Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Happiness lady (29)
Mənim toy günüm - Happiness lady (29)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 888
Səs ver:
toy ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın  Happiness lady-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq
 
Mənim toy günüm - Happiness lady (29)
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Biz heyat yoldaşımla qaynanam vastəsilə tanış olmuşuq, belə ki, mən qaynanamla eyni yerdə calışıram. Sən demə bir il mənə göz qoyub. Sonra həyat yoldaşım gəlib baxdı, göz-gözə baxdıq və film kimi başladı  

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
əvvəl iki həftə danışmışdıq ki, danışdığımız yerdə dedi ki, yanvarın 15-də mamamgil sizə gəlmək isdiyir, gəlsinlərmi, dedim hə. Yəni filmlərdəki evlilik təklifi olmadı və 27.01.2013

3. Neçə müddət nişanlı qaldınız?
 1 il 8 ay nişanlı qaldıq

4. Toy hazırlıqları necə irəlilədi?
Demək olar ki, yaxşı, hər şeyin ən yaxşısını maraqlanıb alırdım, saç ustalarını hər şeyi maraqlanırdım ki, ən gözəl toy mənim toyum olsun. Yəni nisbətən uzun muddət nişanlı qalmağın faydası

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Demək olar ki, isdədiyimdən də çox vaxtım varıydı

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
cehiz alış-verişi və gəlinlik seçimi

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox həyat yoldaşım elə şeyləri sevmir

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Qaynanam dəb dəbəni sevir, ona görə də ən dəbli şənlik evlərindən birində oldu toyumuz

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
şənlik evində özləri çəkirdi

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Toy günündən əvvəl etdirmişdik, çünki toyda şəkillərdən klip yığdırmıışdıq

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Tam o gəlinlik olmasa da ona bənzər gəlinlik geyindim

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Yox elə də çox çəkmədi, əvvəlcədən nəzərimdə olan bir iki yer varıydı həmin yerlərdən birindən getdik və götürdük

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
yox demək olar ki, gəlinlik seçimində sərbəst idim

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
seçmişdim, amma usda tam əksini etmişdi

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Yox, heç isdədiyim kimi olmamışdı
 
16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox bir, daha nələr 

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Yox yadda qalan gündü  10.10.2014

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Hə, toyumda bəyin dayısı oynayanda yer sürüşgən idi sürüşmüşdü
 
19. Toy günü unutduğunuz bir şey oldumu?
deyəsən yox, indi yadıma düşmür

20 Toyunuzun ən gözəl anı nə idi?
ilk rəqsimiz

21. İlk rəqs parçanız hansı idi?
röyanın səninəm mahnısı

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
o mənə qalsın

23. Bir tərslik yaşandımı toy günü?
bəzi tərsliklər oldu ən əsas da aşağı mərtəbədə dava düşdü deyə bizim toy da tez qutarmalı oldu

24.Ən çox nə vaxt həyəcanlandınız?
toyun sonunda

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
yox
 
26. Bal ayınızı harada keçirdiniz?
evdə çünki hər ikimiz dövlət işində calışdığımız üçün heç yerə gedə bilmədik

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
siz hesablayın

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
heç bir şeyi əvvəlcədən planlaşdırmayın, onsuz da ən gözəl toy sizin toy olacaq
 
Mənim toy günüm - Happiness lady (29)
 
ay canım, dildə demək nə qədər asan olsa da, bu həyatı bərabər yaşamaq sevdiyinlə və sevəninlə, çoxxxxx böyük xoşbəxtlikdi... sevdiyin və balanla, yaxınların və əzizlərinlə uzun və xoşbəxt həyat yaşamağını diləyirəm, bacı...


Şərhlər:
Baxılıb: 888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz