loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün ağladım...
Bu gün ağladım...
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1040
Səs ver:

alt


Bu gün ağladım...



Aylar sonra ilk dəfə ağladım. İlk dəfə bir-iki damla yaş axdı gözümdən. Səbəbini bilmədim. Qəlbimin dərinliyində bir özləm, bir sıxıntı var idi. Aşkar edə bilmədim.



Aylar sonra ilk dəfə ağladım. Sanki nostalji hisslərimə qapıldım. Köhnə günlərçün, köhnə dostlarçun, bəlkə də məktəbli vaxtlarımçun darıxdım. Aşkar edə bilmədim.



Bu gün ağladım mən. Yalan gülüşlərə inad olsun deyə. Saxtakarlara ar olsun deyə ağladım. Unutdum bu günlük özümü. Atdım qüruru.



Qaçdığım reallıqlarla üzləşdim bu gün... və ağladım. Qulaq tıxadıqlarımı bir-bir özümə dedim və qəbul etdim. Doğruları, yanlışları ayırdım. Qəlbimin səsini və ağlımın dediyini eşitdim. Ağlıma qulaq asdım.



Düşünmək istəmədiklərimi bir anlıq düşündüm. Qorxmadım həmişəki kimi düşünməkdən bu gün. Düşündüm və nəticə çıxartdım. Bir il bundan əvvəlki həyatıma, bir də bu keçən bir ilimə baxdım. Fərqləri gördüm.



Həyat sanki eyni gedir. Hər gün dərs-ev, ev-dərs. Bəzən internet, feysbuk, virtual tanışlar və s. və i.a. Düşündüm ki, görəsən, axırıncı dəfə nə vaxt şeir yazmışam? Axırıncı dəfə nə vaxt cızma-qara eləmişəm? Axırıncı dəfə nə vaxt günlüyümü açmışam? Gördüm ki, xatırlamıram.



Deyirlər ki, insanlar böyüdükcə onların gülüşləri azalır, problemləri artır. Elə bil, böyüyürəm. Hər şey mənasızlaşır. Gülüşlər maraqsızlaşır. Rənglər uzaq qaçır, bozluq yaxınlaşır. Bir aqressivləşmə, bir pessimistləşmə hiss edirəm özümdə. Böyümək belə olacaqsa, heç böyümək istəmirəm. Uşaq qalmaq istəyirəm..


Şərhlər:
Baxılıb: 1040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz