Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - anonim (25)
Mənim toy günüm - anonim (25)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1115
Səs ver:
toy ...Mənim Toy Günüm... toy   layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın anonim-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - anonim (25) 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Məni layihənə dəvət etdiyin üçün çox sağ ol. başqa bir layihədə yazmışdım necə tanış olduğumuzu. yəqin ki, oxuyanlar oxuyub, oxumuyanlarda indi oxuyarlar. amma həmənkini kopyaladım.
 Bu da bizim necə tanış olduğumuz. biri var imiş biri yox imiş. bir balaca qara qız bir də oğlan var imiş. bu qız hardasa 3cü sinifdə oxuyarmış. bu qızın bibisi oğlunun əsgər getdisi imiş. orda çoxlu oynuyub əylənib. oğlan da burda imiş. oğlan da hardasa 5də oxuyarmış. qız burda bəyənib, sevib. evlərinə gedənnən sonra mamasına deyib ki, orda bir qız varıydı. böyüyəndə onu mənə alarsan. adını da bilmirmiş. maması deyib ki, hansı qızı? deyib adını bilmirəm. elə bu vaxt qız maması ilə onlara qonaq gəlib. qızın maması ilə oğlanın maması dayı qızı bibi qızı imişlər. amma qız onları çox da yaxından tanımırmış. çünki ailəliklə Rusiyada qalırmışlar. arada tətillərdə kəndə gedirmişlər. onlar gedənnən sonra oğlan mamasına deyib ki, bu qızı deyirəm. maması da deyib ki, əlbətdə alaram. məktəbi qurtar universitetə gir böyü alaram. günlər, həftələr, aylar, illər keçir. oğlanla qız böyüyürlər. qız 16 yaşında oğlan isə 19 yaşında. oğlan məktəbi qurtarıb uniyə daxil olur. amma qız ağlından cıxmır ki cıxmır. başqa qızı sevmir ancaq onu sevir. ağlından çıxartmır. bir gün mamasına deyir, mama sənə uşaq vaxtı belə bir söz demişdim hamısını danışır. maması da təəccüblənir ki, hələ sənin yadınnan çıxmayıb? deyir yox. mamasına deyib bəs o qıza elçi getmiyəssiz? maması da deyib ki, əlbətdə gedərik çox yaxşı qızdı, yaxşı da ailədi. amma sən onu uşaqlıqdan gorməmisən? oğlan da deyib ki, bilirəm ki, uşaqlıqda necə idisə indi də elədi. o qız başqasına nişanlanmamış onu mənə nişanlayın. mən təkcə onu istəyirəm, ayrısın yox. indi isə qızdan danışım. qız isə tez yaşda ərə getməkdən xoşu gəlmirmiş. deyirmiş ki, mən 23, 24yaşlarda ərə gedəcəm. bəziləri kimi 18 yaşda yox. amma dediyinə əməl etmir. həmin oğlanla maması elçilikdən qabaq qızgilə gəlirlər ki, bir birləriynən danışsınlar. qız ilk görüsdən oğlana aşiq olur. əlbətdə ki oğlan da ona. amma qız aşiq olduğunu bildirmir. oğlan olanların hamısın onu neəe sevdiyini hamısını qıza danışır. qiz da onun danışığına, gülüşünə, özünə aşiq olur. amma bildirmir, oğlandan 1 həftə vaxt istəyir fikirləşmək üçün. qiz mamasına hər şeyi danışır, oğlanı sevdiyini. maması gözlərinə inanmır, təəccüblənir ki, sən həmişə deyirdin ki, mən gec evlənəcəm. amma əlbətdə ki ürəyə söz keçirmək olmur. qız istəyir ki, oğlan tez tez onlara gəlsin. amma əlbətdə ki adət ənənə var. nişanlanmamış olmaz. oğlan zəng eliyib qızdan hə cavabını istəyir. qız da bir az da fikirləşim sonra deyəcəm deyir. sevsə də, aşıq olsa da naz edirdi. başınızı ağritmayım. qız hə dedi. öz aralarında nişan elədilər. oğlan universitetə gedirdi deyə qaldıqları yerə qayıtdılar. elə dərd bunnan sonra başladı. bir birlərindən ötrü çox darıxırdılar. telefonla danışsalar da, yazışsalar da, skaypla danışsalar da xeyri yoxuydu, bir birlərinin yanında olmaq istəyirdilər. oğlan tətillər də qızın yanına gəlirdi. axır ki, qızın 18 yaşı tamam oldu. toyları oldu. indi isə çox xoşbəxtdirlər. Allaha şükür edirlər ki, Allah onları nə yaxşı ki, bir birlərinə qismət edib. bir birlərini çox amma çox sevirlər. amma Allahdan tək bir istəkləri arzuları var. o da övlad. hələ körpələri yoxdu. amma çox istəyirlər. InşAllah Allah qismət eliyər. bu nağılı övladlarına da danışarlar. indi bilirsiz o balaca qara qız kimiydi? əlbətdə ki MƏN. InşAllah maragla oxuyarsız. öpürəm hamınızı  
 
2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Telefonda demişdi. evlənmə təklifi etməmişdi. sadəcə mənə hə denən demişdi. qeyri adi evlənmə təklifi almamışam(((((
 
3. Neçə müddət nişanlı qaldınız?
Yaşım çatmadığı üçün 2il nişanlı qaldım.
 
4. Toy hazırlıqları necə irəlilədi?
çox yaxşı. əsas o idi ki, məni bir iş görməyə qoymurdular. qulluq edirdilər.
 
5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Hazırlıqlara toya 2ay qalmış başladılar.
 
6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Hər yerə gedirdim. cehizlərim alınanda mən də gedirdim. özüm seçirdim
 
7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox bacı getmədiy. düzünü desəm mənim də yoldaşımın xoşuna gəlmir.
 
8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Atamla qaynatam seçdilər.
 
9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Restoranın özünün var idi.
 
10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox.
 
11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Xəyalımdakı gəlinlik çox baha idi, ona görə ala bilmədik. amma geyindiyim də yaxşı idi. xoşuma gəldi. amma bahada gözüm qalmışdı. əsas odur ki, gəlinlik boş şeydi. 1günlükdü. əsas xoşbəxtçilikdi, mehribançılıqdı. elə qızlar görmüşəm ki, deyilər ki gəlinliyə görə evlənirəm, gəlinlik geyinim deyə. amma bu boş şeydi. əsas odur ki, sevib evlənəsən. mən də əlbətdə ki sevib evlənmişəm.
 
12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
2 gün.
 
13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
əlbətdə açıq saçıq olmasın demişdi.
 
14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Xına yaxdımda saç düzümünü seçmişdim. makyajı usta özü etdi. amma toyda ustamın öhdəsinə buraxdım. xoşuma gəldi.
 
15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
əlbəttə.
 
16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Bizdə də eledi. pul vermişdik. amma yoldaşım tikdirmək istədi, ürəyi istədiyi kimi, ona görə baha başa gəldi. özləri biz verənin üstünə qoymuşdular.
 
17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Heç unutmaq olarmı? 1 fevral 2014
 
18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Evə gələndə boşqabları qıra bilmədim. 3, 4dəfə vurannan sonra qırıldı))))))
 
19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox.
 
20 Toyunuzun ən gözəl anı nə idi?
Ilk dansımız
 
21. İlk rəqs parçanız hansı idi?
Gəl xoşbəxt olaq.
 
22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Yoldaşım gözünü məndən çəkmirdi. tez tez səni sevirəm deyirdi. əlimnən tuturdu.
 
23. Bir tərslik yaşandımı toy günü?
Yaşandi amma deyə bilmərəm bağışla.
 
24.Ən çox nə vaxt həyəcanlandınız?
Evdən çıxanda və toy qurtarannan sonra.
 
25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yox
 
26. Bal ayınızı harada keçirdiniz?
Qeyri adi bal ayımız olmadı. toydan sonra Novosibirskə gəldik. çünki yoldaşımgıl burda yaşayırlar.
 
27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Fevralin 1ri 2il olacaq.
 
28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Tövsiyəm odur ki, sevib evlənsinlər. mala pula görə yox. çoxların görmüşəm ki, deyirlər ki, maşını var villası var, pulu var ona görə evlənirəm. amma toydan 1ay sonra ayrılırlar. əsas odur ki, bir birlərin başa düşsunlər. nənələrimiz demişkən, bir birlərinin sözs bir birlərinin boğazınnan keçsin. bütün qızlarımıza xoşbəxtlik arzulayıram. 
 
 [URL=http://radikal.ru/big/0f755147490e4150a93c5bd7891292de]Mənim toy günüm - anonim (25)[/UR
 
Ay canım, sənə ömür boyu çox xoşbəxt olcağın bir həyat diləyirəm... və bu xoşbəxtliyin tam olması üçün şirin şəkər bir bəbişinizin olmasını diləyirəm...


Şərhlər:
Baxılıb: 1115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz