Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - Qlamurr (3)
Xatirə dəftəri - Qlamurr (3)
Göndərən: ruzgargulum
Şərhlər: 38
Baxılıb: 1175
Səs ver:
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq.Növbəti iştirak edəcək userimiz Qlamurr olacaq.
 
1. Soyadınız Adınız?
Günel Fərhadzadə

2. Doğum Tarixiniz?
22 oktyabr 1989-cu-il.

3. Bürcünüz/iliniz?
Tərəzi

4. Ən böyük arzunuz?
Ən böyük arzum ailəmin,doğmalarımın hər zaman yanımda olmaları,onların can sağlığı,xoşbəxtliyidir.Özümə gəldikdə isə,heç vaxt reallaşması mümkün olmuyan arzular etmirəm.Hər zaman düşünürəm ki,nə xeyirlidirsə rəbbim onu nəsib etsin.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Bu cür situasiya ilə qətiyyən rastlaşmamışam,səbəbi də hər kəsə etibar edib yaxınıma buraxmamağımdır,qapalı insan olduğumçün,özümə,xarakterimə,tərbiyəmə uyğun olmayan insanla mənim heç bir dostluğum,yoldaşlığım ola bilməz.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Umumiyyətlə məktəbdə hər zaman qiymətlərim yüksək olub,məktəbimizin nümunəvi şagirdlərindən olmuşam.

7. Həyat sizcə maraqlıdır?
Həyat əlbəttə ki,maraqlıdır,sadəcə insanlar həyatı öz məqsədlərinə qurban verərək,istədikləri kimi yaşayırlar,kimisi nəfsinə hakim olaraq Allahın sevimli bəndəsi olur,kimisi də nəfsinə qul olaraq şeytanın yolu ilə gedir,nəticədə həm bu dünyasını,həm axirətini məhv edir.Heç bir halda Həyatı deyildə,insanları qınamaq lazımdı.Necə deyərlər həyat gözəldi,yaşamağı bacaranlar üçün.

8. Möcüzəyə inanırsınız?
Dünyanın varlığı,bizim varlığımız,gözlə görülən,görülməyən varlıqların hamısı Rəbbimin möcüzəsidir.Onun istəyi olmadan ağacdan bir yarpaq belə düşə bilməz.Ol deməsi kifayətdi.Bu halda demək möcüzələr var.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Düzdü bəzən uşaq olmaq,o qayğısız illərə qayıtmaq istiyirəm,ancaq indiki yaşımda həyatı tamlığıyla dərk edirəm,kamilliyə doğru gedirəm,artıq mənimçün nəyin yaxşı,nəyin pis olduğunu daha yaxşı bilirəm,tərəddüd etmədən istədiyim qərarı verirəm,həyatımda olacaq insanları özüm seçirəm,əvvəlkindən fərqli olaraq xarakter olaraqda artıq dolğunlaşmışam,təmkinli,səbirli olmuşam.Artıq hər sözə reaksiya vermək əvəzinə susmağı üstün tuturam,səbəbi də beynimi mənasız sözlərlə,mübahisələrlə yormaq istəməməyimdi.Bir sözlə yəni hər yaşın öz gözəlliyi var.Yetər ki,sən bu gözəllikdən istifadə edərək həyatını mənalı yaşıyasan.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Bu həyatımı hələki öz doğrularımla yaşıyıram,ancaq yenidən gəlmək istədiyimi heç düşünməmişəm.Artıq düşünəndə də real hadisələr,olacaqlar haqqında düşünürəm.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Həyatda birinci yaradanıma-mənə yaşama şansı verdiyi üçün,ikinci valideynlərimə-doğulduğum gündən bu günə qədər mənimçün çəkdikləri zəhmətə görə,tərbiyəyə görə,üçüncü müəllimlərimə-mənə verdikləri elmə,biliyə görə.Ən nəhayət həyata,çünki qarşılaşdığımız çətinliklər,sevinclər,kədərlər,doğrular,yalanlar,ikiüzlülüklər,problemlər,itkilər...bir sözlə bütün bunları bizə həyat öyrədir,ona da minnətdarlıq düşür.      

12. Necə insanları xoşlayırsınız?
Əslində insanlar arasında fərq qoymaq istəməzdim,ancaq hər zaman xarakterli insanları  bəyənmişəm,mənimçün yaxşı insan mənfiləri az,müsbət cəhətləri çox olan,hər zaman sözünü deməyi bacaran,dürüst olan,həyatını doğru şəkildə yaşıyan,pis vərdişlərdən uzaq olan şəxslərdir.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik elə bir anlayışdır ki,bunu sadəcə qadın gözəlliyi sayıb məhdudlaşdırmaq olmaz,gözəllik insanın daxilində,qəlbində,davranışında,hərəkətlərində,düşüncələrində,ən nəhayət xaricində olmalıdır.Hamısı bir-birini tamamlamalıdır,əks halda gözəlliyin heç bir mənası yoxdur.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Əgər belə bir şansım olsaydı,İstanbul və Parisdə olmaq istiyərdim.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Sayta girən kimi həmişə öz profilimə,yayımda olan xəbərlərimi nəzərdən keçirirəm.Yəni başqa kimləsə maraqlanmıram.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Saytda yetərincə çox istiyib,dəyər verdiyim qızlar çoxdu,ancaq Sonayla biz hər gün yazışırıq,artıq bu münasibət saytdan kənarda da davam edir.

17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Ayrıseçkilik etmək istəməzdim,hər xəbərin arxasında əziyyət var,hər xəbərin öz yeri var,həm saytda maraqsız xəbər olduğunu düşünmürəm ki,elə hamısı maraqlıdır.

18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Mən bu saytda 2 il yarımdı varam,düzdü bu müddətin hamısını saytda olmamışam,fasilələrlə olmuşam.Buna baxmayaraq heç kimlə,heç bir halda konfiliktim olmuyub,olmuyacaqda.Səbəbi də hər kəsə hörmətlə yanaşmağımdı.

19. Saytda ən çox sizi nə cəlb edir?
Birincisi ancaq xanımların olması,qızlarımızın mehriban olması,məni qane edəcək xəbərlərin olması,hər cür şəraitin yaradılması,məncə bunlar kifayətdir.

20. Nə kimi təklifləriniz var saytda?
Düşünürəm ki,saytımızda hər şey qaydasındadı,yəni məni qane edir.

21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Maraqlı şərhlər olanda,sahibinin kimliyindən asılı olaraq oxuyuram.Saytımızda da dolğun,mənalı şərhlər yazanlar var.

22. Nə üçün məhz Qadınlar.biz?
Adı üstündə məhz qadınlar saytı olduğu üçün.

23. Bu saytda sizə nə maraq doğurur?
Saytımız hərtərəfli inkişafı ilə hər zaman nəinki məndə,çoxlarında maraq doğurur.

24. Saytdakı ən yaxın dostlarınız?
Ən yaxın dostlarım Sona və Arzum-Aysumdu.

25. Özünüz haqda qısa və tam!
Məncə yazdıqlarım məni yetərincə xarakterizə edir,qısa şəkildə səmimi,dürüst,sözünü deyən,dediyinin altında qol çəkən,axırına çıxan,düzlüyünü isbat edən bir xarakterə sahibəm.

26. Burada hansısa bir haqsızlıq görmüsüz?
Bura girdiyim gündən heç vaxt rəhbərliklə heç bir problemim olmuyub,əksinə hər zaman hörmət qoyub,hörmətdə görmüşəm,

27. Saytda başınıza gələn maraqlı bir hadisə
Maraqlı deməzdim,sadəcə bəlkə gülməli olar,15 yaşlı qızın məndən "Novruz xatirlərimdə" yazdığım şam falını soruşması nədənsə mənə çox gülünc göründü.

28. Sayta olan ürək sözləriniz?
Arzu edərdim saytımız hər zaman həm biz qocalanadək,həm saytımız qocalanadək fəaliyyət göstərsin.Uğurları bol olsun.

29. Baş Admindən Razısız ?
Admin bəy olmaqla,idarə heyətindən razıyam,yuxarıda qeyd elədiyim kimi,heç bir problemimiz, konfliktimiz olmuyub.Hər kəsdən razıyam.

30. Həyatda ən çox kimə inanırısınız?
Hər zaman rəbbimə inanıram.

31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
İki düşmənin hakimi olub,mövcud düşmənçiliyi aradan götürməyə çalışardım.Ən azından cəhd edərdim.

32. Həyatınızda əsas məqsəd nədir?
Əsas məqsədim layiqli şəkildə öz doğrularımla yaşamaq,əməli saleh,mömin bir bəndə olmaqdır.

33. Gələcəydə özünüzü kim görürsünüz?
Yaxşı müəllimə,yaxşı həyat yoldaşı,yaxşı ana,yaxşı övlad,yaxşı bacı,çünki mən ailəmə çox bağlıyam.

34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
İnşallah belə bir halla rastlaşmarıq,əgər olarsa da ümumiyyətlə hər kəs üçün darıxaram,qızlarımız üçündə,xəbərlərimiz üçündə.Çünki burda hər şey mənə doğmadı.


Şərhlər: 38
Baxılıb: 1175
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
ay canim bacim men de seni cox isteyirem ve ozume yaxin bilirəm. cox gozel exlaqa, terbiyeye maliksen. agilli, kamalli qızsan. ele buna gore de, cox isteyirem seni. fikirlerini de cox beyendim. dolgun ve gozel cavablandirmisan. Allah bu heyat ancaq gozel gunler nesib etsin sene. amin.
28 mart 2015 22:31
# 38
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şəbnəm Vüsal
maraqlı alınıb.Allah arzularına catdırsın....
16 mart 2015 23:11
# 37
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Aysel Tatli
taniwligima wad oldum suallarada tam semimi cavab verib
15 mart 2015 23:55
# 36
Nazan
nese men sevmirem bele weyleri
15 mart 2015 23:05
# 35
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Sucan
Sad oldum tanidigim ucun cox yaxsi cavab veribb yaxsi qizdi
15 mart 2015 13:43
# 34
ece uslu
xowbext ol qlamurruum
15 mart 2015 11:25
# 33
lili)
men cox beyenirem Qlamuru cox gozel qizdi xosbext ol bacim uqurlar
15 mart 2015 07:58
# 32
Qlamurr
Xoş sözləriniz üçün çox sağ olun qızlar..
15 mart 2015 00:00
# 31
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Madina
Xetrini istediyim userlerdendir,musahibe gozel alinib papatya
14 mart 2015 23:32
# 30
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
my_angel
Çox gözel cavablar veribsen,bacı.Sizin fikirlerinizi beyenmemek mümkün deyil.))
14 mart 2015 21:33
# 29
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Tomris Müslümova
dediyi kimide durust qizdi..cavablari xosuma geldi ugurlar her zaman
14 mart 2015 18:35
# 28
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Bacımızın şərhlərinə tez-tez rast gəlirəm. Özünəməxsus yeri var.
14 mart 2015 15:45
# 27
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
tatyana
11ci suala cavabi cox xosuma geldi,ugurlar dileyirem heyatinda(cox beyenirem bu userin fikirlerini)
14 mart 2015 15:38
# 26
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
krisa
Oxudum,oz novbemde de cox sad oldum tanisliga.Suallara cavablar cox xosuma geldi.MARAQLI CAVABLAR IDI.
14 mart 2015 13:24
# 25
tek umidim sen
Sad oldum yaindan tanimagima,serhlerden taniyirdim
14 mart 2015 12:41
# 24
Kadın derin ama adam yüzme bilmiyor...
lalə12
yxindan tanişliğim yox idi tnidim indi
14 mart 2015 12:16
# 23
sahib olduqlarina şukr etmeyi bilmeyen. itirdiklerine usyan etmeye haqqi yoxd.....
Brilliantam
Allah xosbext elesin,Amin.
14 mart 2015 11:21
# 22
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
rəmsə
Çox.səmimi,mehriban qızdı,həyatında uğurlar...
14 mart 2015 10:58
# 21
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Melek5
Suallarda caVABLARi da beyendim maraqli alinibdi
14 mart 2015 09:17
# 20
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Melissa
cox maragli alinibdi:))))))))))) shad oldum
14 mart 2015 08:47
# 19
FISTIK
Xatireni oxudum amma serh yazmagi unutum.23 Xatire sual cavablari beyendim heyatinda ugurlar.
14 mart 2015 01:24
# 18
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Fiorella
Cog xosum geldi tanimasanda yaxsi fikir yarandi aglimda Qlamurr haqda,yeni ele seyler yazbki dusunur adam agir yerin,sozun bilen umumiyyetle yerinde qizdi bir sozle cooog xosum geldi qlamurdan verdiyi cavanlara gore tebiki
14 mart 2015 01:18
# 17
Ayselina
Qlamur bacını yaxından tanımağıma şad oldum. Biz həm də kalleqayıq...yüksək düşüncə tərzinə malik olan gözəl müəllimədir. .xarakterini çox bəyəndim...hər zaman dilimizi sevək sevdirək. Arzularınıza çatasınız insallah.
14 mart 2015 00:19
# 16
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
canr
Bacim Allah seni o gozel arzularina catdirsin.
13 mart 2015 23:22
# 15
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
ismayilova ulker
Qlamur. Bacımnan tanışlığım olub. Səmimi xanımdı. Yaşıdığ həmdə. Çox gözəl müsahibə alınıb.
13 mart 2015 23:14
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ayan97
Bu xanimi serhlerinnen taniyiram bele sohbwtimiz olmib. Bilinirki mueyyen dovru yasamis, heyatin pis ve yaxsi uzunu gormus xanimdi…)
13 mart 2015 22:35
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
AYKA-ISI
ugurlu alinib heyatinda ugurlar
13 mart 2015 22:24
# 12
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Miss_Oxatan
Qlamurr-u cox beyenirem,yerini bilen,medeni,tevazokar,agilli,savadli,xanim xatin qizlarindandir saytimizin.yaxwi qizdi,bajim olsun))))
13 mart 2015 22:23
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
azda olsa tanidiqima sad oldum
13 mart 2015 21:47
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
Men iki dostun hakimi olardim.dusmen onsuz dusmendi .dostluqlarini itirmemekleri ucun her komekliyi ederdim
13 mart 2015 21:44
# 9
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz