Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Miss_Oxatan (24)
Mənim toy günüm - Miss_Oxatan (24)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1194
Səs ver:
toy ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Miss_Oxatan-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - Miss_Oxatan (24)
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Bu haqda geniş şəkildə əvvəl başqa layihədə ətraflı yazmışam.Xalam yanında birlikdə işləmək üçün Rusiyaya çağırmışdı məni,məndən əvvəl kocam xalamla işləyirdi.Xalayla çox mehriban idilər,ana baladan yaxın.Ancaq bizim evliliyimiz kalb işidir xalamla munasibətlərinə dəxli olmadi.Mənim istəyim olmasa kimsə bir şeyə məcbur edə bilməz.Həm gördüm ailəmdə razıdır,həm özümündə meylim oldu.Düzdür ağzı göyçəklər var idi ki,(hələdə var) dedilər mənim 25 yaşım var xalası çağırdı düzdü qoşdu ərə verdi tez bazar.Ağızlarına qurğuşun,mən karvanımı sürürəm.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Mən bir dəfə Rusiyaya gəlib qayıtdım vətənə o müddətdə bu mənə göz qoyubmuş.Azərbayacana qayıdandan sonra xalama deyər))))xalamda deyər ay oğul kiri kiri qız deyir öydə qalaram rusyetdə yaşayana getmərəm.Çünki,1ci dəfə gedəndə millətimizin gəlinlərinin ər xəyanətindən nə qədər əzablarını görüb eşitmişdim.Elə oldu 2 ci dəfə gəldim Rusiyaya,onda telefonla sms yazdı.sevgi etirafı deyildi sadece yazmışdı salam necesen zad.məndə tupoy deyiləm ki,anladim səbəbini və xalama dedim )))) 126 xalamda MaşAllah elə bil himə bəndiydi elə bil uje toydu bu da bəy tərifi edir.evlənmə təklifini də telefonda elədi.Belə yazmışdı "Deyirlər ki toy olacaq" məndə yazdım nə toy.yazdı "İkimizin".ilk evlilik təklifi belə oldu.

3. Neçə müddət nişanlı qaldınız?
iki ilə yaxin münasibətimiz oldu.11 ay nişanlı olduq.

4. Toy hazırlıqları necə irəlilədi?
Mən Rusiyada işləyirdim toydan iki ay qabaq getdim Azərbaycana və başladıq.Ancaq yoldaşım və ailəsi bir ay sonra gəldilər.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Hazırlıqlar sakit keçdi,qaydasında.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Xalamqızıyla gəlinlikləri axtarıb seçmək,tək özüm üçün yox xalam qızı üçündə toyda nə geyinəcəyini axtarırdıq)))

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getmədik.Belə söz ustası olmağıma baxmayın eslində çox utancağam.Mən utananda çaşıram,dedim birdən çaşaram biyabırçılıq olar.Sən demə bəy məndən də utancaq imiş,eyni şeyi o da fikirləşirmiş.

8. Adını çəkməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Qız toyunda böyüklər seçdi bizdə,oğlan toyunda yoldaşımgil gəlməmişdən əvvəl bibisi oğlu sağolsun seçmişdi.Çünki dedilər qarşıdan Məhərrəm ayı gəlir 1-2ay qabaqdan restoran tutmaq lazimdir.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Toyun fotoqrafına

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox etmədik.Etmək istədik fotoqrafda tapdıq.Toya iki gün qalmış xalamoğlu zəng vurdu yadından çıxar birdən,dedi ki,bəs siz ovaxt zəng vuranda təqvimim yanimda deyildi sən demə sizdən əvvəl o günə yazılan varmış.Üzrxahlıq elədi.Daha neynəmək olardı?Sonra bir neçəsinə zəng vurduq gecdir dedilər.Bir sozlə alınmadı.

11. Bilirəm ki, hər bir gənc qızın xəyallarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Həə,özdə elə tez və elə asan oldu ki.Çox yaxşı qadın idi,geyindim gəlinliyi sahibəsi dedi ki,bu gəlinliyik heç bir qıza belə yaraşmamışdı elə buna görə də 50 manat da aşağı düşdü))Allah köməyi olsun.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

ta dedim dana dirol_mini 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Hə,demişdi açıq saçıq olmasın.Məndə dedim yoxsa ki,ağlım kəsmirdi sən deməsəydin.   neww

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Hə seçmişdim.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Qız toyunda dediyim saçı bərbad yığmışdı.Seher saat 6dan çağırdı 1in yarsı idi qutarmamışdı,o qədər saat sərf elədi ancaq nə hala qoydu.makyajda saçda.Saat 1de toy başlayacaqdı vaxtım az idi tez qutarsaydı öz toyumda ona elə toy tudardım ki yoxsa gəldim evə donu geyindim.10 dəqiqəyə don geyinərlər?karsetdi zəhləmi tökdü toy qutarınca.qanmaz bir sac "ustanin" ucbatından qız toyumda hecnə ürəyimcə oldmadı.Ancaq oğlan toyunda saçımda makyajımda əla olmuşdu.sağolsun.yaxşı ki o yalançı çıxmadı.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Həə bizdə var o adət.biz aldıq

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
oooooo)))əlbəttə.23.10.2013 qız toyu, 26.10.2013 oğlan toyu.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Əvvəl yazdım e,rəqs ona görə qurmadıq ki,utanib çaşaram birdən))ama restorana daxil olan kimi peşman oldum akazımıçka utanmaq zad söhbəti olmurmuş.Nəsə,restorana daxil olduq vağzalı çalınır bir yandan tamada danışır içəri biz giririk hər şey və hamı var bir şey əskik o da utanmaq))))hətta diskdə də düşüb.zala elə daxil oluram başı dik,hər tərəfə baxa baxa)))xalamda yanimdadi birdən qulağıma dediki Az Günay başını aşağı sale ayıbdı))))onda elə reski cəld başımı aşağı saldım ama dedi deyə haa heqqidə heçdə düşündüyüm kimi həyəcan zad olmamışdı

19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox olmadı şükür

20 Toyunuzun ən gözəl anı nə idi?
evdən çıxanda qardaşımın məni lampanın ətrafında gəzdirməsi

21. İlk rəqs parçanız hansı idi?
Gəl xoşbəxt olaq 123 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Toy günü elə başdan ayağa romantik olur.Sevdiyinə qovuşursan axi. toy 

23. Bir tərslik yaşandımı toy günü?
Yaşandı ama ailəvi sorun(

24.Ən çox nə vaxt həyəcanlandınız?
deyəsi döyləme havayı üz vurma 09

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
həə toydan sonra evə gələndə blok gullərlə və xüsusi aksessuarlarla bəzədilmişdi.

26. Bal ayınızı harada keçirdiniz?
Toydan sonra gedəsiydik ama bir ay çəkmədi üzdən iraqlar elə skandal problemlər yaşatdılar ki bal ayı əvəzinə oldu zəhər ay.pislikər.Allah var onsuzda.Geci tezi var.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
2 il 3ay

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Ay namizəd qızlar,ərə getməzdən əvvəl bütün hüquqlarınızı öyrenin,bilin.Haqqı qoyub nahaqqı danışmayın,zülmədə boyun əyən olmayın.Sizi əzməklərinə icazə verməyin.Hər haqsızlığa dözüb 20 ildən peşman olub başınıza vurmaqdansa haray bu başdan deyib haqsızlıqları cavabsız qoymayin.Hörmət edin ama gördünüz hörməti droj hesab edib şişirlər və qarşılıq vermirlər geri götürün.Unutmayın bu həyatda hər şey qarşılıqlıdır!
Türkan çox sağol Allah köməyin olsun axır mənimdə adima duz saldın.Ölmüyüf bugünüdə gördüm bookiz
 
 Mənim toy günüm - Miss_Oxatan (24)
 
Ay canım mənim, dilərəm, o isti yuvanız hər zaman sevgi və məhəbbətlə dolu olar, ürəyindəki ən böyük arzunu bilirəm və bunun üçün Tanrıma çoxlu dua edirəm, inşallah Tanrı tezliklə dualarımızı qəbul edər , səni, yaxınlarını sevindirər... amin...


Şərhlər:
Baxılıb: 1194
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz