Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz-lilərin sevgi hekayələri - Ayselina
Qadınlar.Biz-lilərin sevgi hekayələri - Ayselina
Göndərən: tek umidim sen
Şərhlər: 32
Baxılıb: 790
Səs ver:
Salam əziz qadınlar biz əhli...   03 01   Novbəti layihəmiz "Qadınlar bizlilərin sevgi hekayələri olacaq”... 11Əslində ideya müəllifi naz_vefa nikli bacımızdı. Yəqinki layihə xoşunuza gələcək. Bu gün isə Ayselina bacımızın sevgi hekayəsi ilə tanış olacıq...  heart 128 kisses

İlk öncə bütün bacılarımızı salamlayıram və hər birinizə hər zaman sevib, sevilməyi arzu edirəm! Mənə bu gözəl layihədə yer verdiyinizə təşəkkür edirəm.  Məndə öz sevgi hekayəmi sizinlə paylaşmaq istədim. Bizim sevgi hekayəmiz universitet illerinde başlayıb. Men ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəlliməsiyəm..Bizim universitetdə, ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi.Biz dərnəkdə, əsərlərin müzakirəsini, müəyyən tədbirlər təşkil edirdik, şair və sənət adamlarını dəvət edirdik.Mən də ixtisasımla bağlı daha da, püxtələşmək üçün həmin dərnəyin reklam departamentində işləyirdim həm də, tədbirlərin aparıcısı kimi fəaliyyət göstərirdim. Bir gün bizim dərnəyin toplantısı olmalı idi. Mən də, bir az gecikmişdim.Toplantı otağının qapısını döyüb, içəri daxil oldum..Gördüm ki, bütün yerlər dolub, bir yer boşdur..Boş yerdə əyləşdim.Soradan yanımda bir oğlanın oturduğunun fərqinə vardım..Bizim dərnəyin mühasibi kimi fəaliyyət göstərirmiş, mən də bunu ilk dəfədir ki, görürdüm.Çünki, ilk dəfədir ki, toplantıya qatılırdı..İxtisasca Riyaziyyat müəllimi olduğu üçün mühasib kimi çalışırdı.Gözlərini məndən çəkmirdi, mən də utandığımdan başımı qaldıra bilmirdim. Nişanlım 3 ay mənim haqqımda araşdırma aparıb, ondan sonra mənə xəbər göndərib. Mən də çox qapalı bir mühitdə böyüdüyüm üçün çox çəkinirdim, aldadılmaqdan.Ona görə yox dedim.Həm də, söz göndərənlər çox idi deyə, doğru seçim etmək istəyirdim. Ailəsinə deyib mənim haqqımda, elçi göndərmək istəyirəm dedi.Ciddi olduğunu anladım.Onu da deyim ki, çox yaraşıqlı idi.Mən də, razılıq verdim.Ən əsası zövqümcə idi..Beləliklə telefonla danışıb birbirimizi daha yaxından tanıdım.5 ci ildir ki, birlikdəyik. 5 ci kursda nişanlandıq.Zaksda kəsdirdik.Toyumuzun vaxti melum idi deyə.Ama təəssüf ki, mezun olduğum gün atamı itirdim.Ona görə 1 il gözlədik.İndi qismət olsa dekabrda toyumuz olacaq.. Həyatımda, elə bir təmiz qəlbli, məni məndən çox sevən, bir dediyimi iki etməyən, ən əsası imanlı bir insan olduğuna görə çox xoşbəxtəm! Biz, hər ayın 29nu qeyd edirik.Çünki, 4 il bundan əvvəl mayın 29u mən ona "hə" cavabı vermişdim.Hər ayın 29u surpriz slaydlar hazırlayıb, hədiyyələr alıb bir birimizi sevindiririk.Bu arada zaksli olduğumuza görə, kağız üzərində evli olsaq da, evliliyimizin 1 ili tamam olduğuna görə xüsusi tentene ilə qeyd etdik.Mən onunla çox fəxr edirəm.əməkdar müəllimdir.Müəllimlik adını öz işi və bacarığı ilə daima zirvədə saxlayır.Biz birbirimizin işinə xüsusi diqqət ayirir və dəstək olmağa çalışırıq.Bir də onu qeyd edim ki, mən heç bir sosial şəbəkədə qeydiyyatda deyiləm.Təkcə qadınlar.biz.başqa.Buna həm vaxtım yoxdur, həm də nişanlım icazə vermir. Belə əziz bacılarım, ümidvaram ki, çox böyük yazdığıma görə məndən inciməyəcəksiziniz. Sonda hər birinizə sevgi dolu, gozel gunler arzu edirem!

Qatılmaq istiyənlər şəxsi ismarıcla mənə yaza bilərlər...

P.S. Sentyabırın 1-inə kimi. Onnan sonra dərslərlə əlaqədar olaraq sayta girə bilmiyəcəm.


Şərhlər: 32
Baxılıb: 790
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
EVVALA XOSBEXT OLASAN VE INSALLAH TEZLIKLE EVINIZDEN TOY SESI GELER.AMMA ZAQSIN TEZ OLMASINA QARSIYAM EN YAXSISI TOY GUNU KESILMEYIDI
22 sentyabr 2015 19:44
# 32
Milawka18
oxudum hekayenizi cox gozel sevgi hekayeniz var.ALLAH bir omur xowbext etsin
29 avqust 2015 14:02
# 31
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Lola_Maya_
Caan Allah xowbext elesin .Allah bawacan versin .Butun sevenleri Rebbim qovuwdursun bizde icinde Amin in sa Allah .
29 avqust 2015 13:51
# 30
Melissa
cox goze4l ve mragli idi
28 avqust 2015 22:56
# 29
Ayselina
Gozel sozlerinize gore her birinize ayri-ayriliqda tesekkur edirem.cox sagolun..her zaman sevib, sevilek insallah.
28 avqust 2015 21:54
# 28
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
aziz a
Allah xosbext elesin...
28 avqust 2015 21:50
# 27
Qelbim doludu !!!!
vipbetul
insanla toyunuzda saq-salmat olar,xosbextlikler dileyirem

insanla toyunuzda saq-salmat olar,xosbextlikler dileyirem

insanla toyunuzda saq-salmat olar,xosbextlikler dileyirem
28 avqust 2015 19:58
# 26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Denizimm
gozel sevgi kecirrisiz mawallah xowbextliyiniz sevginiz daim olsunn
28 avqust 2015 18:52
# 25

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
lale_98
Cox gozel hekayeniz var Allah sizi xosbext etsin insallah
28 avqust 2015 17:34
# 24
Catwoman666
Yazdıqlarınızı çox bəyəndim. Hekayənizi anlatma tərziniz də fərqlidir. müəllimə xanım olduğunuz bilinir)) mayın 29-u anamın ad günüdür) Xoşbəxtliklər diləyirəm sizə.

...666...
28 avqust 2015 17:21
# 23
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
Allah xosbext etsin sizi
28 avqust 2015 16:51
# 22
Fialka
Allah daima sizlərə xoşbəxtlik nəsib etsin , hekayəniz maraqlıdır . Atanızada Allah rəhmət etsin.
28 avqust 2015 14:34
# 21
Canavar sevgisi
Allah xiweext elesin. InwAllah
28 avqust 2015 14:33
# 20
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Meleknur
En pis gunuydu layihenin adi neydi orda deyesen yazmiwdiz xatirladim mende Allah ataniza rehmet etsin mekani cennet olsun toy onemli deyil esas odur ki zaks var evlisiz ve xowbextsiz Allah xowbextliyivizi daim etsin
28 avqust 2015 14:04
# 19
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
lilit
Xowbexd olun toya bizide caqirarsiz.)
28 avqust 2015 13:37
# 18
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
tek umidim sen
Hekayeniz cox gozeldi. Xosbext olun bir omur boyu... heart

28 avqust 2015 13:36
# 17
Kadın derin ama adam yüzme bilmiyor...
ell.nell
Xoşbext olun.seviyyeli hekayedi hemde...
28 avqust 2015 13:24
# 16
Mammadova Aysel
ALLAH ataniza rehmet elesin.hekaye maraqli oldu
28 avqust 2015 13:23
# 15
talis balasi
Allah sizi bir omur boyu xosbexd etsin.
28 avqust 2015 13:20
# 14
Aydan Habili
Cox fərqli və maraqlidi Alllah xoşbəxt etsin romantik alınıb müəllimə xanım Allah atanız reet etsin sizinde inhsallah toyunuz olub balanızi qucağıniza alasınız amin
28 avqust 2015 13:16
# 13
Mrs.Pianist
Ataniza Allah rehmet etsin,yeri cennet olsun.! Cox beyendim hekayenizi insaAllah coxx xosbext olarsiz,toy xeberinizi gorerik insaAllah
28 avqust 2015 13:15
# 12
Acısı çox olan qizların guluşu gozel olur.!
lelos
Insallah bir omur boyu xosbext olasiz
28 avqust 2015 12:28
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
sadece_men
Cox tesirli ve gozel sevgi hekayeniz var.Allah her kesi sevdiyine qovuwdursun
28 avqust 2015 11:49
# 10
Tomris Müslümova
Bu xanımla heç vaxt söhbətimiz olmayıb şərhlərdə rast gəlirəm və ço istiyirəm,həyat hekayəsidə yadımdadı,yenidən oxudum.çox savadlı xanımsız Allah atanıza rəhmət eləsin inşAllah o sizin xoş günlərini gördükcə qəbri nurla dolacaq! əsas odu siz xoşbəxt olun uğurlar
28 avqust 2015 11:15
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
xeyalperest
bu xanimin n sevgi hekayesini diger bir lahiyede oxumusdum maraqli tanisliq olub Allah sizi xosbext etsin
28 avqust 2015 10:48
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
GünƏşimƏ_AiD_
ay cox Romantik ya)))
Allah ayirmasin hec bir zaman
28 avqust 2015 10:46
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
naz_vefa
Hekayeniz cox maraqli eyni zamanda tesirledicidi allah atanizi rehmet elesin nur icinde yatsin mekani cenet olsun allah sizde xowbext etsin
28 avqust 2015 10:19
# 6
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
İnci
Matraqli sevgi hekayeniz var her zaman q birinizle fexr edesiniz ve insallah ovladlarinizlada vexr edesiniz .Allah atanizin yerini cennet etsin.Sosial sebekelere de geldikde ordan insana ancaq ziyan gelir xeyir yox.Mende hec birune girmirem vede halindan cox memnunam
28 avqust 2015 09:59
# 5
Her gulusun arxasında bır keder vardır
rəmsə
İnşaallah sağlıqla toyunuz da olartoyAllah qovuşdursun bacı.Həqiqətən maraqla oxudum.Allah nazarlardan saxlasın,çox ideal cütlük olduğunuzu düşündüm bir anlığa...
28 avqust 2015 09:53
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Gozel sevgi hekayeniz var cox tesirlendim bir valideyini itirmek ne demekdir cox yaxwi bawa duwurem Allah rehmet elesin
Sevdiyinizle tez bir zamanda qovuwarsiz inwallah

Gozel sevgi hekayeniz var cox tesirlendim bir valideyini itirmek ne demekdir cox yaxwi bawa duwurem Allah rehmet elesin
Sevdiyinizle tez bir zamanda qovuwarsiz inwallah
28 avqust 2015 09:37
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz