Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim sevdiyim mahnım - arzum-aysum (6)
Mənim sevdiyim mahnım - arzum-aysum (6)
Göndərən: heyatim_menim
Şərhlər:
Baxılıb: 537
Səs ver:
Qadınlar.biz xanımlarını salamlayıram.Sizə ilk layihəm ilə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz.Layihəmin adı "Mənim Mahnım" idi lakin adı dəyişib "Mənim sevdiyim mahnım" oldu. Bu layihəni  yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısını bilmək və onlarla bağlı hər hansı bir xatirəsi varmı,kiməsə xitab edillərmi öyrənmək sizlər üçündə maraqlı olacağına inanaraq hazırladım və təbbi ki xanımlarmızın köməkliyi ilə.
 
Layihəmin bu dəfəki qonağı arzum-aysum-dur dəvətimi qəbul etdiyi üçün təşəkkürümü bildirirəm 123
 
yenə maraqlı bir layihədə görüşürük qızlar. bu görüşə səbəb olduğu üçün layihənin müəllifinə çoxlu öpücüklər 
uzun uzadı söhbətimə keçməmişdən əvvəl onu deyim ki, sevdiyim və dinləməkdən doymadığım mahnılar çoxdu. amma mən lappppp əvvələ gedib hər şeyin təzə başladığı o günlərdə həyatımda ənnnn dərin iz buraxan mahnını sizlərlə bölüşəcəm. mahnının adını eşidəndə bəlkə də çoxlarınız lağa qoyacaqsınız, amma bəli, bir çoxlarının bəyənmədiyi, hətta gülüş obyektinə çevirdiyi Üzüyirin (üzeyir mehtizadə) "o mənim olmalıdır" mahnısı həyatımda ən dərin iz buraxan mahnıdı. niyısini sizinlə bölüşüm, sizlər də agah olun. bu hadisə baş verib 2009cu ilin isti avqust günlərində. məzuniyyət götürüb rayona getmişdim dincəlməyə- xalamgilə. həmişəki kimi günlərimiz çox maraqlı və şən keçirdi. bir tək xalam oğlu hey fikirdə olardı. ala gözləri hey xəyallarda idi... sevdiyinin fikrini çəkirdi... otağına çəkilib bu mahnını qoyub saatlarla qulaq asardı... dostlarından ayrı qalmayan, gecəyə qədər onlarla gün keçirən oğlan günlərdi ki, heç hara getməz olmuşdu, kim zəng eliyirdi qonağımız var deyib qısa kəsərdi... ala gözləri hara getsəm hey məni izləyərdi... bir sevdiyi olduğunu bilirdim. amma bu qizin kim olduğundan xebersiz idim. amma sevgidən alışıb yanan o baxışlar məni sehirli aləmə salmışdı. özüm də bilmədən o ala gözlərdən süzülən sevginin əsiri olmuşdum... bax beləcə sevgimiz başlamışdı... yaxşı da başlamışdı... yaxşı da, o mənim olmalıdır deyib əllərimdən bərk tutub heç kimə vermədi sevdiyim. bu gün artıq iki qızım var, amma aradan illər keçsə də, telefonuma yüzlərlə mahnı yazıb silsəm də, Üzeyirin "o mənim olmalıdır" mahnısının yeri nə telefonumda, nə də həyatımda dəyişməyib. qızım hər dəfə o mahnını qoyub atamla anamın mahnısı deyərək qulaq asır. bu da həyatımın mahnısının sözləri 

hər dəqiqə fikir edirəm, tək başına otağımda 
tək onu xəyal edirəm, hey siqaret damağımda
özümdə olmuyuram tüstü otağı bürüyür 
bu otaqdan çıxacaqsanmı gələn gedən deyir 

ona bağladım ümidlərimi mən
o mənim olmalıdır hamı lo bilsin. vermərəm yad əllərə yarımı mən 
o mənim olmalıdır hamı bilsin 

o mənim olmalıdır ya heç kimin olmamalı 
ona məndən başqa kimsə nəzər salmamalı 
ona yad əl dəysə o insanı öldürərəm 
onu necə sevdiyimi dünyaya bildirirəm 

deyirlər mahnı ruhun qidasıdır, hər zaman şən mahnılara qulaq asın ki, ruhunuz da şən notlarla qidalansın...   


Şərhlər:
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz