Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Aynur.F (20)
Mənim toy günüm - Aynur.F (20)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1212
Səs ver:
toy ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Aynur.F-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - Aynur.F (20)
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
toyda görüb bəyənmişdi, sonra eləcə bir birimizi sevməyə başladıq.
 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu? 
evlilik təklif etməmişdi, elçi göndərmişdi.

3. Neçə müddət nişanlı qaldınız?
4 ay

4. Toy hazırlıqları necə irəlilədi?
öz axarıyla

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
vaxt azlığından toya 3 ay qalmış başladıq .

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi? 
alış verişə çıxmağımız.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz? 
xeyir

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
bizdə iki toy olub, qız toyu oğlan toyu, hər iki tərəfdə palatka toyu olub.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz? 
toy çəkilişlərini aparan video çəkənlərə.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyir

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Bəli

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
2 -3 gün davam etdi.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
bəli, açıq saçıq olmağını istəmirdi.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
xeyir

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
 Bizdə də elə adət var, qız evi pul verir oğlan evi alır.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
04.06.2011 -  02 .07.2011

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
xeyir, elə bir hadisə olmayıb.

19. Toy günü unutduğunuz bir şey oldumu?
xeyir olmadı

20 Toyunuzun ən gözəl anı nə idi?
birlikdə tans etməyimiz.

21. İlk rəqs parçanız hansı idi?
Kalbimin tek sahibine.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
ən romantik anı, ilk tansımız və güllərin başımıza səpilməsi.

23. Bir tərslik yaşandımı toy günü?
xeyir

24.Ən çox nə vaxt həyəcanlandınız?
toy günü

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
xeyir, elə bir süpriz edilməmişdi mənə

26. Bal ayınızı harada keçirdiniz?
heç yerdə.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
4 il yarim

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
sevdiyi insanı yaxından tanıyıb sonra evliliyə qərar versinlər. Arzum budur ki, bütün xanımlar öz sevdiyi və seçdiyi insanla ailə qurub xoşbəxt olsunlar... Amin...
 
Mənim toy günüm - Aynur.F (20)
 
Canım mənim, dilərəm həyatınızın hər günü sevgi dolu, xoşbəxt və həyəcan dolu keçsin... Hər zaman bir birinizin qədrini bilin... amin...


Şərhlər:
Baxılıb: 1212
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz