasında bır keder vardır
nayino
En Cox maraqla oxudugum musahibelerden biri idi

Allah xosbext elesin bir omur xosbext olun.Allah arxusunda olan her kese qismet elesin insallah
6 mart 2016 19:06
# 18
Arzum_Melek
Allah xowbext elesin
6 mart 2016 16:52
# 17
vipbetul
cox gozel her zaman xosbext olmanizi diliyirem
6 mart 2016 15:56
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ela
Allah daım xosbext elesın sızı )
6 mart 2016 15:49
# 15
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
YARIM QALMIS XEYALLAR
Allah daim xosbext etsin.
6 mart 2016 15:31
# 14
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
ülü16
Canım ömür boyu xoşbəxt olasan.
6 mart 2016 15:05
# 13
ayka95
Cox maraqla oxudum .Allah xosbext elesin
6 mart 2016 14:10
# 12
Sara035
Ikinci evlilik her kesde alinmir,ne yaxwiki sizin qarwiniza niyyeti temiz insan cixib,Rebbim daim xowbext elesin bal ayiniz omrunuzun axirina kimi sursun,maraqla oxudum
6 mart 2016 14:04
# 11
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Dosta_inam
Xoşbəxtliyiniz daimi olsun canım, Allah ayırmasın inşaAllah.
6 mart 2016 13:56
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
Insaalah xoşbəxt olarsan. Eyib deyilki boşanmaq. Amma gərək ağzın qatıqdan yanıbsa südü üfürüb icəsən. Nə yaxşıki qarsına cıxıb.
6 mart 2016 12:59
# 9
Ekizlerin mamasi
İnsallah hər şey ürəyiniz istəyən kimi olar.həmişə uzunuz gulsun.
6 mart 2016 12:57
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
yarpaq33
Daim xowbext olasan canim boyuk bir maraqla oxudum hem heyecani hemde sevincli tarixcesi var evliliyinin Allah her zaman mehriban elesin sizleri
6 mart 2016 12:29
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Marta
Maraqla oxudum,Allah ayirmasin.
6 mart 2016 12:14
# 6
Немного терпения, и у тебя все получится..
Miss_Angel
oxudum hamisin maraqli olub oonunda qizi var seninde ALLAH xowbext elesin daimauzun ommurlu olsun bir yasqida qocalin
6 mart 2016 12:10
# 5
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Aydan Habili
Cox hevesle oxudum qismetiniz bele imish,Allah xosbext etsin amin,men hec 2ci bahar demezdim ele sizin bu birinci baharinizdi
6 mart 2016 11:53
# 4
Leylas
Cox maragla oxudum... Her sey gozel olub... Insallah ikinci heyatiniz cox gozel olar.... Bal ayiniz omrunuzun axirina kimi olsun ))
6 mart 2016 11:52
# 3
BARBI
Ikinci ve sonuncu olar. Allah xosbext elesen
6 mart 2016 11:07
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Allah xoşbəxt etsin sizi. İnşallah ikinci evliliyiniz arzuladığınız kimi olar
6 mart 2016 10:44
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz