Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanıyaq sizi... - guler19 (8)
Tanıyaq sizi... - guler19 (8)
Göndərən: _damla_
Şərhlər:
Baxılıb: 762
Səs ver:
Salam saytımızın xanımları layihəmin bugünkü qonağı guler19 nikli userimizdir
Keçək suallara:
 
1.Adınız və soyadınız
Ağamirli Gülər

2. Doğum tarixiniz?
24 iyun 1994

3.Həyatdan razısınızmı?
Əlbətdə razıyam. Həyat gözəl təbiətimiz də təbii gözəlliklər həmişə arxamızca dua edən valideynlərimiz və bizi sevən, sayan, qucaqlayan, sahiblənən sevgilərimiz ilə gözəldir.Hər bir insanın bu həyatda yaxşı günü də olur pis günüdə. Ən əsası Pis günündə bundan da pisi ola bilərdi deyib RƏBBİNƏ şükr etmək dərd etməkdənsə duaya üstünlük vermək lazımdır. yaxşı günündə isə ALLAHA təşəkkürü unutmamalıyıq

4.Saytdakı ən yaxın dostunuz?
Saytda tanışlığım olan bacılarım çoxdur. Arzum aysun var çox istəyirəm bacımı bir şey olanda və yaxud ürəyim sıxılanda bacımla derdləşirəm. Elə bil mələkdi insana elə gözəl məsləhətlər verirki ürəyimi açır. Mira yaman var çox istədiyim bacım sayta gec girir derslərinə göre inşALLAH tələbə adın qazanar. Çox gözəl ürəyi var bacımın hərdən mənə çox gözəl məsləhətlər verir hərdən elə bilirəm ki məndən yaşda böyükdü. Yasemin var mənim adaşım Ağlıma yeni bir layihə gələndə onunla məsləhətləşirəm. Çox gözəl ideyalar verir. Çox yaxşı ürəyi təmiz qızdı. Emiş-im var Çox pozitiv qızdı xətrini çox istəyirəm. Onunla hər dildə yazışırıq ama nə dil olduğun nə o bilir nə də mən))))Hamısın çox istəyirəm bacılarımın

5.Hansı mahnının sizin həyatınızla bağlı olduğunu düşünürsən?
Sevgiyə aid mahnılar. Ən çox da Mətanət İsgəndərlinin gəl xoşbəxt olaq mahnısı. Yoldaşımla mənim mahnımdı. Toyumuzda vağzalıdan sonra bu mahnı səslənmişdi. Ona göre də bu mahnının yeri bir başqadı mənim üçün. Bidə Kayahanın Sen-sen benin için mahnısı

6.Hansı geyimlər xoşunuza gelir?
Özümə nə yaraşır seçimim də o olur. Daha çox klassik spor və.s

7.Sevdiyiniz müğənni?(qadın və kişi)
İndi yadıma düşmədi Ən çox mahnıların bəyənirəm.

8.Xoşladığınız reper?
Rep sevmədiyimdən xoşladığım reper də yoxdur

9. Məşğuliyyətiniz? yəniki hobbiniz
Qadınlar.biz saytına girmək şərh yazmaq xəbər göndermək Alış veriş etmək dadlı təamlar hazırlamaq xüsusən də şirniyyat bişirməyi çox sevirəm. Yoldaşım yeməkdən çox şirniyyatı çox sevir)). Ona göre də çox sevirəm şirniyyat hazırlamağı.

10.Saytda kiminlə küssünüz?
Saytda heç kimlə küsülü deyiləm. Küsülü qalmağı da xoşlamıram Çox istəyirəm bacılarımı Həyatda nəsə bir şey olanda özümə söz verirəm ki birdə bu insanı danışdırmayacam Ama bidə baxıb görürəm ki o insanla danışıram)) ona göre de sevmirəm.


Şərhlər:
Baxılıb: 762
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz