loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik yorğunluğuna tutulmamaq üçün nələr edilməli?
Evlilik yorğunluğuna tutulmamaq üçün nələr edilməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1230
Səs ver:

Əlinizdəkilərin dəyərini bilin: Sahib olduğumuz bir çox şeyin qiymətini itirdiyimizdə anlarıq. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın dəyərini bilin. Yoldaşınızla ortaq yoldaşlıqlar və dostluqlar qurun. Çox təəssüf ki, bəzi yoldaşlar, etdikləri hər işdə mükəmməl olmaları lazım olduğuna inanar və dolayısilə heç cür özlərini kafi tapmazlar. Bu cür insanlar özləriylə barışıq olmadıqları və özlərindən tutumlarının çox üstündə gözləmələri olduğu üçün evliliklərində də xoşbəxt ola bilməzlər. Həyat düz bir xətt deyil, enişli-yoxuşludur. Müvəffəqiyyət qədər müvəffəqiyyətsizliklərin də təbii olduğunu qəbul etmək lazımdır.

Xoşbəxtliyiniz üçün araya hədəflər qoymayın: Özünüzə ev, avtomobil, uşağımız olunca ya da başqa bir hadisə reallaşınca xoşbəxt olacağıq kimi hədəflər qoymayın. Xoşbəxtlik hədəf deyil, uzun bir səfərdir və hər an yaşanacaq bir duyğudur.

Hər tənqidə qulaq asmayın: Ətrafınızdakı insanların tənqidlərinə və təkliflərinə görə yaşasanız, özünüz üçün yaşaya bilməzsiniz. Buna görə səhvlərinizə deyil, şəxsiyyətinizə istiqamətli tənqidlərə qulaq asmayın.

Səhvlərə həssas olmayın: Heç kim mükəmməl deyil və səhvlər təkrarlanmadıqca görməməzlikdən gəlinməlidir. Gördüyünüz şeyi söyləməsəniz yaddaşınızdan uçub gedər, söyləsəniz yaddaşınızda yer edər. Bu səbəblə hər mənfiliyi sözlərə tökməmək lazımdır. Beləcə həm tez unudarsınız həm də təkrarlanma ehtimalı olmayan bir hadisə üçün yoldaşınızı incitməmiş olarsınız.

Evliliyinizə zaman ayırın: Yoldaşların bütün zamanlarını birlikdə keçirmələri xüsusilə çalışan ailələrdə bir az qeyri-mümkündür. Cütlüklər, evdə olsun çöldə olsun axşam yeməklərini birlikdə yeməyə səy göstərməli, bazar səhərlər həmişə birlikdə uzun nahar etməlidir. Axşam yeməkləri həftədə 2-dən az olanda bu, təhlükə deməkdir. Ayda bir neçə dəfə konsertə, kinoya, teatra gedilməli, səyahətlərdən hədiyyələrlə qayıtmaq lazımdır.

Başqalarına kömək edin: Köməyə möhtac insanlara birlikdə dəstək olmağa çalışmaq, birlik duyğusunu gücləndirər. Bu da birliyə komanda ruhu qazandıraraq əlaqənin doğru xəttdə irəliləməsini təmin edər.

Birlikdə hobbilər əldə edin: Müxtəlif idman ya da sənət sahələrində ortaq zövqlərə yönəlmək evliliyi gücləndirər.

Nəticə olaraq cütlüklər bir-birini olduğu kimi qəbul etməlidir.


Şərhlər:
Baxılıb: 1230
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz