Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ismayilova ulker ilə müsahibə
ismayilova ulker ilə müsahibə
Göndərən: ruzgargulum
Şərhlər: 38
Baxılıb: 940
Səs ver:
1..Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.
Çox sağol canım . Məndə sizin aranızda olmağa şadam. Xoş gördük.

2.Buyur canım özünü bizlərə təqdim elə adın yaşın doğum günün neçənci il?
Adım Ülkər soyadım Məmmədovadı.14. 02. 1989-cu ildə dünyaya gəlmişəm.

3.Geyim tərzin necədi daha çox hansı geyimlərə üsdünlük verirsən canım?
Klassik stili sevirəm amma nədənsə həmişə idman üslubu geyinirəm. Bəlkə belə geyimdə özümü rahat hiss etdiyimdəndi.

4.Kosmetiçkanda olan və ən çox istifadə etdiyin kosmetika hansıdır?
Kosmetiçkada çox şey var amma mən göz karandaşı layner birdə dodaq boyasından istifadə edirəm. Təbii ki gecə makiyajını çıxmaq şərtilə. Gündəlik ev halında kosmetikadan istifadə eləməyi sevmirəm..

5.Hansı şəhərdə doğulmusan və hal hazırda harada yaşayırsan?
Mən indiki Şirvan şəhərində doğulmuşam. 1 yaşım olanda Bakıya köçmüşük. Elə o vaxtdan da Bakıda oluram.

6.Sənə elə gəlir musiqi dərmandir?Dinlədiyin musiqi tərzin?
Düzdü bəzən insana lazım olur.Mənim ruh halımla bağlıdı. Kefim pis olanda dinləyirəm. Qarışıqdı. Bircə rok dinləmirəm. Musiqinin digər növlərini dinləyirəm. Gərək o musiqi ürəyimə yatsın birdə sözləri gözəl mənalı olsun.

7.Dərdi verən Allah dərmanını da verər diyirlər. Özünü çarəsiz hiss etdiyin və qərarsiz qaldığın vaxt olubmu?
Doğrudu dərdi verən Allah dərmanınıda verir. Tanrı kimsəyə çəkə bilməyəcəyi dərdi verməz. Olub amma mən hərşeyə qismət deyib keçən insanam. Məsləhət belədi demişəm.

8.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?
Mən dolça bürcüyəm. Tək özüm deyildə , ümumiyyətlə bu bürc altında doğulan hərkəs səbirli olur. Səbirliyəm. Amma məndə insanam. Hər şeyin həddi var. Allaha qurban olum əsəbləşəndə bəzən deyirəm ki, biz xırda əsəbə dözmürük onda Tanrı neynəsin nələrə səbr edir. Deyib sakitləşirəm. Amma mənim cavabımı məndən öncə gözəl Allahım verir həmin insana.

9.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?
Çalışmışam kimsə məndən inciməsin. Hərkəslə mehriban səmimi olmağa çalışmışam. Məcbur deyildə daxili aləmim belədi. Amma yalan deyərəm bəlkədə bilmədən kimisə üzmüşəm.Amma bilərək kimsəni incitmərəm heç zaman. Həyata nəysə qazandıracaq qədər dahi deyiləm. Öz oxum ətrafında sakit fırlanmağa çalışıram həmişə)))

10.Sirr deyilsə Ülkər yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?
Canım mənim . Yoldaşım romantikadan uzağdı elə hallar onluğ olmuyub heç vaxt. Deyim ki ay belə ay elə yox . Sadəcə biz tanışlığımız dostluğla başlayıb sonra sevgiyə çönüb. Bəlkədə əvvəldən sevgi olub biz dostuq düşünmüşük. Sevgi etirafını edəndə. Mən səninlə evlənəcəm demişdi. Heç sualda vermədiki ay balam razısan ya yox.))) Məndə susdum buda oldu hə. Yəni susmaq razılıq əlamətidi)))

11.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?
Mən güləri çox sevirəm. Onların rənginidə heç zaman ayırmağı sevməmişəm. Güllər hər rəngdə gözəldi. Oki qaldı kimə verməyə hamısını ANAMA verərdim. Gülə gül yaraşar.

12.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?
Evladlarımın ana deyişinə bütün dünyanı verərəm. Yəni bu o qədər gözəl hissdiki onu yaşamaq lazımdı. Deməklə anladılacaq kimi deyil. Inşallah körpəni Allahın köməkliyi ilə qucağına alanda mənim sözümə haqq qazandıracaqsan canım.

13.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?
Bilmirəm bəlkədə qorxardım. Yəni ikinci məni təsəvvür eləmək biraz vahiməli gəlir mənə. Qorxardım.

14.Səncə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib canım?
Mən dünya malına heç vaxt önəm verməmişəm. Mən srvib ailə qurmuşam. Və heç vaxt onun harda işlədiyini pulunun hardan gəldiyini soruşmamışam. Qəlbi məndədi bu bəs edir. Indi sevgini çox ucuzlaşdırıblar. Deyəndəki sevirəm deyirlər neçə günlük. Deyəndəki sevir bəsdidə deyirlər uşağlara sevgi yedizdirəcəm. Çox pis çox kirli cümlələrdi. Ruzini yetirən Allahdı. Hər halımıza şükr etməliyik. Mən həmişə deyirəm ki bir boşqab yemək tapıb yeyə biliriksə min şükür bu günki günümüzə. Qalanı hekayədi. Sevgi ülvi hisdi onu dünya malıyla ölçmək olmaz.

15.Səncə insanları yalan danışmağa nə məcbur edir?Bu onun özünə inamsızlığından irəli gəlir yoxsa qorxusundan və ya öz variantın varmı?
Insanı yalan danışmağa heç nə məcbur etmir. Hərşey insanın özündən asılıdı. Sən düz danış qoy səninlə düşmən olsunlar.

16.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?
Xoşbəxtəm canım mənim. Yoldaşımı öz canımdanda çox istiyirəm. Mən onu nəfəsim deyib çağırıram. Onsuz bir həyat təsəvvür belə etmək istəmərəm. Yenidən həyata gəlsəydim yemə həyatımı onunla bağlayardım)

17.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?
Ev işlərindən çəkinmirəm. Bircə corab yumağdan birdə pəncərə silməkdən zəhləm gedir. Corab yumağ vaxt aparır. Pəncərənidə silirsən səhəri baxırsanki batıb)))

18.Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr..
Qara saçlarım , qəhvəyi gözlərim 1.50 boyum:))) 60 kq -da çəkim. Özümdə əsmərəm.

19.Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Bu çətin bir haldı. Bu həyatda ağlatmaq daha asandı. Güldürməyə söz vermirəm amma sakitləşdirməyə çalışaram.

20.İndiki zamanda səncə sadiq sirr saxlamağı bacaran rəfiqə var canım?
Bu mənim üçün ən aktual mövzudu. Mənim heç vaxt rəfiqəm olmayıb. Çünki anam sağolsun elə bir şəraitdə böyütdeki məni rəfiqəyə ehtiyacım olmadı. Ən sadiq rəfiqəm anam olub. Nə olmağından asılı olmayaraq bütün dərdimi rahatlığla anamla bölmüşəm. Sağolsun anlayışla qarşılayıb hər halımı. Ən kədərli anımda başımı onun dizinə qoyub ağlamışam . Ən şən anımdada onu qucağlayıb gülmüşəm.

21..Dua bağlı qapıların açarıdır deyərlər. Duanla açdığın bağlı qapı olubmu?
Mən bağlımı qapılarımı həmişə duayla açıram. Ayrı birşey sınamamışam. Ancaq duayla sınamışam. Şükürlər olsunki. Rəbbim dualarımı eşidib və məni darda qoymayıb.

22.Yenidən dünyaya gəlsəydin hansı səhvi bir də etməzdin canım?
Yenidən dünyaya gəlsəydim çox şeyi dəyişərdim. Yalnış verdiyim qərarlar olub onların hamısını dəyişərdim.

23.Kədərli olduğun zamanlarda tək qalmağı sevirsən yoxsa cəmiyyət içində olmağı?
Tək qalıram. Cəmiyyət içində olsamda fikrim dağınıq olur. Bunun üçün tək qalıramki ssakitləşim.

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Sənə sualım yoxdu. Səni mehriban səmimi gülərüz xoşrəftar sadə bir xanım kimi tanıyıram. Allahdan sənə qadın xoşbəxtliyi diləyirəm. Tez bir zamanda sağ salamat körpəni qucağına alasan. Amin Inşallah.

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
 Qadınlar.biz xanımları mənim üçün dəyərlidi əzizdi. Allahdan hərkəsə qadın xoşbəxtliyi arzulayıram. Hər kəs qəlbindəki arzusuna tez bir zamanda çatsın inşallah.Amin!!!
Sənədə öz təşəkkürümü bildirirəm. Məni qəbul etdin müsahibə aldın çox böyük minnətdarlığımı bildirirəm canım mənim.
 
Canım mənim müsahibəmizdə səmimi olduğun üçün çox sağol çox əmimi cavablar vermisən.Xoş sözlərin üçündə təşəkkürlər bacım allah razı olsun qarşılıqlıdı hamısı hər zaman köməyinə hazıram bacım bacılarım birdə deyirəm çox sağol.


Şərhlər: 38
Baxılıb: 940
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
ulkerim canim sen sevilmeye layiq qizsan. Allah seni yoldasinla be o iki gul balanla omur boyu xoşbəxt elesin. cox seylerde fikirlerimiz ust uste dusur. opurem seni
28 mart 2015 22:41
# 38
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ece uslu
tanışlığıma şad oldum maraqlı müsahibə alınıb
15 mart 2015 12:06
# 37
ŞehZam
Nə qədər ağıllı və səmimi cavablar verilib) Oxudum çox xoşum gəldi, bilmirdim ki yaşıdıq həmişə sizi böyük 30-35 yaşlı qadın təsəvvür edirdim :) Çox şad oldum tanımağıma)) Allah ailənizi qorusun
11 mart 2015 01:00
# 36
ayan97
Tanidigima sad oldum
10 mart 2015 21:52
# 35
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
rəmsə
semimi musahibe alinib,bacimi tanidigima sad oldum,canim ruzgargulume de tesekkurler hamidan musahibe alir 04
10 mart 2015 21:45
# 34
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
sima
soy adimiz biriymiwkii.. 08 ugurlar heyatdaaa
10 mart 2015 19:42
# 33
23.09 25.09 melek melek melek
Chalikushu
Ülker yerliyikki
10 mart 2015 16:13
# 32
men ne vaxt boyudum ki qelbler qirdim(
leyla_258
HER KES MUNASIBET QURA BILSE YAXSI OLAAAAARRR...
10 mart 2015 16:05
# 31
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Madina
Tanislisa sad oldum) semimi,mehriban bir xanimdir papatya
10 mart 2015 13:16
# 30
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
lili)
taniyiram Ulkeri cox yaxsi bir qizdi isdiqani canayaxin xosbextlik arzu edirem qizlarinda opurem hec gorunmur coxdandi
10 mart 2015 08:15
# 29
Sara035
Bacimi taniyirdim,dahada yaxindan tanimagima wad oldum.Gule gul yarawar07
9 mart 2015 22:46
# 28
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
krisa
TANISLIGIMA SAD OLDUM,MUSAHIBEN MENE SEMIMIM GELDI.
9 mart 2015 22:33
# 27
aynur2002
Memnun oldum.Tanisligimiz var idi.Amma daha yaxsi tanidim.
9 mart 2015 22:19
# 26
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
SENSİZ
tanidiqimq sad oldum
9 mart 2015 20:42
# 25
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
tek umidim sen
Cox semimi geldi mene,sad oldum tanimagima
9 mart 2015 20:10
# 24
Kadın derin ama adam yüzme bilmiyor...
SEVGI DENIZIM
Taniyiram bacimi yaxsi xanimdir
9 mart 2015 17:53
# 23
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
gulunnn
Taniyiram bacimizi semimi cavablar verib.
9 mart 2015 17:34
# 22
my_angel
Ülker bacimi sehlerden taniyirdim sadece,amma indi yaxindan tanidim ve mende xos tessuratlar yaratdi.Xosbextliyin daim olsun bacimm :))
9 mart 2015 17:23
# 21
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Qlamurr
Ülkərlə tanışlığım var,səmimi,mehriban ,istiqanlı qızdı.Müsahibə sayəsində daha yaxından tanıdım.Həyatında,məqsədində uğurlar bacı.
9 mart 2015 17:16
# 20
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
tanidiqima sad oldum,xosbextlik dileyirem
9 mart 2015 17:02
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
KRALİCEM
Cox beyendim ugurlar xosbext ol bacim
9 mart 2015 16:03
# 18
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Mrs.Pianist
Taniyram Ulkeri hemiwe mene qisa cvb verirdim deye hirslenirdi deli yoldawinin ele evlilik teklifi lezzet elediye oda bir ormantikliydi dana 122 (guyada men yawamiwam her weyide bilirem 122) wad oldum kizz))
9 mart 2015 15:53
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
isveç.de
Bacımızın şərhlərinə rast gəlirdim. Bugundə dahada yaxınan tanıdım çox şad oldum. Həyatda uğurlar arzulayıram.
9 mart 2015 15:39
# 16
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Ask Doktoru
sexsi tanisligim olmasada sehrlerinden gorsenir ki semimi mehriban hami ile dil tapam boyuk bacimizdi bir az etrafli melumatlar ucun twk tanidigima sad oldum
9 mart 2015 15:12
# 15
Aliye
emis
Səhər səhər müsahibəni oxudum ancaq imkan olmadı şərh yazmağa bacımı tanıyıram çox qəşəng qızdı bəyənirəm hamıyla yola gedir
9 mart 2015 14:50
# 14
tatyana
serhlerden taniyiram,xosbextlik arzulayiram,ugurlar heyatinda
9 mart 2015 14:36
# 13
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
canr
Musahibeniz cox maraqli ve dolgun alinib.Oxuduqca sizi tesevvurume getirirdim.Allah ailenizi size,sizide ailenize cox gormesin
9 mart 2015 14:17
# 12
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
AYKA-ISI
bacimi taniyiram qeweng qizdi bir colkasi var canlar alir bezilerinide catladir;) opurem can xowbext ol
9 mart 2015 13:59
# 11
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
qanadli melek
Cox gozel tanidigima wad oldum
9 mart 2015 13:39
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
serhlerde rast gelirdim bacimiza cox xos teesurat yaratdi mende heyata bagli ailese bagli xosbext bir qadin kimi...hemise bele sevib ssevilesen hec vaxt neyinse pesmanciligini cekmiyesen cox sad oldum 10 cu sualin cavabi lap xosuma geldi 11
9 mart 2015 13:10
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz