Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
fialka ilə müsahibə
fialka ilə müsahibə
Göndərən: ruzgargulum
Şərhlər: 40
Baxılıb: 1040
Səs ver:
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.
Salam bacım məndə şadam çox sağol

2.Buyur özünü təqdim elə canım adın soyadın yaşın neçənci ilsən?
Əzizova Firuzə 1991- ci ildənəm

3.Sən həyatdan ən çox nədən qorxursan?Qorxularının üzərinə gedirsən canım?
Ən çox bu həyatda Allahın qəzəbinə tuş gəlməkdən qorxuram bunun üçün isə çalışıram imanım güclü olsun həmişə doğru yolda olum

4.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???
Olub belə anlar istəməmişəm kiməsə danışım yəqin başa düşülməməkdən qorxduğum üçün heç ağ vərəqə də etibar etməmişəm

5.Bu günə kimi dərk etdiyin ən aci həqiqət,kəsf etdiyin həyat qanunu?
Ən acı həqiqət mənim üçün doğru bildiklərimin yalan olması olub, kəşf etdiyim həyat qanununu belə izah edərdim, Hər şeyi sən istədiyin üçün edəcəksən, başqası səndən istədiyi üçün deyil.Və sən, sən olaraq qaldığın müddətcə sənin yanında olanlar da xoşbəxt olacaq

6.Təsəvvür etkir həkimsən ve vəfasız sevgilin illər sonra xəstəndir.Nə edərsən?
Bilirsən həmişə kiçik yaşlarımda həkim olmağı arzu etmişəm baxmayaraq ixtisasım başqadı fikirləşmişəm ki, onları sağalmat şəfa vermək necə xoş bir hissdir əgər xəstə olan vəfasız sevgili olsaydı onun digər xəstələrdən fərqi olmazdı yenə eyni şəkildə sağaltmağa çalışardım

7.Səncə arzu nədir?Ümid nədir?Xəyal nədir canım?
Arzu insanın istəkləridir hansı ki,həyatı boyu çalışır ki, reallığa çevrilsin və bitib tükənmir necə deyərlər arzudan arzu doğur,Ümid elə bir şeydir ki, o hər kəsin ürəyində var və insan ömrünün sonunacan açılan hər səhərə ümüdlə gözünü açır axı ümüdlər sonda ölür buna inanıram, Xəyal nədir desən bircə onu deyə bilərəm ki, bu dünya xəyal dünyası deyil o xəyallar səni göyün yeddinci qatından yerə də çırpa bilər odurki reallıq daha yaxşıdı

8.Daha çox dinləməyi yoxsa danışmağı xoşlayırsan canım?
Düzünü desəm dinləməyi daha üstün tuturam demirəm danışmıram heç əksinə yerində lazım olanda danışmağıda bacarıram)

9.Biraz əl qabiliyyətindən danışaq.Bacarığın nər yerdədi canım?
Əl qabiliyyətim biş düşlə bağlıdı dadlı təamlar hazırlayiram birdə muncuqla toxumağı bacarıram müxtəlif aksesuarlar hazırlayıram

10.Yeri gəlmişkən canım subaylığın daşını nə zaman atırsan?
Qismət nə vaxt olsa, yenə qismətin boynuna atıram )) əslində bu çox məsuliyyətli və ömürdə bir dəfə olan haldı məndə hələki düşünürəm görəkdə o vaxt nə vaxtı))

11.Geyim tərzin necədi canım daha çox hansı geyim növlərinə üsdünlük verirsən?
Belə gündəlik rahat geyimlərdən istifadə edirəm ancaq xüsusi yerlər varki ora klassik üslubda geyinirəm

12.Ailənin daha möhkəm olması ən çox kimdən asılıdı və niyə?
Ailənin möhkəm olmağında həm atanın həm də ananın böyük rolu var ancaq anamın sayəsində daha möhkəmdi çünki o böyük bir sınaqdan keçib bu günə çatıb hansı ki, çoxlarının keçə bilmədiyi və Allah onun əziyyətinin qarşılığını elə böyük mükafatlandırdıki indi heç bir əziyyəti xatırlatmır ona bu günümüzə şükür

13.Kosmetiçkanda olan və ən çox istifadə etdiyin kosmetika hansıdır?
Belə kosmetikadan çox istifadə edən biri deyiləm edəndə də çalışıram sadə daha çox təbii görünüş olsun

14.Mətbəxə, ev işlərinə münasibətin necədi canım?
Mətbəxlə aram çox yaxşıdı yeməklər şirniyyatlar bişirməyi çox sevirəm ancaq hərdən bişirirəm çünki evdəkiləri kökəldirəm, ev işləridə görürəm qaydasında anam sağolsun o barədə kapriznidir ))

15.Hansı filmdəki hansı xarakterin həyatının sənin həyatın olmasını istəyərdin?
Düzü film izləyərkən belə özümü hər hansısa obrazın yerinə qoymamışam ancaq rejissoru olardım yəni obrazları idarə edən rejissor

16.Deyirlər həyatda bir məktəbdir. Bu məktəb sənə nələri öyrədib?
Böyük məktəbdi mən deyərdim yaşaya-yaşaya insan həyatın hər üzünü öyrənir bu həyatda ən çox insan olmağa çalışmaq lazımdır çünki ən böyük vəzifə insanlıqdı hansı ki, bu vəzifə çoxlarında yoxdu o deyirləre necə insan adamdı bax elə olmaq birdə bu qısa həyatı boşa verməmək lazımdır bu gün varsansa bu sabah olacağın anlamına gəlməz

17.Gündə azı 3 dəfə qulaq asdığın mahnı və ya müğənni varmı canım?
Qulaq asdığım mahnılar var təbii ki ancaq çox sevirəm lirik instrumental musiqi çünki onların sözləri yoxdu insanın düşüncələri onda sərhədsiz olur mahnılarda isə bu belə deyil sözləri var və sənin düşüncələrin o sözlər əks etdirir o tərəfə keçmir

18.Səncə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Paxıllıq insanı içindən yeyən bir şeydi heç vaxt o insan artmır və imanı zəif olan insanlarda olur paxıllıq bu təkcə xanımlara aid deyil ümumi insanlarda olur kişi qadın fərq etmir

19.Hər bir insanın özünə görə arzuları olur. Bəs sənin arzun nədir?
Özümə arzum ancaq Allahın buyurduqlarına əməl edənlərdən olub həmişə doğru yolda olmaqdı

20.Həyatında eşitdiyin ən dəyərli söz hansıdır canım?
Ən dəyərli söz mənim atamın mənimlə fəxr etdiyini deməsi olub bunun önəmi mənim üçün çox böyükdür

21.İlk dəfə neçə yaşından kablok geyinməyə başlamısan?
İlk dəfə 5-6 yaşım olanda mamanın kabloklarını geyib evdə gəzirdim uşaqlıqlarım yadıma düşdü belə ancaq ilk dəfə məktəbi bitirən günü geymişəm

22.Hansı ölkəyə getmək istəyərdin? Və hansı ölkələrdə olmusan?
Ən çox maldiv adalarına getmək istərdim birdə Avropa ölkələri xaricdə isə bir dəfə Rusiyada olmuşam

23.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?
Odlar Yurdu Universiteti menecment fakültəsini bitirmişəm

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Canım sənə sualım yoxdur səni çox səmimi cana yaxın biri olaraq tanıyıram sənlə ünsiyyətdə olarkən sanki bir rahatlıq hiss edirəm sənə arzum inşAllah körpəni sağsalamat qucağına alarsan daim üzün gülsün xoşbəxt ol canım

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Qızlarımıza arzum budur ki, inşallah arzuları çin olar və Allahın əməli saleh bəndələrindən olarlar Amin
 
 Canım müsahibədə verdiyim suallara qarşı aldığım cavablar üçün çox sağol tam səmimi vermisən cavablar xoş sözlərin üçündə təşəkkürlər canım mənim..


Şərhlər: 40
Baxılıb: 1040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli musahibedi
15 mart 2015 03:59
# 40
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nayino
Cavablar maraqli idi
13 mart 2015 13:28
# 39
Tomris Müslümova
serhlerini oxudugum xanim cvb lar ela xosuma geldi....cox sad oldum
28 fevral 2015 16:02
# 38
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nergız33
SSayta teze daxıl olmuşam qızlarla tanış olduqca çox şad oluram
28 fevral 2015 15:54
# 37
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
canr
Tanidigima sad oldum.Allah bextini versin
28 fevral 2015 11:23
# 36
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
isveç.de
şad oldum gözəl bacım həyatda sənə uğurlar arzulayıram .
28 fevral 2015 05:01
# 35
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
ece uslu
maraqli musahibedi cavablari da beyendim semimi qizdir xowbext ol canim
28 fevral 2015 00:34
# 34
ismayilova ulker
Canım Firuzəmi tanıyıram. Şən zarafatcıl mehriban qızdı. Müsahibədəndə daha yaxından tanıdım. Çox gözəl suallar və səmimi cavablar oldu. Uğurlar arzulayıram. Xoşbəxt olun.
28 fevral 2015 00:25
# 33
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Fialka
Müsahibəyə görə Sevinc sənə təşəkkür edirəm, eyni zamanda müsahibəni bəyənən və xoş sözlərinizə görə hər bir userə təşəkkür edirəm ... 20
27 fevral 2015 23:28
# 32
Sara035
Fialkam canimdi,cox lap cox istiyirem xetrini yaxwiki unsiyyetim oldu dediyim qizlardandi,agilli terbiyeli.musahibe gozel alinib heyatinda ugurlar arzu edirem bacima opurem
27 fevral 2015 22:18
# 31
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Nergizz
qewng menali cavablar verib werhlerinden tanyrdim,indi daha yaxwi biri kimi tanidim ALLAH xowbext elesin arzularina catdrsin
27 fevral 2015 21:49
# 30
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
aynur2002
Bele munasibetimiz olmayib amma serhlerden taniyirdim.Yaxsi qiza oxsayir.Heyatinda ugurlar dileyirem. ltfen
27 fevral 2015 21:33
# 29
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
aziz a
Tanidigima sad oldum ve mence bacimin gozel el qabiliyyeti var mence.
27 fevral 2015 21:30
# 28
Qelbim doludu !!!!
Rahila
Şad oldum. Xoşuma geldi müsahibə
27 fevral 2015 21:24
# 27
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
Ayselina
Tanıdığıma şad oldum bacı. .gözəl düşüncə tərzinə malik bir xanımsan.
27 fevral 2015 21:17
# 26
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
krisa
Fialka bacimizi serhlerden taniyiram.Musahibeni oxuduqdan sonra daha yaxindan tanidim.
27 fevral 2015 19:15
# 25
arzum-aysum
serhlerine tez tez rast gəlirəm bacimin. musahibe sayesinde tanisligim da oldu. xos tanımaq gozel bacim. Allah butun dileklerini, istəklərini gərçək etsin. amin
27 fevral 2015 18:33
# 24
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
my_angel
Müsahibə çox maraqlı alınıb şərhlərini bəyəndiyim, hörmət etdiyim userlərdəndi.Həyatında uğurlar arzu edirəm.Tanışlığa şad oldum)
27 fevral 2015 17:13
# 23
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Melek5
sad oldum canim
27 fevral 2015 16:59
# 22
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
EsmaNur
heqiqeten cox semimi xanimdir bir defe daniwmiwam onunla cox xowum gelib
27 fevral 2015 16:02
# 21
qonaqa
Tanisliqimiza sad oldun
27 fevral 2015 15:08
# 20
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Madina
Gozel musahibe alinib,tanisliga sad oldum papatya
27 fevral 2015 15:02
# 19
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ayan97
Sado oldum tanimagima hec elaqem yoxdu amma yaxsi qiza oxsiyir…)
27 fevral 2015 15:00
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Ask Doktoru
Heleki saytimizin qizlarunu yaxindan tanimiram cvblarindan cox yaxsI omsan oldugun dusundum azda ola tanis oldugum ucub sad oldum
27 fevral 2015 14:40
# 17
Aliye
Sucan
Sad oldum tanidim ucum
27 fevral 2015 14:35
# 16
rəmsə
Tanıyırdım,daha da yaxından tanıdığım üçün şad oldum.İnşaallah xoşbəxtlik dolu bir yuva qurar...
27 fevral 2015 14:13
# 15
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
naxçıvan balası
Tanıyıram firüzemi çoxda sevirem lap yaxından tanıdığıma şad oldum ,müsahibeni çox beyendim ela alınıb sualarda cevablarda eladı ,heyatda uğurlar canım menim Allah hemişe kömeyin olsun
27 fevral 2015 13:14
# 14
Mrs.Pianist
Wad oldum taniwliqa.Gozel alinib.Musahibe
27 fevral 2015 12:36
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
acisko
Musahibe cox gozel alinib cavablari cox beyendim heyatinda bolluca ugurlar inwAllah her wey ureyin isdediyi kimi olar. 123
27 fevral 2015 12:14
# 12
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
tatyana
haqqinda bilmek istediyim userdi,oxudum bildim,tanidigima sad oldum.ugurlar heyatinda
27 fevral 2015 12:10
# 11
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz