Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim sevdiyim mahnım - Dosta_inam (2)
Mənim sevdiyim mahnım - Dosta_inam (2)
Göndərən: heyatim_menim
Şərhlər:
Baxılıb: 637
Səs ver:
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz layihəmin adi "Mənim Mahnım"dır.Bu layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı hər hansı bir xatirəsi varmı kiməsə xitab edilirmi, maraqlı bir layihə olacağına inanaraq sizlərin köməkliyi ilə yaratmaq qərarına gəldim.Bu dəfəki qonağım Dosta_inam dır dəvətimi qəbul etdiyi üçün təşəkkürümü bildirirəm.
 
Salam gözəl bacılarım necəsiniz? 
İlk öncə layihənə dəvət etdiyin üçün təşəkkür edirəm canım. İnşaAllah ki, uğurlu və davamı olar. 

Mənim ən çox dinlədiyim iki mahnı var. 
Bir Elnarə Abdullayevanın ANA mahnısı. 
Birdə Elxan Şirinovun ATA mahnısı. 

 ATA 

Tərk eylədin, qoyub getdin dünyanı, 
Sən danladın,hakk yolunu azanı. 
Gözü yaşlı qoyub getdin anamı, 
O, dünyanı Tanrım versin ay ATA. 

Gözlərim yaşlıdır, ürəyim dolu, 
Qəfildən ayrıldı bu ömür yolu. 
Dolandı boynuma həsrətin qolu, 
Oy ürəyim, sənə qurban, ay ATA. 

Göydən mələklər də ensədə yerə, 
Heç zaman çıxmarsan yadımdan belə. 
Ağlasam, kor olsa gözlərim yenə, 
Yenə də borcluyam sənə ay ATA. 

Tanrım yazdı sənin bu cür yazını, 
Çəkənmədim sənin ATA nazını. 
Zaman dövr eylədi çaldı sazını, 
Telli sazlar sənə qurban ay ATA. 

Bax belə Elnarənin mahnısını yazmadım, yəqin ki, onu hər kəs bilir. Düzdü bu mahnıların bəstəkarları, şairləri kimdir maraqlanmamışam, doğrusu kimlər yazıb kimlər bəstələyib bilmirəm, ancaq bu iki mahnını hər gün ağlayaraq dinlədiyim mahnılar, oda yəqin ki, artıq neçə ildir, ATA-ANA üzünə həsrət qaldığımdandır, Allah bütün valideynlərimizi qorusun, onların yoxluğunu bizlərə yaşatmasın, düzdür deyirik amma bir gün gələn, bir gün gedər, bu həyatın gerçək olan bir qanunu, ancaq hər bir uşaq doyunca ATA-ANA üzü görsün istərəm, ən azından övladların xeyir işlərini, xoşbəxt günlərini görməyi nəsib etsin Yaradan hər bir ATA-ANA ya, 
Oxuduğunuz üçün təşəkkür edirəm, hər birinizi öpürəm, var olasınız hər zaman.


Şərhlər:
Baxılıb: 637
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz