Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - arzum-aysum (5)
Xatirə dəftəri - arzum-aysum (5)
Göndərən: ruzgargulum
Şərhlər: 44
Baxılıb: 984
Səs ver:
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz arzum-aysum olacaq.
 
1. Soyadınız Adınız?
Məmmədova Türkan

2. Doğum Tarixiniz?
20 noyabr 1984-cü-il.

3. Bürcünüz/iliniz?
Əqrəb bürcüyəm, ilim də siçan :-)

4. Ən böyük arzunuz?
bu dəqiqə ənnnn böyük arzum bacımın bəbişi olsun, bir də öz evim olsun. hələki bundan böyük arzum yoxdu. İnşallah Tanrı arzularımı gerçək edər tezliklə. Amin!

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Belə bir hal olub. Satmayıb amma yalan danışıb. Ondan sonra da qəlbim qırıldı ondan. Mənə yalan danışan biri demək ki, məni özünə yaxın bilmir.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
əla qiymətlərlə. Ümumiyyətlə 9cu sinifi bitirənə qədər əlaçı olmuşam. 9dan sonra artıq hazırlaşdığım sahə üzrə oxumağa başladım deyə bəzi fənnlərdən 4 aldım :-(

7. Həyat sizcə maraqlıdır?
Həyat təbii ki, maraqlıdır-yaxşı günü də olur, pis günü də. Sadəcə həyatdan zövq almağı bacarmaq lazımdı.

8. Möcüzəyə inanırsınız?
Möcüzə deyəndə ki, hər şey Allahın əlindədi. O, hər şeyə qadirdi. Gözləmədiyimiz bir anda, çıxılmaz bir vəziyyətdə səsimizi eşidir, dualarımızı qəbul edir. Onu danan kafirdi.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Düzünü desəm istəməzdim. Çünki uşaq olsam yenidən bu həyatı yaşamağa məcbur olacağam, eyni yolu bir də keçəcəyəm. Hər yaşın, hər dövrün öz gözəlliyi var. Bu günkü günümə min şükür

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Yox istəməzdim. Tanrının mənə bəxş etdiyi bu ömrü elə bir dəfə yaşayım, sağlam yaşayım, sevdiklərimlə, yaxınlarımla gülər üzlə yaşayım bəsimdi

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Təbiidir ki, hər kəs bu həyatı bizə bəxş edən Uca Allaha borcluyuq. Ancaq Allahdan sonra canım atama anama borcluyam. Mənə və bacılarıma verdikləri tərbiyəyə görə, verdikləri təhsilə görə. Onlar olmasaydı bu gün mən,, mən,, olmazdım.

12. Necə insanları xoşlayırsınız?
Özüm kimi :-) dürüst, ürəyi açıq, səmimi. İki üzlü insanlara nifrət edirəm.

13. Sizcə gözəllik nədən başlayır?
Məncə gözəllik ürəkdən və içdən başlayir. Qəlbi gözəl insanın əməli də gözəl olur.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Fransa, Almaniya və İtaliyanın bütün şəhərlərində olmaq istərdim. İnşallah qismət olar bir gün.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Xətrini dəhşət çox istədiyim bir neçə qız var. Amma neçə gündü mələyim Sonam gəlin köçüb girmir sayta dəli oluram. Çoxxxxx darıxıram onun üçün. Sayta girən kimi gözüm onu axtarır

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Canım Sonamla. Heç bacımla danışa bilmədiklərimi Sonamla bölüşürdüm. Hisslərimi, duyğularımı asanlıqla ona danışırdım. O mənə çox dəstək olurdu, kefim olmayan vaxtlarımda ürək dirək verirdi. İnşallah yenə qayıdar sayta , yoxsa ürəyim partlayacaq.

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Maraqlı olan bütün xəbərləri, fərqi yoxdu kimə aiddi.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Artıq bir ildən çoxdu bu saytdayam. Şükür bu günə qədər heç kimlə elə bir problemim olmayıb ki, qıcıq olum burda olmağına

19.Saytda ən çox sizi nə cəlb edir?
Oooo, saytımızda oğlanların olmaması, adminin bu işə ciddi nəzarət etməsi.

20.Nə kimi təklifləriniz var saytda?

Bu aralar yarışlar yaman az keçirilir, maraqlı yarışlar olsun istərdim.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Qlamurr və Miss_Oxatanın fikirləri xoşuma gəlir. Çünki çox vaxt mən demək istədiklərimi nöqtə vergülünə qədər yazırlar :-)

22. Nə üçün məhz Qadınlar.biz?
Elə Qadinlar. biz olduğu üçün. Bu saytda oğlan olsaydı mən yəqin ki, bu gün bu saytda və bu statusda olmazdım

23.Bu saytda sizə nə maraq doğurur?
İlk əvvəl mətbəx bölməsi marağımı cəkmişdi, reseptlər götürürdüm. İndi isə saytımızın vurğunuyam, bir gün bu sayta girməsəm ürəyim partlıyar.

24.Saytdakı ən yaxın dostlarınız?
Oyyyyy saysam uzun çəkəcək. Xətrini çox istədiyim qızlar çoxdu. Amma bəzilərindən küsmüşəm :-( neçə vaxtdı məni axtarmırlar :-(

25.Özünüz haqda qısa və tam!
Özüm haqqda nə deyim vallah. Tanıyanlar necə biri olduğumu bilir. Bilmədikləri xüsusiyyətlərimi deyim- kövrəyəm, tez inciyənəm və çox əsəbiyəm 122 yəni dəli 122 ən əsası da, hər kəsi özüm kimi bilirəm

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Bu günə qədər hələ ki, yox. Yəqin ki, bu da adminimizin ədalətli olmasından irəli gəlir.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
çox düşündüm vu sual ətrafında. Qeydiyyatdan keçdiyim ilk gündən bura hər şeyi fikirləşdim. Amma,, qadinlar. biz-in ən sevimli useri mənəm,, yarışmasında qalib olmağım bu saytda başıma gələn ən maraqlı hadisədi.

28.Sayta olan ürək sözləriniz
Saytımıza ürək sözüm odur ki, ömrü uzun olsun. Olsun ki, biz də hər zaman burda olaq.

29.Baş Admindən Razısız ?
Razıyam, niyə də olmayım ki?... saytı gözəl idarə edir, qayda qanunlar gözəldi, əməl edilməsinə nəzarət edir. Hər bir user öz yerini bilsə və özünə hörmət qoysa hörmət də görər.

30.Həyatda ən çox kimə inanırısınız?
Allahıma inanıram, ölənədək də inanacam. Çünki uca Allahımın mərhəməti o qədər sonsuzdur ki, ona açılan əllərimi heç vaxt boş geri qaytarmayıb. Şükürlər olsun, Ona!

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Məcazi mənada fikirləşsəm, iki dostun. Amma həqiqi mənada fikirləşsəm, mən heç vaxt hakim ola bilmərəm. Çünki məncə hakim soyuqqanlı olmalıdır, hadisə qarşısında hissləri ilə deyil, ağlı ilə ədalətli qərar verməlidir. Mən isə qəlbi kövrək biriyəm

32.Həyatınızda əsas məqsəd nədir?
Məqsəd yox, həyatımın mənası, yaşama səbəblərim var. Bacımın öz balam qədər çox istədiyim qızları və öz balalarım. Bidənəmlə məqsədimiz isə, inşalllahhh öz evimiz olsun Allahın köməyi ilə.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Həmişə istəmişdim ki, iş qadını olum. Öz həyatımı xəyal edəndə, özümü uğurlu işlərə imza atan bir xarici əlaqələr üzrə mütəxəssis kimi görürdüm. İstəyimə çatmağa bir addım qalmış bidənəmə görə xəyallarımdan keçdim. Peşman da deyiləm. Bu gün o mənə gözəl sevgisini verib, sonsuz xoşbəxtlik verib. Bundan sonra özümü öz şirin evimdə yoldaşına, balalarına sevgi, qayğı göstərən biri kimi görürəm. Yəni indiki mən...

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Allah o günü göstərməsin ki, saytımız bağlansın. Mən hələ xəyal edirəm ki, qızlarım da böyüyüb bura girəcək :-)
ancaq bir anlıq təsəvvür etdim, qızların çoxu üçün darıxaram. Yoooooxx, heç düşünmək belə istəmirəm. İnşallah saytımız bağlanmaz heç vaxt. Amin.


Şərhlər: 44
Baxılıb: 984
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
canim menim cox maraqla oxudum tanrinin nezeri hemiwe ustunde olsun
5 aprel 2015 01:56
# 44
FISTIK
Xetre defteri sualari ve cavablari maraqli idi. heyatinda ugurlar baci
29 mart 2015 20:53
# 43
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nergizz
maraqli idi oxudum,cox semimi gozel musahibe alinib,maraqli xeberlerinide oxuyram tanidigma wad oldum,twk layiheye gore,
29 mart 2015 15:50
# 42
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lili)
ayy tatlim oxudum yazdiqlarini maraqli musahibe alinib insallah arzularina catarsan cox yaxsi taniyiram Turkani uqurlar gozelim
29 mart 2015 15:38
# 41
lalə12
ay canim menim cox yxi taniyiram seni
29 mart 2015 12:16
# 40
sahib olduqlarina şukr etmeyi bilmeyen. itirdiklerine usyan etmeye haqqi yoxd.....
Catwoman666
bu layiheni cooox sevirem insallah ne vaxtsa mene de qismet olar bu layihede istirak etmek)
29 mart 2015 00:08
# 39
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
maraqli musahibedi insallah butun arzularina catarsan tezlikle daima xosbext ol
29 mart 2015 00:05
# 38
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Madina
Canim Turkanima cox boyuk hormetim var,allah ureyince versin) Balalarinin xeyrini gorsun.
28 mart 2015 22:21
# 37
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
arzum-aysum
ay qizlar inanin serhlerinizi oxuduqxa cox xosbext oluram. Allah her birinizdən razi olsun
28 mart 2015 16:50
# 36
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
efsane..
cox hormet etdiyim xanimlardan biridi xeberleri de her zaman xosuma gelir
28 mart 2015 16:21
# 35
adsiz-a
arzum-aysum bacimi cox istiyirem cox mehriban ve wirin dil bir xanimdi,Allah butun evlad hesretinde olanlarin hamsina xeyirli evlad nesib etsin,seninde bacun olarin icinde.Amin
28 mart 2015 15:46
# 34
Tomris Müslümova
COX ISTIYIREM BU BACIMIZI.allah qekbine gore versin yaxinnan tanidigima cox sad oldum
28 mart 2015 15:11
# 33
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Konul ALiyeva
cox gozel lahiyedir canim turkan xanim taniwdigimiz olmasada werhlerinen taniyiram seni oz tessefurumde seni bele guler uz mehriban durust gozel aile bawcisi kimi teseffur edirem suallari cox gozel cavabladirmisan heyatda sene ugurllar 02 twkler
28 mart 2015 13:55
# 32
Melissa
canim menimmmmmmmmmmmmm
28 mart 2015 13:22
# 31
Rusi
Sexsi tanimsamda xetrini cox istediyim userlerden biridir hec kimin ad gunlerini unutmur elecede menim taniwligimada sad oldum utanop
28 mart 2015 11:07
# 30
guler19
Gozel layihedi. Bacimi taniyiram gozel cavablar verib suallara Hər bir cavabi maraqla oxudum ALLAH seni arzularina catdirsin bacim o iki gul balan ucun ureyinde ne arzularin varsa gerçək olsun Her zaman sevib sevilesen inşALLAH.amin
28 mart 2015 11:01
# 29
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Melek5
Layihe hemise dediyim kimi cox gozel layihedi,hele bu layiheye Turkan bacim qatilibsa lap ela olubdu cox beyendim suallarida cavablarinida canim heyatinda bol-bol ugurlar dileyirem sene seni cox sevirik her birimiz
28 mart 2015 08:57
# 28
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Miss_Oxatan
Elcekin Sonadan axirki toylari oldu lezvaliyirdi ozunu burda deyirdi her defe toy daniwanda bir wey olur qalirdi wukur oldu cixdi getdi qovuwdular.qoyun bir hasret gidersinler,gelejek dana noluvun.teze gelin 40gun cole bayira cixmaz bura inetnetde daxildi))))))super "xeberlerle" gelejey sabr edin
28 mart 2015 08:47
# 27
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qanadli melek
Sexsi taniwliqimiz olmasada werhlerden xeberlerden taniyiram.sagolsun tebrik xeberleriyle her kesi sevindirir.insallah tezlikle evin olar qadinlar biz qizlarida sene ev gorduye gelerik))
28 mart 2015 02:11
# 26
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
rəmsə
Bacımı tanıyıram,xatirə dəftərini maraqla oxudum.Türkan bacım mənim hər gün 12-dən sonra sənin təbrik xəbərlərin saytı daha da bəzəyir.Allah arzularına çatdırsın,ev problemi çətin məsələdi,mənim də çox çətinliklərdən sonra evim olub...İnşaallah sənə də qismət olarduaÖpürəmmucux
28 mart 2015 01:33
# 25
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
her bir setri maraqla oxudum sevilen boyuk bacilarmizdan..insallah istediyin arzularina catarsan heqiqetende dediyin kimi semimisen canim allah qizlarini saxlasin onlari sene cox gormesin insallah dediyin kimide qizlarrinda boyuyub bura girer biz qocalariq bizi burda beyenmeyerler miwka ugurlar
28 mart 2015 00:57
# 24
Turkan Abbasova
tanisligimiz olmasada men bacimin hemde adasimin xetrin cox isteyirem. hem aadasiq hemde illerimiz birdi. mende sican iliyem. yeqin ona gore bacimin butun fikirlerii beyenirem. cox dusunceli semimi insandi.tanimasamda gormesemde cox istiyirem bacimi. hemde xasiyyetlerimiz uygundu. kovreklik tezz incimek esebilik. bi sozle bacim ozume heyatda arzuladigim butun xos arzulari senede arzulayiram. insallah tezlikle evinizde olar,. opdum 03
28 mart 2015 00:11
# 23
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
arzum-aysum
qizlar serhlerinizi oxuduqca cox gozel duygular kecirdim. xos sozleriniz ucun coxxxxxx sag olun. men sizleri coxxxxxx isteyirem ve burda olmaqdan cox xosbextem. sizlerin sevgisini, hormetini qazana bilmisemse ne xos mene. bu sizin ureyinizin gozelliyidi. Allah sizlerin de her birinizin ureyinde ne arzunuz varsa hercek etsin insallah. amin

adminimiz de xususi sag olsun, menim baremde yazdigi serhe gore.
27 mart 2015 23:45
# 22
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Mrs.Pianist
Mende isteyrem bu layiheye qatilmaqii 15 ama icaze yoxdu mene 15 sebebin bilmirem
27 mart 2015 23:41
# 21
Acısı çox olan qizların guluşu gozel olur.!
Sucan
Cox beyendim sad oldum
27 mart 2015 23:15
# 20
SENSİZ
allah butun dualarini qebul etsin
27 mart 2015 22:57
# 19
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Ayselina
Bacini taniyirm..Allah dualarını qəbul etsin.Ailəsinə bağlı xanımdır.
27 mart 2015 22:38
# 18
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
lelos
tanişliqimiza şad oldum Allah arzularina çatdirsin
27 mart 2015 22:29
# 17
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ayan97
Canim Turkancim gozel cvb lar verim. Vavsem xatire defteri superdu yasina uygun cvb lar verib mennen yasca cox boyukdu, amma men kusdum adimi hec gormediim girl_impossible 15
27 mart 2015 22:16
# 16
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Antikvar
Turkanim qudam desem daha dogru olar))Ozune mexsus sekilde gozel cavabllar.Heqiqeten sonam kimi sende gozel qelbe sahibsen.Amma esebiyem demeyin meni casdirdi.Sen ve eseb ?)Inanmiram..))Ailesine,birdenesine,iki gul qizlarina ,gozel ana,baximli heyat yoldasi,olan Turkanima sozum:Allah seni ve seninle olan sevdiklerini bir birinizden eksik etmesin.Herr zaman hem sevib ve bununla beraber sevilesen.Iki gul cicekli gelinleriminden bal yanaqlarindan opdum.Arzuladigin ve hher gun o arzuyla ellerivi Allaha uzatdigin dualariva sene qismet olmagini arzulayiram.Xosbext ol gozelim08

Sonama geldikde senin qeder mende onun yoxlugunu cox hiss edirem.Her gun profilime daxil olduqda sonamin mene her gun yazib ehvalimi sorusmasi,derdlesmeyimiz ucin bir xeylem darixmisam.Insallah qayidar gozel qelbli sonam yeniden aramiza.Esas biliremki xosbextliye dogru addimlayib bu sebebden bu ifademi islederek oz darixmagimi birazda olsa qapatmaga calisiram.
27 mart 2015 22:15
# 15
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz