Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı nağılın qəhrəmanısınız? - guler19 (6)
Hansı nağılın qəhrəmanısınız? - guler19 (6)
Göndərən: aLoNe AnGeL
Şərhlər: 26
Baxılıb: 643
Səs ver:
Salam saytımızın səmimi mehriban şirin şəkər qızları mən öz hekayəmi deyil anamla atamın sevgi hekayəsin yazacam.İlk əvvəl onu deyim ki, layihən çox maraqlı və gözəl layihədir uğurlu olsun. İnsanı nağıllar aləminə aparır. Deməli belə Biri var imiş biri yox imiş Bir gözəl qızla oğlan varmış bunlar bir birlərini hədsiz dərəcədə çox sevərlərmiş. İkisidə çox gözəl insanlardı o qədər gözəl o qədər bir birlərinə yaraşan insanlardılarki hətta üzlərinədə vurmuşdu o gözəllik. Amma hər həqiqi sevgi asant deyil. Hər xoşbəxt evliliyin arxasında çox acılar göz yaşları durur. İrəlidə onlarıda bular gözləyirdi. Oğlanın əsgərlik vaxtı çatır. Qızla aralıdan da olsa vidalaşaraq qız qalasına gedir. Ora A+A=Əbədi sevgim yazıb gedir. Və illər keçir əsgərliyini sağ salamat başa vurur qayıdır o qız qalasının yayına. Gözlərinə inana bilmir. Yazdığı yazı dün yazılmışdı kimi ordaydı. Gözəl evlilik xəyalları quraraq evə gəlir Və anasından elçi getməyin istəyir. Qız evi çox varlı olur oğlanın isə ürəyindəki sevgisindən başqa heç nəyi yox idi. Əlbətdəki bu səbəbdən qızı vermirlər. Oğlan qızla qaçmaq planları qurur. Ama qız qəbul etmək istəmir valideynlərinə görə. Qız oğlanı sevsədə diliylə ona yox demək onu çox pis edir oğlanda bunu başa düşüb qızı qaçırdır. Qızın qardaşı bunu eşidən kimi oğlanın nə qohumu varsa tüfənglə gedir bütün evləri alt üst edir ama tapmır və qəbul edirmiş kimi evə gəlir və bacısını ömür boyu danışdırmayacağına onu ata ana üzünə ata ana evinə həsrət qoyacağına söz verir və edirdə. Qızla oğlan ara sakitləşəndən sora toy edir. Və qızın qaynanası çox yava bir insan olur oğlunu çox qısqanır. Oğlan həmişə yoldaşının tərəfin saxlayır onun arxasında durur və hər gün onu çox sevdiyini deyir. Oğlanın anası getdikcən gəlininə qarşı daha pis olur Oğlanın anasına gücü çatmır. Və özünə içkiylə təskinlik verir. Kasıbçılıqda bir yandan. Qız bilmir neyləsin. Yoldaşını nə qədər başa salsada xeyri olmur. 6 ay da uşağı olmur. Qızın qardaşı çox sevinir.Həmişə istəyirdiki bacısı bədbəxt olsun. Ama hər şeyi görən RƏBBİM var axı. 6 aydan sonra qızın özü kimi gözəl göyçək bir qızı 1 ildən sonra isə özləri kimi bir yaraşıqlı oğlan övladı olur. Çox əzab əziyətlə bir gözü tox bir gözü ac onları böyütməyə başlayırlar Oğlan özünə iş tapır. Qız hər gün getdikcə evləri üçün çox darıxır. Qardaşı bir yerə gedən kimi xəlvəti gedib ata anasın görür və gözlərinə inanmır valideynləri çox qocalmışdı o ankı qarşılaşmanı özünüz təsəvvür edin. Qardaşının arvadı gələn kimi hər şeyi yoldaşına danışır və yenə qiyamət qopur. Qızın yenə ayağı kəsilir və gedə bilmir. Ata ana həsrəti ilə hər gün ürəyi yanır.Kasıbçılıqda bir yandan və axırda bezib özünə iş tapır. Bu iş nəticəsində öz boğazından kəsib hər şeyi evə balalarına alır. Evi bəzəyir evi çox gözəl bir ev edir.Yoldaşınıda bilmir necə düzgün yola çəkə axırda fikirləşir nə Namaz qılmağa başlayır. ALLAH ona ürəyi nə istəyirsə verir heç bir korluqları olmur. Oğlan da bunu görüb içkiyi atır. Namaz qılmasada həmişə yoldaşına dəstək olur. Qız Quran öyrənir oruc tutur namaz qılır. ALLAH onun dualarını eşidir və qaynanasıda getdikcək biraz insafa gelir. Övladlarıda getdikcən böyüyür tərbiyəli düzgün gözəl uşaqlar olurlar. Bacı qardaş hərdən didişsələrdə bir birlərini çox istəyirlər. İllər beləcə keçir və qızın valideynləri vəfat edir. Qız valideynlərindən doymasada bilmir neyləsin.Qızın qardaşının başına bir iş gələn kimi nə ilə qarşılaşdığını bilmədən həmişə özünü irəli atır qardaşına can yandırır. Qardaşında getdikcən ürəyi yumşalır bacısına qarşı. Və yenədə illər keçir Bir gün ananın qızına elçi gəlirlər və qızı vermək istəyəndə qızın qardaşıda həyə gəlir. Qız gözlərinə inana bilmir. və çox sevinir. və beləcə buzlar əriyir.hər şey mehribançılıq və xoşbəxtçiliklə qurtarır. Bir birlərini sevən iki insan axırda əzablı yollardan sevgiylə hörmətlə keçməyi bacarır. İndi çox xoşbəxdilər və ALLAHa hər gün şükr edirlər. Onların sevgi hekayələri hələdə dillərdədi hələdə danışılır. Həqiqi sevgi doğurdanda var. və onlar sevgiləri ilə hər bir çətinliyə qalib gəlməyi bacardılar və xoşbəxt oldular. Buda SON.


Şərhlər: 26
Baxılıb: 643
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
super hekayedi anana halaldir hemise bele mehriban olsun aileniz
20 sentyabr 2015 22:33
# 26
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
...AdaDunyam``
cox tesirli hekayediagla,bir omur boyu mutluluklar heart urek
6 avqust 2015 22:34
# 25
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
GünƏşimƏ_AiD_
cox tesir etdiyee agla
6 avqust 2015 04:26
# 24
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Konul ALiyeva
wukur sonu yaxwi bitdi cox tesirlidir 15 twkler
6 avqust 2015 01:45
# 23
aziz a
Cox tesirli oldu, hem sevgi baximindan, hemde cekdikleri eziyyet baximindan tesir etdi mene, ama sukurki, sonu gozel olub.Allah teala hemin insanlara baba nene olmagida nesib etsin insALLAH...
5 avqust 2015 23:38
# 22
Qelbim doludu !!!!
Mrs.Pianist
`-Yaxshiki mutLu sonLa bitir.Allah omurlerin uzun elesin.
5 avqust 2015 23:16
# 21
Acısı çox olan qizların guluşu gozel olur.!
Canavar sevgisi
Cox tesirlidi Allah butun sevenleri qovuwdursun. Eger qiz xowbextdirse qardaw bawqa ne isdiye bilerki? Birde bu axi onun heyatidi : l .
5 avqust 2015 21:28
# 20
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Nergız33
Cox gözel sevgi hekayesidi kaş ki ata anası rehmete gedmemiş dayın ananı bağışlasaydı o da onlara hesret qalmasaydı.
5 avqust 2015 20:32
# 19
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Denizimm
xowbext olsunlar bir omur boyu
5 avqust 2015 20:05
# 18

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
teri meri
Ata ananınızın sevgisi hər şeyə dəyər sonluğu da gözəl bitdi Alkah bu xoşbəxtliklərini daimi etsin əsl film ssenarisi olar
5 avqust 2015 19:52
# 17
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Catwoman666
Hələ də inana bilmirəm ki, bunlar gerçəkdir girl_impossible Çox maraqlı və keşməkeşli hekayəsi olub valideynlərinizin. Allah hər zaman ailənizi xoşbəxt etsin!

...666...
5 avqust 2015 19:30
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
guler19
Remse- yoo canım hirslənməmişəm sənə hirslənmək olar heç))) bular elə tez barışmıyıb axırda dayım insafa gəlib birdə neçə ildən sonra mənim hə mərasimimdə darışdırıb)))

saniyy-eybi yox canım onan şeydi)))
5 avqust 2015 19:04
# 15
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
rəmsə
Buyyy,gülər bacımı hirsləndirdim deyəsən,sorry123Hə də anan bilə bilməzdiki qaçsa da qardaşı belə bir küsülülük edər.O qədər qaçanlar varki,tez bir zamanda barışırlar.
5 avqust 2015 18:53
# 14
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
VIP
Səf başa düşdüm Allaha şükür Allah uzun ömürlər versin inşallah sevindim
5 avqust 2015 18:18
# 13
Başımın üstündə Allah,yanımda ailəm olsun.
sona
cooox gozel bit heyat hekayesi heyat dersi buna tek sevgi yox bir mekteb deyerem Allah atana anana can sagligi versjn canim menim. yuz yawasinlar. cetinliye dozubler ve Allah mukafatlandirib axirda.
rebbim senjde ovladla mukafatlandirsin gozelim
5 avqust 2015 18:16
# 12
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
guler19
Çox sağolun qızlar oxuyub xoş sözlər bildirdiyiniz üçün. ALLAH hamınızın köməyi olsun dualarınızı eşidib qəbul etsin və gözəl ürəyinizə göre versin amin.

Remse- kız anamda atmırdı valideynlərin; atama yox dedi ona görə atamda başa düşüb məcbur qaçırtdı))

saniyy- kız sən nə oxumusan ALLAH eləməsin mənim atam anama heçnə olmuyube rəhmətə gedən anamın ata anası olub.ALLAH senin atana rəhmət eləsin pis oldum sizədə səbr versin RƏBBİM amin
5 avqust 2015 17:29
# 11
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
VIP
Allah ata anana rəhmət etsin,cox pis oldum məndə iki il bundan öncə atamı itirdim bu sözləri aglaya aglaya yazıram,mən bəzən şərhlərdə yazıram uşaglıgımı geri istərdim səbəbi atalı günlərimdi.Atam mənim göydə Allah yerdə arxalanacagım tək insan idi. Yenədə cox şükür hekayən yaxşı sonlugla bitdi
5 avqust 2015 17:17
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Meleknur
Gozlerim doldu heyqeten cox pis oldum en esasida dayinizin yoldawi xeberlemeyine cox eseblewdim ana evine gedib sene ne ne xeberciliy edirsen ki baldizindi da adama deyerler Allah ana ve atanizada rehmet etsin İn wa Allah cennetde de bir yerde olarlar menimde anam atam sevib aile qurublar bizimkilerde de cox cetinlik olub 5 baldizi var mamamin her gunde analarinin yanina gelirler bir yandan baxanda Allah var bezileri yaxwidi
5 avqust 2015 15:57
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
rəmsə
Maraqla oxudum.Allah heç bir qızı sevgisi və ata-anası qarşısında qoymasın.Mən şəxsən heç vaxt sevdiyimə görə ata-anamı atmazdım.Nəysəki hər şey xoş sonluqla bitir.İnşaallah sonunacan belə olar.Ama neçə illərin həsrəti çətin şeydi.Hələki həsrətin sonunda ata-ananın vəfat etməsi,çox çətindi,çoooox.
5 avqust 2015 15:47
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
gozel hekayedı ınsallah daıma mutlu xosbext aıle olarlar

gozel hekayedı ınsallah daıma mutlu xosbext aıle olarlar
5 avqust 2015 14:35
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yasemin
ayy gulerim valideynlərinin sevgi hekayəsi necədə maraqlı,bir yandan əzablı bir yandanda gozel olubdur...axıra qədər boyuk maraqla oxudum və çox şükürki xoş sonluqla bitdi...əla hekayə idi 07 ..
5 avqust 2015 12:59
# 6
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Tomris Müslümova
Caan nə gözəl alınıb mən çox sevirəm bu layihəni ilk dəfə oxuyanda çaşmışdım elə bildim həqiqiətən nağıl danışır userimiz)) sonradan anladım.sizin həyat hekayənizi bilirəm və bu həqiqətən allahın bir qismətimi deyim möcüzəsidimi deyim bilmirəm..yenədə maraqla oxudum allah sevginizin bəhrəsi olan övlad payı ilə tezliklə sizi sevindirsin insallah
5 avqust 2015 12:48
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ALESSANDRA
çox maraqlı hekaye olub
kaş bütün sevgiler bele möhkem olsa... 128
5 avqust 2015 11:09
# 4
Don't trust anyone ∆
Fialka
Həyat hekayəsi maraqlı bir o qədər də keşməkeşli olub valideynlərinizin . Amma nə olsada hər bir şeyə dözən, güclü, səbrli ananızın sayəsində ailə daha da yaxşıya doğru dəyişib. Hər bir çətinliyə dözüb, səbr edən sonda mükafatını mütləq alır . Keçən günlər xatirələrdə qalsada yaşanan xoşbəxtliklər onları unutdurub sağaldır. Allah hər iki valideyninizə uzun , sağlıqlı ömürlər nəsib etsin amin.
5 avqust 2015 09:15
# 3
BARBI
Sonlugu cox gozel bitdi kas heyatda bele olsa. Bize her zaman aci ve pis sonlualari layiq bilir. Qiz kas ki ana atasini atmazdi sonradan pesmanciliq cekib
5 avqust 2015 08:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Cox gozel bitdi sonu, Insaallah daim xosbext olarlar, Allah bir omur boyu xosbext etsin, Amin Insaallah.
5 avqust 2015 08:50
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz