Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - Miss-Oxatan (12)
Xatirə dəftəri - Miss-Oxatan (12)
Göndərən: ruzgargulum
Şərhlər: 48
Baxılıb: 1077
Səs ver:
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Miss_Oxatan  olacaq.
 
1. Soyadınız Adınız?
Əliyeva Günay 08

2. Doğum Tarixiniz?
26 noyabr 1986(arzum_aysun imenno saa gorə yazıram layihə bəhanə 126 )

3. Bürcünüz/iliniz?
Oxatan bürcü,pələng li.Hər ikisini tam əks etdirirəm. neww

4. Ən böyük arzunuz?
Məncə bu hər kəsə məlumdur,ən böyük arzum ALLAHIN rzası ilə Ana olmaqdır.Digər arzularımı digər layihəndə yazmışam.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Həyatımın ən yaralı yeri.Biz zamanlar rəfiqə hesab etdiyim bir "məxluq"dan gördüyüm xəyanətin ağrısını illərlə göz yaşı tökərək yaşadım.Həyatda iki insana bəd dua etişəm biri odur.
Hər iki cahanda da əlim yaxasındadır.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Əla qiymətlə,yəni ki,5 qiyməti ilə.

7. Həyat sizcə maraqlıdır?
Həyatınecə görməyin çox vaxt yaşadıqlarından asılı olur.Yaxşı hadisələri ard-arda yaşayanda,əsas da,günlərin maraqlı keçəndə deyirsən ki,həyat maraqlıdır.Əksi olanda isə bir anlıq soyuyursan.Ancaq məndə çox çəkmir bu hisslər.Depressiv hisslərdən pozitiv hisslərə tez köklənə bilirəm.

8. Möcüzəyə inanırsınız?
Bu suala başqa cür cavab vermək istərdim.İnsanlar nədənsə möcüzə görəndə,yəni fövqal-təbii hadisələr görəndə sanki Allaha daha çox inanır,məsələn,toyuq yumurtasında,pomidorda,göydə buludların düzülüşündə və s.onda duruxurlar,ancaq belə şeylərə möcüzə deyirlər.Ondansa hər insan güzgüyə baxsın özündəki möcüzəni görsün.Allahın yaratdığı hər bir məxluqat,hər bir hal-hadisə,yer və göy,yerde və göyde olanlar,gördüklərimiz və görə bilmədiklərimiz nə varsa hamısı İlahi möcüzədir.Möcüzə nədir?İnsan oğlunu mat-məəttəl qoyan,onun gözündə əl çatmaz və özünün əsla edə bilməyəcəyi bir hadisə.Mən Allahın hər şeyə qadir olacağına inanıram.Rəbbimin etdiyi,yaratdığı hər bir şey bizə möcüzədir çünki yaratdıqları əsla onu bacarayacaq.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Böyüdükcə elə şeylər yaşadım ki,kaş uşaq olanda böyüməyə bu qədər can atmazdım deyirəm.İstərdim ancaq bir şərtlə,birdə uşaq olsaydım böyüyəndə qarşılaşdığım pis insanları görəndə yolumu dəyişim,daha inanıb salam alekum etməyim.

10. Dünyaya yenidən gəlmək istərdiniz?
Yox istəməzdim.Allah keçsin günahımdan o qədər olub ki,demişəm axı niyə gəlmişəm dünyaya,birdə niyə istiyim bunu?Zatən ölüb yenə diriləciyik,ancaq daha bu dünya üçün yox.Allah axirətimi xeyirli etsin İnşAllah.
 
11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Təbii ki,bu sualın bir standart cavabı var,ALLAHA ,Ana və Ataya.Allaha həmd olsun,valideynlərimə isə Allah can sağlığı uzun ömürlər versin İnşAllah.Ancaq mənim həyatda borclu olduğum insanlar tək onlar deyil,rəhmətlik nənəm,xalalarım və dayım var.Allah hamısının canınl sağ eləsin.Onlar mənim dayağım və mayakımdır.

12. Necə insanları xoşlayırsınız?
Xarakterli insanları,ağızlarından söz çıxdısa sonu ölümdə olsa yerinə yetirən,iki üzlü olmayan,sədaqətli,haqqı nahaqqa qurban verməyən.Ancaq təəssüf ətrafımda çoxdur beləsi,ən pisi də budur ki,kişi cinsiyyətinə məxsusdular.Mən onlara fiqurnu kişi deyirəm.İçləri dişi iblisdir onların.Allah lənətləsin elələrini məsumlardan uzaq etsin Amin.Bir ayaqları gordadır ancaq sol tərəfdəki vərəq çatdıra bilmir.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik genetikadan,tərbiyyədən,xarakterdən.Genetika deyəndə fiziologiyanı nəzərdə tutmadım,ən əsas gözəllik daxili gözəllikdir.Gözəldən 40gün gözəl xasiyyətdəm bir ömür doymazsan deyirlər.Əgər kökündə ya südündə bir "büdrəmə" vardırsa gendə yenidən toxum atacaq.Əsil nəsil vacibdir.Əsil nəsilində təməlini insan özü qoyar.Əgər yaxşı insan olsan,ədalətli və sülhsevər olsan,bacarıqlı,səmimi,savadlı olsan hər kəs özündən sonra törətdiklərinə öz genləriylə bu xüsusiyyətləri mütləq ötürəcək.Yox əgər əyyaş,əyri yolun yolçusu olsa,zülmə boyun əyən olsa,haqqı nahaqqa dəyişsə bu əməlləri 7arxa dönənində olsa bu genləri yenidən cücərdəcək.Dünyanı dəyişmək istəyirsənsə özündən başla.Bax o zaman dünyanı gözəllik xilas edəcək.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Ümumiyyətlə bütün dünyanı gəzmək istərdim ancaq hələki bir xəyaldır.Məkkə,Mədinədə sözsüz.Ancaq Misirdə,Yunanıstanda,İtaliyanın şəhərlərində bir sözlə qədim dövrə xas abidələr olan bütün diyarı gəzib görmək istəyirəm.Hələki o şəhərlərə monitor arxasından səyahət edirəm

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Heç kimin.Ancaq hərdən olur gün ərzində hansısa qızımızla yazışıramsa ondan cavab gözləyəndə baxıram saytdadır ya yox.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Bu sayt mənə bir sirdaş verib.Çox az olur saytda ancaq qızların çoxu tanıyır onu.Ayti86.Onunla münasibətimiz realda post etdi)))Onu Allah mənə məni də ona çox görməsin İnşAllah)))

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Xəbərləri userə görə ayırmiram,sayta daxil oluram,xəbərlərə baxıram,hansı maraqlıdırsa 1ci onları oxuyuram.Ancaq saytımızda maraqlı xəbərlər yerləşdirən userlərimiz çoxdur.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Saytda şərh artırmaq niyyətiylə yalandan tşk-mşk,maraqlıdır,əyri getdi köndələn getdi kimi status dəlisi userləri ümumiyyətlə görəsi gözüm yoxdur.

19.Saytda ən çox sizi nə cəlb edir?
Saytın özü,qızların səmimiliyi.Digər saytlarda zamanında çox fəal olmuşam,ancaq rəqabət rəzalət halında çatacaq dərəcədə aparılırdı.Bu saytda elə bir şey yoxdur.Əgər kimsə bu məqsədlə fəal olubsa ban olub,bir zamanlar Nara niki vardi.fəal idi ancaq rəqabəti sağlam deyildi.Bunu hiss edirdim ancaq öz aləmimdə bir neçə gündən gördüm ban olub.Deyəsən Nastardamusun kötücəsi bir mən deyiləm dedim cadu )))

20.Nə kimi təklifləriniz var saytda?
Saytda bunu bir neçə dəfə qeyd etmişəm,mən saytda hüquqşunas məsləti bölməsi olsun istiyirəm.Bura bir qadın saytıdır.Məlum,bizim qadınıarın çoxu hüquqlarını bilmir deyə mental çərçivədə məngənədə sıxılırlar.Onlara kömək məqsədilə,haqq və hüquqlarını başa salmaq,öyrətmət məqsədilə istərdim bizim ağsaqqal zded nəzərə alsın.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Mən ümümumiyyətlə xəbərə keçəndə 1ci öz fikrimi yazıram sonra şərhlərə nəzər salıram,ancaq o da xəbərdən asılıdır.Oxuyanda bütün şərhləri oxuyuram.

22. Nə üçün məhz Qadınlar.biz?
Aznetin ən xanım xatın,nömrə 1 qadın saytıdır.Ən əsası hüzur var,hüzur olan yerdən qaçmaq zatən olmur.

23.Bu saytda sizə nə maraq doğurur?
Bütün heyətin (administrasiya və userlərin) mehribançılığı.

24.Saytdakı ən yaxın dostlarınız?
Ayti86 mənim sirdaşımdır.Daha sonra yaxin olan userlər gulka azeri,antik,svetok(rütbəsi qalxandan sonra dəyişib 02 ),bu qızlarıa söhbətimiz olur.bir çox qız var kimi yazmadımsa bağışlasın.

25.Özünüz haqda qısa və tam!
İnadcıl,asi,sözü üzə deyən,səmimi,pozitiv,əsəbi,ailəsini çox sevən,hər hadisədə hikmət axtaran bir Allah bəndəsi.

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Həə özdə admindən,hardasa il yarım əvvəl,əlimdən statusumu da almışdı,güya status delisiyəm da mən kubok o sənin statusların sənin olsun sənin olsun sarkici bookiz

27.Saytda başınıza gələn maraqlı bir hadisə
köhnə userləri görəndə sayta əsasda hal əhval tuturuqsa o mənim üçün maraqlı hadisə olur.

28.Sayta olan ürək sözləriniz
Aznetin nömrə 1saytı niyyət eləirəm sohbət eliyirəm bajı,nə qədər sən varsan məndə burdayam,qurtulmaq istəsən ban elə,nikim yolunuza fəda olsun sultanıım dua (sümbül ağa demiş ihi )

29.Baş Admindən Razısız ?

Bu nətər sualdı HAŞA 09 yaxşıdı.Prosta ancaq mənim xəbərlərimə radar qoyub,birdə görürsən yazib,açırsan ki,pahh flan xəbərin silindi.Bə niyə?təkrardı.Aləm aləmnəndi admində mənnən.halbuki nəqədər təkrar xəbər.gözüm çıxdıma salıf məni eh nağarax canı sağ olsun admin olanda nolar.

30.Həyatda ən çox kimə inanırısınız?
Ailə üzvlərimə,bilirəm ki sabah başıma bir iş gəlsə arxamda duracaq dəstəkləyəcək ailəm doğmalarım var.Allah canlarnı sağ eləsin.

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Fərqi yoxdur mənim üçün.Hansı düzgündürsə ona görə qərar çıxardaram,düşməndə olsalar dostda olsalar hakim olaraq qərarım Barişın! qərarı olar.

32.Həyatınızda əsas məqsəd nədir?
Ailəmdə hüzur olsun,problem yaradan insanlar çəkilsin həyatımdan ayri heçnə istəmirəm.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Ərimə bugünki kimi dəstək olan vazkeçilməz qadın,Qayğıkeş ana,bacarıqlı iş qadını.

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
İnanıram ki saytımız uzun ömürlü olacaq ancaq iraq olsun bağlansa sayt üçündə sayt əhli üçündə burdaki abu hava üçün,tapdığımız hüzurüçün darıxaram.


Şərhlər: 48
Baxılıb: 1077
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayti86
Canim arkadasim yaa, seni tanidigima gore bu saytimiza o qeder minnetdaram. Mene esl dost verib deye. Hec vaxt ummazdim ki, virtual heyatdan reala kecid bu qeder e'la alina biler. Allah dostlugumuzu daim etsin. Amin! Hetta iw o yere catib ki, senle daniwmayan gun bowluga duwurem ele bil, menim can sirdawim. Bajilix, Allah gozlediyimiz mocuzeni tezlikle bize yawatsin. Bilki, senin qeder menimde gozum yoldadir. Allah qorusun. Amin!
Xatire defterinde verilen suallari ve verdiyin butun cavablari beyendim. Yadimda, 7ci sinifde bezi.qizlar xatire defteri tutmuwdu deye, sinif rehberimiz ellerinden alib cirmiwdi))) tekce orda yazmiwdim xatire defterine.
Sizin layihenize ugurlar arzulayiram, gozel xanimlar.
4 may 2015 14:21
# 48
~~ `Home is, wherever YOU are my Love `~~
Miss_Oxatan
Sitat: ALESSANDRA
Maraqlıdı şeyyy bele pis çıxmasın ağdamlısan? A bajı???

yox deyilem Sekiliyox)))
3 may 2015 10:09
# 47
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ALESSANDRA
Maraqlıdı şeyyy bele pis çıxmasın ağdamlısan? A bajı???
29 aprel 2015 11:41
# 46
Don't trust anyone ∆
Miss_Angel
yaxwi qizdi az da olsa taniwligim var ne arzusu var arzusuna catsin.AMIN
26 aprel 2015 23:25
# 45
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Mrs.Pianist
Taniyiram.insaALLAH ana olmaq qismet olar.ugurlar.
26 aprel 2015 19:07
# 44
Acısı çox olan qizların guluşu gozel olur.!
Catwoman666
miss oxatan "bajimizi" serhlerden taniyiram. bir defe layiheme gore fikrini istemisdimm sadece. serhlerden de olsa ne qeder mehriban, pozitiv fikirli oldugunu bilirem. bir de gozel lehcesi var))))
25 aprel 2015 15:37
# 43
"All men must die, but we are not men"

Daenerys Targaryen
Madina
Cavablar maraqli alinib. Elbetde allahin her yaradilisi bir mocuzedir. Inshallah arzuna catarsan ve bu sad xeberini bizimle bolusersen) Allaha siginaq,qurtulusumuz yalniz ondadir.
25 aprel 2015 14:52
# 42
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
krisa
maraqla oxudum caablari.insaallah en boyuk arzuna catarsan.insaallah ana olarsan.
25 aprel 2015 01:21
# 41
Glamurka Nemiska
Bir defe Yazismamiz olub cox maraqli semimi biridi saytda beyendiyim userlerdendi maraali serhleri olur oxatanimizin)) xatire defterinide cox maraqli ve gozel yazmisan)) inwAllah arzuna catib ana olarsan!♥♥♥♥♥♥♡♡♡♡♡♡♡ seni cox istiyirem opurem :*
25 aprel 2015 01:19
# 40
#Narminintheskywithdiamonds
Rakella
Allah arzuna catdirsin seni Insallah ana olarsan bacim
25 aprel 2015 00:10
# 39
Impossible is not a word,it's just a reason for someone not to try
Anuka
Cox gozel alinib bele mentiqli cavablari oxuyanda insanda xowlanir.Allah bacimiza komey olsun arzusu tezlikle cin olsun.Tezlikle ovlad payi Allah ona versin Allahina bagli olan bele bendeni Allah tezlikle muradina catdirar.Pozitiv xanimdi bele insanlar oz arzularina catar 100%.Dogurdan yaman oxatan xanimsiz ya vay yoldawivizin halina.))))
24 aprel 2015 23:57
# 38
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
CANAN
Sadece super..savadli qizsan.suallarin adamin lap ureyini oxsayir.duzdu seni tanimiram ama gozel
24 aprel 2015 23:29
# 37
Canan
xeyalperest
Maraqla oxudum.bu xanimla unsiyyetde olmamişam ama her zaman xeberlerde ilk şerhlerni oxudugum xanimdir.İNŞALLAH arzusuna catar. dua
24 aprel 2015 22:31
# 36
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Aydan Habili
Savadlı xanımdi oxudum tanıdım və maraqlı layihədir çox saolun
24 aprel 2015 22:05
# 35
FISTIK
Allah arzuna catrisin baci seni.
Maraqli sual ve cavablar oldu.
Şərhləri maraqli olur lehcesi qesengdir. 126
24 aprel 2015 21:38
# 34
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nergız33
Şerhlerinden bir az tanıyırdım xanımı indi daha yaxından tanıdım ve tanışdıgıma memnun oldum. İnşAllah tez bir zamanda ana olmaq xeberini bizimle bölüşersen .
24 aprel 2015 18:41
# 33
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
WiRiN BaLaM
Allah arzuna catdirsin ana olmaqi nesib etsin sene,,, maraqli alinib
24 aprel 2015 17:02
# 32
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
rəmsə
Bir-iki dəfə şəxsidə yazışmışıq,mehriban qızdı,Allah arzusuna çatdırsın.
24 aprel 2015 16:57
# 31
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
arzum-aysum
baaaaa kimi gorurem burdaaaaaa lol saytimizin miss oxatanin. duzlu mezeli, aciq askar, sozu şappadan uze deyen, saytimizin duzu, istotu, biberi, pomidoru 122 ne bilim eeee her seyi 122 qeydiyyatdan kecdiyim ilk gunden senin serhlerin diqqetimi cekirsen. her seyinle, xarakterin, danisigin, tərbiyən ve s. tam menim adamimsan bir kelime ile 07 bomba qizsan eeee bomba 07 cox unsiyyetimiz olmasa da cox isteyirem seni. Allah tezlikle arzuna catdirsin seni melek amin
24 aprel 2015 15:59
# 30
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
heyatda uqurlarin daimi olsun,insallah tezlikle ana olarsan butun arzularina catmaqini dileyirem
24 aprel 2015 15:57
# 29
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Bilirsən də ən çox istdəyim bacılarımdan birisən,hər zamam açıq sözlü,zarafatcıl olmağınla diqqət çəkirsən,özünün də qeyd etdiyin kimi,bunu seçilmək üçün deyildə,içindən gəldiyi üçün edirsən.Bütün hallarda sevimli olmağı bacarırsan,inşallah Allah səni arzuna çatdırsın,ana olasan,uşaqların əlindən saytın üzünə həsrət qalasan bajı))
24 aprel 2015 15:33
# 28
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Allah arzusuna catdırsın ana olsun
birdə bacımızın sayyta təklifini bəyəndim olsa pis olmaz
24 aprel 2015 15:06
# 27
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Tezlikle ana olmaq sevincini yawayasan inwallah
24 aprel 2015 15:01
# 26
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nergizz
oxudum cox semimi gozel cvblar yazib,werhleriniden tanidigim bacimizdi,Allah tezlikle arzuna catdrsin canim,ele cox isteyrem ki burdaki ana olmaq isteyen userlerin wad xeberlerini oxuyaq,inwallah,taniwligim yoxdu,yeni yaziwmamiwam ama nese ozume yaxin biri kimi hiss edrem bu xanimi,Allah tezlikle evinde korpe sesi ewitdrsin,Amin,
24 aprel 2015 14:57
# 25
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Meleknur
Allah arzuvu qebul elesin
24 aprel 2015 14:53
# 24
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Turkan Abbasova
Serhlerinizi cox oxuyuram.

Serhlerinizi cox xeberde oxuyuram. Indide maraqla oxudum. Fikirleriniz cox menali idi. Yasiniz cox olmasaDa gorunur heyatin acisini sirinini dadmisiz. Insallah tezlikle arzunuza catib ana olarsiz. Rebbim sizi ve ailenizi qorusun. Hemise xosbext olun.
24 aprel 2015 14:48
# 23
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
KRALİCEM
Insallah ana ilarsan rebbim qusmet etsin amin
24 aprel 2015 14:43
# 22
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Fialka
Xatirə dəftəri maraqlı alınıb , cavablarda səmimidi , saytda şərhlərlə üzlərdə təbəssüm yaratmağı bacarırsız ancaq daha çox necə varsa və açıq olduğunuza görə bəyənirəm , Allah arzunuza çatdırsın , sizə çoxlu uşaqlar nəsib etsin , inanıram ki, hamısının öhdəsindən gələrsiz inşAllah uğurlar.
24 aprel 2015 14:23
# 21
Nezka
Allah səni arzuna çatdırsın bacı
24 aprel 2015 14:13
# 20
İçimi görsən mənə aptek alarsan.
lili)
yaxin vaxtlarda arzuva catarsan bacim
24 aprel 2015 14:10
# 19
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz