Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Dosta_inam (6)
Mənim toy günüm - Dosta_inam (6)
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1307
Səs ver:
   toy ...Mənim Toy Günüm...  toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Dosta_inam-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

 Mənim toy günüm - Dosta_inam (6)
 
Əvvəla Salam hər kəsə.
Gözəl bacım layihəndə mənə də yer verdiyin üçün çox çox təşəkkür edirəm. 

1)Canım mənim, İlk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Mənim yoldaşım uzaq qohum olduğu üçün, bir gün bizə gəlmişdi və məni görüb bəyənib, iki gün sonra elçi gördərmişdi.

2)Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlənmə təklif etməmişdi, sadəcə onu demişdi ki, ilk və son sevdiyim ol evlən mənimlə, mən razı deyildim uzağa gedəcəm deyə.

3)Neçə müddət nişanlı qaldınız?
Nişandan iki ay sonra evləndik.

4)Toy hazırlıqları necə irəlilədi?
Çox gözəl, hər şey öz axarı ilə gedirdi.

5)Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Belə deyim də, o qədər də hazırlıq olmadı bizdə, mənim yoldaşımın ata-anası rəhmətə gedib, məni də böyük qayınım öz evinə gəlin aparası oldu, toydan sonra Rusiyaya gələsi idik deyə, bizdən cehiz istəmədilər deyə elə də tələsmədik, bir dəst yataq verildi, çünki eltimin evi öz əşyası ilə dolu idi, bir də keçəl il A-cana gedəndə öz evimizi remot edib anam verən cehizi gətirib yığdım öz evimə, belə götürsək anamın 5-6-il zamanı oldu cehiz hazırlamağa. 

6)Bütün hazırlıq müddətində sizə ən çox keyf verən şey nə idi?
Hər gün yeyib içib keyf edirdim, uzağa gedirdim deyə kimsə mənə qıyıb işlətmirdi.
Beş on günün qonağıdır burda deyirdilər.

7)İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyir canım, bilmirəm o vaxt belə şey vardı ya yox, ancaq biz getməmişdik.

8)Adını çəkməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
O işə böyüklər baxırdı, ancaq şəhərin ən gözəl şadlıq evi idi.

9)Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Özümün fotoaparatım vardı, onu əmin qızına verdim, demək olar hər saniyə çəkdi, bir də məkanın öz fotoqrafı da vardı, yəni hər saniyəmizi çəkmişdilər. 

10)Toy günündən əvvəl fotosessiya etmişdiniz.
Xeyir canım etmədik, ancaq gəzməyə gedərkən bir iki şəkil çəkdirmişdik.

11)Bilirəm ki, hər bir gənc qızın xəyallarında bir bəyaz gəlinlik olur, Bəs ağlınızdakı gəlinliyə sahib ola bildinizmi?
Doğrusu heç xəyalın belə qurmamışdım, amma xoşuma gələn gəlinliyi tapdım. 

12)Bəs gəlinlik axtarışınız nə qədər davam etdi?
Demək olar bir gün gəzib baxdıq, sonra bir mağazada aynadan birini görüb çox bəyəndim, mənim bəxtimdən həmin gün mağaza işləmədi, sabahı gün gedib o gəlinliyi götürdük.

13)Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmidi?
O demək olar ki, çoxdan Rusiyada yaşadığı üçün bir növ ruslaşma gedirdi, ona fərq etməzdi, amma mən kənd qızı olduğum üçün qapalı bir gəlinlik seçdim, onun və eləcə də hər kəsin xoşuna gəlmişdi. 

14)Əvvəlcədən saçı və makiyajı seçmişdiniz?
Bəli, seçmişdim, ancaq toy günü başqa cür etdirdim.

15)Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Saçım hə, ancaq üzümü bir az çox bəzəmişdilər, pis deyildi çox da abartılı deyildi, sadəcə olaraq makiyajım ürəyimcə olmadı bir az. 

16)Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır.
Siz tərəfi bilmirəm hansı tərəfdir, mən Ağdaşlı qızıyam, bizdə də o adət var, və anamgil almışdı, dediyinə görə yoldaşımın da çox xoşuna gəlmişdi. 

18)Gələk o məhşur günə günə, toy gününüzün tarixini yəqin ki, ömür boyu unutmarsınız?
Əlbətdə canım, o gün heç unudularmı ki.
03.10.2008.

18)Toy günü başınıza gələn komik bir şey oldumu?
Xeyr canım, bəlkə də olub indi xatırlaya bilmədim.

19)Toy günü unutduğunuz bir şey oldumu?
Çox şükür ki, olmadı canım.

20)Toyunuzun ən gözəl anı nə idi?
Hər saniyəsi gözəl idi. Rəqs və gül atma məqamı daha gözəl idi.

21)İlk rəqs parçanız hansı idi?
Gəl xoşbəxt olaq.

22)Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz. 
Tort kəsilmə məqamı ən gözəl an idi.

23)Bir tərslik yaşandımı toy günü?
Şükür Allahın böyüklüyünə, elə bir tərslik olmadı.

24)Ən çox nə vaxt həyəcanlandınız?
Mən tərəfdən gələn adamlar gedəndən sonra, sanki tək idim deyə, həyəcan oldu bir az. 

25)Toy üçün sizə xüsusi bir sürpriz təşkil edilmişdimi?
Bəli canım, qardaşımın biri mənə qızıl üzük hədiyyə etdi, o biri qardaşım körpəlikdən ta nişanlı olan vaxtımadək olan şəkillərimi müsiqili bir diskə köçürmüşdü, toy günü manitorda mənim şəkillərim görünürdü.
Yoldaşım da 6-yaşlı skripka çalan bir uşaq gətirmişdi, çox gözəl ifa edirdi, hamı heyran qaldı, mənim heç xəbərim yox idi deməmişdi.

26)Bal ayını harada keçirdiniz?
Elə də bal ayı keçirmədik, toydan bir ay sonra bura gəldik (Rusiyaya) yaşamağa, və burda da bir toy etdi yoldaşım amma gəlinlik yox sadə bir don geyindim. 

27)Artıq nə qədər vaxtdır ki, evlisiz?
Artıq yeddi ildir canım.

28)Qadınlar.biz'in nişanlı və evliliyə hazırlaşan nələr tövsiyə edərdiniz?
O qızlara can sağlığı xoşbəxtlik, bir də valideylərin sözünə qulaq asmağı, çünki böyük sözünə baxan heç vaxt ziyan görməz, hər addımlarında hər söylədiklərində, hər etdiklərində ehtiyatlı olmaqlarını arzu edirəm, Allah qorusun hər birini, hər biri istədiyi xoşbəxtliyə çatsın İnşaAllah.

Əziz bacım bir daha təşəkkür edirəm ki, mənə də yer ayırdın bu layihəndə, qızlar ümid varam sizləri çox yormadım, hər birinizi öpürəm.
 
Mənim toy günüm - Dosta_inam (6)
 
Canım mənim, dilərəm hər zaman xoşbəxt olasan... o isti yuvan sevgi və məhəbbət dolu olsun inşallah... bir birinizə olan istəyiniz, duyğularınız heç bir zaman bitib tükənməsin... amin...


Şərhlər:
Baxılıb: 1307
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz