loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyinizin ömrünü belə uzadın
Evliliyinizin ömrünü belə uzadın
Göndərən: Pure Love
Şərhlər: 1
Baxılıb: 546
Səs ver:
Psixoloqlar qadınların təxminən 50 faizinin yataq söhbətini sevişməkdən daha üstün tutduqlarını bildirirlər. Kişilər də söhbəti xoşlayırlar. Onların çoxu bu söhbətlər sayəsində stress atır, özünü tənha hiss etməkdən xilas olur, ailə bağlarının qüvvətli olduğunu düşünərək daha məsuliyyətli həyat yoldaşına çevrilirlər. Yataqda söhbəti tutan cütlüklərin bir-birlərinə xəyanət etmə ehtimalları sıfıra enir.

Ancaq həm psixoloqlar, həm də seksopatoloqlar "yastıq söhbəti"nin darıxdırıcı olmaması üçün cütlüklərin bir neçə qaydaya əməl etməli olduğunu vurğulayırlar. Burada əsas məsələ söhbət edərkən həm özünüzü, həm də partnyorunuzu düşünməkdir. Rahat olmalı, qarşı tərəfin eşitmək istədiklərini dilə gətirməlisiniz. Bu zaman təriflərdən gen-bol istifadə etmək olar. Ona nə qədər gözəl (və ya yaraşıqlı) olduğunu deyin. Saçını oxşayın, danışarkən gözlərinin içinə baxın, gülümsəyin.

Yataqdakı bütün söhbətlərin sonu sevişmə ilə nəticələnməli deyil. Cütlüklər bu söhbətləri vərdiş halına gətirib hər gün bir-birinə, heç olmasa, yarım saat vaxt ayıra bilərlər. Ancaq siz söhbətinizin sevişmə ilə nəticələnməsini istəyirsinizsə, onda mənfi aura yaradacaq məsələlərə toxunmayın.

Tək bir səhviniz onun gözlərindəki ehtirası söndürə, gecənin pis keçməsi ilə nəticələnə bilər.

Nə baş verməyindən asılı olmayaraq, yataq söhbətində neqativ hadisələrdən bəhs etməyin. Hətta əsəbləriniz yerində olmasa belə, özünüzü sakit aparın. Gün ərzində işdə, yolda stressə səbəb olan hadisələri yataq otağında unudun. Sevgi dolu sevişmə dəqiqlərini düşünün. Özünüzə sual verin - gecənin sonunda harada olmaq istəyirsiniz, sevdiyiniz insanın yanında, yoxsa salondakı divanda? Bax, bu sual sizə necə davranmalı olduğunuzu xatırladacaq.

Psixoloqlar xəbərdarlıq edirlər - yataq otağında iş, dost, ailə söhbətləri etməyin! İstəyinizdən asılı olaraq, 15 dəqiqəni və ya yarım saatı, sadəcə, ikinizə ayırın. O vaxtı kiminsə ələ keçirməsinə, yad bir adamın söhbətinizin mövzusu olmasına icazə verməyin. O an dünyada, sadəcə, iki nəfər olmalıdır: siz və sevdiyiniz şəxs.

Psixoloqlar yorğunluq və vaxt azlığı səbəbindən yataq söhbətindən yayınanlara, heç olmasa, xüsusi günlərdə bu bəhanələrə söykənməməyi məsləhət görür. Hər gün yataq söhbəti etməyə, onu sevdiyinizi deməyə bilərsiniz. Heç olmasa, ayda bir dəfə, ya da xüsusi günlərdə ona bu xoşbəxtliyi bağışlayın.

Şərhlər: 1
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
aileli insanlar oxusun
22 sentyabr 2016 15:13
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz