Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Açıq söhbət - Guler19 (6)
Açıq söhbət - Guler19 (6)
Göndərən: Narın Yağış
Şərhlər: 18
Baxılıb: 708
Səs ver:
1. Salam qisaca olaraq özünüzü təqdim edin..
Salam mən Ağamirli Gülər 1994-cü ildənəm

2. Münasibətdə (sevgidə) ən önəmli şey nədir sizcə?
Əlbətdəki mənimçün birinci hörmətdir.Bir çox ailələrdə hörmət sözünü düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün sevdiyin insan üçün hər şeyə hazır olmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.lazımdır və olmalıdır. Belə sevgilərin sonu uzun ömürlü xoşbəxt sonluqda bitir

3. Həddindən artıq qürurlu insanlara münasibətiniz?
Qürur insanda yaxşı şeydir. Ama həddindən artıq qürurlu insanları sevmirəm. Həddən artıq qürur insanı nə dərəcədə pərişan hala sala biləcəyinin sübutudur. Qürurlu insanın ən qabarıq xüsusiyyətlərindən biri, böyük olmaq istəyidir.Belə insanlar düşünürəmki rahat səmimi hərəkət edə bilmir.

4. Uşağın tərbiyəsində sizcə Ananın rolu böyükdür yoxsa Atanın?
Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.

5. Sinif yoldaşınızı sevmisiz uşaqlıqda? (tam səmimi)
Nə yalan deyim sevmişəm özdə 2 il. Xəbəri yox idi ama.Ortada qaldı deyə bir oyun vardı o oyunu oynayanda həmişə topu bilərəkdən elə atırdimki o tutsun. Çox vaxt yazılarını mən yazırdım. Axırda öyrəndim ki o da məni istəyir Ama mənim onu istəməyimdən xəbəri yox idi. Başqa sinif yoldaşımdan xəbər gönderdiki mənə ya hə desin ya da yox. Məndə yox demişdim. Pis baxırdım elə şeylərə Sevsəmdə qarşılıqsız sevən birisi idim. Uşaq idik əlbətdəki Sonradan hər şey unuduldu.

6. Qohum evliliyinə necə baxırsız?
Qohum evliliyinə yaxşı baxıram bir şərtləki nigahdan əvvəl tibbi müayinənin vacibliyini dərk etsinlər.Valideynlər uşaqların xəstə doğulmasına şərait yaratmamalıdır.Düzdü sağlam ailərərdədə qusurlu uşaqlara rast gəlinir ama bu qohum evliliyində daha çox baş verir.Ailədə qarşılıqlı sevgi, inam, hörmət olduqca vacibdir. Amma razılaşaq ki, bəzən vaxtında müalicə olunmayan xəstəliklər qara kabusa çevrilərək ailələri dağıdır.Buna görə də tibbi müayinədən vaxtında keçmək daha yaxşıdır hər bir ailə üçün

7. İnsanlar niyə yalan danışır?
Hər bir insan nə vaxtsa yalana əl atıb uşaqlıqda olsa belə. Yalan danışmaq günahdır. Əgər hansısa bir insan deyirki mən ömrümdə heç vaxt yalan danışmamışam Ən böyük yalanı elə o özü danışır. Yalanı ən çox Özünə inamı az olan insanlar danışır. Onlar cəmiyyətdə önəmli bir insan olsalar belə özlərinə belə görmədikləri üçün yalanlarla üstünlük qazanmağa çalışırlar.

8. Niyə insanlar aşiq olsalar belə sona qədər sadiq olmurlar? Bu iradənin zəifliyidir yoxsa?
Xoşbəxt olmaq çətin deyil, o özü gec-tez səni tapır.
Əsl çətin olan tapdıqdan sonra onu əlində tuta bilməkdi. İndiki zamanda sevgini elə ucuzlaşdırıblarki kimdən soruşsan sevgiyə inanırsan deyəcəklərki yox. Halbuki Sadiq olmaq çətin deyil sadiq olmaq sənin sevginə və yaxud həyat yoldaşına olan borcundur. İndikilərin çoxu bu sözü anlamır təəssüfki

9.Niye saytimizda az yawli userler ustunluk tewkil edir?.
Userlərin çoxu azyaşlı olsada çoxu ailəlidirlər.Az yaşlı userləmizin vaxtı çoxdu. Ailəli userlərim isə vaxtının çoxunu uşağa ailəyə ayırır.biraz boş vaxtları olanda sayta gəlirlər.

10. Agilla sevmek yoxsa urekle?
Çoxlarımız ağılla desəkdə. Bu hər zaman mümkün olmur. Çox vaxt ürəyimizin səsinə qulaq asırıq.Ürəyin dediyi ola bilsin bu gün sənə xoş gəlsin, amma sabah bu çox ağır nəticələr verə bilər..Ona görə mütləq və mütləq hər şeyi götür-qoy edib, sonda mütləq ağılla qərar vermək lazımdır..

11.Dostluqda xəyanətlə üzləşmisinizmi?
Xeyr üzləşməmişəm

12. Övladlar arasında fərq qoyan valideynlərə münasibətini?
Valideyn övladlar arasında fərq qoymamalıdır. Əlbətdəki çox pis baxıram. Cəmiyyətimizdə belə bir fikir var Oğlan nəslin davamçısıdır ailə üçün əsasdır, varisdir. Buna görə də ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Elə valideynlər də var ki, qız övladının olmasını daha çox istəyirlər. Buna səbəb kimi, yaşlananda onlara daha çox qayğı göstərənin qız övladı olmasını əsas gətirirlər.Elə ailələr var, onlar üçün qız uşağı önəmlidir, elələri var oğlan uşağı. Ancaq bu doğru psixologiya deyil. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər. Tərbiyədən çox şey asılıdır. Tərbiyəni, milli dəyərlərimizi övladlarımıza düzgün verməyi bacarmalıyıq. Övladları elə böyütmək lazımdır ki, nəinki onlar arasında qısqanclıq, əksinə onlar arasında bir-birinə ehtiyac, dəyər olsun. Bir-birilərinin nə qədər dəyərli olduğunu özləri dərk etsinlər.

13. Çox sevdiyiniz birinin yalanını görübdə sevdiyiniz üçün üzünə vurmadığınız vaxt olubmu?
Belə halı sevdiyim insanlarda görməmişəm. Görsəmdə bəli sevdiyim üçün heç vaxt üzünə vurmaram. Əksinə oturub sakit halda başa salaram yalanın günah iyrənc bir yol olduğunu həmişə yalan yox düzgünlüyün qalib gəldiyini.

14. Nifrətin saxtası olurmu? (Sual qəribə gələ bilər ama dərindən düşündükdə cavab vermək mümkündür)
Xeyr olmur. Nifrət etdiyim insan olub. Ama nifrətimi ürəyimdə saxlaya bilməmişəm yalandan üzünə gülə bilməmişəm Üzünə demişəm. Bu da bezi problemlərə səbəb olmuşdu. Ailəmə sevdiklərimə görə daha heçnə demədim. Nifrət etdiyim insanın 10 üzü vardı bacara bilmədim Buraxdım ALLAHın öhdəsinə. Nifrətin saxtası olmur Nə qədər bacarsanda ürəyindəki nifrəti gizli saxlaya bilmirsən

15. Göz yaşları zəiflimizi göstərirmi?
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır.Mən özüm çox kövrək biriyəm. Bir şey olsun gözümün yaşı ovcumun içindədi. Bu o demək deyilki mən zəif biriyəm.Xeyr.GÖz yaşı əslində insana xeyirdi. Bu bir zəiflik deyil.göz yaşının bədən sağlamlığı ilə bərabər ruhumuzu dincəldən, bədənin üzərindəki stres yükünü azaldan və, ürək sağlamlığımızı da qoruyan bir tərəfi vardır.

16. Sizcə indiki dövrdə yalan sevgi olur yoxsa sevgi özü yalandır?
Sevgi var sevgiyə inanıram.Sevgini dəyərsiz edən ucuzlaşdıran insanların məqsədi (parıldayan daşlar axtarışıdı bədən fiquralarıdı evlənəndə uşağın olmasa səni boşayacam sözləridi. qısacası sevgidən başqa hər şey üzərində söhbət gedir adıda olur sevgi
Əsl sevgi bir birinə sadiq iki insanın sevgisidi sevgilər qurulmalıdı zənginliyə və ya kasıblığa baxmadan aradakı səmimiyyətə hörmətə görə,Hər iki tərəf üçün hörmət kəlməsi yalnız Allaha sevgi,validəyinlərə layiq olmaq,gələcək övladlara yüksək seviyyəli tərbiyyə vermək anlamından ibarət olsa,ümümiyyətlə sevgi kəlməsi bu yazdıqlarımdan ibarətdir deyə dərk edib bu cür yaşansa inanmıram ki bir vaxtlar bir birini sevən Sevgililər bu gün məhkəmədə qızıl davası,mülk davası etsin və düşmən olsun!

17. Niyə yalançı ikiüzlülər getdikcə artır sizcə bu yaşadığımız dövrlə bağlıdır yoxsa cəmiyyətimizlə?
Bəli artıb belə insanlar yalançılığla ikiüzlüylə əsl üzlərini gizlətsələrdə Allahdan gizlədə bilməzlər Halbuki (Allahın) razı olmayacağı sözləri uydurduqları zaman Allah onların yanındadır.ikiüzlü bir davranışdan kimsə fayda götürə bilməz. İkiüzlü davrananlar ən pis insanlardır.Həmişə dürüst davranmaq, doğrunu söyləmək lazımdır.Əsl Müsəlman insan mərd, doğru sözlü və dürüst davranışlı olmalıdır.

18. Nifrətinizi nifrət etdiyiniz insana necə bildirərsiz?
Nifrət hissin ürəyimda saxlaya bilmirəm. Üzünə söyləyərəm. Ağıllı insandırsa birdə mənimlə işi olmaz uzaq olar məndən. Əgər iki üzlüdürsə çəməmi boş yerə yormağın mənası yoxdur. ALLAHın öhdəsinə buraxaram.

19. Mən bunu heçvaxt etmərəm deyibdə həmin şeyi etməli olubsunuzmu ?
Bəli olubdu.

20. Sualları bəyəndiniz?
Maraqlı və gözəl layihədi Suallarıda çox bəyəndim. Tşklər canım.


Şərhlər: 18
Baxılıb: 708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
5-ci sualin cavabini coox beyendim))
mende buncun hec kime sans vermemisem))
indi ama pis baxmiram))
heyatinda Uğurlar!
7 avqust 2015 16:41
# 18
Don't trust anyone ∆
aRzuM209
mende qiwda bu lahiyyede yazmışdım kəsildi lahiyye verilmədi yenidən başlayıb uğurlu olsun. . . gülər bacimda tanwligim yoxdu şərhlərdən taniyiram sadə biri kimi təsəvvür edirəm və hörmət etdiyim bir userdi.maragli cavablar verib həyatında uğurlar canim mənim
6 avqust 2015 23:33
# 17
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
aziz a
Cavablar cox gozel, dolgun sekilde verilmis cavablardi, beyendim.
6 avqust 2015 23:10
# 16
Qelbim doludu !!!!
Sevincka
güler çox gözəl cavablar cavab verib sualların cavabını da çatdıra bilib
6 avqust 2015 21:41
# 15
Catwoman666
9.Niye saytimizda az yawli userler ustunluk tewkil edir?

Bu sualın cavabını bəyəndim) Normal cavab belə olmalıdır))

...666...
6 avqust 2015 19:52
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
...AdaDunyam``
Sitat: _Mira_Yaman_
`-MaraqLidir,SuaLLarda,cavabLarda.Amma biLmirem mene eLe geLir ya heqiqeten eLedi her defe suaLLar deyishiLir? shok

he,bezi sualar deyisir...cox maraqli,xususile de dusunceli cavablar olub
6 avqust 2015 17:01
# 13
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
arzum-aysum
ayyy menim agilli, melek bacim. cak oxuduqca oxumaq isteyir adam. cox agilli, dərrakəli cavablar vermisen. heart cox isteyirem de seni bilirsen. heart agilli fikirlerinle mene bezi şeylərdə kömək olursan. kanka canim bacimsan, yaxsi ki, seni tanıyıram bitanemmm kanka
6 avqust 2015 16:22
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
VIP
Uzun və məntiqli cavablardı.Baş agrıdan cavablar deyil,hamısı dogrudu
6 avqust 2015 15:23
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Mrs.Pianist
`-MaraqLidir,SuaLLarda,cavabLarda.Amma biLmirem mene eLe geLir ya heqiqeten eLedi her defe suaLLar deyishiLir? shok
6 avqust 2015 15:15
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
suallarda cavablarda qesengdı azda olsa xasıyyetınızı bıldık heyatda uqurlar
6 avqust 2015 14:59
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
adsiz-a
maraqla oxudum coox aqilli cavablandirilib suallar
6 avqust 2015 13:07
# 8
14MsM
cavblandirma xowuma gelib esas oduki fikrini tam catdira bilmisen
6 avqust 2015 12:46
# 7
yarpaq33
Maraqli suallardi cavablarda cox mentiqlidi
6 avqust 2015 11:54
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
yasemin
mən uzun şeyləri oxumağa səbrim çatmır buda yetərincə uzundur… dedim qoy biraz oxuyum dayanım ama gülərim o qədər doğru, gözəl, dolğun cacablar veribdirki oxuduqca oxuyursan arxası gəlir…. həqiqətən bacı cavabların çox əla düşünülmüş cavablardır suallarda maraqlıdır

mən uzun şeyləri oxumağa səbrim çatmır buda yetərincə uzundur… dedim qoy biraz oxuyum dayanım ama gülərim o qədər doğru, gözəl, dolğun cacablar veribdirki oxuduqca oxuyursan arxası gəlir…. həqiqətən bacı cavabların çox əla düşünülmüş cavablardır suallarda maraqlıdır
6 avqust 2015 11:38
# 5
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Fialka
Maraqlı xəbər alınıb verilən cavablarda olduqca dolğun və səmimidir.
6 avqust 2015 11:05
# 4
Tomris Müslümova
Gülər bacım əla cavablar vermisən çox xoşuma gəldi,səmimi və düzgün))
6 avqust 2015 10:15
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Cox beyenirem guler bacini, cavablarda gozeldir semimi icden gelen bir cavablardi, cox beyendim heyatinda ugurlar arzu edirem, 128
6 avqust 2015 09:55
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Beyendiyim userlerdendi. Tam semimi deyim cavablarinizi cox beyendim. Dolgun ve mentiqli cavablardi
6 avqust 2015 08:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz