Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatınız bir film olsaydı adını nə qoyardınız? - arzum- aysum (4)
Həyatınız bir film olsaydı adını nə qoyardınız? - arzum- aysum (4)
Göndərən: savior angel
Şərhlər:
Baxılıb: 542
Səs ver:
Xoş gördük sizləri saytımızın səmimi mehriban xanımları.Layihəmə hər biriniz xoş gəlmisiz 04
"Həyatınız bir film olsaydı adını nə qoyardız?!" adlı layihəmin indiki qonağı  isə "arzum- aysum" nikli userimizdir.Gəlin görək arzum -aysum nikli bacımızın həyatı bir film olsaydı adını nə qoyardı?! 08

Həəə, Qadinlar.biz-in gözəl, göyçək, şirin şəkər qızları... ilk öncə savior angel bacımın yeni layihəsinin baxımlı və maraqlı olmasını diləyirəm və məni də dəvət etdiyi üçün çoxxxx böyük təşəkkürümü bildirirəm... layihənin adı da, məğzi də məni cəlb etdiyi üçün sevə sevə qatıldım... ümid edirəm ki, sizlər də maraqla oxuyacaqsınız. 
 əvvəlcə onu deyim ki, həyatım bir film olsa idi, adını "sevginin üzü" qoyardım. niyə? çünki bu qızın qəlbi sevgi ilə doludur... dünyaya gəldiyi ilk gündən Tanrı ürəyinə ata ana sevgisini salır... aylar illər keçdikcə qəlbini bacı sevgisi bürüyür... bu sevgilər hər zaman onunladı, qoruyur, xoşbəxt edir... vaxt vədə gəlib çatır, məktəbə gedir... sevginin başqa üzü ilə tanış olur... müəllimlərini sevir... sinif yoldaşlarını sevir... dərslərini sevir... dərslərini sevdikcə universitet istəyi yaranır qəlbində... çox oxuyur, çalışır, gecəsini gündüzünə qatır xəyalını qurduğu universitetə qəbul olur... bu illərdə də həyatı çox xoşbəxt günlərlə keçir... qrup yoıdaşları ilə keçirdiyi o günlər ömrünün ən xoş səhifələrini yazır... vaxt ötdükcə yaşı da artır və o artıq gənc qızdı... işə gedir, işləyir və öz əməyi ilə, öz zəhməti ilə pul qazandığı üçün çox sevinir... burdakı iş yoldaşları o qədər mehribandı ki, yedikləri bir tikə çörək belə bir birlərindən ayrı boğazlarından keçmir... deyib gülüb şənlənirlər, hər işlərində bir birlərinə kömək edirlər... sevinclərinə sevinib, kədərlərinə bir yerdə kədərlənirlər... kədərlənirlər çünki artıq sevginin tam başqa üzünü görüblər...hansı ki, üzlərini güldürdüyü qədər də kədər bəxş edir, göz yaşı bəxş edir... o sevir, özü də çox sevir... xəyallar qurur, gözəl həyatı, isti yuvası barədə... amma bu xəyallar onu çox incidir, hər gecə göz yaşı tökür, çünki sevdiyinə qovuşa bilmir...
çünki başqa sevdiyi ona göz yaşı tökdürür, sevdiyinə qovuşmağa mane olur... bu onun atasıdı... heç cür razılıq vermir, iki sevən qəlbi incidir... bidənəsi qaçaq deyir, amma o atasını yerə vurmaq istəmir, dost düşmən arasında dilini gödək etmək istəmir... ürəyi ağrısa da dözür, səbr edir... uca Allaha dua edir... uca Allah o qədər mərhəmətlidir ki, iki sevən qəlbin iztirab çəkməsinə razı olmur... onu sevdiyinə qovuşdurur... qovuşdurur... vəəəəə... bu dəfə də o sevginin başqa üzü ilə tanış olur.. ailəsinin, qohumlarının, yaxın insanlarının sevgisindən başqa indi onun ürəyi bala sevgisi ilə döyünür... sevginin ən gözəl üzü, ən şirin üzü...

 
P.S.Layihədə iştirak etmək istəyənlər mənə şəxsi mesajla yazıb göndərə bilərlər 02


Şərhlər:
Baxılıb: 542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz