Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtdir ona görə ki... - Catwoman666 (10)
Xoşbəxtdir ona görə ki... - Catwoman666 (10)
Göndərən: ulduz
Şərhlər:
Baxılıb: 728
Səs ver:
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin bu səfər ki., qonağı Catwoman666 nikidir   11   
 
Mən xoşbəxtəm ona görə ki, Bütün orqanlarım sağlamdır, yatmağa yerim, yeməyə yeməyim, geyinməyə paltarım, xəstələnəndə baş ucumda dayanan anam, məni hamıdan çox sevən valideynlərim, hə bir də ən yaxın dostlarım - Elay və pişiklərim var))

Mən həyatı sevirəm ona görə ki, ona görə ki..... bu sualın cavabını verə bilmirəm... Həyatı qədər də çox sevdiyim deyilə bilməz.

Dinimi sevirəm ona görə ki, .... Bu sualın cavabını vermək bir az çətindir. Çünki dinimizin hər şeyini sevirəm mən. Hansı səbəbi seçim yazım biləmədim)

Sevgi gözəl hisdir ona görə ki, hər zaman sevildiyini, qorunduğunu bilirsən. Səni kimlərinsə sevdiyini bilmək çox gözəldir... başqa bir səbəb də var: Çünki sevgini yaradan Allahdır. Allahın yaratdığı hər şey gözəldir... (Sevgi deyiləndə insanların çoxunun ağlına oğlan-qız sevgisi gəlir)) Amma mənim üçün sevgi sadecə iki yad insanın bir-birinə aşiq olması deyil. Allaha sevgi, anaya, vətənə, ailəyə, dostlara sevgi vəəəə s. nəzərdə tuturam mən)) Amma təbii ki, oğlan qız sevgisi də bu sadaladıqlarımın içərisindədir.)

Anamla mübahisə edirəm bəzən ona görə ki,
o məni anlamır çox vaxt) Ya da mənim bəyəndiyimi o bəyənmir. Onunkunu mən)) Hə bir də ev işlərini heç vaxt görmürəm və bir az (guya ki, bir az ) dağınığam deyə arada bir mübahisəmiz düşür))) Aha başqa bir səbəb də yadıma düşdü)) O hər zaman mənim bir "xanım qız" kimi davranmağımı istəyir. Mən isə əsla onun istədiyi kimi ola bilmirəm. Mənim qəribə və çılğın xarakterim var. "Cici qız" olmaq və özümü yaşıma uyğun böyük qız kimi mədəni aparmaq mənlik deyil))

Bəzən məni başa düşmürlər ona görə ki, Mən fərqliyəm. (əslində bəzən yox, çox vaxt anlamırlar məni). Fərqli olduğum üçün də məni anlamamaları normaldır. Fərqli deyəndə özümü hamıdan üstün olduğumu nəzərdə tutmuram. Sadecə mənim düşüncə tərzim digər insanlarınkından fərqlidir. Elə bu sualımın cavabını belə anlamayacaq bir çox insan... "Hamımız özümüzə görə fərqliyik də" deyəcəklər... Ona görə də bu barədə çox şey yazmayım)

İşlərimi çatdıra bilmirəm ona görə ki, planlı hərəkət etmirəm və bu günün işini nəinki sabaha, hətta birisigünə saxlayıram))) "Sonra edərəm" deyə-deyə işlərim yarımçıq qalır, çatdıra bilmirəm. Ya da işlər həddən artıq çox olanda çatdırammıram.

Bəzi gecələr ağlayıram ona görə ki,
(bəzən yox, çox vaxt....) tənha qalanda bütün dərdlər, problem yada düşür. Fikirləşirəm... Olub keçənləri fikirləşirəm... Gündüzlər yalandan gülməkdən yorulduğum üçün içimi ağlayaraq boşaldıram...

Bəzən hər şeydən yoruluram ona görə ki, (bu da bəzən yox, elə çox vaxt) artıq balaca çiyinlərim bu ağır yükü qaldıra bilmir... Ağırlıq edir mənə bu yüklər... Yoruluram...

Gözəllik qurban tələb edir ona görə ki, Heç vaxt hazıra nazir olmaq mümkün olmur)) Nələrisə qazanmaq üçün, bəzi şeyləri qurban verməlisən... Amma burda mövzü gözəllikdir)) Gözəl olmaq hər qadının arzusudur. Bunun üçün bir az zəhmət çəkmək lazım)

Darıxıram ona görə ki, ona görə ki, "darıxmaq" sağolsun məni heç vaxt yalnız buraxmır)))) Yaman çox istəyir məni. Bütün gün oturub yanımda. Bu arada "darıxmağın" sizə salamı var)))

Heyvanları və bitkiləri çox sevirəm ona görə ki, onlarsız həyat təsəvvür edə bilmirəm. Çirkinləşmiş cəmiyyətdə hələ də məsum qalan sadecə bitkilər və heyvanlardır... Onları çox sevirəm, çünki mənim ən yaxın sadiq dostlarımdır.

Qısqancam ona görə ki, Sevdiklərimi paylaşmağı sevmirəm!

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, çox qısqancam)) "Sevdiklərimi məndən başqa heç kim sevə bilməz.", ya da " Məndən daha çox sevə bilməz" - düşüncəsi ilə yaşayıram. Sevdiklərimi hər zaman sahiblənirəm.

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, artıq hər şeydən çox bezirəm! Qaçıb getmək, uzaqlaşmaq, problemlərdən yaxa qurtarmaq istəyirəm!

Məni nə sevindirir bilmirəm ona görə ki, daha heç nəyin mənim üçün bir marağı qalmayıb...

Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, həyat bu... Nə olacağı məlum deyil. Hər zaman xoşbəxt sonluğa inanaraq yaşamaqla həyat keçmir. zamanla hər kəs ümidsizliyə qapıla bilir. Amma hər kəs bu ümidsizlikdən çıxa bilmir. Ona görə də çalışmalıyıq ki, mənfi fikirləri özümüzdən uzaqlaşdıraq və xəyallarımızı, arzularımızı gerçəkləşdirmək üçün çalışaq...


Şərhlər:
Baxılıb: 728
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz