Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.bizi-lilərin tərgidə bilmədikləri vərdişləri (6. hissə)
Qadınlar.bizi-lilərin tərgidə bilmədikləri vərdişləri (6. hissə)
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 640
Səs ver:
Salam Qadınlar.biz-in sevimli usərləri.Necəsiniz? İnşALLAH hamınız yaxşı olarsız. Bu gün sizlərə yeni lahiyəmi təqdim edirəm ümid edirəm ki,bəyənəcəysiniz. Deməli lahiyəmin adı TƏRGİDƏ BİLMƏDİYİMİZ VƏRDİŞLƏRdir. Bugunki qonaqlarım  arzum-aysumDosta_inam bacılarımdı.

arzum-aysum
Qarlı, yağışlı soyuq qış günündə hər birinizə salamlar. necəsiz mənim canlarım. mətləbə keçməmişdən öncə Denizimmm bacıma layihəsinə məni də dəvət etdiyi üçün çoxxxxx təşəkkür edirəm.
indi də keçim illərdir əl çəkə bilmədiyim xüsusiyyətlərimə. məndə bir xüsusiyyət var ki, kimsə mənim yanımda kiminsə dalınca danışanda, ən xırda bir şeyi belə söz edib qurdlu qurdlu danışanda içimdə əsəbim qaynayır, qaynayır və mütləq partlayıram. hər dəfə özüm özümü danlayıram ki, bax sənə nə qalıb, kiminsə vəkilisən sən. amma özümdən asılı deyil, haqsızlıq qarşısında susub sakit qala bilmirəm. bu da hər dəfə məni kiminsə yanında pis edir. bir insandan xoşum gəlmirsə, bunu sərhədli davranışımla bildirirəm, həmin insanın üzünə süni süni gülə bilmirəm. bu nə dərəcədə yaxşıdı və ya pisdi bilmirəm, amma mən beləyəm. kim olur olsun əgər həmin adam birinin dalınca haqsız yerə danışırsa gözümdən düşür. demək ki, bu gün mənim üzümə gülüb səhər də mənim dalımca danışacaq.
sonra illərdir əl çəkə bilmədiyim başqa bir xüsusiyyətimi bölüşüm sizinlə. deməli hələ mənim yadıma gəlmir ki, hamamdan çıxan kimi saçlarımı qurudum. o məhrəba yarım saat, bir saat başımda qalmalıdı, sonra açıb qurutmalıyam. yəni uşaqlıqdan indiyə qədər bu belədi. bundan sonra da belə olacaq.... ooo, deyişə bilmədiyim bir vərdişimi də deyim sizə. deməli mənim corabımı kimsə geyindisə qutardı. öldür o corabı bir daha ayağıma geyinmərəm. bu da mənim bir qəribə əl çəkə bilmədiyim vərdişimdi.
ağlıma gələn bunlar oldu, ümid edirəm ki, maraqla və səbrlə oxudunuz. wiyin

Dosta_inam
Salam canım, öncə dəvətin üçün təşəkkür edirəm.
Salam qızlar necəsiniz?
Deməli belə mənim tərgidə bilmədiyim vərdişlərim, biri yatmaqdır, bacı gecə gündüz yatıram, yenə yuxudan doymuram, biri də çay içmək, nə edirəm onuda tərgidə bilmirəm, hamı mənə deyir çayı az iç, quru qaxaca dönübsən, amma əlimdə deyil, yemək günlərlə yeməsəm yadıma gəlməz, ancaq çay olmadan bir saat belə qala bilmirəm, təsəvvür edin ki, gecə saat 4-5-də oyansam, qalxıb çay içib sonra yatıram, o qədər içirəm yəni, bunları çox yox biraz azaltsam yaxşı olar, ancaq hələ alınmır.
Təşəkkür oxuduğunuz üçün.


Şərhlər:
Baxılıb: 640
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz