Qadınlar.biz
Sevgi dünyası
23 aprel 2013
6682
0

+++++++++++Keçmiş sevgilini unutmağın yolları

+++++++++++Keçmiş sevgilini unutmağın yolları
Hansı mahnını dinləsəniz, hansı üzə baxsanız, hansı şəhərə getsəniz ağılınıza həmişə köhnə sevgilinizmi gəlir? İçinizdən bir səs, köhnə sevgilini geri qazanmanın yolları olduğunu söyləyir; başqa bir səs, indi bunu burax, köhnə sevgilini unutmanın yollarını öyrən deyir…
Əgər içinizdəki səslərdən ikincisini dinləyəcəksinizsə, sizə köməkçi ola bilərik. Necəmi? Köhnə sevgilini unutmanızı təmin edəcək təkliflərimiz var… İndi, dərin bir nəfəs alın və yeni həyatınıza ilk addımı atmaq üçün təkliflərimizi diqqətlə oxuyub, tətbiq edin!
Düşüncə gücü
Kişi yoldaşınızın sizi incidən  zamanlarını düşünün. Əslində həm romantik deyildi həm də sizi anlamırdı elə deyilmi? Sevgiliniz varkən unutduğunuz yoldaşlarınıza geri dönün. Həm onların könülünü qazanmış olacaqsınız həm də fikirlərinizi dağıtmış olacaqsınız. Ailəniz və yoldaşlarınız sizin yaxşılığınızı istəyəcək insanlardır.
Rahatlama üsulları
Klassik musiqi, ilıq bir duş, şam işığı, isti bir ev… Bütün bunlar, ruhunuzun rahatlamasına və özünüzü yaxşı hiss etmənizə kömək edər. Olduğunuz ana adabta olun və ruhunuza müsbət duyğular yükləyin. Dinləyəcəyiniz musiqinin, içərisində söz olmayan və sizə köhnə sevgilinizi xatırlatmayacaq instrumental klassik musiqiləri seçin. Jasmin çayı içərək həm bədəninizi həm ruhunuzu rahatlaşdırmağa çalışın.
Bədənə qulluq
Əgər necə olsa sevgilim yox deyərək istənməyən tüklərinizlə yaşamaqda bir problem görmürsünüzsə əvvəlcə bu fikrinizi dəyişdirməniz lazımdır; çünki unutmayın ki mükəmməl bir bədənə sahib olmaq özünüzə olan hörmətinizi artıracaq. Gözəl qoxu verən bir bədən kremi ilə özünüzə edəcəyiniz bir masaj isə gün boyu yaxşı hiss etmənizi təmin edəcək.
Ailə
Sevgiliniz olmadan keçirəcəyiniz bir dövr ailənizlə vaxt keçirmək üçün də gözəl fürsətlərdir. Onlarla yeməyiniz bir axşam yeməyi ya da nənənizə edəcəyiniz bir ziyarət onlar qədər sizi də xoşbəxt edəcək.
Hobbilər
Həyatda tək başınıza zövqlə edə biləcəyiniz elə çox şey var ki. Kitab oxumaq, bağça işləriylə maraqlanmaq, film ya da seriala baxmaq, maraqlı yemək tərifləri sınamaq, evinizin dekorasiyasını dəyişdirmək bunlardan yalnız bir neçəsidir. Həmişə özünüzə zaman ayıra bilməməkdən şikayətlənərdiniz.Biuyurun sizə bunları etməniz üçün bol-bol zaman.
Kurslara qatılın
Diqqətinizi çəkən hər hansı bir kursa qatıla bilərsiniz. Bu sayədə həm yeni bir hobbi həm də bir çox yeni dost sahibi olacaqsınız.
Özünüzü inkişaf etdirin
Siyasət, iqtisadiyyat, fəlsəfə, psixologiya. Özünüzü qeyri-kafi tapdığınız hər hansı bir mövzuda yoxlayın. Məlumata çatmanın bu qədər asan olduğu internet çağında hər cür məlumatın əlinizin altında olduğunu unutmayın.Baxmadığınız  bəzi  filmlərmi var? Ya da "Photoshop öyrənsəm faydalı olardı" mı deyirsiniz? Elə isə nə dayanırsınız fürsət bu fürsətdir.
Tərcümə etdi: Aytən Mələk

Şərh yaz