loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən sənin bədəninin ətrini sevdim.
Mən sənin bədəninin ətrini sevdim.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1193
Səs ver:

http://imgs.su/tmp/2012-02-01/1328108395-435.jpg

Mən Sənin baxışını sevdim...

Ağlımı aparan, ürəyimi isidən,

Gözlərimdə oynayan baxışını.

Mən sənin o gözəl saçlarını sevdim,

Dalğalanarkən ətrindən bihuş olduğum saçlarını...

Mən sənin o balaca əllərini sevdim.

O əllər bilirəm ki, titrəyirdi

Mənim məktublarımı oxuyanda.

O əllər utandığını gizlətmək üçün üzünü örtürdü.

O əllərini sevdim...

Mən sənin bədəninin ətrini sevdim.

Axtarıram, tapa bilmirəm o ətri

Heç kimdə yoxdu.

Ehtiyacım olanda mənə təsəlli verdi sözlər

Dünyanın ən xoş, ən dürüst sözlərini eşitdim səndən

O sözlərini sevdim...

Mən sənin duyğularını sevdim.

Baxışından, duruşundan oxundu onlar

Gözlərin yol çəkərkən oxudum duyğularını,

Hər halından oxudum .

Təmiz idi, saf idi onlar.

Mən sənin sədaqətini sevdim.

Heç kimdə görmədim,

Heç bir qadında hiss etmədim,

Çətinlikdə, dar ayaqda varlığından güc aldığım sədaqətini.

Mən sənin nəfəsini sevdim.

İlk ahar çiçəyinə qonan arıları görmüsən?

O arılar nəfəsinə qona bilsəydi,

Gül-çiçək üz döndərərdi.

Xoşbəxtəm ki, o nəfəsini hiss etmişəm.

Mən sənin həsrətini sevdim.

Acı olsa da mənimdi.

O acı həsrət mənə şirindi, çünki sənindir.

Sən vermisən mənə onu.

Və bilirəm ki o həsrətin sonunda barışıq var, anlayış var, vüsal var.

Mən sənin məhəbbətini sevdim.

"Səni sevirəm" deməyini heç vaxt unutmaram.

Oxuduğum mahnılarda, eşitdiyim nəğmələrdə, baxdığım filmlərdə...

Hamısında məhəbbət var.

Heç biri sənin məhəbbətin qədər böyük deyil, dözümlü deyil.

Sənin təmiz məhəbbətini sevdim.

Gözlərimdə işıq, sözlərimdə məna oldun sən.

Nə yaxşı ki gəldin, nə yaxşı ki gəldin mənim həyatıma,

Gəldin, və ömrümü bəzədin.

Sənin sadəliyin, sənin gözəlliyin,

Sənin fərqliliyinlə

Mən Səni Sevdim

Yalniz Səni....

 


loading...
Şərhlər:
Baxılıb: 1193
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz