Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - Antikvar (10)
Xatirə dəftəri - Antikvar (10)
Göndərən: ruzgargulum
Şərhlər: 37
Baxılıb: 920
Səs ver:
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Antikvar olacaq.
 
1. Soyadınız Adınız?
Heybatova Nigar.

2. Doğum Tarixiniz?
6 oktyabr 1992-ci-ildə.

3. Bürcünüz/iliniz?
Tərəzi bürcü,İlimdə meymun:)

4. Ən böyük arzunuz?
Arzular əslində bitməz tükənməzdi,bir arzun reallaşdıqda ,daha bir arzu diləyərək reallaşması üçün hər gün Allaha sığınıb duaların ilə arzuva çatmağını diləyirsən.Şükür Allaha bugunə qədər nə istəmişəm nəsib edib mənə və insana həyatda nə lazımdı yetərincə her bir nemetden sukur varimdi.Hal hazırda Allahımdam hər gün dilədiyim arzum iki oğlumu ilk növbədə ağıllı,tərbiyəli,və biri gələcəyin cərrahı,o biri isə prakruru olmaqları üçün Allahıma dua edirəm)Inşallah bir ana kimi onlara baxıb fəxrlə yaşamağım mənə qismət olar.Və bunun üçündə əlimdən gələninin artıqlamasına qədər edəcəm.Necə deyərlər Allah deyir səndən hərəkət məndən bərəkət:)Məndə düzgün hərəkət etməliyəmki bərəkətinidə görüm)

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Yox olmayıb.Seçimimi həmişə düzgün etmişəm dost cəhətdən vurğulayıram seçim dedikdə.Hansı insanlara güvənib söz demək olar ya olmaz bax bunu təhlil etmək üçün o insanla bir neçə dəqiqə danişmağım yetərlidi mənim üçün.Belədə indi dost dediklərim sadəcə yoldaşım və anamdı.Ailə həyatı ki,qurdun bütün sirrlərini biləcək qədər kənar şəsxlərə indiki zamanda ehtiyac duymuram)

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Mən 1-ci sinifə gedəndə əlifbanın hamsını + - evdə mamam sağolsun öyrətmişdi mənə.Bir qrup sinif uşaqları əziyyət çəkəndə mən hamsını bilirdim)4-cü sinifdə ibtidai qrupdan ayrilib uşaqlar iki qrupa bölünürdü(yaxşı oxuyanlar riyaziyyat qrupuna,orta və aşağı oxuyanlar isə ədəbiyyat qrupuna verilərdilər..)Mən riyaziyyat qrupunda idim.Çox sevdiyim fən riyaziyyatıydı,misal və məsələ olduqda sonu hansı rəqəm ilə bitəcək deyə həvəslə onları hesablayırdım.Bidə Alman dili dərsi çox sevərdim çoxda gözəl bilirdim.Amma çox təəsüf Alman dili dərslikləri məktəblərdə ləğv edildi yerinə, ingilis dili ilə əvəzləndi.Heç maraqım olmadı ingilis dilinə,sevdiyim müəllimim və fənnim ləğv edildiyi üçün..Sualımın tam cavabına gəldikdə isə hansı qrupda olduğumdan məncə anlaşıldı necə oxuduğum08

7. Həyat sizcə maraqlıdır?
Bir çoxlarımız həyat maraqlıdı desələrdə mən günlər keçdikcə maraqsızlaşdığını düşünürəm.Bilirsiz niyə?insanlar soyuyublar bir birilərindən,saxta olmayan mehribançılıq,gülərüzlük çox azdı,paxıllıq hissi,və.s xarakterli insanlarnan ikinci dəfə görüşməmək üçün can atırsan desəm yalan olmaz.Baxın bir çoxları bəlkə razı olmasalarda fikrimlə mən düşünürəm pulun varsa "Həyatın maraqlıdı"əyər bu Həyatı Azərbaycan kimi ölkədə yaşayirsansa onda mütləq gərək o maraqlı həyatı dadmaq üçün pulun olsun...

8. Möcüzəyə inanırsınız?
Həmdə çox...Qurban olum Allahıma hər birimizin bildiyi bir misal gətirim.Bir övladın ana bətnində böyüdüyü hər bir anını ən azından video çarxlarını izləmişik.Sizcə bu bir möcüzə deyilmi?Allahımın yaratdığı kainatda yaşayıb nəfəs alırıq və yaratdıqlarının hər bir möcüzəsinin şahidi oluruq.İnanmıram deyənləri mən kafir adlandırıram.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Yox istəmərəm.Bilirsiz niyə?valdeynlərimə dəhşət dərəcədə əziyyət verən uşaq olmuşam.(Dəcəllikdən əlavə balnissalarda çox gəzdirmişəm valdeynlərimi)mamamın mənim üzərimdə zəhməti çox böyük olub.İstəmərəm həmin anları anam bir daha yaşasin.Orta yaş dövrlərini qardaşımla keçirtdiyim xoş günləri xatırlayıb üzümdə xoş gülümsəmək yaratmaq yetərlidi..

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Belə bir metodun baş tutmağı mümkün olmadığına görə fikirləşib beynini yormağa belə dəyməz:)Hər insan dünyaya bir kez gəlir və çalışdıqca hər birimiz gözəl əməllərimiz ilə Allaha xoş olan tərzdə yaşamağı bacaraq.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
İlk öncə məni yaradan Allahıma sonra eziyyət cəkib böyüdən,düzgün tərbiyə edən ,valdeynlərimə minnətdaram.əsasda canım atama (Həyatda hər zaman örnək götürdüyüm başımın tacı olan atama)minnətdaram.

12. Necə insanları xoşlayırsınız?
Dürüst,yalan söyləməyən,yerini və danışığını bilən insanlara qarşı həmişə müsbət fikirdə olmuşam.

13. Sizcə gözəllik nədən başlayır?
Bir çoxlarımızın istifadə etdiyi ifadə (daxili gözəllik)məndə razı gözəllik daxilən başlayır.Qəlbi gözəl olan insanın hər bir əməli gözəl olur.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Belə sualları heç sevmirəm desəm:)Belə arzularnan yaşamağı sevmirəm.Fransa,Turkiyə,və.s.şəhərlər maraq çevrəmdə deyil.Olmaq istədiyim yer doğulub böyüdüyüm şəhər Bakımdı.Yayı ordayam inşallah:)

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Sayta girən kimi baxıram ismarıc gəlibsə cavablayacam.Yox əyər elə hərhangi bir önəmli bir ismarıc yoxdusa xəbərlərə keçib şərhlərimi yazıram08Xusisi izlədiyim biri yoxdu)

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Köhnə nikiylə Narın Yağış,Sonam,kespixo usərləri mənə çox yaxındılar.

17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Kimin xəbərləri maraqlı oldusa.Xəbərin ən çox başlıqlarına nəzər yetirirəm məni xəbərə baxmağa cəlb etdisə kimin göndərməyindən aslı olmayaraq o xəbərə daxil olub mətninı nəzər yetirdikdən sonra şərhimi yazıb çıxacam))

18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
İmza yerimdə qeyd etdiyim özümə məxsus ifadəm(Maraq çevrəmdə olmayan birini "yola"verməklə kifayətlənirəm)məncə daha uzun yazmağa ehtiyac yox hər bir kəlməsiylə məlum oldu nə demək istədiyim:)

19. Saytda ən çox sizi nə cəlb edir?
Saytın ümümlükdə özü məni cəlb edir:) və bu səbəbdən burda olmağımdan mənmumiyyət duyuram)

20. Nə kimi təklifləriniz var saytda?
Bəzi fikirlərim olub və Adminə bildirmişəm sağolsun hər zaman nəzərə alıb.Yox olmaz cümləsi ilə rastlaşmamışam.Yada belə desək (yox)kəlməsini eşidəcək bir fikir önə sürməmişəm:)

21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Mammadov V.C,Miss_Oxatan,Qlamur.

22. Nə üçün məhz Qadınlar.biz?
Niyəsi məncə hər birimizə məlumdu.əks cins nümayindələri bu saytda olmadıqları üçün.

23. Bu saytda sizə nə maraq doğurur?
İlk dəfə bura bir ay olardı qediyyatsız daxil oldum.Çox marifləndirici məlumatlar xəbərlər vastəsilə biliklənmiş olurdum.Qediyyatdan keçdikdən sonra ikinci bir ailəm oldu bu sayt.

24. Saytdakı ən yaxın dostlarınız?
16-ci sualda cavabı.Təkrarlamayım birdə)

25. Özünüz haqda qısa və tam!
Hmmm məncə mənimlə yaxından ünsiyyətdə olanlar daha yaxşı bilirlər.Bilməyənlərədə qisaca deyim.Sözü üzə çəkinmədən deyən,əsəbli,hər bir işində mənsuliyyətli olmağı sevən08

26. Burada hansısa bir haqsızlıq görmüsüz?
Yox  görməmişəm.Sağolsun Admin belə işlərin layiqincə öhtəsindən gəlir.
27.Saytda başınıza gələn maraqlı bir hadisə
Xusisi bir gün çox düşündüm yadıma gəlmədi.Amma burda hər olduğum gün mənim üçün maraqlı və dəyərlidi)

28. Sayta olan ürək sözləriniz
Uzun ömürlü olmağını dahada böyük nahiliyyətlərə uğur qazanmağını arzulayıram saytımıza.

29. Baş Admindən Razısız ?
Razıyam)İşi asand deyil,nə qədərdə olsa bu qədər qadını yola vermək hər kişinin işi deyil))))Özünündə dediyi kimi insanların dilini yaxşı bilir)Nə deyək Allah səbr versin.Uğurlar...

30. Həyatda ən çox kimə inanırısınız?
Allahıma,sonsuzadəkdə inamım tək bir Allahıma olacaq.Rəbbimə uzatdığım əllərim,etdiyim duaları ,istək və arzularımı qəbul edib.Şükürlər olsun rəbbimə.

31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Hər ikisinin.Hakim dediyin seçim eləmir sənə verilən o iki dost və iki düşmənin hakimliyi eləməyinin vəzifəsi verilib.Ayrı ayrılıqda problemlərini araşdırıb azad olanları azadlığa buraxılardı iş verdiklərimdə raşotka arxasına ciddi rejimli cəza çəkmə müəhhısinə salardım)))Bir an hakim hiss elədim özümü 122

32. Həyatınızda əsas məqsəd nədir?
Həkimlik idi məqsədim amma çox təəsüf yarımçıq qaldı(İndi həkimliyimi qohumlar arasında eləyirəm.Tam öyrənməyim üçün kursa getməm lazım şimdilik yasak))))Bundan sonrakı məqsədim iki balamın gələcəyini parlaq yetişdirməyimdi inşallah qismət olar.

33. Gələcəydə özünüzü kim görürsünüz?
Maraqlı sualdı.Ailəsinə ,yoldaşına,iki balasına sevgisini verən və bununla bərabər iki oğullarının fəxr etdiyi analları kimi 08

34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
İnşallah belə hal yaşanmaz.İnanmıramda yaşansın.Belə hal olmamasına inandığım üçün sual cavabsız qalacaq).


Şərhlər: 37
Baxılıb: 920
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NeL
ŞerhLerden taniyiram ama yaxindan tanimağima şad oLdum
18 aprel 2015 02:27
# 37
aLoNe AnGeL
gozel cavablardi 08
16 aprel 2015 20:10
# 36
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
aRzuM209
Coxxx maragliii cavablardiii.ALLAH arzuna catdirsinn bacii
16 aprel 2015 09:43
# 35
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
Nergizz
bacimi werhlerden tanyram,maraqli xeberlerini de oxuyram, dahada yaxndan tanmagma wad oldum,Allah arzularina catdrsin amin,
16 aprel 2015 09:15
# 34
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
MODABAZ
Menimde arzularim var insallah burdaki kimin ne arzusu varsa yerine yetsin bideki qizdar men profilimi nece redaktee edim ede bilmirem noolar komek edindeeeee
16 aprel 2015 00:38
# 33
Heyata daim gulmek lazimdii
qonaqa
Maraqli alinib
15 aprel 2015 23:40
# 32
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ell.nell
Allah arzularınıza catdırsın.Amin
15 aprel 2015 22:53
# 31
Madina
Inshallah ovladlarinin xeyirlerini gorersen. Cekilen hec bir eziyyet tanrinin izni ile yerde qalmir.
15 aprel 2015 22:47
# 30
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
efsane..
xosuma gelen xanimsiz serhlerde adeten gorurem aciq sozlusuz cavablarda cox xosuma geldi
15 aprel 2015 22:47
# 29
Narın Yağış
Canim bacim seni ne qeder cox istediyimi ozun bilirsen yani demeyime ehtiyac yoxdur 123 ekiz baciwkom,ruh ekizim her zaman fikirlerini beyendiyim kimi bu xeberdede hemiweki kimi fikirlerini, verdiyin cavablari beyendim en coxda 7-ci suala verdiyin cavabi beyendim..raziyam fikrinle malesef hayat boyle( 18-de pis cvblandirmamisanhaa oz aramizdi 23 inwAllah ogullarini istediyin pillede gorersen Allah sene bu sevinci nesib elesin dua Ureyinde ne arzun varsa herweyin xeyirlisi nesibin olsun canim benim 123 vee her zamanki gibi benimle arkadawligin hic bitmesin cak hele mene verdiyin sozleri yerine yetireceysen)))
15 aprel 2015 22:35
# 28
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Catwoman666
men bu saytda qeydiyyatdan kecmemisden evvel serhleri oxuyanda antikin profilini gordum(papaqlu qiz sekli) cooox xosuma geldi v hemin sekli yukledim plansete. amma maalesef sekil bulaniq yuklenmisdi))))))bele xanimi serherden taniyiram. atasina bagli olduguni bilirdim. bir de hemise ozuni ciddi aparir yersiz danisdigini ddahec gormemisem)
15 aprel 2015 22:26
# 27
"All men must die, but we are not men"

Daenerys Targaryen
SENSİZ
mende bacini serhlerden taniyiram allah oqlanlarini qorusun
15 aprel 2015 22:06
# 26
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Antikvar
Qizlar her birinizin deyerli fikir ve arzulari ucun tesekkurumu bildirirem.
15 aprel 2015 20:41
# 25
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
my_angel
Dərin hörmət və ehtiram bəslədiyim bacılarımdansınız,həyatınızda uğurlar arzu edirəm.Hər nə qədər şəxsi tanışlığım olmasa da Sizi özümə böyük bacım bilirəm,eyni zamanda Miss_Oxatan və Brilliantam bacılarımı da.Daim xoşbəxt olun :) 128
15 aprel 2015 18:29
# 24
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
aliceWOnDer
Hmm məni şərhimi silməklə hədəliyən xanım)) Allah arzusuna çatdırsın insallah 2 balası ilə fəxir edər ozu həkim olmadı oğlu olar...Uğurlar
15 aprel 2015 16:21
# 23
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
maraqli alinib tewekkurler
15 aprel 2015 16:10
# 22
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Mrs.Pianist
Taniyiram. Wad oldum.
15 aprel 2015 16:09
# 21
Acısı çox olan qizların guluşu gozel olur.!
medine yusif
ALLAH arzularina catdirsin seni canim.inan ki menimde 10 ayli oglum var her saat onun ucun yeni arzular ideyalar istekler kecir qelbimden.sen cox yaxwi merhemetli anasan.bunu senin arzularindan ovladini seven her bir ana duydu ki sen nece onlar ucun cirpinirsan.menimde hekimlik arzum idi ama ki ele arzu olaraq da qaldi.inwallah ovladlarin ucun arzularin reallawar.eziyyetin yerde qalmaz behresini gorersen.oxumasaqda boz analar yeri gelende hem hekim oluruq hem vekil oluruq hem muellim.ama en werefli vezifemiz analiqdi ki sende inaniram ki bunun ohdesinden yaxwi gelirsen.bir daha deyirem sidq urekle ALLAH o iki gul balani qorusun onlari bu heyata nece hazirlayib yetiwdirmek isteyirsense o xow gunler qismetin olsun melek
15 aprel 2015 16:05
# 20
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Fialka
Xatirə dəftəri maraqlı alınıb, bir sözlə desək statusun haqqını verirsiz baxmıyaraq ki, çoxları kifayət qədər təcrübəyə sahibdir yaşına görə ancaq fikirlər görürsənki böyüməyib)) təbii sizdə belə deyil,) Allah iki övladınızı saxlasın onlara baxıb fəxr edəsiz inşAllah , həyatınızda və məqsədlərinizdə uğurlar.
15 aprel 2015 16:01
# 19
Lucia
Uğurlar sizə həyatda.İnşallah ailənizlə birgə xoşbəxt olasız. heart
15 aprel 2015 12:31
# 18
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
ayan97
Maragli alinib, tanusligim yoxdu bu xanimla serhlerden taniyam. amma yola vermek gozel biseyde. Kaski mende bacarsaydim.. Allah arzusunu versun ne deyim.
15 aprel 2015 12:16
# 17
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
bu xanimla sexsi tanisligim olmuyub ama her zaman serhlerde qarsilasdiqca fikirlerini oxumusam...verdiyi cavablar cox xosuma geldi.ele duz edirsiz maraq dairenizde olmuyan insanlari yola verin getsin.ugurlar arzulayiram size allah balalarinizi qorusun olarin xos gunlerini gormeyi nesib elesin....
15 aprel 2015 12:04
# 16
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
WiRiN BaLaM
maraqli cavablardi<,Allah balalarni qorusun isdediyin fezifede gormeyi qismet etsin sene /
15 aprel 2015 11:54
# 15
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
guler19
Antikimi çox isteyirem üreyi temiz semimi mehriban qızdı. Verdiyi cavablarıda çox beyendim
ALLAH seni xoşbəxt etsin bacı o iki gül balanı saxlasın. Onlar üçün nə arzu edirsense
hamısı gerçək olsun inşALLAH
15 aprel 2015 10:14
# 14
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Miss_Oxatan
Jirinovski yene dokturmuwsun))))Allah iki gul balani saxlasin,onlar ucun dilediyin arzulara catasiz ne deyim.antik semimi qizdir,menim hec weklimide gormuyub ama meni yuxuda gorub qizlar))))bu qiz vergilidi deyen)))))Allah komeyi olsun arada qnikoloqluq edib mene,hekim olmaq istiyib alinmasa da yene de elcekmir wexsi arawdirmalarindan.maraqli alinib cavablar.ruzgargulum menim xatire defteri cavablarim havax iwiq uzu gorejek?))))
15 aprel 2015 08:57
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Dosta_inam
çox gözel tanidiğima şad oldum,inşaallah evladlarin istediyin yerde vezifede olar,fexrle baxib sevinesiniz,Allah arzulariniza çatdirsin amin,maraqli alinib.
15 aprel 2015 05:26
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
FISTIK
Sexsen tanisligim yoxdur sual ve cavablar hemiseki kimi maraqlidi. sayitda sehleri secilen xanimdir.Allah korpelerin qorusun. arzularina catirsin.
15 aprel 2015 02:45
# 11
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
sona
Antikim menim xatire defterindeki cavablarini maraqla oxudum.ve cox beyendim.Antik bu saytda yaxin oldugum ve xetrini istediyim 3 userden biridi. Dehwet derecede cox usteyirem sanki heyatda taniyiram.
Ama hec vaxt Nigar dememiwem hemiwe Antik deyirem))))
15 aprel 2015 02:10
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
qanadli melek
Insallah ogullarinin her ikisini gormek istedeyin yerde gorub o fexr hissini yawayarsan
15 aprel 2015 01:59
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Wappuw
cox gozel alinib allahdan dileyim odur ki sizin icin ovladlariniz her zaman bawinizi uca etsin..amin..
15 aprel 2015 01:56
# 8
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz