Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtdir ona görə ki... - gulər19 (31)
Xoşbəxtdir ona görə ki... - gulər19 (31)
Göndərən: ulduz
Şərhlər:
Baxılıb: 377
Səs ver:
Salam gözəl xanımlar! Layihəmin bu səfər qonağı gulər19 11 nikidir Gəlin görək o nəyə görə xoşbəxtdir  03  

Xoşbəxtdir ona görə ki... - gulər19 (31) Xoşbəxtdir ona görə ki... - gulər19 (31)
 
Mən xoşbəxtəm ona görə ki,
Ürəyim nə arzu edirse RƏBBİM onu tez gec mənə qismət edir. Gözəl ailəm canımdan çox sevdiyim həyat yoldaşım var. Onun hörməti sevgisi məni çox xoşbəxt edir. Elim qolum yerindədi isti evim xoşbəxt yuvam var. Valideynlərim böyüklərim başımın üstündədi. RƏBBİM mənə çox gözəl qaynana qismət edib. Mən çox xoşbəxtəm. və hər dəyqəmə hər saniyəmə şükr edirəm.

Mən həyatı sevirəm ona görə ki,
Bu həyatda insanın pis günü də olur yaxşı günüdə hər insan kimi məndədə belə hallar olur. Önəmli olan bundan da pisi ola bilərdi deyib RƏBBİNə şükr etmək yaxşı gündə isə ALLAHa təşəkkürü unutmamalıyıq.

Dinimi sevirəm ona görə ki,
ALLAH məni yaradandır. Qurani Kərim kitabımdır. Kəbə mənim qibləmdir.MƏHƏMMƏD (s.a.s)-Peyğəmbərimdir. İslam mənim dinimdir. Bütün bunlar insanı doğru yola çağırır

Sevgi gözəl hisdir ona görə ki,
Mənim fikrimcə sevgi dostluqdur yaxşını pisi paylaşmaqdır. Onun başına nəsə bir iş gələndə yuxularını fəda etməkdir. Sevginə sahib çıxmaqdır. Yeri gələndə qısqanacaqsan yeri gələndə onun üçün çox darıxacaqsan. O güləndə onun gülüşü səninçün elə belə bir şey olmayacaq o güləndə sən ondanda xoşbəxt olacaqsan daim gülməyini istəyəceksen. Bir yerə gedəndə biraz gec gələn kimi heçnədən narahat olacaqsan boğazından bir tikə belə keçməyəcək onunçün dualar edəcəksən Onun hər zaman başının üstündə olmağını istəyəcəksən. O evə gələndə isə Tanrına şükr edəcəksən onu elə qucaqlayacaqsan ki elə bil neçə ildi görmürsən.Bunların hamısı başıma gəlib Mən həyat yoldaşımı çox sevirəm.

Anamla mübahisə edirəm bəzən ona görə ki,
deyir oturma elə iş gör)))

Bəzən məni başa düşmürlər ona görə ki,
Çünki mən düzgün danışıram çox vaxt qəbul etmirlər ama sora mən dediyimin üstünə gəlirlər

İşlərimi çatdıra bilmirəm ona görə ki,
Bəzən özümdən artıq işlər çıxardıram))

Bəzi gecələr ağlayıram ona görə ki,
Arzularımın gerçək olmasını istəyirəm. Həyat bizi imtahana çəkir hərdən naşükür oluram və sora günahımı başa düşüb gecələri ağlayıram.

Bəzən hər şeydən yoruluram ona görə ki,
Hərdən heç bir şey istədiyin kimi olmur buda insanı yorur

Gözəllik qurban tələb edir ona görə ki,
Gözəllik xəstəsiyəm istəyirəm özüm, gördüyüm iş hər bir şey gözəl olsun. Və bunun üçün nə lazımdırsa edirəm.

Darıxıram ona görə ki,
Həyatın sınağları bitmək bilmir

Heyvanları və bitkiləri çox sevirəm ona görə ki,
Çünki çox gözəllər. Heyvanları bəsləməyi bitkilərə su verməyi nazları ilə oynamağı sevirəm

Qısqancam ona görə ki,
Mənim olan mənim olmalıdır.

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki
Çünki onlar mənim ürəyimdi

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki,
Darıxıram Hərdən bəzi insanların yersiz hərəkətlərindən ikiüzlü olmalarından bezirəm sora vaz keçib geri qayıdıram guya harasa getmişdim kimi. Çünki onların cəzasın RƏBBİM verəcək olar oturub fikir çəkməlidir mən niyə uzaqlaşıram

Məni nə sevindirir bilmirəm ona görə ki,
Çünki deyib gülən birisiyəm. pis bir şey olsa da öhtəsindən gəlməyi bacarıram.

Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki
Arzularım xəyallarım çoxdu arzumun biri həyata keçsin o birilər olmasa da olar


Şərhlər:
Baxılıb: 377
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz