Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz-li xanımların elçilik günü - gülər19 (4)
Qadınlar.Biz-li xanımların elçilik günü  - gülər19 (4)
Göndərən: qonaqa
Şərhlər:
Baxılıb: 1096
Səs ver:
Salam saytımızın şirin şəkər qızları. 03 Sizlər üçün yep yeni bir layihə hazırlamaq fikrinə gəldim 01 Layihəm qızların həyatının ən həyacanlı günü olan elçilik günüdür etir layihəmin  qonağı isə gülər19 nikidir kiss3   kiss3
 
Bütün bacılarımı salamlayıram. Əslində hekayəmizi çox paylaşmışam Biraz qısa yazacam.Mənim 3 yaşım vardı Atam məni məktəb şənliyi vardı ora aparmışdı. Mənimdə əynimdə qəşəng gəlinlik qəşəng ağ ayaqqabım vardı Sən demə yoldaşım da o şənlikdə imiş. Mənim qaynatam anamın dayısıdı qaynanam məni gördü atama nə qəşəng qızın var dedi. Oğlunda çağırdı yoldaşımda uşaq idi. Əynində ağ köynək qara şalvar vardı Qaynanam əlimə gül verdi Qolumu da saldı yoldaşımın qoluna. Yoldaşımda məndən 6 ay böyükdü. İkimizin şəklini çəkdilər Bəy gəlin şəkli kimi. və illər keçdi biz böyüdük yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi soruşar. Qaynanam da başlayar yuxarıda yazdıqlarımı danışmağa. Sora bir qohum xəstələndi anamla mən ona dəyməyə getdik. Təsadüfən yoldaşımla anası da orda imiş Bular başladı söhbət eləməyə Gördüm yoldaşımın fikri qalıb məndə. Getdim mamama dedim gəl gedək. Gəldik evimizə. Artıq yoldaşım məni ürəyinə atmışdı. Hər gün küçəmizdən keçirdi. Qonşular da bir yerə yığılanda danışırdırki bu oğlan qalıb bu aralığda yəqin istədiyi var. Bizimdə ağlımıza hardan gələr mənəm. Sonra yoldaşım anasına deyər. Anasıda gündə 5 6 dəfə zəng edirdi. Artıq evdə hamı bezmişdi bu gündə niyə zəng edir. Sora yavaş yavaş başa düşdük.Bir gündə maqazinə gedirdim birdən qarşıma çıxdı. Məni sevdiyini və mənimlə evlənmək istədiyini dedi. Şoka düşmüşdüm heçnə demədim elə gəldim evə. Valideynlərimdə razı idi.
Bizim bir qonşumuz var anamgilə kim gedecəksə o adamdan tez özün çatdıracaq. Təxminən 65 filan yaşı olar ama çox gümrahdı. Qaçış yarışı olsa məni ötər o dərəcədə)) Qaynanam indi bizə gəlib məni istəməyə istiyir ağzın aça bir də gördük gəldi. Qaynanam dedi sora gelib istəyərəm. Belə qaynanam 2 3 gün gəldi gördü bu qoşu əl çəkən deyil elə onun yanında istədi 122
Atam dediki mənim qızım hələ uşaqdı iş güc bilmir qaynanam dediki onun işi mənə lazım deyil. Oğlumla mehriban olsun besimdi. Sora dediki uşaqdılar toyu 2 ildən sora etmək istəyirəm. Atam da dediki əgər elədisə razıyam ama biraz narazılığı vardı. Sora qaynanam dediki siz deməklə deyil qız görün razıdı. Məndən fikrimi soruşanda məndə dedimki atam nə desə odu. Atam da gördü razıyam verdilər məni. Sora böyüklərimiz gəldi. Qaynanam mənə bir hədiyyə qutusu verdi dedi xəbərim yoxdu oğlum verib. Qutunu açıb baxdım gördüm bir telfondu bir ətirdi bidə məktub. Çox gözəl sözlər yazmışdı. Yoldaşım qaynanama baxanda yalan idi. Qaynanam bəlkə ondan çox sevinirdi gündə qalmışdı bizdə. Qızlar yoldaşım 13 ildən sora dünyaya gəlib evin də tək uşağıdı. Tək gəlinəm qaynanam ona göre çox sevinirdi. Maqazində nə varsa alıb gətirirdi. İndidə elədi. Gilas ağacları vardı. Kalfason derib gətirmişdiki nübarın gəlinim yesin. 122 Nə qədər gülmüşdük kal gilasa)) Sora bu 1 2 gün gəlmədi. Yoldaşımla danışanda dedim maman niyə gəlmir bizə oda dediki gündə getdiyinə utanır 122 deyir biraz ara verim elə gələcəm))İndi şükür evliyik çox mehriban ailəmiz var.Canım həyat yoldaşımı çox sevirəm. ALLAHdan istəyim bizi bir ömür boyu xoşbəxt etsin və ürəyimizdə bir arzumuz var onu gerçək etsin inşALLAH amin.
Oxuduğunuz üçün çox sağolun.


Şərhlər:
Baxılıb: 1096
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz