Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ona sevgi məktubum - guli (11)
Ona sevgi məktubum - guli (11)
Göndərən: adsiz-a
Şərhlər:
Baxılıb: 731
Səs ver:
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız guli dir

Mənim 10ildir dərdimi böldüyüm,qeydimə qalıb,mənim üzüm düşərkən məni güldürməyə çalışanım,həvsələsiz vaxtımda mənə görə narahat olanım hər dərdimizi böldüyümüz iş yoldaşım,yol yoldaşım,can yoldaşım,dostum,sirrdaşım. Bilirəm bu məktubumu heç vaxt oxumayacaqsan.Amma məni duyduğunu bilirəm. Bu gün 10 gündür ki, səni itirmişəm.Bilmirəm o soyuq torpaqda necə yatmısan? Sən ki,mənim ağlamağıma dözməzdin. Nə oldu qəbrinin üstündə dururamda ayağa qalxib meni qarşılamırsan. Ağlayıram durub mənə təsəlli vermirsən.Sənə ölüm yaraşırdımı?! Son sözlərin yadımda. Duracaqdın sənlə yay tətili gəzməyə gedəcəkdik,paltarlar alacaqdıq özümüzə çoxlu.Hələ edəcəyimiz o qədər şey varkən niyə məni tək buraxıb getdin?Bəzən küsürəm sənə məni tək buraxıb getdiyin üçün.Sənə heç vaxt səni necə çox istədiyimi deməmişdim.Çox peşmanam kaşki deyərdim.İndi demək üçün artiq gecdir,səni birdə görə bilməyəcəyəm.Hər gün işə gedərkən görüşdüyümüz yerdə gözləyirəm bəlkə gəldin. Nömrənə zəng vururam bəlkə cavan verdin deyə. Amma yox yoxsan.Mənim bala həsrəti çəkənim,iyisini duymadan dünyadan çökənim.10gündür sanki yuxudayam. Ayılıb görəcəyəm ki,yuxu imiş hamısı.Sənin gedişin elə sarsdı ki,sevdiyim illerimi verdiyim,uğruna ezablara dözdüyüm,xəyallarım olan,arzularım olan,ömrümü,həyatımı verdiyim insandan ayrıldım onun ağrısınımı yaşayım,ya sənin acınımı?Hər gün sənə olan sözlərimi yazıram gecələr bəlkə mən yatdıqdan sonra gəlib oxuyarsan.Mənə haqqını halal et dostunu yarıda qoyub gedənim.Bağışla məni.Sənə kömək edə bilmədiyim üçün Bağışla.Kaşki geri dönəsən.Hər dəqiqə keçirdiyimiz günleri,xəyallarını xatırlayıram.Mənə deyərdin kimsəyə görə ağlama indi göz yaşım durmur.Mənə əmanət etdiyin öz uşaqlarının yerinə qoyduğun şagirdlərinə muğayat olmağa çalışıram.Son sözlərin ağlımda hələ yayda tətilə gedəcəkdik,özümüzə çoxlu paltar alacaqdıq.Mən sənə bəyəndiyin çökələrimdən,keklərimdən,bişirib gətirəcəkdim.Olmadı be dostum olmadı.Məni bağışla.Bağışla ki,istəklərimiz,arzularımız yarımçıq qaldı bəxtsiz qadın.Övlad həsrəti çəkərək torpağa qovuşanım.Səndən qalan anan,bacın mənə səndən əmanetdirlər.Haqqını hala et mənə.Mən səni çox istəyirəm,hər dəqiqə dua edirəm cənnətdən məni görüb, duyasan deyə. Mələk qədər təmiz ürəkli,həyatı ezablarla yaşayan BƏXTSİZ MÜƏLLİM.


Şərhlər:
Baxılıb: 731
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz