Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanıyaq sizi... - Asya Müslümova (13)
Tanıyaq sizi... - Asya Müslümova (13)
Göndərən: _damla_
Şərhlər:
Baxılıb: 921
Səs ver:
Salam layihəmin bugünkü qonağı Asya Müslümova nikli userimizdir
Keçək suallara:

1. Adınız və soyadınız?
-Müslümova Tomris

2. Doğum tarixiniz?
-21.iyun.1996

3. Həyatdan razısınızmı?
-Həyatdan narazı olmağıma bir səbəb yoxdur çox şükür.İstər pis gündə istər yaxşı gündə razı olmaq mənim borcumdur.Bəlkə o pis günüm mənim hələ gördüyüm ən yaxşı günlərimdir?Bəlkə onnanda pis şeylər məni gözlüyür? Çox razıyam.Bəlkədə narazı olduğum bu həyat kimlərinsə xəyalıdır? Allaha çox şükür ki,bu cür ailədə doğulmuşam və belə bir həyatım var.

4. Saytdakı ən yaxın dostunuz?
-Bilənlər bilir bilməyənlərdə bilsin ki,artıq 10 aydır hər gün yazışdığım,hər gün hal-əhval tutduğum bu saytın mənə qazandırdığı dost nayino. Yaxınlarımda çoxdu,çox istərdiyim qızlarda var.Yazsam çoxdu qızlar Nəmişdən tutmuş balaca bacım Büllura kimi...

5. Hansı mahnının sizin həyatınızla bağlı olduğunu düşünürsən?
-Düzü elə bir xüsusi mahnı yoxdur ki dinliyəndə deyim bu mənə aiddi.Belədəki nə görmüşəm ki nə dərdim ola,o mahnıda öz dərdlərim düşə yadıma.Hələ 19 yaş həyatın sərtliklərindən bixəbər bir qız.Görəkcəklərim hələ qabaqdadı.

6. Hansı geyimlər xoşunuza gelir?
-Mənim tərzimi,nə istədiyimi mamam çox yaxşı bilir.O mənsizdə gedib mənə geyim ala bilər.Nə yaraşsa odu.Dəbi çox izliyən və gözəl geyinməyin xəstəsiyəm.Birdə təkrarlıqdan uzağam.Bu dəbdədi hamıda var məndə də olsun yox.Vitrində gələk geyim məni cəlb edə.Etmədisə onu bəyənməyim mümkünsüzdü.

7. Sevdiyiniz müğənni?(qadın və kişi)
-Əkzilər bürcüyəm mən,ikili xarakterim var.Qəmli mahnıdan reski ritmik xarici mahniya qulaq asa bilərəm bookiz Sevdiyim Kişi müğənniləri Kendji Girac,Talıb Tale (ikili olduğumu dedimaa başda 08 ) Soner Sarikabadayı.Qadın müğənnilərdən isə Burcu Güneş,Nikola Şerzinger və.b

8. Xoşladığınız reper?
-Ceza sus pus puan 

9. Məşğuliyyətiniz? (yəniki hobbiniz)
-sayt qoyur ki bir başqa işlədə məşğul olam? 09 Yuxulu yuxulu qaçıram bura...Məşğuliyyətim məşhur xarici yazarların dediyi ibrətli sözləri vərəqləmək,modanı izləmək,fərqli qələm kolleksiya yığmaq.Çox idi fərqli qələmlərim 11-ci sinifdə dağıtdım uşaqlara.Yadiğar qalsın deyə agla 

10. Saytda kiminlə küssünüz?
-Yox küsülü olduğum qız yoxdu.Şərhləri cinlərimi oyadanlar var kzgn hansıki xəbəri oxumadan başlığı oxuyan kimi ona uyğun şərh yazanlar.Nə qədər ki saytdayam onlarla mübarizə aparacam.Bezəcəklər əlimdən axırda normal şərh yazacaqlar.Sonda haqq yoluna qayıdacaqlar.İndi layihədə suallara verilən cümlələrdən bir-ikisini oxuyub yazacaqlar,tanıdığıma şad oldum,maraqlı idi tsk.Onda bax yenə biləcəm ki yola verdilər dv

11.Həyatda ən böyük arzunuz nədir?
-Ən böyük diləyim yarımçıq qalan bir işim var onu davam etdirəcəm.Bir dəfə dedim hamı məni hoydu-hoyduya götürdü ki onnansa magistr ol nə bilim nə.İkinci Ali təhsil arzumdur.Bunu bitirim inşAllah onuda edəcəm.Ərə getməyə bərk tələsən biri deyiləm.Yaşımın neçə olmasından asılı olmayaraq onu reallaşdıracam.Sonra isə ailəmin sağlam,xoşbəxt,firavan görməyimdir.

12.Həyatda ən çox kimə inanırısınız?
-Heç şübhəsizki birinci Allaha.Ancaq indi konfetin yanında söz danış,konfet də gedib dil açıb danışacaq.Yəni inam yoxdu heçkimə.

13.Dinləməyi yoxsa danişmağı xoşlayırsınız?
-O baxır məqamına və yerinə.Yersiz danışan biri deyiləm.Amma məqamı çatanda və deməyə sözüm olanda susmaram!

14.Ən yaxın dostunuz sizi necə dəyərləndirərdi?
-Mənə dəyər zad lazım deyil.Öz dəyərim özümə bəsdi.Dürüst olsun,yalansız filansız olsun o mənə bəsdi.


Şərhlər:
Baxılıb: 921
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz