loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gozel Mehebbet hekayesi
Gozel Mehebbet hekayesi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5304
Səs ver:
alt

Nə az, nə çox düz bir dollar səksən yedii senti var idi. Qız pullarını üç dəfə saydı. Səhv etməmişdi.. O, həyat yoldaşı ilə bu evdə həftəsi səkkiz dollara qalırdı. Elə bir üstünlüyü olmasa da, yaşamaq olardı.

 

 Göz yaşları quruduqdan sonra Qız üz—gözünü silməyə başladı. Sevgilisi üçün hədiyyə almağa yalnz bir dollar səksən yeddi senti var idi. Bu pulu da neçə aya yığmışdı. Ancaq indi heç bir işə yaramırdı. Halbuki həyat yoldaşı üçün gözəl bir hədiyyə almaq istəyirdi. Güzgünün qarşısına keçdi gözləri par—par parıldayırdı. Ancaq rəngi solmuşdu. Saçlarını açıb çiyinlərinə tökdü. Evlərində iki qiymətli şey var idi. Biri sevgilisinin babasından qalan qızıl saat, o biri də çiyinlərinə tökülən saçları. Qız saçlarını arxasına atdı. Parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü.

alt

 Bir az dayanıb saçlarına baxdı. Yanaqlarından iki damla göz yaşı axdı. Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı. Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında dayandı. Bir az baxdıqdan sonra içəri girdi. «Saçlarımı satıram. Nə qədər verərsiniz?» - deyə soruşdu. Yaşlı qadın qızın saçlarını əlləri ilə yoxladıqdan sonra «20 dollar»,- dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu. Özünü o qədər xoşbəxt hiss edirdi ki, saatların necə gəlib keçdiyindən də xəbər tutmurdu. Yoldaşına hədiyyə almaq üçün dükanları alt—üst etdi. Nəhayət istədiyini tapdı. Bu, saat zənciri idi. Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə getdi. Güzgüdə bir də saçlarına baxdı. Artıq o parlaq saçları yox idi. Görəsən onun xoşuna gələcəkdimi? Bəlkə də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra qapı döyüldü.

alt

Qapıda yoldaşı idi. İçəri girdi. Sevgilisini sınayıcı nəzərlərlə süzdü.
Sonra əlindəki hədiyyəni uzatdı. Qız bağlamanı açanda gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar idi. Gözlərindən iki damla yaş axdı. Ancaq tez özünü yığışdırdı. Şirin bir təbəssümlə hədiyyəsini ona uzatdı. Yoldaşı bağlamanı açanda saat zəncirini gördü. O hardan biləydi ki, artıq saat yoxdur? Daraqları almaq üçün o da saatını satmışdı. Ancaq heç biri məyus olmadı. Çünki əsas məsələ sevgi idi. Onu isə nə almaq, nə də satmaq olardı..


Şərhlər:
Baxılıb: 5304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz