Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
my_angel - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
my_angel - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1320
Səs ver:
1. Adınız? Yaşınız? Təhsiliniz?
Adım Büllur. Yaşım 16. Təhsilim hələ ki orta məktəbdə oxuyuram. 10-cu sinif şagirdiyəm.

3.Bilmək istərdim elə bir sirr varki, onu heç kimə deyə bilməyəsiz? (Ekizlerin mamasi)
Əlbəttə ki var. Bir Allah bilir bir mən.

4.Bir adaya düşsən özünlə kimi və nəyi apararsan? (_damla_)
Dostumu və kitabımı ))

5.Ailəlisən? yoxsa subay? (BIR_TANEM)
Subay

6.Xoşbəxtsənmi, sevib sevilirsənmi? (Aysun2014)
Allahıma şükür,xoşbəxtəm,bəli. Sevgi-məhəbbət baxımından sevmirəm-sevilmirəm.

7.Salam xanım necəsiz sizi tanımaq xoş olar mənə bilmək istəyirəm sevdiyiniz var? (kiraz mevsimci kiz)
Aleykum Salam. Yaxşıyam,şükür. Siz yaxşı olun. Sevdiyim yoxdur.

8.Ailədə neçə uşaqsız? bacın qardaşın var? (arzum-aysum)
Ailədə 3 uşağıq. 1 bacım, 1 qardaşım var.

9.İlk dəfə "5" qiymətini hansı dərsdən almısan..? (turkan_fcb)
Riyaziyyat :)

10.Ən çətin anlarınızda sizi həyata nə bağlayır? (ulduz)
Arzularım və məqsədlərim. Ən əsası da həkim olmaq arzum.

11.Ən çox sevdiyin dizi nədi? (Sucan)
Kırgın Çiçekler. Yeter dizisi.

12.Gələcəkdə Allah eləməsin çox sevdiyiniz sevgilinizlə ailəniz arasında qalsaz hansını seçərdiz? yəniki ailəniz sizi sevmədiyiniz birine məcbur verse nə edərdiz kimi seçərdiz? (savior angel)
Suala cavab vermək çox çətin oldu mənim üçün. Bilirəm ki gələcəkdə belə bir şey olsa,ailəm sevmədiyim birinə verməz məni. Ailəmə qulaq asardım. Onlar mənim üçüm ən yaxşısını edir.

13.Həyatınızı kimə borclusunuz? Ümidsizlik yaşamısınız? (Teymurbəyli Mirvari)
Həyatımı ilk öncə Allaha,sonra isə həyata tutunmağıma kömək edən,məni boya-başa çatdıran valideynlərimə borcluyam. Ümidsizlik əvvəl yaşamışam,indi yaşamıram çox şükür.

14.Geyim tərziniz necədir? (BARBI)
Geyim tərzim adətən sport geyimdir.

15.1) Əgər sirr deyilsə, bilmək olar niyə bir ara qrupunu dəyişmək fikrinə düşmüşdün 2) Məni çox istəyirsənmi, qız? (Catwoman666)
1-ci sualın cavabını sənə şəxsi olaraq deyərəm ))
2-ci suala gəldikdə,əlbəttə ki. Guya özün bilmirsən mən səni nə qədər çox istəyirəm?))) sən mənim Cat`imsən.)

16.Dini inancın nədi ve o inanca sadiqsən? (lilit)
Dinim İslamdır. Bəli,sadiqəm. Ölənədək də sadiq olacağam.

17. Bilmək istərdim sevgilisi varmı? (Miss_Angel)
Xeyr sevgilim yoxdur. Çünki sevgi haqqında düşünmürəm və sevgi üçün yaşımın hələ az olduğunu düşünürəm. Həm də hələ məktəbliyəm)) bu yaşıma qədər olmayıb sevgili.

18. Görünüş haqda qısa məlumat vermənizi istərdim. (Vuska87)
Arıq,çəlimsiz,uzun saçlı,ağbəniz biriyəm. Çəkim yaşıma görə çox azdır 36kg. Boyumu ölçməmişəm 09 axırıncı dəfə 13 yaşım olanda boyum 1.53 idi)

19.Salam ən böyük arzunuz nədir? (MEDİS ALİYEVA)
Aleykum Salam. Ən böyük arzum həkim olmaqdır.

20.Hansı yeməklərdən xoşunuz gəlir birdə yemək bişirməyi bacarırsız?(_sema_98)
Dolma,plov,dovğa və.s yeməkləri xoşlayıram. Yemək bişirməyi az-çox bilirəm 06

21.Hobbin nədir nə ilə məşqul olmagı sevirsən? Həyata səni baglayan nədir? Nə olmasa kim olmasa həyata maragən azalar? (lale1995)
Hobbim Qadınlar.Biz`ə daxil olmaq,kitab oxumaq,tibbi məlumatlar toplamaqdır. Arzularım və məqsədlərim məni həyata bağlayır,azrularım olmasa həyata marağım azalar.

22.Həyatda ən çox nəyə güvənib yaşayırsız? (♡NURANE♡)
Allaha.

23. Həkimliyə bu qədər həvəsin hardandı gözəlim? )Lola_Maya_)
Heç özüm də bilmirəm)) sanki bu həvəsi mənə Allah verib..

24.Həkimlik eşqi ilə ürəyi az qala od tutub yanır.Sualım: Evdən desələr ki,həkim yox başqa bir peşənin sahibi olassan.Daşın o arzundan! Nə edərsən? Arzularının kiminsə görmək istədiyi xəyallarda dəfn edərsən?(Asya Müslümova)
Həkimlik eşqi ilə ürəyim od tutub yanır da sözdür?)) HƏKİM adı gələndə gözlərim dolur,özümü saxlaya bilmirəm ki. Srağagün səhər yuxudan duranda getdim Kimya oxumağa,birdən xəyalıma gələcəkdə həkim olacağım gəldi və yenə gözlərim doldu.O günlərdə də hazırlıqda idim,birdən həkimlikdən söhbət düşdü,müəllim dedi "Büllur,nə həkimi olmaq istəyirsən?". dedim "oftalmoloq-cərrah". sonra da əlavə etdim "müəllim,mən gələcəkdə savadlı,qayğıkeş,anlayışlı həkim olacam" dedim və yenə də adəti-üzrə gözlərim doldu. Yaxşı ki müəllim görmədi. Həkim olacağımı düşünəndə belə danışıq zamanı səsim titrəyir,gözlərim dolur. Eynən müəllimə dediyim sözdən sonra yaşadığım hiss kimi. Nə isə))haşiyədən kənara çıxmayım. Gələk sualın cavabına: xeyr,bacı can. Arzularımı başqasının görmək istədiyi xəyallarda dəfn edə bilmərəm,əsla.

25.Daha çox hansı fənnlərə və gələcəkdə təhsil almaq üçün hansı ixtisasa həvəsin var? (Miss_Oxatan)
Daha çox Kimya və Biologiya fənninə həvəsim var. İxtisas isə həkimlik.

26.Sualım budurki gələcəkdə özünü necə təsəvvür edirsən? (yarpaq33)
Gələcəkdə özümü peşəkar,savadlı,mütəxəssis,qayğıkeş,anlayışlı həkim kimi təsəvvür edirəm.

27.Salam.Sualım budur ki,həyatda ən böyük uğurunuz nə olub? (anonim)
Aleykum Salam. Həyatda ən böyük uğurum gələcəkdə həkim olsam olacaq inşaAllah.

28.Fikirində hansı həkim olmaq var? yəni nə həkimi olacaqsan? (Dj_Vampir)
Fikrimdə Oftalmoloq-cərrah olmaq var. Yəni göz həkimi,göz cərrahı.)

29.Adı nədir, neçə yaşı var? (Balacam)
Adım Büllurdur, 16 yaşım var.

30.Həyatda ən çox kimə güvənirsiz? Adınız nədir? (_gozel_)
Həyatda ən çox Allaha güvənirəm. Adım Büllurdur.

31.Necə insanları xoşlayırsız.Birdə harda qalırsız? (hazal♡)
Açıqsözlü,səmimi,sədaqətli,vəfalı,mehriban,boşboğaz olmayan, şit hərəkətlərdən,zarafatlardan qaçınan insanları xoşlayıram. Naxçıvanın başqa bir rayonundanam.

32.Billur saytda xətrini istədiyin bir user kimdi? (aziz a)
Saytda xətrini istədiyim user çoxdur. Ad yazmaq istəmirəm,inciklik olar deyə)) tanış olduğum hər kəsin xətrini çoooox istəyirəm bunu bilin.)

33.Ən çox sevdiyin cizgi filmi? (heyatim_menim)
Maşa və Medved. Tom and Jerry. Shaun the sheep. Oscar oasis.

34.Maraqlıdır ki elə bir sirriniz varmı ki heç vaxt heç kəslə bölüşməmisiz və bölüşmək istəmirsiz? (AykaNus)
Bəli,var.

35.İsmin nədi? Neçə yaşın var? (beasloove)
İsmim Büllur. Yaş 16.

36.Xəyalınızdakı oğlan namizədi necə olmalıdı və yaxud hansı məşhura bənzəməsini istiyərdiniz? (Aydan Habili)
Mülayim rəftarlı,vəfalı,sadiq,anlayışlı biri. Məşhur isə Oğuzhan Koç.

37. Ən böyük qorxun nədir? (Leylaxanim88)
Ən böyük qorxum iftiraya,böhtana uğramaqdır.

38.Əgər üç dilək haqqın olsaydı,nə istərdin? (melek_ayka)
1-Həkim olmaq
2-Həkim olmaq
3-Həkim olmaq

Layihəsində iştirakıma şərait yaratdığı üçün Narın Yağış nikinə xüsusi təşəkkürümü bildirirəm. İnşaAllah cavabları bəyənirsiz.


Şərhlər:
Baxılıb: 1320
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz