loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susarsan...
Susarsan...
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 631
Səs ver:
Susarsan bəzən... Çünki sussan canının yanmadığını düşünərsən, amma susduqca daha çox yandırarsan. Düşünərsən, düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar, nə də ki, soyuq. Sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan.... Susarsan bəzən... Çünki ağlamaq, ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan, çox axtararsan, amma nəyi tapdığını, nəyi itirdiyini bilə bilmərsən... Susarsan bəzən...Çünki nə var, nə yoxsa, danışmaq istəmərsən. 
İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir "ah" düşər içinə... Böyüyər, böyüyər böyüyər... Böyüdükcə sən min parçaya bölünərsən, bəlkə. Amma susarsan. Yənə susarsan. Susarsan bəzən... Çünki min cümlə düşər içinə, min dərd düzülər ürəyinə... Min dərd bir səs etməz. Susarsan yenə.. Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi "heç" olmuş kimi... Susarsan... Susarsan bəzən...Çünki boşluq buraxmaq istəyərsən. Canın nə qədər yansa da, ifadə edə bilmərsən. Sən onun ürəyində kilidli qalarsan, o da sənin mənliyində. Min kəlimə olsa da, bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heç nə bölə bilməz... 

Susarsan... Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər, bəlkə də, izah edə bilmərsən. Qaçarsan insanlardan, amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkən də, açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heç nə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan... Susarsan bəzən...Çünki səni nə qədər incitsə də bağışlayarsan. Həmişə keçməyə çalışarsan, o xoşbəxt olsun deyə həmişə gülərsən, amma içində qan ağlayarsan... Onun səhvlərini görməməzlikdən gələrsən, nə qədər acı versə belə yenə də imtina edə bilmərsən... İncitməkdən qorxarsan, istəmərsən canı yansın... Kömür kimi közərsən də sönərsən. Susarsan...

Müəllif: Elvir Onur

Şərhlər: 13
Baxılıb: 631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
susarsan seversen sevirem deye bilmersen
21 sentyabr 2016 15:29
# 13
xala oldum
zuzuma qurban xalasi Zəhram qizil parasi
heyatim_menim
cox gozel yazidir.susmaq bezen her seyi ifade edir mence.susmaq en gozelidir ne incidersen ne de ki uzulersen.amma susaraq da inciyersen.heyatdi deyirsen bezen.demeli bunu yasamaliidim demek.bu sadece qismetdi deyib susarsan

21 mart 2016 21:25
# 12
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Tomris Müslümova
Gözəl yazıdı.Oxuduqca belə insan mənəvi rahatlıq tapır.Bitməsini heç istəmədim..Mən emosional insanam.Deyən-gülən,bir yerdə sakit dayanmayan amma birdən elə günüm olur ki,çox susqun oluram.Adam özüdə bilmir səbəb nədi amma bəzən məndə sakitliyimə qapılıram.İnsanlıq halı...
21 mart 2016 20:32
# 11
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
vipbetul
urey sixici yazidi
21 mart 2016 17:09
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
_TəHLuKə_
Susarsan...Çünki,nə var,nə yox danışmaq istəmərsən..
21 mart 2016 14:51
# 9
Özün ol!Qəti özənmə özgələrinə!
Dj_Vampir
Çünki sussan canının yanmadığını düşünərsən, amma susduqca daha çox yandırarsan
21 mart 2016 14:39
# 8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
kiraz mevsimci kiz
bezi seylere susuram hele de...
21 mart 2016 13:12
# 7
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
aziz a
Susqunam.....
21 mart 2016 12:49
# 6
Böyük Rebbim sen özün kömek ol hamıya....
Barbaris
susmaq qizildir deyibler
21 mart 2016 12:25
# 5
Счастье это у тебя есть ребенок от любимого.и ты знаешь что у вас будет все хорошо urek
lale.veliyeva19
susarkən düşünər insan nə üçün danışmadığını niyə sevdiyini düşünər....
21 mart 2016 10:54
# 4
Canım Dənizim heartXalasının birdenesi

___Jasmin___
susmaq her sey deyil bezen
21 mart 2016 10:25
# 3
#atasanbudənizəözüvü
Black_Star
^^Susmaqda danishmaqda yerli-yerinde olmalidir Tez tez danishmahi secsemde susmagi bacariram. 08 Ama sözüm oldusa hecccvaxt susmaram haqqimi teleb edirem.
21 mart 2016 09:31
# 2
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
BARBI
Hec vaxt susan olmamisam . Susmaq menim ucun acizlikdir
21 mart 2016 09:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz