Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Happy (16)
Mənim toy günüm - Happy (16)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1484
Səs ver:
toy  ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Happy -di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - Happy (16)
 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanış olmamışıq anası məni toyda görüb bəyənib

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Elçi göndəriblər

3. Neçə müddət nişanlı qaldınız?
1 ay nişanlı qaldıq :)

4. Toy hazırlıqları necə irəlilədi?
Hər şey qaydasında gedirdi.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
1 ay ərzində qaça - qaç oldu

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Ən çox kef verən hər kəs mənə qarşı yaxşı idi, çünki 1 aylıq qonağ idim atam gildə :)

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyr, yoldaşımın belə şeylərdən xoşu gəlmir

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Rayonda iki şadlıq sarayi var. Mən istədiyim sarayda həmin günü başqasının toyu idi deyə o birində toy eləmək qərarına gəldik

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Şadlıq sarayının öz Fotoqrafına

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyr

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Xeyr, gəlinliyimi qaynanam seçmişdi deyə. Mən də sözünü yerə salmadım

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
1 saat çəkdi. Özümə qalsaydı çox çəkərdi :)

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Xeyr əsas anasının sözüdü

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli toydan 20 gün qabaq stilist - vizajist ilə danışmışdıq

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli tam ürəyimcə idi

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Kostyumun pulunu biz verdik, özləri aldılar

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Qız toyu - 13.09.2013
Oğlan toyu - 25.09.2013

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Xeyr elə bir şey olmuyub.

19. Toy günü unutduğunuz bir şey oldumu?
Xeyr olmuyub

20. Toyunuzun ən gözəl anı nə idi?
Ana mahnısı çalındıqda anamın qabağımda mənimlə rəqs etməsi

21. İlk rəqs parçanız hansı idi?
Adı yadımda deyil

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Yoldaşımın mənim əlimi tutub heç burxmaması. Və salondan çıxdığımda gözlərini məndə ayıra bilmirdi :D

23. Bir tərslik yaşandımı toy günü?
Şükür Allaha hər şey yolunda gedirdi

24.Ən çox nə vaxt həyəcanlandınız?
Vağzalı çalındığında

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Bəli yoldaşım mənə çoxlu Kinder Surprise almışdı :))

26. Bal ayınızı harada keçirdiniz?
Elə öz evimizdə idik :)

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
2 ili keçib :)

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
İlk öncə xoşbəxt ailə səadəti arzu edirəm. Çalışın hər zaman sevdiyinizi başa düşəsiniz və hər zaman yoldaşınızın pis günündə yanında olun, ona dəstək olun. Qaynananın sözlərinidə aldırmıyın, əsas mehribançılıqdı. Atam mən köçən günü dedi ki mənə "Qızım getdiyin yerdə böyüklərə hörmət et uşaqlara qarşı mehriban ol. Çünki ilk öncə insan özünə hörmət etməlidi"
Sənə də təşəkkürlər bacış məni belə gözəl layihədə yer verdiyin üçün.
 
Mənim toy günüm - Happy (16)
 
 Canım mənim, ailənizin hər zaman Allahın nəzərində olmasını, birgə yaşadığınız hər gününzün sevgi və səadət içində keçməsini diləyirəm..


Şərhlər:
Baxılıb: 1484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz