loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt əlaqənin sirləri
Xoşbəxt əlaqənin sirləri
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 607
Səs ver:
Sevdiyimiz insanla xoşbəxt olmaq hamımızın xəyalıdır. Bəs bunun sirri nədir?

Tarazlıq qurun
Hər şeyin təməlində özünüzə aid olan həyatınızla, iki adam olaraq paylaşdığınız həyatın tarazlığını qura bilmək yatır. Tarazlıq burada çox əhəmiyyətlidir. Çünki yalnız öz həyatınıza vaxt ayırıb yoldaşınıza laqeyd yanaşmağınız, özünüzü tamamilə ona həsr etmək və özünüzü unutduğunuz qədər təhlükəlidir. Unutmayın; bu tarazlığı qurmağınız yalnız əlaqəniz üçün deyil, özünə inamım və özünüzə olan hörmət baxımından da olduqca əhəmiyyətlidir.

Fədakarlıqları unutmayın
Bir əlaqənin xoşbəxt, uzun və davamlı olması üçün əhəmiyyətli nöqtələrdən digəri də iki tərəfin qarşılıqlı fədakarlıqlarda olmasıdır. Əsla unudulmaması lazım olan budur ki, siz artıq tək deyilsiniz. Yaxşı razılaşdığınız və çox sevdiyiniz biriylə ortaq bir həyat yaşamağa çalışırsınız. Əlbəttə hər zövqünüz və tələbiniz üst-üstə düşməyəcək. Amma iki tərəf də bir-birlərinin bu zövq və tələbləri mövzusunda fədakar olursa əlaqə çox daha sağlam olacaq. Bu kimi vəziyyətlərdə eqoist davranmaq əlaqəyə çox zərər verəcək.

Problemləri içinizə atmayın, paylaşın
Sevmək, xoşbəxt olmaq necə bir duyguysa, hirslənmək, kədərlənmək də eyni şəkildə hər insanın sahib ola biləcəyi hisslərdir. Əgər canınız bir mövzuya sıxılıbsa bunu yoldaşınızla rahatlıqla paylaşa bilməlisiniz. Canınızı sıxan mövzu yoldaşınız deyil, hər hansı bir şey də ola bilər. Əhəmiyyətli olan içinizə atmamaq və paylaşmaq, eyni zamanda aranızdakı dostluğu möhkəmlətməkdir. Çünki içinə atdığınız kiçik problemlər irəlidə çox daha böyük problemlərə yol aça biləcək gücə malikdir.

İzah edəcək bir şeyləriniz olsun
Qadın da kişi də əlaqənin müddətində eyni şeylərin təkrarlanmasından qorxar. Məsələn, axşam birlikdə yeməyə oturduğunuzda danışacaq bir şey olmaması … B çətinliyi yaşamamaq əlinizdədir. Özünüzə zaman ayırıb, sizi xoşbəxt edəcək bir şeylər edin. Ayrıca, arada bir kiçik sürprizlər edin.

Rəfiqlərənizə laqeyd yanaşmayın
Ümumiyyətlə bir əlaqə başladığında rəfiqələrə ayrılan vaxt azalmağa başlayır. Bu bəzən əlaqənin ilk zamanların həyəcanındandır və bir müddət sonra normala dönür. Amma bəzən də yoldaşlara tamamilə laqeyd yanaşılır. Bu hər baxımdan sağlam bir vəziyyətdir. Unutmayın ki rəfiqələrinizlə paylaşacağınız hər mövzu sizi rahatlaşdıracaq, çətinliyinizi azaldacaq.

Şərhlər: 4
Baxılıb: 607
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Yazılanlarla razıyam
5 mart 2016 16:46
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ulduz
Dərdimi və problem lərimi yoldaşımla bölüşürem. Bəzən elə vaxt olur ki,yalnız qalıb fikirləşmək isteyirsen. Laqeyd lik hər iki tərəfi uzun və soyudan şeydi. Nə Laqeyd yanaşıram nədəki isfəmərəm mənə qarsi Laqeyd olsun. Biraz bikef onlanda o yada mən bir birimizlə maraqlanırıq.
5 mart 2016 11:42
# 3
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Tomris Müslümova
Birinci məsləhətlə tamailə və iki əlli razılaşıram.Tam hər şeyini ona sərf etməkdə doğru deyil,onu unudub hər şeyi yalnız önüzə aid etməkdə doğru deyil.Orta temp tutub elə irəliləmək lazımdır.Yəni o balansı pozmaq olmaz.Kişilər qadınlara nisbətən biraz soyuqqanclı və canı yanan olmurlar.Qadınlar daha çox təlaş keçirirlər.Mən elədə özümü öldürən deyiləm ki,ay xəstələndin niyə belə oldun? Ya xəstələnsin ona dalaşım.Yox..Bizdə o barədə əksinədi.Mən xəstlənənədə o daha çox canı yananlıq edir nəyinki mən)) Sevmək tək sevgi sözləri demək,gəzmək,əylənmək deyil.Hər şeyi,pisidə yaxşınıda bölüşməkdir.Heç zaman içimə atmıram mən.Nəyinki onunla yaşadığım problemi həyatda da başıma gələnləri heç zaman içimə atmıram.Bölüşürəm.Belə daha rahat olur.Rəfiqəm yoxdur.Özüdə qoymur.Bir nayinodu ona icazə verir,birdə bacım.Vəssalam.
5 mart 2016 11:35
# 2
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
vipbetul
xosbext olmaq ucun gerek insan ozude xosbext ola
5 mart 2016 11:34
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz