loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi deyil bağlılıq
Sevgi deyil bağlılıq
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3600
Səs ver:

 Həyatınızı başqalarının əlinə buraxaraq yaşayanlardansınızmı? Yoxsa başına gələn hər şeyin əvəzini birinə yükləyənlərdənmi? Yoxsa sizə görə hər şey normal da, ətrafınızdakılaramı anormal gəlir?

Bir insanın özünə edə biləcəyi pisliyi, başqa kimsə ona edə bilmir. Və təəssüf ki, insan ən çox özünü aldatmağı sevir; hələ mövzu eşqsə….
Əlaqələrini böyük bir asılılığın içində yaşayan amma bunu heç cür fərq edə bilməyən, hətta bu asılılığa sevgi deyən bir çox adam var. Bəlkə bu yazını oxuyan siz də onlardan biriniz. 
Sevgi; qarşılıqlı müddət bilən bir alverdir və ünsiyyətlə bəslənərək böyüyər. Biri sizə pis davranır, şəxsiyyətinizə zərər verir, sizi mənəvi, maddi və ya fiziki olaraq istifadə edir, tacıq edir və ya aldadırsa; o insanı SEVƏ BİLMƏZSİNİZ!
Əgər ruhunuzda və ya ağılınızda bir xəstəlik yoxsa, sizə pislik edən birini sevə bilməzsiniz. Sevdiyinizi söyləyərək başqa bir zədədik əlaqənin içində iştirak edirsiniz. Özünüzü sevdiyinizi söyləyərək aldadır, şüuraltında yaşadığınız qorxu və narahatlıqlar üzündən ayrıla bilmirsiniz. 
Tək qalma qorxusu, həyatla başa çıxa bilməmə qorxusu, itirmə qorxusu, başqasına seçilmə qorxusu, bədbəxt olma qorxusu kimi bir çox səbəblə ruhunuz və ağılınız çevrilmişdir. Qorxularınızla üzləşib üstünə getmək yerinə, qarşınızdakı insanla döyüşüb dayanarsınız.
Onun üçün  gərəksiz bir səyə girişərsiniz. Zənn edərsiniz ki; siz bu qədər çırpınınca onun gözünə girəcəksiniz və o bütün dünyanı bir tərəfə qoyub, gözləri başqa kimsəni görmədən sizə qaçacaq. Hər yeni sınağınızda daha çox batarsınız. Daha çox istifadə edilər, daha çox əzilərsiniz.
Nə etsəniz edin özünüzü tam olaraq sevdirə bilmədiyinizi görməzsiniz. Sizi bir gün çox sevən, sabahısı gün dəyər verməyən, bir gün axtarıb sevgi sözləri yağdıran, sabahısı gün sifətinizə yumruq atan və ya alçaldan bir adamla həyatı davam etdirmək və hələ sevdiyini söyləmək; sevginin özünə belə təhqirdir.
Siz öz həyatınızı bəzilərinə asılı keçirdiyinizi fərq edib, ayağa qalxıb, özünüz üçün addım atana qədər, həyat sizə əsla əl uzatmayacaq. 
Yalnız qorxularınız üzündən öz həyatınızın üstünü çəkməyin. Minlərlə fərqli həyat ehtimalı, milyonlarla insan və dəyişik həyatlar var. Mütləq başqa bir yolu vardır. Siz görmək istəməsəniz də….
Tərcümə və Redaktə etdi: PURE LOVE


Şərhlər:
Baxılıb: 3600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz