Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayselina ilə müsahibə
Ayselina ilə müsahibə
Göndərən: ruzgargulum
Şərhlər: 32
Baxılıb: 869
Səs ver:
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.
-Salam canım. Çox sağolun təşəkkür edirəm sizlərə.

2.Buyur özünü təqdim elə canım adın yaşın doğum günün neçənci il?
- Adım Selcan. 23 yaşım var.27 yanvar 1992 ci ildə doğulmuşam.

3.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?
- Zaqatala rayonunda orta məktəbi bitirmişəm.Elə həmin ili Qafqaz Universitetenin filologiya fakültəsinə daxil olmuşam.Məzun olmuşam artıq.Uşaqlıqdan arzuladığım ixtisasa və çox sevdiyim universitetin məzunu olduğuma görə çox xoşbəxtəm.

4.Canım umümiyyətlə geyim tərzin necədi?
- Mən ən çox klassik üslubu sevirəm.Ciddi geyimlərə daha çox üstünlük verirəm. Bu istəyimdə əbəs yerə deyil.İkinci təhsil olaraq hüqüqşünas və ya politologiya üzrə təhsil almaq istəyirəm . Ciddi geyimləri daha çox özümə yaraşdırıram. Sport da geyinirəm təbiki.

5.Canım demək olarki bilməyən yoxdur amma soruşuram.Sevdiyin insan nişanlınınla tanış olduğun günü bizimlə paylaş canım?
- Bununla bağlı saytımızdakı layihədə daha ətraflı danışacam . hələlik qısaca olsada nəql edim. Nişanlımla üniversitetde tanış olmuşuq. Universitetin nəzdində ədəbiyyat dərnəyi vardi.Biz tez tez tədbirlər təşkil edirdik.Tanınmış şairləri müğənniləri dəvət edirdik.Mən dərnəkdə həm tədbirlərin aparıcısı kimi həm də reklam departamentində iişləyirdim.Nişanlım ixtisasca riyaziyyatçı olsada dərnəyimizdə mühasib kimi çalışırdı.Məni orda görüb bəyənmişdi 3 ay haqqımda araşdırma apardıqdan sonra mənə söz göndərmişdi.Mən də öz növbəmdə "yox" cavabı vermişdim.Səhv etməyimdən ehtiyat edirdim.Həm də namizədlər çox idi. Mənə dediki mən ciddiyəm elçi göndərmək istəyirəm. Valideynlərnə söyləmişdi belə. Ondan sora inandım.3 il birbirimizi yaxşı tanıdıq.Elçi və nişan elədik. 2014 toyumuz olmalı idi. Lakin, atam rəhmətə getdi deyə saxladıq.Qismət olsa bu il olacaq.Artıq 4 ildir ki, birlikdəyik.daha ətraflı layihədə yazacam . hələlik bu qədər.

6.Onunla gələcəyini necə düşünürsən?ətraflı bizlərlə bölüşə bilərsən???
- Canım onunla gələcəyimi çox gözəl rəngarəng olacağına inanıram . Rəbbim hər kəsə mənim nişanlım kimi gözəl qəlbli insan qismət eləsin.Ən əsası onu deyə bilərəm ki, hörmət əsasdır biz birbirimize çox hörmət edirik. Mən onunla fəxr edirəm. Əməkdar müəllimdir . Məni çox sevir, çox ailəcanlıdır, mənim üçün hər şeyin ən yaxşısını etməyə çalışır.

7.Özünüzə aid mahnı yada şeir varmı?Yada sən Elə bir bədahətən şeir yazmısan ona aid?
- " Mənə bir az Ondan danış" şerini çox sevirəm . Klassik mahnılarımızı çox sevirəm." Uzun gecələr" " Alagözlüm" " Ana" mahnılarını çox sevirəm.Həyatıma daha çox Qənirə Paşayevanın yazdığı " İtirdiyim mutluluq" məqaləsini və Ramalın ifasında səslənən " Düşünmə ki, axtarmiram" mahnısında görürəm.Bədahət yazdığım şeir deyil esse olub ama.

8.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???
- Hə, canım, olub təbii ki.Mən 1ci kursda oxuyanda daha çox yazardım.Həm də sıradan nəsə yazmırdım.Daha çox fəlsəfi olaraq ifadə edirdim. Düşünürəm ki, yazmaq daha gözəldir.Yazmaq başqa nəql etmək başqa. Nəql edərkən hardasa qəlbindəkiləri tam olaraq ifadə edə bilmirsən.Ama yazanda o qədər rahat və sərbəst olursan ki, qəlbinin dərinliklərində gizlətdiklərini qələmə sarılaraq, ağ sətirlərə tökə bilirsən. .Onlar ən vəfalı dostlarım idi.Bir zamanlar.Lakin indi hər şeyi nişanlımla bölüşürəm .

9.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?
- Canım, mən bu sualın ifadəsi üçün söz cümlə çoxluğunun qarşısında acizəm.Dünyanın ən gözəl müqəddəs kəliməsi, ən incə səslənən məfhumu. Anam mənim hərşeyimdir.Mənim qoruyucu mələyimdir.Bir qoruyucu mələyim Atam mənə göylərdən baxır. Bilirsən bacı, indiki cəmiyyətimizdə hər kəsi bu ada layiq görmək günah olar . Sənə bir şey deyim bacı:-Mənim anam mənə uşaqlıqdan çoxlu nağıllar hekayələr danışırdı. "Qaraca qız" hekayəsini danışmışdı.Hekayəyə olan böyük sevgim məni onu oxumağa vadar etdi. 1ci sinifdə oxuyurdum. Bir gün qardaşımın kitablarındakı şəkillərə baxanda "Qaraca qız" hekayəsinə rast gəldim . Anama dedim ki, bunu mənim üçün oxusun deyə . Anam dediki, özün oxu.Sizi inandırım ki, 3 gün ərzində mən o hekayəni hərfbəhərf oxuyub bitirdim. Ədəbiyyatçı olmağımda anamın əməyi böyük olub. Və nəhayət o hekayə ilə böyüyən qız.həmin hekayəyə elmi iş yazır və beynəlxalq konfransda iştirak edir.

10.Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam bizlərədə bu hissi açıqlaya bilərsən?
- "Allah" - Bu kəlimə səslənəndə mən özümdən asılı olmadan kövrəlirəm, gözlərim dolur . Rəbbimizə, olan böyük sevgi yaşadır bizi..Mən özümü ən sevimli və xoşbəxt bəndəsi hesab edirəm. Mənim ən yaxın dostum həmdəmimdir.Bəzən gizlincə Rəbbimlə danışıram,hər şeyi etiraf edirəm. Səmimi olaraq danışsaq, təmiz qəlbimizdən hər şeyi etiraf etsək inan k, O bizi heç vaxt darda qoymaz.

11.Hansı mahnı tərzini sevirsən?Hansı mahnı sənin həyatından danışır?
- Mən lirik mahnıları daha çox sevirəm...Qənirə Paşayevanın sözlərinə yazılmış "Dərdliyəm." Suranın sözlərinə yazılmış və birlikdə sözbəsöz incələdiyimiz " Qovuş Ona." mahnısıdır. Ilk dinləyən mən olduğuma görə çox xoşbəxtəm. Bir gün bu mahnının hər kəsin dilində olacağını demişdim. Elə də oldu. Kövrəldim. ...

12.Kiməsə elə bir söz vermisən amma onu yerinə yetirə bilməmisən?olubsa səbəb nədi canım?
- Yerinə yetirməyəcəyim heç nəyin sözünü vermirəm.Ama olub: Canım dostum Suram məndən sevdiyim və ən böyük idealım olan bir şəxsiyyətə məktub yazmağımı istədi bizi görüşdürmək istəyirdi, lakin mən yaza bilmədim. Vicdan əzabı çəkirəm ona görə. Ama yazacam inşallah.

13.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən canım.
Bacı, mənim üçün ən özəl olan günlər...27 yanvar doğum günüm.8 mart anamın doğum günü. 29 may nişanlımla tanış olduğumuz gün, biz hər ayın 29unu, 4 ildir ki, qeyd edirik, surprizlər hazırlayırıq. 22 mart nişan günümüz.11 iyun universiteti bitirdiyim gün.həm də ən böyük kədərimin başlanğıcı...

14.Dinimizə münasibətiniz(Namaz qılırsan canım?)
- Çox xoşbəxtəm ki, müsəlmanam.Bəli, ibadət edirəm..

15.Səndən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edirsiniz?
- Məmnuniyyətlə dinləyərəm.." Bu dünyada hər kəsin bildiyi nə isə var, ama hər kəs hər şeyi bilə bilməz"

16.Hansı ölkəyə və yaxud şəhərə getmək istiyərsən?
-Bir çox şəhərlərdə olmuşam..İstanbul Tblisi Moskva..Parisə inşallah gedəcəyik nişanlımla toyumuzdan sonra.Mən Venesiyanı çox sevirəm.

17.Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?
- Xasiyyətcə mülayim, səmimi, ünsiyyəti sevən, məqsədinə doğru inamla addımlayan, özündən razı insanları heç sevməyən və onlarla ünsiyyətdə çox özündən razı davranan, (ona görə çoxları özündən razısan deyirlər)məsafəli davranan, bütün insanları sevən humanist,romantik, ağır təbiətli bir adamam.İnsan olmaq üçün çalışıram.

18.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?
- Bacı, məni ən çox haqsızlıq əsəbləşdirə bilər. Obyektivəm.Hə tez özümü ələ almağa bacarıram.

19.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?
- Şəfalı çiçək olduğumu düşünürəm. Mənimlə bu həyat, qəlbi vətənin sevgisi ilə döyünən, dilini və ədəbiyyatını sevən, onları sevdirmək üçün bilik təhsil verən bir vətəndaş qazanıb.

20.Həyat bir kinodur bizdə bu kinonun Aktorlarıyıq deyə bu sözlərlə razısan canım?
.- Razıyam. .Bəxtiyar Vahabzadə demişkən.: " Bu dünya bir pəncərədir, hər gələn baxar gedər. "Həyat bir səhnədir , biz insanlar isə aktyorlar. Hər kəs öz səhnəciyini oynayır,səhnəciyi bitdikdən sonra pərdələr qapanır..həyat yolu bitir.

21.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?
- Anama verərdim.

22.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?
- Özümlə qarşılaşsam, ilk öncə xarici görkəmimə nəzər salardım.özümü özümün gözündə təhlil edərdim.çox istərdim ki, kənardan özümə baxım və hansı mənfi cəhətlərimin olduğunu öyrənim.özümə bənzər bir qızla qarşılaşmışdım universitetdə.hətta nişanlım belə məəttəl qalmışdı . Universetet illərimdə mənə ən çox ünvanlanan sual: -"Sizin soyadınız Paşayeva deyil ki?" sualı olurdu.Hətta müəllimlərim belə o sualı verirdi..O, şəxsiyyətə bənzərliyim hədsizdir.

23.Səncə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib canım?
.- Canım, çox gözəl sualdır. Subyektiv fikrimə görə xoşbəxt olmaq üçün ilk öncə sevən zəngin ürək lazımdır..pul sadəcə ehtiyacımızı ödəmək üçün bir vasitədir . sevgini vasitəyə çevirməyək. .

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
.- Bacı, ilk öncə sənə belə gözəl layihələrlə bizi sevindirdiyin üçün və bu gözəl layihədə mənə əmək sərf etdiyin üçün sənə təşəkkür edirəm. .Sualların çox gözəl poetik məntiqi və individualdır.çox bəyəndim. .Sənə sualım: " Səhv etmirəmsə ana olmağa hazırlaşırsan, dünyaya gələcək övladının adını nə qoymağı düşünürsən və övladını gələcəkdə hansı peşənin sahibi olmasını istərdin??? Təşəkkür edirəm bacı.

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
- Bacılarım sizlərə sevgi dolu gözəl günlər arzu edirəm.hər zaman sevib sevilək..
 
Canım mənim müsahibəmizdə səmimi olduğun üçün sənə çox təşəkkürlər.O qədər mənalı düşüncəli gözəl cavablar vermisən ki oxuduqca oxumaq isdəyirəm xoş sözlərin üçündə çox sağol canım mənim allah səni xoşbəxt eləsin sevdiyin insanla bir yerdə allah atanada rəhmət eləsin məkanı cənnət olsun qəbri nurla dolsun allaha belə sadiq olmağın çox gözəldi hər zaman belə dinimizə imamıza sadiq olaraq qalasan canım mənim.Qadı sualına cavab verim inaşallah salamatcılıq olsun bəli canım ana olmağa hazırlaşıram qızım olanda adını zəhra qoyacam o biri səfərə inşallah oğlum olacaq adınıda yusif qoyacayıq canım inşallah allah nəsib eləsin o günləri görək oğlum isdəyirəm həkim olsun qızımda müəllimə allahın köməkliylə. Gözəl sual üçün təşəkkürlər canım çox sağol.


Şərhlər: 32
Baxılıb: 869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Tanidiqima sad olum,xosbextlik dileyirem
8 mart 2015 19:34
# 32
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Narın Yağış
Çox savadli xanima benzetdim..ugurlar..
8 mart 2015 17:51
# 31
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
lili)
tanidiqima sad oldum bacimiza uqurlar dileyirem
8 mart 2015 09:03
# 30
FISTIK
Tanimaga sad oldum cox maraqli alinib müsahibə
8 mart 2015 02:17
# 29
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Ayselina
Hər birinizə gözəl və dəyərli sözlərinizə görə təşəkkür edirəm. .çox sağolun...Sevinc bacı körpəni sağsalamat qucağına alasan..bir daha təşəkkür edirəm.
8 mart 2015 01:24
# 28
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
krisa
Ayselina bacimin nece savadli olmagini qurdugu cumlelerinden cox aydin bilmek olar.Baci heqiqi cox gozel alinib.Allah atana rehmet elesin.Insaallah sevdiyin sexsle de aile qurarsan.Bir de onu qeyd edim ki,menim en sevdiyim senetin sahibisiniz.Mene qismet olmadi.ALLH bextinizi gozel etsin baci.
8 mart 2015 01:03
# 27
ece uslu
taniwligima wad oldum musahibe maraqli alinib cavablarda semimidi allah atasi i rahmat elesin nisanlisi ile de omur biyu xowbext olsun
8 mart 2015 00:02
# 26
zayka15
Tanisliga sad oldum.Allah atasina rehmet elesin.Xoshbext ol canim
7 mart 2015 23:50
# 25
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
SENSİZ
allah atasina rehmed qalanlara can saliqi versin
7 mart 2015 23:31
# 24
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
isveç.de
Bacımız yayınan tanıdığıma çox sevindim. Namaz qılan olduğuna görə mən çox şad oldum Allah ibadətivi qəbul etsin inşAllah sevib seçdiyin insanla bir ömurluk xoşbəxt olarsız.
7 mart 2015 22:06
# 23
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Gunesh
Müsahibe çox maraqlı ve semimi alınıb... Heyat yolunda uğurlar arzu edirem..
7 mart 2015 19:35
# 22
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
Mrs.Pianist
Wad oldum. Allah atanana rehmet etsin.Niwanlinada chox xoshbext olarsan insaALLAH
7 mart 2015 19:04
# 21
Acısı çox olan qizların guluşu gozel olur.!
adsiz-a
Taniwliqa wad oldum,cox maraqli cavablardi,adinda cox qozeldi
7 mart 2015 18:41
# 20
Menim balam
Tanişliğimiza Şad oldum 03

Tanişliğimiza Şad oldum 03
7 mart 2015 17:51
# 19
Rahila
Taniwliga wad oldum selcan. Adin xowuma geldi). Maragli cavablardi.Xowbext ol inwAllah
7 mart 2015 15:02
# 18
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
nayino
Allah en pis acilarsan birini yasadib ona.Allah sebr versin.
7 mart 2015 14:08
# 17
ayshen
Cox beyendiyim ve Zövqle oxudugum musahibe oldu.. Tanidigima shad oldum.. Oz senetini, ishini, en esasi dilimizi ve edebiyyati bu qeder seven birini gorende cox sevinirem..size ishlerinizde ve heyatinizda ugurlar dileyirem..muellife de teshekkurler, sizi tanimagimiza vesile oldu 20
7 mart 2015 13:05
# 16

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
emis
heqiqeten gozel musahibe alinib.suallara cox uzun ve dusunceli cacab veribsen. yazdigin her bir cumleden anlasilirki cox savadlisan canim xosbext ol sevdiyinle
7 mart 2015 13:03
# 15
Tomris Müslümova
hee bu baci menim yadimdadi.kederli gununu bizimle paylasmisdi.mezun gununde atasi rehmete getmisdi ve refiqesi suranin olumunu paylasmisdi..olduqsa savadlidi,bele insanla hemsobet olmaq onlarin yazisini oxumaq mene zovq verir.ugurlar size xosbext olun nisanlinizla allah size birde kederli acili gunler yasatmasin.
7 mart 2015 12:39
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nergizz
cox gozel musahibeydi,maraqla oxudum,werhlerinden tanyrdim, bu qeder gozel insan oldugunu dahada yaxwi tanidim tandgmada cox sevindim,ALLAH atana rehmet elesin,ananada can sagligi versin hemiwe xowbext yawayasan buna layiqsen,hem agli,hem elmi cox gozel savadin var,ALLAH herweyi ureyince versin,xowbext ol canim,
7 mart 2015 12:31
# 13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ayan97
Musahibe maragli alinib. Suallara verilen cvb lar cox dolgun ve savadli cvblardi bilinirki tehsilli ve dunya goruslu xanimdi. Allah atasini rehmet elesin. Insallah layiqince ovlad olur. Nisanlisiylada xosbext etsin…)
7 mart 2015 11:24
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Bir etiraf edim ki,bu günə qədər oxuduğum ən gözəl dolğun müsahibədi.Bacımızı az da olsa tanıyırdım,çox savadlı,mədəni,dünya görüşlü olduğu hər kəlməsindən bilinir.Suallara dolğun və dürüst şəkildə cavab verib,bu da daxili aləminin zənginliyindən irəli gəlir,savadlı insan danışığından bilinir.Öz ayaqlarının üstündə durmağı bilən bir xanımsan.Sözünü deyən insanın qarşısında heç kim dura bilməz,inşallah təhsilinin də davamı gəlsin.Nişanlınlada xoşbəxt ol,bir-birinizi tamamlıyırsınız.Xoşbəxt günlərin çətin günlərini unutdursun,yaxşı mənada.Həyatında,məqsədlərində uğurlar.
7 mart 2015 11:01
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Maraqlı alınıb müsahibə.Bacını şərhlərindən tanıyırdım,daha da yaxından tanımağıma şad oldum.Allah atasına rəhmət eləsin.
Hə bir də anasının doğum günə nə yaxşı günə təsadüf edir.
7 mart 2015 10:45
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Cox beyendiyim musahibe oldu hemde xanimin zaqatalali oldugunu bilmirdim
7 mart 2015 10:39
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
angel H-va
seni tanidigim ucun cox wadam.cox agilli qiza oxwayirsan))))
7 mart 2015 10:29
# 8
aziz a
Bacim cox savadli ,dunya goruslu birusi oldugunu oz cavablarinda numayis etdirib, cox dolgun ve maraqli cavablar verib, heyatinda xos ve kederli anlar da olub, Allah atana ve refiqene rehmet elesin, senide sevdiklerinle xosbext etsin.
Sevincim sende sag salamat ana,olasan
7 mart 2015 10:04
# 7
Qelbim doludu !!!!
sona
Men hele bele gozel menali cumlelerle dolu musahibe oxumamiwdim. Duzu bu bacimizin werhlerine hec vaxt diqqet yetirmemiwdim ama saytda beke bir userin varliginnan xeberdar idi. Allah xosbet elesin niwanlinla omur boyu. Allah atava da rehmet elesin mekani cennet olsun. Cox wad oldum taniwliga
7 mart 2015 10:03
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Miss_Oxatan
Selcan adindan cox xowum gelir.hemiwe demiwem yene de deyirem tehsilli xanimlara,xususende savadli tehsile malik olan xanimlara boyuk regbetim var.savadi olan insan ister daniwanda,ister yazanda belli olur.men sozun duzu xanimi 17,18yawlarda,wiltaq,serbest biri hesab edirdim ama musahibede gordum ki,agilli,savadli,medeni ve ozune inamli qadindir.ugurlar arzu edirem wexsi heyatinda ve kariyerasinda.ozune inamli,ayaqlari ustunde dura bilen xanimlara lori dilde desek kimse bata bilmez.cunki elmin acmadigi ne qapi var ne de qelb.sevib secdiyi insanda el diliyle desek ozune babdir.bir birini inaniram ki,bir baxiwdan sozsuz kelmesiz anlayacaqlar.bu da kafidir ki,xowbext cutluk hesab edilsinler.musahibeni cox beyendim.dolgun ifadelerle zengindir.maraqli ve oxuyub da bir weyler goturenler olacaq eminem ki.xususen de zeif xarakterli qadinlara numune olmalidir ezmli insanlar.maraqli musahibeye gore her ikinize de minnetdaram.sag olasiniz.ikinize de ugurlar.
7 mart 2015 10:00
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
talis balasi
Cox maraqli alinib musahibe seve seve oxudum
7 mart 2015 09:58
# 4
AYKA-ISI
bacimi tanimirdim taniwliga wad oldum sevinc bacimd qeyd etdiyi kimi cavab o qeder gozeldiki adam oxuduqca oxumaq istiyir size bir omur boyu mutluluklar xowbext olun

bacimi tanimirdim taniwliga wad oldum sevinc bacimd qeyd etdiyi kimi cavab o qeder gozeldiki adam oxuduqca oxumaq istiyir size bir omur boyu mutluluklar xowbext olun
7 mart 2015 09:47
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz