Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Grsu (11)
Mənim toy günüm - Grsu (11)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1269
Səs ver:
toy ...Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Grsu-du..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - Grsu (11)

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Qarşılaşmağımız bazarda olub.. yağmurlu gün idi. o,maşınını palçığa salmışdı, arxaya verəndə az qalırdı ki, maşınını əzsin, mən ona dedim ki, ehtiyyatlı ol .. o da mənə baxdı və  gülümsədi.. sonra dəfələrlə orada qarşılaşdıq.. bir ilə yaxın.. səbr edirdi.. mənə yaxınlaşa bilmirdi deyə nömrəsini yazıb anamın alış veriş çantasına atdi, mən də nömrəni götürüb uzun zaman sonra ona zəng vurdum... və beləliklə tanış olduq...

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

çox ani... BDU-ya qəbul olmuşdum, dil ədəbiyyatı üzrə, o isə bundan xəbər tutmuşdu, və oxumağımı istəmədiyi üçün mənə gecə zəng vurub, seçim qarşısında qoydu, ya o, ya məktəb, mən də onu seçib onunla qaçdim...

 

3. Neçə müddət nişanlı qaldınız?

Nişanlı olmamışıq

 

4. Toy hazırlıqları necə irəlilədi?

çox tez.

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bir həftə ərzində toyumuz oldu.. yox, çünki  Ramazan ayı girirdi..

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Onunla və ailəsi ilə keçirdiyim hər an mənə kef verirdi.

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox.

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Həyətimiz genişdi.. ikimiz də toyumuzun həyətdə olmasını istədik...

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Operatorla gələn fotoqrafa.. düzünü desəm heç adını da bilmirəm..

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Bəli.. şükürlər olsun.. ən gözəl gəlinliyi geyindim..

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Gəliliyimi görməmişdim. Hər şeyi böyük baldızım Könülə həvalə etmişdim.. onun zövqünə  inanırdım

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

O da mənim kimi.

 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Yox. hamısı toy günü oldu.

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Belə də, saçımı hə, amma makyajımı yoldaşım bəyənmədi, çünki məni sadə sevmişdi, ilk dəfə toy günü bəzənmişəm..

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox, bizdə də adət elədir.. amma barışmamışdıq deyə oğlan özü aldı..

 

17.  Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Təbii ki, yox..

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Komik hadisə həyətdə toy gedən zaman mənim gecə eyvanda sevincimdən rəqs etməyimdir...

19. Toy günü unutduğunuz bir şey oldumu?

yox.

 

20 Toyunuzun ən gözəl anı nə idi?

Gəlin maşınında sevdiyimlə əl ələ tutmağımız..

 

21. İlk rəqs parçanız hansı idi?

Rəqs etməmişik...əvvəl qıza, sonra oğlana mahnı çalınır. Bizdə dəb belədir

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ən romantik an, təbii ki, üzüklərimizin taxılmağı idi....

 

23. Bir tərslik yaşandımı toy günü?

Hə...

 

24.Ən çox nə vaxt həyəcanlandınız?

Sevdiyimlə baş başa qalanda...

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Xeyr

 

26. Bal ayınızı harada keçirdiniz?

Bal ayımız olmadı

 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

7 ildir

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Tövsiyəm, hər nə olursa olsun, mənim kimi , sevdiklərinin əllərini buraxmasınlar, nə məktəbə görə, nə ailəyə görə.... hər şeyin öz yeri var....

 

Mənim toy günüm - Grsu (11)
 
Canım mənim, uğruna bəzi şeyləri qurban verdiyin sevdiyinlə qurduğunuz bu ailəniz inşallah bir ömür sizi xoşbəxt edib üzünüzü güldürər... amin...


Şərhlər:
Baxılıb: 1269
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz