Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Nazlinci (18)
Mənim toy günüm - Nazlinci (18)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 639
Səs ver:
toy  ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Nazlinci-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - Nazlinci (18)
 

1.Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Başlayaq da bacı)). bizim ilk tanışlığımız mənim 10 onun 14 yaşı olanda olub. Sadəcə sonra bir müddət ara olub. sonra da mənim 16 yaşım olanda görüşdük ilk dəfə. ən gözəli isə həmin gün yağış yağırdı. ona görə indi ikimiz üçün də yağışın mənası çox böyükdü...

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

bele konkret demiyib evlənmək sözünü. Mənə yalandan demişdi ki,  gedək elə belə  Şəhərə. bir də ayıldım ki, qızıl dükanındayam (nişan üzüyü  almaq üçün)))

 

3. Neçə müddət nişanlı qaldınız?

düz 2 gözəl il.

 

4. Toy hazırlıqları necə irəlilədi?

normal. yaxşı rahat olmuşdu çox şükür

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

iyun ayına yazılmışdı oğlan toyu.  dekabrdan başlanmışdı  hazırlıqlar.

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

restoran və gəlinlik seçmək.

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yoooo , sizcə bir hərbiçini rəqs kursuna yazdırmaq olar?))))))

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam,  anam və mən üçümüz də  axtarırdıq. Elə üçümüzün də  bəyəndiyimiz oldu . geniş, ən əsas açıq rengli zal.

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

tanış fotoqrafımız var idi, ona.

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Təəssüf ki, xeyir.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Bəli, ürəyim istəyəni  yoldaşım hədiyyə aldı mənə. indi də əzizləyib saxlayıram gəlinliyimi.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

dekabrdan may ayına kimi. Mənim üçü ən əsası geyinilməmiş olması idi. o da oldu çox şükür.

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Xeyirr,  qəti qarışmamışdı. çünki bilirdi mənim sərhədli geyindiyimi.

 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Təbii ki,  axtarırdım. Istədiyim  də olmuşdu.

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

çooox hətta.

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli,  qız toyuna ayrı,  oğlan toyuna ayrı.

 

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Heeeeeeeç vaxt, heç bir dəqiqəsini

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Təsəvvür edin,  iyun ayında birdən birə toyun axırına yaxın necə leysan yağış yağdısa, restorandan cıxıb maşına çatana qədər suya dönmüşdük.

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

Yox,  hər şey qaydasında idi.

 

20. Toyunuzun ən gözəl anı nə idi?

restoranın bizə xüsusi hədiyyəsi idi, şamları  ürək formasında düzmüşdülər, biz də içində tans oynadıq. superrr idi...yada salıb kövrəldim((((

 

21. İlk rəqs parçanız hansı idi?

ilk rəqs parçasını xüsusi olaraq seçməmişdik,  müğənni nə oxumuşdusa ona da rəqs etdik))

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ən romantiki bayaq yazdım,  şamların içində rəqsimiz. bir də ki, toy başlayandan qutarana qeder əl ələ tutmağımız...

 

23. Bir tərslik yaşandımı toy günü?

Xeyir çoooox şükür.

 


24.Ən çox nə vaxt həyəcanlandınız?

Təbii ki, toyun sonuna yaxın)))))))

 


25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

sürpriz bir dənə o idi, rəqsimiz...

 

26. Bal ayınızı harada keçirdiniz?

Şəkidə))) çünki Şəkiyə gəlin küçmüşdüm.

 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

5 il 7 ay

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

ən birinci sevgidən də qabaq hörmət. Əgər qarşılıqlı hörmət olmasa, o ailədə sevgidən danişmaq boş şeydi. biz qadınlara ən ağır yük bəlkə də səbr etməkdi, amma qızlara tövsiyyəm odu ki, vallah səbr edin. yüngül bir söhbətdə  ana atanı qarışdırıb sevginizi ucuzlaşdırmayın. Nə baş versə  səssiz öz aranızda olsun bitsin. Mən özüm çox səbirliyəm və  bunun da bəhrəsini çoox şükür görürəm. sözünüzü də deməyi bacarın təbii ki. amma qaydasında:) hər birinizə xoşbəxtlik və çoox gözəl ailə arzu edirəm.. təşəkkürlər məni bu layihəyə  dəvət etdiyiniz üçün. 

 

Mənim toy günüm - Nazlinci (18)
 
Canım mənim, dilərəm sevgi dolu ailəniz hər zaman söz söhbətlərdən uzaq olsun... ömür boyu mehriban, şad xürrəm günlər yaşayın inşallah... amin...


Şərhlər:
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz