Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - ayshen (31)
Xatirə dəftəri - ayshen (31)
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 538
Səs ver:
Salam saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim ayshen-dir. Buyurun cavablarla tanış olun.

1. Soyadınız Adınız?
Hacıyeva Aynur.
 
2. Doğum Tarixiniz?
28.09.1987.

3. Bürcünüz/iliniz?
Tərəzi bürcü / dovşan ili.
 
4. Ən böyük arzunuz? 
Mənim Ən böyük arzum, Ən gözəl arzum, ümumiyyətlə bütün arzularım övladımla baglıdır. Övladımı saglıqlı və Xoşbəxt görmək, onun hər zaman Xoş günlərini, ugurlarını görmək ən böyük arzularımdandır.
 
5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Heç vaxt ən yaxın dostum deyib də, sirrimi verdiyim biri olmayıb həyatımda...ki,  sonradan da bunun peşmançılıgını çəkim..
 
6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Yaxşı.
 
7. Həyat sizcə maraqlıdır?
Əslində həyat özlüyündə elədə maraqlı deyil.. Mənim fikrimcə, həyatı maraqlı Edən insanlardı.. Birinci növbədə də insanın özüdür.. Hər bir insan öz həyatınin memarıdır və həyatıni necə qurursa, elədə yaşayir.. Daha sonra isə həyatı maraqlı Edən  ətrafımızdakı Insanlardır..sevdiyimiz, dəyər verdiyimiz insanlar...hansı ki, öz varlıqları ilə həyatımıza rəng qatan insanlar..

8. Möcüzəyə inanırsınız?
Inanıram... Çünki, Rəbbimin yaratdigi hər bir şey Möcüzədir..
 
9. Yenidən uşaq olmaq istərdinimzi?
Istərdim.. O qaygısız, şən, dünyanin işindən, həyatin enişindən, yoxuşundan xəbərsiz o balaca qızı Geri Istərdim..((
 
10. Dünyaya yenidən gəlməy istərdiniz?
Istərdim.. Amma başqa xasiyyətdə və xarakterdə biri olaraq.. 
Dünyaya yenidən gəlmək də, Yenidən uşaq olmaq da mümkün deyil, bilirəm.. Amma bəzən insanin içindən belə mümkünsüz şeylər də, keçir.((
 
11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Ilk öncə, Rəbbimə...həyatı bəxş etdiyi üçün.. Və Valideynlərimə...nə Olursa, Olsun hər zaman arxamda olduqları üçün...
 
12. Necə insanları xoşlayırsınız?
Sadə, səmimi, paxıllıqdan uzaq, heç kəslə Işi olmayan, qelbi təmiz insanlara hər zaman rəgbətim var..
 
13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik içdən, daxildən başlayır.. Insanin ruhu gözəl olmalıdır. Qəlbi, düşüncəsi gözəl olmalıdır. Eger yoxdursa  , bir insanda bunlar, xaricdən nə qədər bəzək vursa da , heç bir menasi olmaz..
 
14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Gəzməyi çox da sevən biri deyiləm, amma bir tək Roma da olmaq istərdim..
 
15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Xüsusi izlədiyim biri yoxdu..
 
16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Bəlkə de çox  yaxın sayılmarıq , amma remse ve arzum-aysumla ünsiyyətim var və hər ikisinin də xətrini çox istəyirəm..
 
17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Bütün xəbərlərə baxiram, hamisina şərh yazmasam da..
 
18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Elə Birisi yoxdu..
 
19.Saytda ən çox sizi nə cəlb edir?
Maraqli xəbərlər, layihələr, gözəl kollektiv və s..
 
20. Nə kimi təklifləriniz var saytda?
Elə bir təklifim yoxdu.. Meni qane edir, burdaki her şey..
 
21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Bəzən bütün şərhləri oxuyuram..
 
22. Nə üçün məhz Qadınlar.biz?
Çünki, burda ailə ab- havasi var. Burda dogmaliq, səmimilik, dostluq var.. Qisacasi, mən düşünürəm ki, bir Qadının axtardıgı hər şey burda var..
 
23. Bu saytda sizə nə maraq doğurur?
Bütünlükde maraqlidir bura, menim üçün...
 
24. Saytdakı ən yaxın dostlarınız?
Yuxarida da qeyd etdiyim kimi, arzum-aysum ve remse ile münasibetim var..
 
25. Özünüz haqda qısa və tam!
Öz dünyamda özüm üçün yaşayiram, mən..
 
26. Burada hansısa bir haqsızlıq görmüsüz?
Xeyr, görməmişəm..
 
27. Saytda başınıza gələn maraqlı bir hadisə
Elə bir hadisə olmayib..
 
28. Sayta olan ürək sözləriniz
Hər zaman və hər yerdə birinci Olsun, öndə Olsun... Ugurlari Bol Olsun və hər zaman var Olsun, biz istifadəçiləri ilə birlikdə, inşALLAH..
 
29. Baş Admindən Razısız ?
 Bəli.
 
30. Həyatda ən çox kimə inanırısınız?
ALLAHdan başqa heç nəyə və heç kimə inanmiram..
 
31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
İki dostun hakimi olardım...dostluqlari bitmesin, düşmənə çevrilməsinlər deyə..
 
32. Həyatınızda əsas məqsəd nədir?
Övladımı gözəl şəkildə yetişdirmək..
 
33. Gələcəydə özünüzü kim görürsünüz?
Xoşbəxt ana, Xoşbəxt qaynana, Xoşbəxt nənə... InşALLAH...
 
34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Bu haqda heç düşünmək belə istəmirəm.. Bura o qədər bagliyam ki, mən.. Ikinci evimdi sanki  mənim..ailəmdi.. Bir gün bura baş çəkməsəm, elə bilərəm ki, nəsə çatmir... Odur ki, heç vaxt baglanmasin.. Düzdü, burda hər kəslə elədə yaxin tanişligim yoxdu.. Amma buna baxmayaraq, bu ailenin her bir üzvü menim üçün deyerlidi..

P.s.. Sonda sizə də öz təşəkkürümü bildirirem ki, mənə də bu xatirə dəftərində yer verdiniz..


Şərhlər:
Baxılıb: 538
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz