Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)
Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)
Göndərən: arzum-aysum
Şərhlər: 34
Baxılıb: 532
Səs ver:

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. ponpon Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. ates Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. komp ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
 Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)  Tomris Müslümova  Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)
 
Saytda bizi öz layihələri ilə  sevindirən, hər bayramın, hər fəslin müjdəçisi olan Türkan bacıma dəvəti üçün təşəkkür edirəm. Sizləri də bahar təravətli, yaz nəfəsli bu gözəl gündə salamlayıram. 03 Yəqin ki, bir neçə şərhdə mənim qışa nifrət etiyimi, yazı, baharı necə səbrsizliklə gözlədiyimi oxuyub xəbərdar olmusunuz! Novruzu çox böyük həvəs, sevgi, səbrsizliklə gözləyənlərdənəm. Açıq etiraf edirəm ki, əvvəlki bayramların ləzzəti qalmayıb artıq. Əvvələr daha maraqlı keçirdi, bayram abu-havası hər tərəfdən hiss olunurdu. Hər çərşənbə tonqal qalanırdı indi artıq biganə yanaşılır. Əvvəl papaq atanlardan bezirdik, indi papaq atanda hamıdan çox biz sevinirik 26 Bilmirəm bəlkə də mənim yaşadığım yerdə belədir. Uzun sözün qısası nə yaşamışamsa uşaqkən yaşamışam. Heç unutmadığım bayram isə 9-cu sinifdə məktəbdə keçirdiymiz bayram idi. Onda məktəb tədbiri idi və mən də aparıcı idim. Tək deyildim tərəfdaşımda "O" idi 09  
O tədbir bitənnən sonra sinif uşaqları bizə gəldi və bayramı bizdə qeyd elədik. Bizim evdə keçirilirdi deyə ən çox işliyib yorulanda mən olmuşdum... O günnən xatirə videomuz da var şəkillərimiz də.
Hələ də getməyə can atdığım papaq atmaq isə məndə yarımçıq olurdu. Mən qapıya qədər gedirdim ordan o tərəfə uşaqlar gedirdi. Mən itdən qorxanam deyə canımın qədrini bilirdim getmirdim qabağa 08 Şəhərdə yaşayan bibim gildəydik bir dəfə bibim oğlu, qızı bir də biz 3 uşaq getdik papaq atmağa. Sən demə şəhərdə də papağı qoyub qaçmırsan elə əlində tutub gözlüyürsən 23 Nə bilim a mən belədi şəhərdə. Elə utanmışdım ki. Onnan sonra dedim qələt eliyərəm mən bunlarla harasa gedərəm. 125 
Novruzun fallarını da sınamışam hətta 09 Bir dəfə bir sinif yoldaşım yumurta falı dedi mənə. Düyü, soğan qabığı, yumurta, kasa filan ancaq tam dəqiq necə edildiyini unutmuşam. Bunu eliyirsən guya üstünə hərif yazılır 23 Mənnəndə nə gedir? Gətirdim elədim. Amma həqiqətən də üstünə hərf yazılmışdı. Yumurtanı düz tutanda Z oxunurdu köndələn tutanda N Mənə də N sərf elədiyinə görə yumurtaya köndələn baxırdım 08 Kişinin qızı ağıllı çıxıb bu yumurtanı saxlamaq istədi yadigar. Apardım qoydum şkafıma. Bir müddət keçdi gördüm şkafımnan şəhər kanalizasiyalarının iyi gəlir. 26 Ha axtardım, ya eşələdim əmələ gəlmədi. Bir müddət keçdi elə bil o kanalizasiyə mənim oatığımnan keçir iydən girmək mümkün deyildi. 06 Axırda şkafı boşaltdım. Çoxdan eləməli idim ancaq tənbəl Tomris 09 Bir də baxıram bu yumurta qırılıb qoyduğum qutunun içində o iydə bunnan gəlirmiş. Çıxartdım tulladım hələ də o iy burnumdadı 24 
Bu qədər. Bir daha dəvət üçün və zaman sərf edib oxuduğunuz üçün təşəkkür edirəm. Bayramınız mübarək olsun. 20 Bu Novruz sizlərə, bizlərə sevinc, ruzi-bərəkət, xoşbəxtlik, uğur, sevgi, səadət, sağlıq, firavanlıq gətirsin!
 
Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)   Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)   Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...



Şərhlər: 34
Baxılıb: 532
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
¤DƏCƏL ŞEYTAN¤
Maraqlı və bir o qədərdə gülməli hadisələriniz olub.hələ yumurta məsələsini demirəm.hər gününüz belə gülməli keçsin01
11 mart 2016 19:48
# 34
vipbetul
maraqli kecib her zaman gozel Novruza
9 mart 2016 23:38
# 33
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Bız usaqloqdan danısmQdan doymuruq bızden soralı nesıl ne edecek goresen?cox maraqlo olub catırelerınız
9 mart 2016 22:36
# 32
Her gulusun arxasında bır keder vardır
leyli
oldum gulmeyden papag meselesine
9 mart 2016 20:25
# 31
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Tomris Müslümova
Sitat: Narın Yağış
O yumurtanı köndələn tutanda adının baş hərfi yazılan insanla qovuşub xoşbxt olasan :)


Ayy amin canım.Allah ağzınnan eşitsin melek
9 mart 2016 20:01
# 30
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Narın Yağış
Ayy bu bayramı ən çox sevənlərdən biridə mənəm :) düzdü əvvəlki bayramların ləzzəti qalmayıbdı, mənə rayonda daha maraqlı gəlir nəsə.Həyət evində tonqal qalayırsan, özüdə bizdə rayonda 1 tonqal qalanmır səhv etmirəmsə 7 dənə yandırılır ama quru otnan taxta-tuxtaynan yox 23 o daha maraqlı olur melek Papaq atma məsələsi keçən il yox ondan qabaqkı il rayonda idim 2 mərtəbəli evdi, aşağı yuxarı qalxmağdan birtəhər olmuşdum 23 papaq atan kimi mən sevinə sevinə qaçırdım 122 öz evimizdədə ayrı ləzzəti var bayram gününü səbirsizliklə gözlüyürəm sinif yoldaşlarım bizə papaq atsın )) əsasəndə birisi 09 keçən il atmışdı bu ildə söz verib ama oyun açacacam başına bu il 23 ay harfan hara gəldim)) Bayram xatirələrin maşAllah gözəl olub.O yumurtanı köndələn tutanda adının baş hərfi yazılan insanla qovuşub xoşbxt olasan :)
9 mart 2016 19:45
# 29
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Aynur00
çox maraqlı olub mende kend yerinde böyüdüyüme göre bizde yaylıq yada parçadan torba tikib salırdıq qapılara mence kend yerlerinda daha çox maraqlı olur dama çıxıb od qalayırsan .. çox maraqlı olur o qeder qapılara gedib salırdıqki eve gelende ayaqlarımız qırılırdı ... az qalır kaş kendimizde olardıq )))
9 mart 2016 18:58
# 28
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
yarpaq33
Uwaq vaxti bu bayramlarin bir bawqa lezzeti olur yumurta meseleside yaman gulmeli olub haa hele iylenmesini demirem 122
9 mart 2016 18:34
# 27
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
tatyana,
Həə ağıllı çıxmışamda istədim saxlıyam nəticə oldu kanalizasiya))

AGAYEVA,
Doğrudur onda daha da maraqlı alınır))

aLone angeL,
Yadımnan çıxıbe onu sinif yoldaşımnan örgənib deyərəm.Günayda istəmişdi mənnən.

Hər birinizə təşəkkür edirəm.Neçə belə bayramlara inşAllah. 20
9 mart 2016 18:17
# 26
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dj_Vampir
-Hemishe gozel xatirelere..
9 mart 2016 18:06
# 25
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
rəmsə
Hey gidi günlər heyxeyalUşaq vaxtı nə qədər papaq atardıq.Bir qonşu var idi papaqlara qax,yəni meyvə qurusu qoyurdu,onlara atanda sevinirdim,bilirdim ki,qax yeyəcəm.Bir qonşu var idi bir-iki uşağın papağına pul qoymuşdu deyə hamı onlara papaq atmağa gedirdi.Yenə bur qonşumuz var idi,qapıqonşumuz onlara isə heç kəs papaq atmırdı,çünki kişi hirsli kişi idi,papaq atan olanda papaqları pəncərədən həyətə vıyıldadırdı:).Yəni deyəcəyim o ki,Tomris xanım mən də keçmişin məhşur papaq atanıyam:),ama şəhərdə papaq atmayıb əllərində tutub gözləməyi ilk dəfədirki sizdən eşitdim:)
Lax yumurta məsələsi mənim də başıma gəlib,rayondan kənd yumurtası gəlmişdi,çox idi,kulokda qoydum xaladenlikə,xaladenniki iy basmışdı,sən demə yumurtalardan biri sınıb iylənib:)
9 mart 2016 18:05
# 24
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Angel
oxudum maraqili olub qiz vaxdi yooxlanan falar coxu duz cixir
9 mart 2016 18:01
# 23
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
.
9 mart 2016 17:24
# 22
Fialka
Səndə qışı sevmirsən mənim kimi düzdür heçnə uşaqlıq illərində ki, kimi deyil o bayram sevinci, coşqusu əvvəl ki, deyil artıq...
Bayram xatirələrin çox olsun həmişə yaxşı mənada)).
9 mart 2016 16:28
# 21
Vuska87
Ay yumurtaya cox guldum.hele teze biwende pis iy gelir.qalmiwdiki ne qeder vaxt qala.tesevvur edirem o iyi
9 mart 2016 15:39
# 20
Dosta_inam
Həqiqətən də, əvvəlki bayramlardan əsər əlamət qalmayıb indi, maraqlı idi canım.
9 mart 2016 15:20
# 19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Şəbnəm Vüsal
Allah sevənləri ayirmasin.maraqla oxudum.bir gun qonaq olaram mende xatirələrimi yazaram.Tomris bacima hemse sevib sevilmeyi arzu edirem.Allah bizi sevdiklərimizle xowbext etsin inwAllah
9 mart 2016 15:07
# 18
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
aLoNe AnGeL
gozel xatirelerdir novruz fallari menede maraqli gelir amma coxda deqiq bilmirem bu fallari bilsem edecem bilirsinizse menede deyin 09
9 mart 2016 15:05
# 17
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
VIP
Uşag vaxtı qışı da sevirdim.İndi yox,adam cox darıxır.
Siz də onu necə sevirsinizsə baş hərfinə görə yumurtanı şkafda saxlayırmışsınız.Allah sizi ayırmasın.Adı lazım deyil baş harfi ben.
9 mart 2016 14:53
# 16
Başımın üstündə Allah,yanımda ailəm olsun.
qonaqa
cox gulmeli idi
9 mart 2016 14:48
# 15
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ayka95
cox marqli olub novruzda yasadiqlarin ,menimde hec qis ayindan xosum gelmir ,esasen yaz yay aylarini cox sevirem
9 mart 2016 14:30
# 14
tenha cicek
gulmekden oldum 122 dogrudanda maraqli hekayedir
9 mart 2016 14:02
# 13
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 mart 2016 13:53
# 12
14MsM
Duzdu evvel ki novruzdan eser elamet bele qalmayib maraqli idi
9 mart 2016 13:42
# 11
AGHAYEVA
Sevdiyiniz kesle olan Novruz xatirelerini Inwallah birge boyudeceyiniz ovladlarinizi daniwmaq nesibiniz olsun.Mence hemen Novruzlarin maragi sizde bir bawqa olar.
9 mart 2016 13:37
# 10
tatyana
Yumurtani yadigar nece il saxlamaq fikrin vardiki?))xos xatirelin her zaman bol bol olsun
9 mart 2016 13:14
# 9
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Ela
Maraqla oxudum duz deyırsız evvelkı bayramların dadı yoxdu ındı
9 mart 2016 12:16
# 8
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
ulduz
Əvvəllər Cox maraqlı olurdu bayramlar.yumurtada maraqli olub ha təsəfur edirem otaqdan fal yumurta iysi gelirmis. Demək fikir verdim sənin ucun ən xoş xatieələr sevdiyin insanla olub ömurunun axirina kimi belə olsun insallah
9 mart 2016 11:46
# 7
Leylas
O iy menim de burnuma deydi )))... Duz deyirsiz bizde de eledi usagligimizdaki novruzdan eser elamet galmayib.. Men de sizin kimi yazi sevirem.. Maragla oxudum.. Her zaman gozel gunleriniz olsun.. Insallah bu novruz heyatinizin en gozel novruzu olsun.. Arzularinizin gercek almasini dileyirem.. Xosbext olun..))
9 mart 2016 11:44
# 6
Fi-Ra
Doğru demisiz. Əvvəlki bayramlardan əsər-əlamət qalmıyıb. Nə var idi o vaxt var idi. İndi biraz televizorda qeyd edirlər o ds ki, süni alınır. Maraqlı hadisələrdi. Baharı sizin kimi mən də çox sevirəm. Bayramınız mübarək. Neçə belə illərə ailəniz, sevdiklərinizlə bir yerdə
9 mart 2016 11:13
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz