Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtdir ona görə ki... - Dosta-inam (7)
Xoşbəxtdir ona görə ki... - Dosta-inam (7)
Göndərən: ulduz
Şərhlər:
Baxılıb: 550
Səs ver:
Salam saytımızın gözəl qızları.
Sizlər üçün yeni bir layihə hazırladım və layihəmin qonağı Dosta-inam nikidir. 

Salam canım, ilk öncə layihən uğurlu olsun, mənidə dəvət etdiyin üçün çox çox təşəkkür edirəm.

1)Mən xoşbəxtəm ona görə ki -
Allah mənə iki dənə gül kimi qız övladı verib, olmayanlara qismət.

2) Mən həyatı sevirəm ona görə ki -
-Həyah gözəldir, yaşamağa dəyər, bəzən çətinliklərlə üzləşsən belə xoş günlərində olur həyatda.

3) Dinimi sevirəm ona görə ki -
-Əməl etsək dinimizdə hər şey gözəldir.

4) Sevgi gözəl hissdir ona görə ki -
Sevib-seviləndə həyata başqa cür baxır insan, hər kəsə sevib sevilməyi arzu edirəm.

5)Anamla mübahisə edirəm ona görə ki -
-Əslində mən anaya çox bağlı bir insanam,Allah bilən məsləhətdir, ona görə də anamdan bu qədər uzaq düşmüşəm, hər dəfə zəng vuranda onu nə qədər çox sevdiyimi deyirəm, xətrinə deydiyim günlər üçün ondan çoxlu üzr istəyirəm, məni bağışlamasını və haqqını halal etməsini istəyirəm, sanki sononcu kəz danışıram, Allahın işini bilmək olmaz, bəzən nə isə gec ola bilər, bəlkə salamat yanına gedib çıxa bilmədim, ona görə onu çox istədiyimi hər an bilsin istəyirəm, Allah bütün analara can sağlığı ömür versin, mənim anamda onlarla birgə.

6)Bəzən məni başa düşmürlər ona görə ki -
-Ola bilsin fikrimi çatdırmaqda çətinlik çəkirəm, o yüzdən anlamırlar.

7) İşlərimi çatıra bilmirəm ona görə ki -
-Sutqanın 24-saatın yatıram.

8) Bəzi gecələr ağlayıram ona görə ki -
-Əslində bəzi gecələr yox hər gecə ağlayıram, çünki qəriblik çox üzür insanı, hər halda qərib yerdə olan bacılarım məni anlar, hər şeyi olsada insanın, məs, mənim çox şükür heç nəyə ehtiyacım yoxdur, ama bir tərəfim hey əksik sanki, buda qəriblikdə olmağım, birdən Vətənin havası üçün belə darıxır insan.

9) Bəzən hər şeydən yoruluram ona görə ki-
-Olur elə halım bəzən elə yorulursan hər şeydən, yenədə bu günümə şükür edib, təsəlli tapıram, məndən də çətin gündə olanlar var, bü günümüzə şükürlər olsun.

10) Gözəllik qurban tələb edir ona görə ki -
-Əgər gözəl olmaq istəyirsənsə, nələrisə qurban verib nələrə isə dözməlisən, Allahın verdiyi gözəllik bəsimdir.

11) Darıxıram ona görə ki -
-Qərib yerdəyəm, və yanımda qohum əqraba heç kim yoxdur, anama həsrət qalmışam, Allahın bu gününə şükür yenə, uzaq olsada anam atam sağdır,bu dünyaya dəyər bir şey.

12) Heyvanları bitkiləri sevirəm ona görə ki-
-Onlara baxanda rahatlıq tapıram, sanki insanın ruhu dincəlir.

13) Qısqancam ona görə ki -
-Əslində elədə qısqanc deyiləm, ama mənim olan mənim olsa gərək.

14) Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki -
-Mənim olan mənim olmalıdır, onlar mənim sevdiklərim, Allah hər kəsi sevdiyinə bağışlasın.

15) Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki -
-Rahat nəfəs almaq, dincəlmək istəyirəm.

16) Məni nə sevindirir bilmirəm ona görə ki -
-Nə qədər sevinsəmdə gözlərimdən qəm kədər yağır hər zaman, ona görə nəyə sevindiyimi belə bilmirəm.

17) Arzularım, xəyallarım, ümidlərim bir gün gerçək olmaz deyə çox qorxuram ona görə ki -
-İstədiklərim olmaz deyə, çünki insan ümid ederək xəyal edərək yaşayır insan, onlarda gerçək olmazsa yaşamağın nə anlamı.

Canım bacım bir daha təşəkkür edirəm dəvətin üçün, gözəl bacılarım umarım sizləri yormadım, hər birinizə dəyərli fikirləriniz üçün təşəkkür edirəm, öpürəm hər birinizi


Şərhlər:
Baxılıb: 550
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz