Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Açıq söhbət - BARBİ (3)
Açıq söhbət - BARBİ (3)
Göndərən: Narın Yağış
Şərhlər: 25
Baxılıb: 709
Səs ver:
1. Əvvəlcə özünüzü təqdim edin.
Adım Əliyeva Şəhla

2. Həyata niyə gəldiyinizi bilirsinizmi?
Hər kəs həyata bir məqsəd üçün gəlir mənim məqsədim isə insanlara yaxşılıq etmək onlara kömək etmək pisliklərdən qorumaqdır. hər zaman istəmişəm ki varlı olum kasıblara kimsəsizlərə kömək edim..

3. Həyatımızın bir çox hissəsini sosial şəbəkələrdə keçiririk,sizcə bu hal həyatımızda nə kimi dəyişikliklərə səbəb olur?
Mən sosial şəbəkələrdən istifadə etmirəm nə də asılı deyiləm.Sosial şəbəkələr bir çox bəlalara gətirib çıxarır insanların psixologiyasını pozur ailəsini dagıdır vaxtını alir ve inanlar arasında soyuq münasibət yaradir.evvelki illərər nəzər yetirsək sosial şəbəkələrin olmadığı zamanlarda sanki insanlar daha mehriban daha isti munasibətliydi indi isə hər kəs hər yerdə əlində telefon sosial şəbəkələrə girirşsanki onlar həyatımızın ayrılmaz parçası olub

4. Son illərdə xəyanətlərin sayı getdikcə artır bunun səbəbidə sosial şəbəkələr ola bilərmi?
Xəyanətə səbəb yoxdur ancaq sosial şəbəkələrdə bir səbəbdir.İnsanların fikrini başqa şeylərə yünəldir ailələrini dağıdır.Məsələn 3 uşaq anasıdır əlində bütün gün telefon sosial şəbəkələrdə gün keçirir beləcə uşaqlarını ataraq başqa kişiyə qaçır

5. Sizin haqqınızda oxumuşam müsahibələrdə..Sevdiyiniz (ama indi nifrət etdiyiniz)insanla birlikdə olmaq şansınız olsa sonunuzun xoşbəxtlik olduğunu bilsəniz onunla birlikdə olarsınızmı?.. Ama düşünün ki o hal-hazırda ailəli deyil..
Heç vaxt heç vaxt heç vaxt ..... şansım olsa belə hə demərəm məni yarı yolda qoyan insan vaxt gələr yenə bu yola əl atar.tək kişi o qalsa belə dönüb baxmaram mən bir insani sildimsə gözümnən düşdüsə o insani heç vaxt həyatıma daxil etmerem.

6. Həyatınızda elə bir yalan olubmu ki onu dediyinizə görə indiyənədək peşmanlıq hissi keçirirsiniz?
Ümumiyyətlə yalan demək təbiətimdə yoxdur.Hər zaman addım atarkən sabahımı düşünürəm ona görə peşmançılıq yaşamıram.

7. Sizcə sevgi əslində bir həvəsdirmi?
Hər kəsə görə sevgi və sevgi anlayışı fərqlidir.Sevgi heç vaxt həvəslə müqayisə edilə bilməz. Mənimçün sevgi gəlib keçici həvəs deyil daimidir tükənməzxəzinədir.

8. Mən bunu heçvaxt etmərəm deyibdə həmin şeyi etməli olubsunuzmu ?
Etməmişəm .... Səbəbidə belə bir sözdür büyük lokma yut büyük konuşma ....

9. Niye saytimizda az yawli userler ustunluk tewkil edir?.
Mən sayta yeni girəndə demək olar əksəriyyət userlər yaşı kamala çatmış insanlar idi indi isə hamısı az yaşlı gənc nəsildir.Səbəbini yalnız belə izah edim az yaşlı userlər subaydır vaxtı boldur yaşı çox olan userlər isə hamısı ailəli iş güc sahibi insanlardir

10. Agilla sevmek yoxsa urekle?
Sevgi varsa orada ağıldan söz gedə bilməz .. Əgər sevirsənsə insani ürəyi idarə edir hər şeyə hissi yanaşırsan.Ümumiyyətlə mən ürəklə yox ağılla sevirəm.yalnız bir dəfə ürəyimlə sevdim onda da dərsimi aldım artiq duyğularimla yox ağlımla hərəkət edirəm.

11. Ağlınızla çox vaxt qalib gəlirsiniz yoxsa hisslərinizlə?
Əlbəttəki ağlımla hər zaman qalib gəlirəm. Heç vaxt hissi davranmıram əgər hislərimlə hərəkət etsəm heç vaxt qalib gələ bilmərəm.
Olmayıb çünki yalan mənimçün dözülməzdir yalançı insanları ətrafımdan uzaqlaışdırıram.

12. Çox sevdiyiniz birinin yalanını görübdə sevdiyiniz üçün üzünə vurmadığınız vaxt olubmu?
Həmişə demişəm yalannan sevə bilərsən ama yalannan nifrət ola bilməz.Elə buna gorə nifrəti sevirəm sevginin saxtası olsada nifrətin saxtası olmaz.

13. Nifrətin saxtası olurmu? (Sual qəribə gələ bilər ama dərindən düşündükdə cavab vermək mümkündür)
əmişə demişəm yalannan sevə bilərsən ama yalannan nifrət ola bilməz.Elə buna gorə nifrəti sevirəm sevginin saxtası olsada nifrətin saxtası olmaz.

14. Göz yaşları zəiflimizi göstərirmi?
Mənimçün hə zəiflikdir.Düzdür bəzən göz yaşı tökərkən ruhun boşalır rahatlayırsan ama yenədə kənar insanların yanında göz yaşı töke bilmərəm.Ağlasamda öz içimdə ağlaram göz yaşımın görünməsini istəməzdim.

15. Sizcə indiki dövrdə yalan sevgi olur yoxsa sevgi özü yalandır?
Hər kəsə şamil edə bilmərəm ama indiki dovrdə hər şeyin saxtasi var elə sevginin belə.İnsan ömründə ya bir dəfə sevər ya da iki dəfə indiki gənclər hər önünə gələni sevir hər çiçəkdən bir bal alır.

16. Subaylıq sultanlıqdır deyiblər bu sözlə razısınız???
Əlbəttə razıyam şəxsən mən subayam heç vaxt evlənməyi düşünmürəm.bir dəfə sevdim boyumun ölçüsünü aldım heç bir qüvvət məni evləndirə bilməz sevdiyimi olsa elə evlənmərəm.

17. Xəyanət və yalan arasında qalsanız hansını bağışlayarsınız?) Geriyə yol olmasa və məcbur birini seçməli olsanız..
Heç biri bağışlanılmazdır ama yenədəd yalanı bağışlayaram çünki yalan danışan insan sehvini anlayib bir də o səhvi təkrar etməz yalan danişmaz amma xəyanət edən insan hər zaman o səhvi təkrar edər.Məhz buna görə xəyanət bağışlanilmaz bir səhvdir....Xəyanət edən yenə də edər...

18. Həyatınızda hər hansı bir günü silmək şansını olsa hansı günü silərsiniz?
alnız bir günü silmək istərdim o da mənim qəlbimdə sirr olaraq qalsın.

19. Avtobusda azyaşlıların və ya əks cins nümayəndələrinin (yaşlı insanlara.hamilələrə. və s) yol verməməsinə münasibətiniz?.Sizin də bunu etdiyiniz zaman olubmu?Tam səmimi..
Tam səmimi eyim hə olub. onu da deyim ki diş həkiminnən gəlirdim halsız idim o zaman heç kəsə yol vermədim ama bunnan qeyri zamanlarda hər zaman böyüklərə yol verirəm.əgər sağlamsansa bir yerin ağrımırsa hər zaman böyüklərə hamilələrə yol verilməlidir.

20. Layihəni bəyəndiniz?
Layiheni çox bəyəndim.Bu gözəl layihəyə dəvət etdiyinizə görə təşəkkürlər.
 
P.S Bu user də diqqətimi çəkən userlərdəndir təklifimi əbul edib layihədə iştirak etdiyini üçün təşəkkürlər..İnşAllah bu dəfəki sualları və cavabları da bəyəndiniz..mümkün qədər bəzi sualları fərqli etdim hər dəfə eyni olmasın deyə..Qatılmaq istəyən userlər ismarıcla yaza bilər..(yaşının 18-dən yuxarı olmasını nəzərə alaraq)


Şərhlər: 25
Baxılıb: 709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Bu layihəni çox sevirəm. BARBI hörmət etdiyim userlərdəndir. Düzdür, yalanı və səhvi bağışlamaq olar. Amma yalan da, xəyanət də narkotik kimidir. İstifadə etdinsə yenə edəcəksən... müalicəsi mümkün olsa da bir o qədər də çətindir.

...666...
29 iyul 2015 20:34
# 25
"All men must die, but we are not men"

Daenerys Targaryen
sona
beyendiyim userdi. cavablari cox dolgun idi. heyatinda ugurlar arzu edirem.inweallah ne vaxtsa Sehla xanima layiq biri qarwisina cixar
24 iyul 2015 22:54
# 24
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
Dolgun fikirleri ile diqqet ceken userlerdendi barbi, verdiyin cavablardan da bu bellidi ciddi ve yerini bilen xanimdi.Xasiyyetini beyenirem heckesle isi yoxdu hemisem bacarirki heckesin xetrine deymesin suallar ve cavablar gozel idi beyendim insallah ne arzun varsa catarsan insallah Allah ele birini bextine cixardar ki, heyatin en gozel gunlerini hemin insanla da yasamaq nesib olar. Xosbextliyiniz axira kimi olar. Sen cesaretli qiza oxsayirsan hecneden qacmirsan evlilikden de qacma yeni qorxma sen ne qeder yox desende eyer o senin bextinde varsa olacaq. Hersey Allahin elindedi ozune yaxsi bax canim ugurlar.
24 iyul 2015 21:35
# 23
lale.veliyeva19
5 i suala mende yox deyərəm çünki sevən insan qoyub başqasına getməz
24 iyul 2015 20:27
# 22
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
gozel musahibe alinib qeseng gavablardi ozune mexsus semimi insallah butun arzularin gercek olar imkanli olarsan kasiblara el tutub komek edersen
24 iyul 2015 19:45
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Maraqli cavablardi.Suallarda deyisiklik olub deyesen)
24 iyul 2015 19:41
# 20
Acısı çox olan qizların guluşu gozel olur.!
FISTIK
Maraqli qizdi cavablarida maraqli olub bezi cavablari qeribe geldi menede. ))
24 iyul 2015 19:36
# 19
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
VIP
Həyatın yolunda ugurlar olsun sizə yazmısını hər zaman isdəmisiz varlı olub kasıblara kömək edəsiz hec kömək edə bilmisiniz yoxsa hələ edməmisiniz?
24 iyul 2015 18:45
# 18
Başımın üstündə Allah,yanımda ailəm olsun.
...AdaDunyam``
cavablariniz maraqlidi,heyatda ugurlar arzu edirem
24 iyul 2015 16:23
# 17
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Fialka
Layihə maraqlıdır. Verilən suallar , alınan cavablar isə daha da maraqlı) Barbi inşAllah vaxt gələr o qədər sevincli günlər yaşayarsan ki, unuda bilmədiklərin hamısı bir gün unudular )..
24 iyul 2015 15:04
# 16
BARBI
Sitat: sadecə mən
Suallara verdiyiniz cavabları bəyəndim.Amma bu cavab diqqətimi çəkdi.Sevdiyiniz biri olsada evlənmiyəcəyinizi yazmısız.Amma sizi 100% inandırım ki,əgər bunu etsəz,bu qərarınıza görə peşman olaçağsız.

Pesman olacagimi dusunmurem. Deyesen sehv anlasildim. Men aile qurmaqdan yox o ailenin axira qeder davam etmemesinen qorxuram . Aile qurmaqda o yuvani dagitmaqda asan deyil ona gore yuz olcub bir bicirem

Her kese xos dileklerine ve arzularina gore tesekkurler
24 iyul 2015 14:15
# 15
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yasemin
maraqlı suallar idi və cavalarıda həmcinin...barbiyə həyatında uğurlar arzu edirəm inşALLAH butun diləkləru gerçekleşer
24 iyul 2015 14:09
# 14
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
sadecə mən
Suallara verdiyiniz cavabları bəyəndim.Amma bu cavab diqqətimi çəkdi.Sevdiyiniz biri olsada evlənmiyəcəyinizi yazmısız.Amma sizi 100% inandırım ki,əgər bunu etsəz,bu qərarınıza görə peşman olaçağsız.
24 iyul 2015 14:03
# 13
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Gul_Konul
Tanimiram ama cavablari xowuma geldi.. tanimaq istiyerdim ama
24 iyul 2015 13:36
# 12
rəmsə
Maraqlı cavablardı bəyəndim,9.cu sualın cavabını mən də sizin kimi başa düşürəm.Həyatınızda uğurlar...
24 iyul 2015 13:07
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aLoNe AnGeL
gozel cavablar veribsiz gozel layihedir
24 iyul 2015 12:40
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Meleknur
Beyendim suallara yaxwi cavablandirib
24 iyul 2015 12:33
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Ayselina
Insallah qarsina ele bir insan cixar ki, hec dusunmeden onunla evlenmeye razi olarsan..ugurlar..beyendim..
24 iyul 2015 11:16
# 8
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
SEVGI DENIZIM
beyendiyim userlerden biridir
24 iyul 2015 11:04
# 7
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
xeyalperest
Duzunu desem men hemşe duşunmuşemki bu xanimla fikirlerimiz ust-uste duşer.Amma bu yazini oxuduqdan sonra tamamile yanliş duşunduyumun ferqine vardim.Maraqli musahibeydi.
24 iyul 2015 10:51
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ayka95
maraqli fikirleri var beyendim
24 iyul 2015 10:47
# 5
Nergız33
Suallarda cavablarda maraqlı idi . Xanıma heyatında uğurlar arzulayıram , inşAllah bundan bele yalan ve xeyanetle qarşılaşmaz .
24 iyul 2015 09:51
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
yarpaq33
Barbi xanim suallari semimi cavablandirib suallar ozude maraqliydi
Barbi size ele bir sevgi arzulayiramki kecmiw sevginizi size ele unutdursunki hec izi tozuda qalmasin heyatinizda inwallah ve sizde aile qurub ana olasiniz
24 iyul 2015 08:40
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qanadli melek
Hemiwe maraqli fikirleri olur bu xanimin yenede ele cavablari olub.ugurlar heyatinda
24 iyul 2015 07:48
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Maraqli suallar elecede maraqli cavablardi, barbi xanim cox ciddi xanimdir, yeni men ele tesevvur edirem, heyatinda ugurlar arzu edirem, ele xosbext ol ki, kecen gunlerin hec yadina bele dusmesin, (yeni pis gunlerin) heyatinda ugurlar arzu edirem.
24 iyul 2015 07:34
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz