Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Antikvar - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABLARI)
Antikvar - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABLARI)
Göndərən: Narın Yağış
Şərhlər: 72
Baxılıb: 1507
Səs ver:
1. Adınız?
Nigar(təbii ki,virtual adım))
 
2. Yaşınız?
24 yaş)
 
3. Hansı unidə oxuyursuz? İxtisasınız?
Orta təhsilliyəm.Eyər oxumağa davam etsəydim həkimlik olardı ixtisasım.Amma arzum ürəyimdə qalmasın deyə sənədlərimi burda kollecə verib mesistra olmaq istəyirəm,uşaqlarımı birazda böyüdüm bu barədə irəlləmək fikrim var)
 
4.Bir tək sualım var heç bu qədər erkən yaşda ailə qurduğunuza peşman olmusunuzmu? (BARBI)
Sualıva yox desəm doğru sənədə saxta imza atmış kimi olacam)əsəbli olduğum zaman çox işlətmişəm (kaşki)cümləsini.Hər ailədə söh-söhbət olur,küskünlüklər olur,hirsli anlarında olur əsas oduki,söhbətlərin sonunda (Allahım belə insanla birgə olduğum üçün şükürlər olsun)sənə deməyi bilməyindi.Eyər insan beynində peşmançılıq fikri ilə yaşasa fərqi yox istər ailədə istərsədə hər hangi bir işlərində heç zaman həyatda xoşbəxt olmağı bacarmaz.Peşmançılıqdan insana fayda olmaz əsas odu dərs çıxardıb və hər şeyi geridə qoyub irəlləməkdi.İndi mən sonda elə nöqtə qoydum ki,peşman olduğumu bilərlər uşərlər,əsla şükür rəbbimə belə gözəl ailəyə sahibəm.Bundan sonra üzərimə düşən vəzifə ailəmi qoruyub övladlarımıda gələcəyin savadlı gəncləri kimi böyütməkdi)
 
5.Həyatınız özünüz barədə məlumat isdərdim azda olsa (vipbetul)
24 yaşım var, iki oğul anasıyam,ailəsini sevən,əsasda atasına bağlı olan qız)

6.Sizcə xoşbəxtlik vacibdi yoxsa pul? (Zenka) (məncə pulsuz xoşbəxlikdə bir yerə qədərdi)) bu suala böyük cvb gözlüyürəm antik)
Gözlə böyük cavab gəlir))
Hər ikisi desəm?)Kim deyir sadəcə xoşbəxtlik mən elələrini ana ata himayəsində böyüyən balaca uşaq adlandırıram)Həyatı tam anlayacaq qədər böyümüyüb)İndi elə dövrdə yaşayırıq ki,pulsuz bir addım atmaq istəsən imkan yaratmazlar.Eslində insanlar xoşbəxtliklə imkan-imkansızlığı səhf salırlar.Ailədə olan gülüşlər, maraqlı anlar ,kiçik  xoş xatirələr belə insanı bir neçə saniyə xoşbəxt etməyə yetərlidi.Bu xoş anlar ola bilsinki hər gün yaşanmasın və yaxud yaşansın amma həyat bir bunlar üzərində qurulmayıb,gülməklə nə qarın doyur nədə gələcəkdə istəklərin üzərində addımlamağa imkan yaradır.Gəlin bir neçə misal gətirərək fikrimi dahada aydınlaşdırım.Məsəl üçün uşağımız xəstədi(allah eləməsin)dərmanları almağa həkimə aparmağa imkan yoxdu,onda evdə olan o xoş gülüşlər yenidən pulsuzluğa görə isyan edir.sizcə indi hansı daha vacibdi indiki həyatda?daha bir misal...yoldan gedən çox balaca uşaq vitrində gördüyü paltara onun olmağı üçün diqqətlə baxır amma yenə pulsuzluq buna imkan yaratmırki istədiyi geyim onun olsun,kənardan baxıb insan bir fikrə gəlir (pulsuzluq)Amma o uşaq hələ balaca olduğundan olmaz sözü ilə üz-üzədi əsas səbəb imkansızlıq olduğunu bilsə istəyini qəlbində saxlamaq ilə yetinər amma valdeynlər belədi əsl səbəbi gizlədib olmaz sözü ilı əvəzləyirlər.Sonda qısaca olaraq deyərdim İndiki dövrdə pulun olnası vacibdi,çox olmasada ısas ailəni dolandırıb uşaqlarını oxutduracaq qədər imkana sahib olmalısan.Allah hər kəsin ruzisini bol eləsin inşallah.
 
7.Keşmiş günlərinizi gələcək günlərinizə qurban verərdinizmi? (kiraz mevsimci kiz)
Keçmişlə yaşamağı heç sevmirəm.Keçmişlə yaşayan gələcəyə addimlaya bilməz.Keçmişə sadəcə xoş xatirələri arada yada salıb gülümsəmək yetərlidi.Keçmişi gələcəyə qurban vermək dəlilik olar,çünki hər saniyə, dəqiqə,saat gələcəyə doğru gedir düşünüb başını  yormağa belə dəyməz))

8.Özünüzü 3 sözlə izah edə bilərsiz? (Aysu Tağızadə)
1)Dediyindən dönməyən(əlbəttdə doğru bildiklərindən)
2)Haqqlı insanların yanında olan(sevmədiyi şəxs belə olsa doğrudusa deyərəm doğrusan)
3)əsəbli (dəhşət dərəcədə,hirsim tutdusa bir neçə gün sakit olana qədər danışacam)))

9.Övladınız var? sevib evlənmisiz ən əsası da xoşbəxtsiz? (nura54)
Bəli övladım var.Bəyənib evlənmişəm,sevgi hissi sonralar baş qaldırdı))Xoşbəxtsiz sualına gəldikdə -şükür bu günümədə,əsas odu bədbəxt deyiləm)

10.Xoşbəxt olmaq üçün insan nə etməlidir sizcə? (mesi_pisi)
Nədənsə xoşbəxtlik barəsində sual çox oldu))Buda bunun göstəricisidi ki,cəmiyyətimiz xoşbəxtlik axtarışındadılar))Zrft bir yana bu hal insanın öz əlindədi,xarakterlərdə fərqli olduğu üçün hər insan xoşbəxtliyi ayrı bir yerdə tapa bilərlər.Məsəl üçün:kimiləri valdrynlərinə baxıb xoşbəxt olmağı bacarmalıdı(çünki düşünsün o qədər yetim böyüyən uşaqlar varki,qayğısız,ana ata nəvazişindən uzaq)Daha sonra ətrafa baxıb xoşbəxt olmaq olar(Çünki o qədər gözdən əlil olan insanlar varki,Allahın yaratdığı gözəllikləri görməkdə çətinlik çəkirlər)Başımızı örtəcək evimiz qarnımızı doyduracaq yeməklər(kimlərəsə bu sonda qeyd etdiyim gülünc gələ bilər, amma bir düşünün evsiz insanları və acından ölən uşaqları sizcə hər gün adət halına gətirdiyimiz yeməkləru yemək üçün şükür edib xoşbəxt olmamalıyıqmı?Çünki buna ehtiyacı olan o qədər insanlar varki, amma nədənsə buz insanlar üçün bunlar adi hal kimi qəbul olunub naşükürlük edib xoşbəxtliyi başqa yerlərdə axtarmaq istəyirik)Xoşbəxtlik uzaqlarda deyil əlimizin altındadı əyər bunları görmək üçün güclü qamətə sahibdirlərsə.

11. 1.Ən böyük təsəlliniz?
2.Dünyanın hər yerindən görünə bilən uca bir lövhəyə iki-üç kəliməlik nəsihət yazmağı xahiş etsəydilər,siz nə yazardız!? (Asya Müslümova)

1.Ailəm və iki oğlum.
2.Dünyda mənim nəsihətlərimi dinləyənmi olacaq?))Yaxşı yaxşı bir neçə cümlə yazacam həqiqətən bədahətən gəlmiş sözlərdi))Ey Allahın bəndələri elə danışınki-digərlərinin faydalanacağı sözlər olsun.Elə addım atınki-digərləri sizin yolunuzla davam etdikdə gələcəyin qeyrətli oğlanlar və namuslu qadınlar olsun,Elə övlad yetişdirinki-sizlərin başını uca tutacaq addımlar atsın,ən əsas elə insanlarla unsiyyətdə olunki-sizə insanlığınızı unutdurmasın.Hələki bu qədər nəsihətim bəsdi qəbul edib davam etsinlər yenidən yenilərini qeyd edərəm)))

12.Həyatda öznüzdən başqa kimnçünsə yaşayrsız yoxsa məcbrsuZ? (Aysun 2014)
İlk öncə deyimki heçnəyə məcbur deyiləm Allahın verdiyi candıki,onun yaratdıqları üzərində həyatıma davam edirəm əyər yaşamaq üçün səbəbkar olsada olmasada biz Allahın verdiyi canı onun düzgün bildikləri şəkildə daşımalıyıq.Sadəcə ailəmə görə hər günlə mübarizə aparıram,qarşımda məqsədlırim var məndə həmən məqsədlərə çatmağım üçün addımlarımı çalışdığım qədər doğru şəkildə istifadə edirəm.

13.Deyirlər qızlar ən çox atalarına bağlı olur , harda olsalar belə daim valideynləriylə nəfəs alarlar siz necə qürbəttə olarkən darıxan zaman təsəlliniz nə olur ki, deyirsiz yaxşı ki, var sizcə o yaxşı ki, var olanlar həyatınızın hansı hissəsindədirlər? (fialka)
Atama çox bağlıyam(Tək örnək götürdüyüm şəxs)Qürbətdə yaşamaq çox çətindi təbii ilk dönəmlərdə bu dahada iki qat artır.Hardasa iki il olduqca pis anlar keçiridim (mənəvi cəhətdən)Halbuki tez tez vətənimə olsamda.İlk övladım olanda başım övladımı böyütməklə qarışdığı an günlər ötdükcə darıxmaq hissi azalırdı.Daha sonra ikinci övladım və bütünlükdə ailəyə hərs olundu vaxtım və yaxşıki onlar var vətənimə,valdeynlərimə  olan darıxmaqı azda olsa azaldırlar)

14.Boyy mənim yerlim 123 Canım mənim bilirəmki, iki oğul övladın var. Allah onları qorusun. Bilmək istərdim qız övladı istərdinmi? (isveç.de) (bu sualı verən isveçə demək istəyərəm istemezmi?))
Yerlim Allah sənədə qismət eləsin inşallah)Heç vaxt ay qızım olsun yox oölum olsun arzusu ilə yaşamamışam.Allah nə veribsə şükür əsas odu canları sağlam olsun.Qismət yerlim deyərdim)

15.Xoşbəxtlik nədir? (Happy)
Yuxarıda o qədər xoşbəxtlik haqqda yazmışamki, oxuyarsız ordan))

16.Həyat sizə nə bəxş edib ve nə bəxş etməsini istərdiniz? (Ayselina) (o cür onu sevən koca bəxş edib kocasıda ona balalarını oy oy özür dilerim antik elim kaydı vallahı 09 )) sataşmadan dayanamıorum)
Elimə düşərsın lalə ))
Həyat mənə gözəl ailə bəxş edib,gözəl valdeynlər bəxş edib,iki bala bəxş edib.bundan sonra görmək istədiyim ali təhsilli iki gənc oğlan)

17.Ən böyük arzusu nədir?) (pozitiv)
Böyük balamın həkim olması,balacamında prokrur olmaqı))İnşallah hər birimizin arzu və istəyi həyata keçər)

18.Sənin fikrincə sevginin ilk qurbanı kim olmalıdı:qadınlar yoxsa kişilər? (melek_ayka) (bir birini sevsinlərdə day niyə qurban gedirlərki? bu sualda mənə çatmadı antik))
Çatdıraram sənə leyloş))
Eyər ortada əsl sevgi varsa heç birini qurbanlıq etmək olmaz.Yox əyər qızı fırladıb yalançı sevgi rolu oynayan oğlan varsa qurbanlıq qoyun etmək lazımdı onu)))

19.Hansısa uni-ni bitirmisiz? (...AdaDunyam``)
ASX-yəni Ailəsini sevən xanım unisini))))

20.Ən yaxın rəfiqəniz tərəfindən aldadılsaydınız. Amma o gəlib sizdən üzr istəsə bagışlayardınız.? (rozafatalieva)
Heç zaman ayağıma gələn insanı rədd etməmişəm etmərəmdə.Bağışlayaram birdə ona güvənməmək və dost olmamaq fikri ilə...Bir dəfə zərbə vuran insandan dost çıxmaz.

21.Yaşamaq üçün səbəbiniz var? Və nədi? (lilit)
Yuxarıda qeyd etmişəm, təkrar etməyim birdə.

22. Xüsusi bir hobbisi var? (Ela)
Musiqi dinləməyi çox sevirəm özdə nauşniklə)) Birdə tel vastədilə əsərlər oxuyuram vaxtim olduğu qədəri)

23. Salam facebook profiliniz var? (_damla_) (bu userin reytinqli sualıdı həmişə bunu verir :23)
Məndə şahidi olmuşam hər kəsə bu sualı verir))Suala sualla cavab vermiş olacam amma mənədə maraqlıdı fecim olmağını niyə soruşduz?))

24.Hansı vəziyətdə xəyanəti bağışlayarsız? (Aysu Tağızadə)
Xəyanətin vəziyyəti əhvalı olmur) xəyanət xəyanitdir,yalandan deyimki.bağışlamaram düzgün olmaz iki övladıma görə keçsəmdə bir şey əksik olar oda əvvəlki ailə sevgisini görməz.Ağlı olan insanda ailəsini öz qadınını heç bir pozğuna dəyişməz...

25.Sizi daha çox əks etdiran bir mahnıdan və ya şeirdən bir parça yaza bilərsənizmi? (my_angel)
Mahnı-Mehmed Erdemin(acıyı sevmək olurmu)Məni əks etdirmi bu mahnı orda acıyı sevmək olurmu cümləsini çox bəyənirəm,dərin məna var sözlərində...

Şeir isə öz qələmimdən yazan şeiri yazacam indi:
Anam mənim
Körpəlikdə ilk sözüm ana
Ana-ana dedim sığındım sana
Nə biləydin böyüdüb gedər uzaqlara
Sən demə qız bu imiş özgəyə qalar

Qalanda deyirsən qız böyük dərdi
Verəndə ağlayırsan görəsən xoşbəxtdi
Bilmirsən hansı düz hansı səhfdi
Yenədə allah bilən məsləhətdi
Bu sözlərdə həqiqət çoxdu.Çox sevirəm bu şeimi mən.sizlərlədə bölüşmək istədim.

26. Nə üçün niki antikvardır? (Grsu)
Antikvariski qız olduğum üçün)))Qardaşımın sahəsində bu niki seçmişəm)

27.Bildiyim qədəriylə 2 oğul anasısınız, Allah saxlasın. Bəs oğlanlarınıza gəlin seçmə vaxtı gələndə necə davranarsız, onlara buraxarsız, ya özünüz həll etməyə çalışarsız? (Angela7)
Təşəkkür edirəm.Allah sizədə qismət etsin.Elbəttdə özlərinim seçimi olacaq hər nə qədər ataları mən seçərəm desədə))Mənim vəzifəm onları düzgün tərbiyələndirib gələcəkdə necə birini seçmələri üçün yollar göstərməyimdi.İndi deyersiz yenə həmənki hal olduda,rusiyada yaşayıram gərək elə tərbiyə verimki onlar addımlarını burda yox öz vətənlərində atmaqlarını bilməlidirlər.

28.Necəsən? Yenə məni yuxuda görürsən? :D (Glamurka Nemiska)(bıyy nərmini yuxuda görürsən mənidə gör bu gün görməsən day özümü asacam)) mənim kankamın yuxusunda başqa userlər gəzməsin birindən başqa o biridəki heçdə nəysəəəə 23
Yaxşı Nəmiş sən necəsən?)))Sən bir dəfə yuxuma girib  yol yoldaşı olmuşuq daha nə istərim xatirələrimdəsən Nəmiş yuxu zad boş şeydi)))

29.Asudə vaxtlarınızda nə edirsiniz? (NazlıCan) (Lalə qoyurki asudə vaxtı olsun? ))) hə nəysə buyur caniko) zrfta yazdım)
QADINLAR.BİZ-də şərh yazıram))

30.Əgər sənə desəler ki yer kürəsində təkcə sən fərqli insansan və sən də fərqli oldugun üçün yer kürəsində təkcə sən yaşayırsan və yər kürəsinə 3 nəfər insan gəlməlidi bunu da sənnən soruşurlar ki 3 nəfər kimi gətirmək istəyərsən yer kürəsinə?
Hmm elə şey mümkündürmü görəsən mələyim?))Qısaca deyim bu seçimi onlara buraxardım))Çünki məni seçməklərindən anladımki, düzgün qərarı verməkdə doğru şəxslər onlardı;))

31.Bilmək istərdimki hicab baglamaq istərsiz? Və ya gələcəkdə (Allah saxlasın oqlanlarnızı)onları hicablı xanımla evləndirərsiz? (GünƏşimƏ_AiD_)
Mən başımı bağlayıb hicab bağlamışam reklamı ilə ortalığa atılmaram.Hicabı qəbul etmək nütünlükdə onun qaydalarınıda qəbul etməlisən.Yalandan masklanmağa ehtiyac duymuram.Başında hicab amma toyda naməhrəmlərim yanında disko oynuyur,sonra üz gözündə bir kqram makyaj başıda tir qullə kimi yuxarıda)Hicab bsğlayanlar getdiyi məkanı bilməlidirlər naməhrəm olan yerlərdə olmamalıdırlar,içki məclisində olmamalıdırlar.Haçansa bunlara hazır olsam əlbətt bağlayaram.
Övladlarıma gəldikdə isə bu onların öz qərarıdı,seçimləri belədisə niyədə olmasın lsp yaxşı.Başlancığı kobud başladım bunum sizlə əlaqəsi yoxdu yanlış anlamayın sadəcə indiki hicab bağlayanları görürəm ətim ürpəşir)

32. 1. Çəkiniz, boyunuz?
2 . Hər hansısa bir otaqdasız. Heç kim yoxdu qəfildən işıq sönür. Bir azdan yanacaq .işıq yananda kimi görmek isdərdiz? (Canavar sevgisi)
(kocasını 122) oy sorry yenə əlim kaydı))
Çəkim-60 axrıncı dəfə elə göstərirdi))
Boyum -170
Maraqlı sualdı.Yəqinki özümü, bəlkə cavab qəribə gələr amma maraqlıdı  mənə kənardan necə görsənirəm xarici görünüş yox daxili görünüşüm danışdıqda,hərəkətlərimdə nəyin düz səhf olduğunu görüb təhlil etmək istərdim özümü)

33.Çoxdandır ki girmirəm sayta.Antikvar yadımda dediyim-dedik deyən qız kimi qalıb.hələ də elədir,yoxsa vaxt onu dəyişə bilib? (Yusifim)
(məndə antikdə dəyişənə dünya dəyişər buyur caniko))
İndidə dediyimi deyən qızam) vaxtın üzərimdə işlədiyi anlar ancaq ətrafı olduqca yaxşı tanımağa vadar etməsi oldu.Səncə belə insanları tanıdıqda dediyindən dönməkmi olar əksinə bacardığın qədər mübarizə aparmaq lazımdı.Amma qədərində abartmamaq şərtiylə.

34.Hicablı xanım olmağı fikirləşərsiz.? (Aysu Tağızadə)
Yuxarıda qeyd etmişəm haçan olmağa hazır olacam.Birdı təkrar etmiş olaram.

Belı xanımlar ümidvaram verdiyiniz cavabları almaq istədiyin şəkildə cavablamışam.Çalışdığım qədəriylə dürüst  cavabladım.Sizlərədə təşəkürümü bildirirəm vaxt ayırıb oxuduğunuz üçün.Həmçinin lahiyə rəhbəri olan bacımada ♥♥♥


Şərhlər: 72
Baxılıb: 1507
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
...AdaDunyam``
saytda cox beyendiyim userlerden birisiniz,menim sualima verdiyiniz cavabi xususile beyendim
28 noyabr 2015 17:03
# 72
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
_damla_
23 COX MARAQLİ CAVABLARDİR
27 noyabr 2015 08:49
# 71
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
tatyana
hmmm antikimizin cavablarini coxxxx maraqla oxudum,iki ogul anasi(ozu demisken)yeniden tehsilini davam etdirmek istemesi coxx gozel fikirdi,heyatinda sene ugurlar arzu edirem canim,arzularina catasan
26 noyabr 2015 23:06
# 70
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
aynur2002
Cox sevdim bacimizi
26 noyabr 2015 19:28
# 69
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
evli.mutlu.cocuklu
ALLAH XOSBEXT ETSIN AMIN HEMISE XOSBEXT OL
26 noyabr 2015 17:58
# 68
kiraz mevsimci kiz
tesekkurler cavablandirdiginiza gore
26 noyabr 2015 16:42
# 67
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Tomris Müslümova
Cavabları hər zaman olduğu kimi dürüst,açıq,geniş və gözəl! Verdiyim sualimin cavabını kaşki hamı oxuya bilsə)) Təşəkkürlər.
26 noyabr 2015 11:54
# 66
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Təşəkkür edirəm qızlar vaxtınızı ayırıb fikirlərinizi bildirdiyiniz üçün)
26 noyabr 2015 10:57
# 65
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
aliceWOnDer
Secret Love niye suallara cavab verirdi? Men anlamadim..
26 noyabr 2015 10:13
# 64
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Ayselina
Cavablandirdigina gore tesekkur edirem.Xeyanetle bagli suala ozunemexsus terzde cavabini beyendim. Seirin ilk qelem tecrubesidir gorunur..serbest veznde yazmisiz.xosbext olasiz.
26 noyabr 2015 09:43
# 63
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Angela7
Heç zaman ayağıma gələn insanı rədd etməmişəm etmərəmdə.Bağışlayaram birdə ona güvənməmək və dost olmamaq fikri ilə...Bir dəfə zərbə vuran insandan dost çıxmaz.
Çox düzgün qeyd etmisiz. Cavablarınız üçün təşəkkürlər, maraqla oxudum.
26 noyabr 2015 04:24
# 62
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
14MsM
suallardan cox cvblarizi mrgla oxudum ..Allah arzularina catdirsin en xowuma geleni ailenizi sevmeyiz qorumagiz oldu Mawallah ele qadinin gozelliyi bu canim
26 noyabr 2015 00:18
# 61
Ela
Xarakterını ver serhlerını beyendıyım xanımsan,Allah aılenı senı qorusun sualıma cvb verdıyıncun tewekkur
25 noyabr 2015 23:01
# 60
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
heyatim_menim
her zaman XOSBEXT OLUN INSAALLAH 128
25 noyabr 2015 22:29
# 59
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Sucan
menim vaxtim olmadigim ucun mende sual vermey isterdim ama olsun heyatinda xosbextlik can sagligi arzuluyuram qizlar sizi tanimasamda bi baci dost kimi ozume yaxin bilirem ki sizin sayenizde men agliyuramda guluremde gozel sual ve cavab olub
25 noyabr 2015 22:05
# 58
Dj_Vampir
Suallar babat,cavablar ela)
maraqli ve ferqli dusunce vecavablariniz var,uwaqlarinizla,ailenizle hemise xosbext olun,siz buna layiqsiz
25 noyabr 2015 21:22
# 57
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Narın Yağış
Canim baciwkamin bu layihede iwtirak etmesine gore ozumu wansli hiss edirem ) (hec olmasa virtualda wans uzume gulsun 23) cox maraqla tebiiki birinci ozum oxudum hemiweki kimi oz dolgun, maraqli fikirleriyle layiheme reng qatmiw oldu) InwAllah ovladlarini istediyin pillede gormek sene nesib olar canim.. Erken yawda aile qursanda, cox cetinlik gorsende Allah sene o cur gozel ovladlar bexw edib.. En esasi seni seven kocani tezde olsa qarwina cixarib 23 bunun ucun cox wanslisan 08 en esasi indiki xowbextliyindi... Sene paxillig edenleride hemiwe dediyim kimi aldirma iynelerini gorende hürküb sadece vizildiyirlar)) bu vizildamag sozude yaman duwub agzima )) bu gun mene nese olub teb gelmirki bir wey yazim birwey deyim)) dunen butin enerjimi cixardim o wille ve qewey sozumle)) oy bu willre meselesi gizlin kalmaliydi dovlet sirridi 23 yene yadima duwdu tovbe bismillah )) tam unutdum derken birbsozunu iwledirem unutmagim bowa gedir Allah menim belami vermesin)) onsuzda verib her neyse uje hardaydim onuda unutdum) aglim qariwigdiye canim mreni yaxwi anliyirsan bax bu "meni" sozunu yazmaga kimi helak oldum)) gah ehmni gah memni oyw neyse 122 Allahim bana akil ver... Neyse caniko) Allah sene herweyin en gozelini nesib edib bundan sonrada inwAllah duwunduyun,xeyak etdiyin her weyin en gozelini yawamagi nesib eder 123melek
25 noyabr 2015 21:19
# 56
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
_damla_
ayyy dogurdanda menim reytinqli sualim budu.Qoy onda sebebinide deyim.Saytda olan butun qizlari ebedi olaraq tanimaq isteyirem.Bunun ucunde elverisli serait mence facebookda yarana biler.(Sozsuzki bu saytdada ola biler)
25 noyabr 2015 21:02
# 55
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
guler19
Antikimi çox istəyirəm. Sualların cavabların çox gözəl cavablandırıb hər zamanki kimi. Canım ALLAH səni sevdiyinlə bir ömür boyu xoşbəxt etsin. İki gül balanı saxlasın Onlar üçün ürəyində nə arzuların varsa gerçək olsun amin. 123
25 noyabr 2015 19:37
# 54
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Balacam
Herweyi cooox gozel cavablandirmiw.canim Antikvar bacim sizi burdan taniyiram.yeni bele heyatda gormemiwem.ama Heqiqeten cooox isteyirem.dogma gelirsiz mene.burdaki qizlara verdiyiniz mehriban semimi cavablar ele lezzet eliyirki.insallah birgun mende sizle ele yaxin ola bilerem
25 noyabr 2015 19:36
# 53
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Nergizz
cox maraqla oxudum,cunki geniw werhleri ile, maraqli xeberleri ile,taniyram,,sualar verilen vaxt burda olmamiwam ,belkede sualim olardi,,ama cox cox maraqla oxudum verilen suallarida,,cavablarida,,ilk novbede cvblar cox xowum geldi,,ali mektebi bitrmesede,,cox savadli cavablar gozel ibretamiz sozler,,bir sozle hamisi xowum geldi,,ama 11 ci sualin cvbin demek isterdimki,,eger ele oxuyanlar senin o lovheye yazdgi oxyub emel etseler,,besleridi,artix nese yazmaga ehtyac yoxdu,,birde weir xowuma geldi,,bir sozle Allah daimi xowbextliyinizi qorusun,,ovladlarinin xeyrini goresen inwallah ,,
25 noyabr 2015 18:24
# 52
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Grsu
Maraqli cavablardir
25 noyabr 2015 18:23
# 51
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
arzum-aysum
antikimi az cox tanıyıram, vw çox isteyirem. agilli, kamalli, dərrakəli qizdi. oz xasiyeti ile de mence her zaman her yerde hörmət qazanmağa nail olacaq. opurem canim seni, Allah o gul balalarini qorusun ki, menim gül balalarımı alsınlar böyüyəndə bookiz
25 noyabr 2015 18:12
# 50
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Antikvar
Təşəkkür edirəm Qızlar dəyərli fikirlərinizə görə)
25 noyabr 2015 18:04
# 49
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Glamurka Nemiska
Mene ele gelirki yegane insanam ki virtualda hansisa bir dostunun yuxusuna giresen ilk defe cok wawirmiwdim bunaa hemde sevinmiwdim antikimm birdenesen seni cox istyrem yaxwiki bu saytda varsan Allah senin kimi yaxci qizlarin caninu sag elesun opdummmm))))))))
25 noyabr 2015 17:36
# 48
#Narminintheskywithdiamonds
Roza
Suallari cox gozel cavablandirib.
25 noyabr 2015 17:18
# 47
....
rəmsə
Həə bu arada yadımdan çıxdı yazım deməli antikin elzasayağı şerləri də varmış2307
25 noyabr 2015 16:59
# 46
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
senay))
men buranin yeni useriyem antikvarin fikirlerini ve statusalrini maraqla oxuyur ve çox beyenirem cavablarda maraqldidi Allah iki balasin saxlasin 3cu de qiz olsun inşallah arzusudu
25 noyabr 2015 16:28
# 45
coooooooxxx xosbextem
Aysu Tagızadə
Suallarımı cavablandırdığınız üçün təşəkkürləR...Cavablarıda xüsusi bəyəndim
25 noyabr 2015 16:27
# 44
rəmsə
Sual verməyi çox bacarmadığımdan sual verməmişdim.Ama indi sual cavabları maraqla oxudum.Saytda çox mehriban xanım kimi tanıyıram:)Allah arzularına çatdırsın,balaların gələcəkdə istədiyin sənətə yiyələnsinlər.19-cu sualın cavabı super olmuş23Mən də o unini bitirmişəm)))
25 noyabr 2015 16:24
# 43
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz