Qadınlar.biz
Sevgi dünyası
21 sentyabr 2013
6719
15

“Onu sevməyə məhkumam...”

“Onu sevməyə məhkumam...”

 

Sevgi yaş bilmir, sevgi qocalmır, sevgi müvəqqəti dayanacaq deyil, əbədi sığınacaqdır...

 

“Onu sevməyə məhkumam...”

 

Xırdalıqlar bəzən məhəbbətin ən böyük göstəricisidir.

 

“Onu sevməyə məhkumam...”

 

Sevgi- bir mexanizmdir, bu mexanizmin hərəkət qüvvəsi hisslər, onu sürətləndirən katalizator isə qayğı, diqqət və dostluqdur.

 

“Onu sevməyə məhkumam...”

 

Dəniz dalğalarına baxıb, günəşin istisinə bürünüb sevindiyiniz kimi hər bir anın təkrar olunmayacağını bilərək bu hisslər burulğanına atılın.

 

“Onu sevməyə məhkumam...”

 

Avropada cinsi əlaqəsi olmayan qadınları psixoloji cəhətdən anormal, Azərbaycanda isə cinsi əlaqəsi olmuş qadınları əxlaqsız hesab edirlər. Avropada sevgini könül sıçrayışı hesab edərək dəstəkləyir, Azərbaycanda isə künclərdə oğrunca öpüşmək üçün bəhanə bilirlər. Avropada qadınlar ailə həyatı qurduğu kişini sevir, bizim qadınlar isə onun ailələrinə uyğun, yetəri qədər zəngin və ya təhsilli olduğunu araşdırırlar. Avropada kişilər qadını sevərək onunla bir yatağa girir, Azərbaycanda kişilər "fırladıram” başlığı altında qadınlarla sevişirlər.

 

“Onu sevməyə məhkumam...”

 

Cəmiyyətin fikirləri, yazılmamış ədəb qanunları həyatın ən sevincli anlarından zövq almağımıza maneə olur.

 

“Onu sevməyə məhkumam...”

 

Qadına cənnəti bəxş etmədən ondan mələk olmağını tələb edirik... O isə cənnəti istəmədən səni sevməyə qadirdir. Qadınların sevgisi həqiqətən də dəlisovdur.

“Onu sevməyə məhkumam...”

Mənbə: Ziya Səfərbəyov un "Onu Sevməyə Məhkumam" kitabı

P.S. Bu yazını mənə fb da bir xanım xayiş etdi ki, saytda paylaşım. Mən də xahişini nəzərə alıb saytda yeni qeydiyyatdan keçən Firuze19 nikli xanımın əsərdən seçmə yazılarını paylaşdım.



Şərh yaz
Şərhlər