Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu günün SƏBƏBKARI - kespixo
Bu günün SƏBƏBKARI - kespixo
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 646
Səs ver:
 Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın zhappy%20birthday kespixo -du   zhappy%20birthday .... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - kespixo
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam canim. K.Aytəkin
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
1994.. 24oktyabr
 
3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?
Düzdü bir yaş da gəlir yaşımın üstünə. amma özümü hələ də 17 yaşında hiss edirəm. Elə bil o illərimdə ilişib qalmışam:)))
 
4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Vallah adi bir duyğudur mənim üçün.
 
5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Yox heç xəbərim yoxdu. yaxşi yadıma saldın gərək soruşum)))
 
6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Ən gözəl hədiyyəm həyat yoldaşımla keçirdiyim romantik bir gün olub.
 
7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
 Bir iki dəfə olub

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Olub istəmişəm. amma hələ də onu mənə hədiyyə etmiyiblər. heç kimə deməmişəm də.
 
9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Əlbət də. Ətir bir buket gül
 
10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?
Əlbət də yadımdadır heç vaxt unutmaram.
 
11. Ana üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onlarla birgə qeyd etmək ən gözəl gününü, hansı hissləri yaşadır sənə??
Onlarla keçirdiyim bu ad günüm ən gözəl hədiyyədir mənə. Allahıma şükür edirəm ki, mənə iki gözəl pay verib. nə hisslər yaşadığımı da dillə demək mümkün deyil, məncə onu yaşamaq lazımdır
 
12. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Hə, çox təəsüf ki, bir dəfə yoldaşım unutmuşdu. çoox pis olmuşdum onda:)))
 
13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Hələ ki, yox. Gələcəkdə etsələr pis olmaz:))
 
14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Həmişə doğum günümü qeyd etmişik. amma həmişəki kimi olub. fərqli daha çox yadda qalanı olmuyub.(yadımda qalanı yoldaşımın unutduğu doğum günümdü 122
 
15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Bəli, yuxarıda yazmışam..
 
16. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.
Düzdü işləyəcəm. amma nə də olmasa öz ad günümdü də, mənə görə o qədər əziyyət çəkirlərseə mən də bir az kömək eləməliyəm də.
 
17. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Çox gözəl hissdi. çox sağ ol ki, canım məni unutmadın
 
18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Açığı desəm, elə sənin yada salmağın, bu xəbəri hazırlamağın mənim üçün ən gözəl təbrikdi. və ünsiyyətdə olduğum bacişkolarımdan almaq istərdim ilk təbriklərimi.
 
19. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?
Vallah yadımda deyil, maraqlı təəcüblü hansı olub.
 
20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Bu yeni yaşımda ən çox istədiyim evimizin olmağıdı. yəqin ki, bildin canım səbəbini. Ən əsas da Tanrıdan istədiyim balalarımı, ailəmi mənə çox görməsin.
 
Bu günün SƏBƏBKARI - kespixo
 
Mənim canım, səni ürəkdən təbrik edirəm... bütün qəbimlə özünün də arzuladığın arzularının tezliklə həyata keçməsini, yenidən içində xoşbəxt günlər yaşayacağınız evinizin olmasını diləyirəm... Gözəl bacım, Tanrı o iki gül balanı gözü dolusu böyütməyi nəsib etsin... bir ana üçün ən böyük xoşbəxtlik balalarının gözəl günlərini görməkdi... inşallah Tanrı balalarını başına tac, gözünə nur edər... bəxtləri, taleləri gözəl olsun... amin...
 
 Bu günün SƏBƏBKARI - kespixo


Şərhlər:
Baxılıb: 646
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz