Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz-li anaların doğum hekayələri - arzum-aysum (2)
Qadınlar.Biz-li anaların doğum hekayələri - arzum-aysum (2)
Göndərən: ulduz
Şərhlər: 56
Baxılıb: 2141
Səs ver:
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.
Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.
Amin.

arzum-aysum
Gözəl bacılarım, yəqinki, məni yaxından tanıyanlar və tanımayanlar bilir ki, gözəl göyçək, şirin şəkər iki qızım var. Canım Arzu qızım və canım Aysu qızım. Bu gün sizlərlə şirin qızım Arzu quzumun həyatımı aydınlatdığı o gözəl günü bölüşəcəm.
Əvvəlcə hamilə olduğumu öyrəndiyim o xoşbəxt günümü təsvir edim sizə. Vaxtımdan bir neçə gün keçmişdi. Bidənəm həvəslə və həsrətlə o xoş xəbəri verəcəyim günü gözləyirdi. Bir də gördüm ki, test alıb gətirib. 2013-cü il 13 yanvarda test elədim. Həyəcandan əlim ayağım əsirdi. Dua edə edə testə baxdım, 2 xətt çıxmışdı. O an dünyanın ən xoşbəxt insanı mən idim. Şad xəbəri bidənəmə də verdim. Qucaqlaşıb o qədər ağlamışdım ki. Və beləcə həyatımın ən gözəl 9 ayı başladı. İnkişafının, böyüməsinin hər anı mənə sonsuz xoşbəxtlik bəxş edirdi. Hər dəfə həkimə gedəndə ürəyim az qalırdı yerindən çıxsın. Hər şeyin qaydasında olduğunu eşidəndən sonra içimə böyük bir rahatlıq çökürüd. Gözəl balamın ilk ürək döyüntülərini eşitdiyim o an İlahi heç vaxt yadımdan çıxmayacaq. O an sevincdən mənim ürəyim dayanacaqdı sanki, sevinc göz yaşlarımı saxlamaq mümkün deyildi. Beləcə böyük xoşbəxtliklə günlərim keçirdi.
Həkim doğum vaxtını 10-16 sentyabr 2013-cü il tarixləri arasına demişdi. Mən də fikirləşirdim ki, doğum vaxtına 2-3 həftə qalmış gedərəm Bakıya.
Vəəə 2013-cü il avqust ayının 19-u. Müqəddəs Ramazan bayramı günü idi. Səhər tezdən durub həmişəki kimi işlərimi gördüm, hələ üstəlik böyük bir həyətimiz var onu da başdan ayağa süpürdüm. Bayram hazırlıqları gördük xalamla. Bir də gördük ki, Bakıdan dayımgil gəldi. Anam da onlarla gəlmişdi. Bayram günü anamı görüb çox kövrəlmişdim. Günorta hər kəs gözəl Bayram süfrəsi arxasında yedik içdik. Qərara gəldik ki, gedək gəzməyə. Yığışıb təsəvvür edin 20-30 nəfər, 3-4 maşın getdik Lahıca. Bir xeyli getmişdik nəsə özümü narahat hiss eləməyə başladım. Elə bildim ki, istidən tərləmişəm. Lahıca gedənlər oranın yolunun nece olduğunu bilir. Bir təhər çatdıq ora. Bacımı və xalamın gəlnini çağırıb vəziyyəti dedim. Aləm dəydi bir birinə ki, uşaq olur. Amma sancım yox idi. Qızlar inanın kişilərin yanında elə utanırdım. Beləcə hamı mindi maşınlara geri qayıtdıq.
Doğuş prosesini danışmayacam uzun uzadı. Sadəcə onu deyim ki, sancım olmadığından və su tamam qutardığından doğuş çətin oldu. Təsəvvür edin axşam saat 9a işləmiş girdim doğuş otağına gecə saat 12 yə 15 dəqiqə işləmiş bəbişim oldu. Hələ indiyə qədər də, hər kəs mənim ,,bəbişim nooolar gəlll,, deyə ağladığımı danışır. Hamı deyir ki, səninlə bərabər o sözlərinə biz də ağlamışıq. Çöldə dua edən kim, daş sındıran kim ki, doğuş tez qutarsın. Bəbişim oldu... amma ağlamırdı... səsi çıxmırdı... Həmin an bütün dünya başıma uçdu, böyük bir boşluğa düşdüm... həyəcandan böyük açılmış gözlərimlə həkimə baxırdım. Ciyərinə bir xeyli vurdular, 2-3 dəqiqədən sonra o gözəl körpə səsi ilə bəbişim başladı ağlamağa. Bir o yadımdadı ki, həmin an ancaq uca Rəbbimə şükr etdim və başımı qoydum yerə.
Vəə budur gözəl balam qucağımdadır Tanrı mənə gözəl göyçək, sağ salamat, şippp şirin bir övlad nəsib etmişdi O anı heç bir kəlimə ilə ifadəetmək mümkün deyil. Sadəcə xoşbəxt idim. Onun xırda dodaqları, balaca əlləri, yumuq gözləri Tanrının bir möcüzəsi, mənə və bidənəmə böyük bir lütvü idi. Uca Tanrıma bu gözəl hədiyyəsi üçün sonsuz minnətdaram və ölənəndək də şükr etsəm də azdır.

Ana olmaq ən gözəl duyğudur və biz qadınlara yaşatdığı ənnnnn böyük xoşbəxtlikdir. Bütün bacılarıma bu gözəl duyğunu-ana olma sevincini yaşamağı diləyirəm uca Tanrımdan.


Şərhlər: 56
Baxılıb: 2141
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Wirin Meleyim
Allahim inwallah o anlari bitun qizlara gosterer o qeder icden yazibsinzki agladim
21 fevral 2016 10:30
# 56
Imza aysu agazade
Rahila
Kovreldim. Gozel hissdi yeginki
12 iyul 2015 19:15
# 55
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
dilefruz
allah o iki qizinizida gozunuze ciraq elesin o sevincin birinide yasadib arzum aysuma qardas versin insallah
28 iyun 2015 17:31
# 54
Sevgi insani yasadan en xosbext duygudur
aliceWOnDer
ALLAH saxlasin,allah bextlerini gozel etsin..

24 iyun 2015 00:03
# 53
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
gulka azeri
hem guldum hemde kovreldim yazdiglariniz oxuduqca.Allh saxlasin balalriniz amin insallah
15 iyun 2015 02:20
# 52
wenikmurik
ALLAH merne ve butun isteyenlere versinm agla
6 iyun 2015 19:05
# 51
Bugunume wukr!
_BELOSNEJKA_
Ay bacim men Cox kovrek biriyem senin GHEKAYEN COX MARAQLI IDI GOZLERIMNEN DAMCI YASLAR TOKULUR HELE ALLAHIMDAN EN GOZEL ARZLARI SENI QIZLARIN CUN DILEYIREM BEXTLERI GOZEL HEYATLARI SIPSIRIN DOLU GUNLERLE KECSIN INSALLAGH
22 may 2015 11:58
# 50
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
emis
Canım maraqlı olub doğum hekayen heç gözləmədiyin bir anda gəlib qızımız, sözləri də təşvişə salıb deyəsən, yeyib icibsiz qızda ta öz yerini doldurub dana deyib görüm həyatda çöldə nə var. Canım allah qızlarını saxlasın. Insallah bir gündə o biri qızın doğum hekayəsini yazarsan. Allah bütün ana olmaq istəyən qadınlara övlad qismət eləsin.
21 may 2015 17:22
# 49
Zeynep_Fatih
cox gozel lahiyedi.Allah qizlarini saxlasin.AMIN
12 may 2015 13:32
# 48
guler19
Onu deyim ki çox gözəl layihədi. Canım türkanım Oxuduqcan həm sevindim həm də çox kədərləndim. ALLAH saxlasın o iki gül balanı bacı Ən əsası bəxtləri gözəl olsun. Başınızı hər zaman uca etsin. Onlar üçün ürəyində nə arzuların varsa hamısı gerçək olsun . İnşALLAH bizlərə də qismət olar bu gözəllik amin
12 may 2015 12:08
# 47
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Сладкий Ангел
usss ayyallax oxuduxcan lap tuklerim biz biz oldu((cann esaa aglamax falan((kotu oldum bu yaxinda mende xala oldum))emimqizda senin kimi cox cetin oldu bebiskasi(( amma aysu qizin senden kusecey haa bele getse uje 2 defedki acax arzu xanimdan yazirsan )) 05
11 may 2015 21:30
# 46
.Bir gülüşüm var Sizlərə ömür...
ALESSANDRA
bəbişim nolaar tez gəl təsirləndime lapp 15
11 may 2015 19:33
# 45
Don't trust anyone ∆
deniz55
Allah saxlasın o gul balalarını canım nenım
11 may 2015 14:28
# 44
sukurler olsun
lili)
canim menim Allah o gul balalarini saxlasin bextlerini gozel etsin lahiyede superdi qatilacam
11 may 2015 13:07
# 43
arzum-aysum
Sitat: Miss_Oxatan
Allah saxlasin qizlarini,bextleri gozel olsun,hemiwe baxib sevinesen.Arzunun dogumu haqqinda 1defe yazmiwdin,cox pis olmuwdum.Allah uzun omurler versin.Aysu haqqinda da yazardin da be)))

inwallah yazacam canim
11 may 2015 09:57
# 42
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Bestoş
Allah qizlarini saxlasin her bir qadina ana olmagi nesib etsin
11 may 2015 08:55
# 41
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Miss_Oxatan
Allah saxlasin qizlarini,bextleri gozel olsun,hemiwe baxib sevinesen.Arzunun dogumu haqqinda 1defe yazmiwdin,cox pis olmuwdum.Allah uzun omurler versin.Aysu haqqinda da yazardin da be)))
11 may 2015 08:17
# 40
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
sona
inan Allah gozlerim doldu. Ele pis kovreldimki. Allah o iki gul balani saxlasin canim bacim. Allah qorusun her ikisini
11 may 2015 02:07
# 39
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Nergız33
Ay Allah necede kövreldim senin o sözüne,, bebişim noolar gel,, Allah balalarını saxlasın . Ömürleri uzun olsun.
10 may 2015 23:47
# 38
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
liza
Allah saxlasin xos gunlerini gosdersin bilirem o duyqunu menim balamda doqulanda aqlamadi 1 hefte reanimatsiyada yatdi doqulandan bir ay sora qucaqima ala bildim cox sukur Allah butun balalari saxlasin amin
10 may 2015 22:51
# 37
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
SENSİZ
her zaman onlarin xos xeberlerini yazasan. omurleri uzun bextleri gozel olsun insallah dua
10 may 2015 22:26
# 36
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
BARBI
Allah balalarinizi saxlasin oxuduqca duygulandim. Bizede bu gozelliyi yasamaq nesib olsun
10 may 2015 21:53
# 35
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Oxuyanda gpzlerim doldu. Allah saclasin iki gozrl balani. Menimde dogushuma 1ay qalib. Mende qiz ushagi gozluyurem. InshAllah sag salamatciliqnan... Butun olmuyanlarada qismet olar inshAllah
10 may 2015 18:51
# 34
NeL
Ayy caan ALLAH saxlasin,ALLAH onlara gözel bext tale yazsin AMiN
10 may 2015 18:49
# 33
adsiz-a
Allah saxlasin canim bacim,Allah o qozel bacilara qardawda nesib etsin Amin
10 may 2015 18:32
# 32
ulduz
he bacilarim bele buda 2 ci hekayemiz...ALLAH butun korpeleri saxlasin....ana olan xanimlar sexsi mesajla mene yazin hekayenizi yyayimlayaq serh yazan butun elleriniz var olsun 128
10 may 2015 17:28
# 31
ayan97
Men qizlarivin ekiz oldugumu bilirdim shok Allah o gul balalarina uzun omur xosbextlik versin insallah. Bacim ana olmag cox gozel hissdrir oxuya oxuya gozimde canlandirdim kovreldim,. yildasinida usaglarida cox istiyirsen. Allah her kese sizun kimi mutluluk versin
10 may 2015 16:20
# 30
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nur k-off
Oxuyarken kovreldim Sene ve sevdiklerine uzun omur-can sagligi arzu edirem xosbextlik hec uzunuzden eksik olmSin
10 may 2015 15:52
# 29
SVETA
lelos
oxuyarken çox kövreldim Allah balalarinla birlikde xoşbext etsin sizi
10 may 2015 14:44
# 28
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
yarpaq33
Allah basacan versin O gun olsun onlari gelin kocurdesen
10 may 2015 14:35
# 27
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz